Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

__________________Milli Kitabxana_________________________ 
154 
 
 
  
Qaçdı ayaqyalın daşla-kəsəklə...  
Həsrətlər Araza yolunu burdu,  
Həsrətlər sərhəddə üz-üzə durdu:  
Daşlar çilikləndi ayaqlar altda,  
Torpaq dilikləndi ayaqlar altda,  
Qəzəb dilikləndi dodaqlar altda.  
Həsrətlər o taya külək yolladı, 
cavab gətirə. 
Kəpənək yolladı cavab gətirə.  
Ölmüş bir balığın sümüklərinə  
Cavab yazsalar, Araza atsalar,  
Gəlməzmi, nədi! 
Şəhriyar gəlmədi! Niyə gəlmədi?  
Həsrətlər bir qarı donuna girdi,  
Səsi yumaq kimi çözələnirdi: 
- Görüm 
limanlara 
dəniz qabarsın, 
Görüm qatarları tufan qamarsın, 
Uçaq meydanları qalansın buzla, 
Biz ki görüşmədik öz oğlumuzla... 
O yanda bir təpə torpaq dikəldi
Bir sümük: boylanıb bəyana gəldi: 
- Mən daşlar altında bir tarix daşam, 
Min dəfə daşlara dəyən bir başam, 
Yataram bir qarış torpaq xanada. 
Bir zaman demişdim Sərtərxana da: 
Düşmənin hər vədi gülə bürünmüş, 
İşvəli, qəmzəli mələyə dönmüş
Dili dürr damızan, 
Dişi öd yığan  
Bir əfı ilandır, bir əfi ilan!  
Qoyub arxayınca qılıncı qına,  
Getmə bu vədələr qonaqlığına.,.  
Nə desək, deməsək, həqiqət budu.  
Onu görməyimiz çox müşkül oldu.  
Alqışlar qollarda kirindi artıq,  
Ümidlər yollardan küründü artıq... 
  


__________________Milli Kitabxana_________________________ 
155 
 
Qayıtdı geriyə toylar, yallılar,  
Axarı kəsilən göy sular kimi.  
Qayıtdı evlərə fərşlər, xalılar  
Həvəsi gözündə arzular kimi.  
Plovlar soyudu, dəmlər acıdı,  
Tüstülər qayıtdı odun ömrünə.  
Bu hal neçə saat sükut qıcıdı  
Maşının ömrünə, atın ömrünə.  
Səndən soruşuraın: Beqdeli cənab,  
Səndən soruşuram: Tahiri Söhrab,  
Səndən soruşuram: yoldaş Hüseyni,  
Təbriz oğulları orada neynir?!  
Şəhriyar gəlmədi. O gəlsə, başabaş  
Azərbaycanı Geyimli-gecimli qürur görərdi.  
Qaragöz, qaraqaş Azərbaycanı  
Qızıl nur görərdi, ağ nur görərdi.  
Zirvəli ömürlər, qanadlı baxtlar  
Onun gözlərini yaşartmazdımı?  
Bu xoş günlərini ömrünə bağlar,  
Ömrünə əlli il yaş artmazdımı?  
Təbrik yağdırardı məktəblər ona  
Ana dilində. 
Təbrik yağdırardı məktublar ona – 
Ana dilində. 
Yox, şair ürəyi kürrə deyildir  
Hər nəyi tullasan əridə, uda.  
Söz, kefli əlində güllə deyildir.  
O nahaq öldürməz quduz qurdu da.  
Əslində şairin Vətəni dünya,  
Əslində şairin söz məni dünya.  
Əslində şairə sədd qoyan naşı  
Çıxır bu dünyanın özünə qarşı,  
Ağ olur yaranış qanunlarına,  
Ağ olur fırlanan qanunlarına...  
Hər nə söyləsək də, həqiqət budu:  
Onu görməyimiz çox müşkül oldu. 
 


__________________Milli Kitabxana_________________________ 
156 
 
Həqiqət budursa min lənət ona,  
Lənət bıı doğrunun doğruluğuna.  
Belə həqiqətdən yalan yaxşıdır,  
Belə bəd xəbərdən güman yaxşıdır...  
Siz ey bu dünyanın söz dərgiləri,  
Dünyanın qozətçi xəbərçiləri!  
Yalan danışıbn, yalan!  
Bütün qəzəblərə su səpən yalan.  
Bütün əsəblərə mum təpən yalan!  
Bir ölkə düzəldin: yalandan yalan!  
Yazın nə gözəldir: yalandan yalan!  
Böyük şairini yola salır, bax,  
Havada yellənir min əl, min papaq.  
Marallar qoşulub dartır qatan,  
Qardaşı qardaşa qonaq aparır.  
Şəhriyar yollanır Azərbaycana,  
Yol hanı, yol hanı Azərbaycana?.. 
 
 1967 
  


__________________Milli Kitabxana_________________________ 
157 
 
MƏMMƏD ASLANA 
 
Qardaş, düzümünün əsiri oldum,  
Xəbərim olmadı özümdən mənim.  
Sənin çiçəyinə, gülünə baxdım,  
Min yarpaq toküldü sözümdən mənim. 
 
Könül ayrılmayır haça gədikdən  
Baxışı, duruşu köhnə əlikdən.  
Hərdənbir xəbər ver o köhnəlikdən:  
O dağlarda itən izimdən mənim. 
 
Bəxtimə bir yazı qurumu dəydi,  
Taxtıma iki əl qırımı dəydi,  
Gözümə bir Araz şarımı dəydi,  
Yüz Araz töküldü gözümdən mənim. 
 
Nə qədər dünənim çay-çay içildi,  
Dağım döyəcləndi, təpəm kiçildi,  
Neçə kənd biçildi, şəhər biçildi,  
Taylanıb daşındı düzümdən mənim. 
 
Dostlar süfrəsində doymazam, acam,  
Riyalar daşından göz açdım haçan?!  
Təriflər az çıxdı topuğumacan,  
Tənqidlər dayandı dizimdən mənim. 
 
Dağ ömrümü qış əritdi, yaz yıxdı,  
Dərdim keçən yollar yazıq-yazıqdı,  
Desəm dilim yanar, dilim yazıqdı,  
Deməsəm duymazlar üzümdən mənim. 
 
Mən illər dəniyəm, illər - dənimdi,  
İllərə qəniməm, illər qənimdi.  
Azəri torpağı son kəfənimdi,  
Doymaram bu qara bezimdən mənim. 
  
1967 
  


__________________Milli Kitabxana_________________________ 
158 
 
ÜSTÜMƏ  
QAYIDAN   YAZILARIM 
 
Nədir günahınız, açıq danışın,  
Üstümə qayıdan yazılarım, siz!  
Hansı bir naşının, bir ağlı çaşın  
Ələk baxışından keçməmisiniz?! 
 
Doğulan dünyaya göz açsin gorək,  
Siz hələ yaşarsız gözü yumulu.  
Sizi əbədi mi kor eləyəcək  
Bir duzsuz hirıltı, bir gizli yumruq! 
 
Sizə nə ad verim, haraya yığım?  
Sizi nə yaşatmaq, nə atmaq olur.  
Müəllif qəlbindən günahsız çıxıb  
Oraya günahkar qayıtmaq olmur. 
 
Günahkar söylədim, günahkar kimi  
Nədir təqsiriniz - oturun - yazın.  
Dərsdən çıxarılan uşaqlar kimi  
Elə gözləriniz yerə baxmasın. 
 
Yalanmı danışdız? Ağzında yalan  
Boğaram öz doğma balamı da mən.  
Vətənsiz alışan, vətənsiz yanan  
Vətəndaş pasportlu ilhamı da mən. 
 
Doğrumu danışdız - öz mədəsində  
Hamı əritməyir həqiqətləri.  
Hələ dolaşıqdır yer kürəsində  
Yalanla doğrunun sərhəd xətləri... 
 
Bəlkə də hər yerdə bir müti, məlul,  
Hər qaba yerləşən su halınız yox.  
Ağızdan çıxmamış cavabı məlum,  
Ölçülü, biçili sualınız yox... 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə