Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

__________________Milli Kitabxana_________________________ 
171 
 
GOYƏRDİ 
 
Bu dünyanın qara daşı göyərməz.  
Musa Yaqub 
 
Musa Yaqub, gözü yolda Təbrizin,  
Gözlərinin qara yaşı göyərdi.  
Goyərmədi islədiyi bircə dən,  
Savalanın qara daşı göyərdi. 
 
Bu dünyanı hörümçəkdən almışıq,  
İlməsini kim atdı bu yanlışın,  
Dedim barı düz toxuyaq qalmışı,  
Önümdəcə neçə naşı göyərdi. 
 
Kim işığı ürəklərə doğrayar,  
Kim işığı ürəklərdən oğrayar,  
Kim yalanı calaq vurdu doğruya,  
Hər şivindən oğrubaşı göyərdi. 
 
Çox gözlü var torpağına kor baxır,  
Dan yerinə bəbəyində tor baxır.  
Yüz də çevir, min də olə torpağı,  
Namərdinən mərd yanaşı goyərdi. 
 
Mən Arazda şaxələnən çinardım,  
Ömrü boyu tufan əydim, su yardım.  
Xətainin qılıncını suvardım,  
Məmməd Araz karandaşı göyərdi. 
 
Pitsunda, avqust 1981 
  
 
  
 
 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
172 
 
QORUYUN DÜNYANI 
 
Elə bil ağıllar dolub yelinə,  
Az qalır evini unuda adam.  
Hamı "ulduz yeyir" kişmiş yerinə,  
Hamı söhbət açır Qalaktikadan, 
 
Deyəsən bir yolluq çıxır yadımdan  
Ala itimizə yal bişirdiyim,  
Qovub saldırdığım eyvanda, damda  
Ağzından sərçəni sarı pişiyin. 
 
Ağıllı ovçular azdı o zaman, 
Həvəskar ovçular dovşan vurardı.  
Sonra dağ kəlini dağlanmızdan  
Ağıllı ovçular qırıb gurtardı. 
 
Ağı! hökm eləyir dünyada, ağıl!  
Bir ağlın barıdır bəzən bir ölkə,  
Deyirəm çaylar da ağıldır - axır,  
Dənizlər, ümmanlar ağıldı bəlkə. 
 
Ağıllı ağlını at kimi qovur,  
Ağlın mənzilində dağ, dərə heçdi.  
Qəfil bir döngədə ağlın cilovu  
Vay odu, ağılsız əlinə keçdi. 
 
Bəşər dəyişdirməz bəşər halını,  
Kim talan elədi - o, talan oldu.  
Neçə yol ağıllı alman xalqının  
Ağlıni başından çıxaran oldu. 
 
Ağılla ucalıb Versal daşları,  
Hər çəkic bir öikə qəddini əyib.  
İnsan cəsədləri, insan başları  
Versal daşlarından az işlənməyib. 


__________________Milli Kitabxana_________________________ 
173 
 
 
Ehramlar - kükrəyən ağlın vulkanı,  
Ehramlar - qəlibi qul ürəyinin!  
Ağıllar başına alıb dünyanı,  
Atır bir-birinə gələcəyini. 
 
Ağıl qızıxanda - dəvə hikkəli,  
Köpəndə demirəm o nəyə bənzər, - 
Yerin kürəyinə çiyin söykənib,  
Dünyanı tərsinə fırlatmaq istər, 
 
Ağılli başların qəzəbi - kibrit,  
Dünyamız bir taya qum küləşdi.  
Gəl indi bu boyda yanğını kirit – 
Qəzəb ikiləşdi, baş ikiləşdi. 
 
Bəşər çox təzadlar yükünü dartıb:  
Dara da ilişib, çıxıb da dardan.  
Ağıllı azdıqca ağılsız artır,  
Qoruyun dünyanı "ağıllılardan!". 
 
1980 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
174 
 
ALTI QIZIN BİRİ PƏRİ... 
 
Bu səs hərdən 
pəncərəmə dəyib qaçar.  
Qulağıma: 
nəsə, nəsə deyib qaçar.  
Yüyürərəm dalısınca,  
Yolum dönər bir yamaca,  
Yolum haqlar bir bulağı,  
Pıçıldayar su dodağı:  
Altı qızın biri Pəri,  
Qalıb məndə 
gülüşləri, öpüşləri... 
Altı qızın biri Pəri...  
Gəncliyimin 
ilk xatirə dəftərində  
Bu nəğmənin 
qırıq-qırıq sətirləri.  
Gəncliyimin 
ilk ağanın dan yerində  
Bu nəğmənin 
cığırları, ləpirləri.  
Altı qızın biri Pəri...  
Mənə elə gələrdi ki,  
Harda isə küləklər də  
Qoşulubdu altı qıza,  
Bənövşələr, çiçəklər də 
qoşulubdu altı qıza.  
Hər dərədən, hər təpədən 
toz qoparır altı cığır.  
Altı cavan 
atlı çıxır. 
Hey qovuruq atımızı,  
Haqlayırıq altı qızı.  
Birdən beş at qoşalaşır, 
dağı aşır. 
  


__________________Milli Kitabxana_________________________ 
175 
 
Atım qapır küləkləri, 
çapır, çapır küləkləri;  
Beş qoşalar, Pəri hanı?..  
Dillənir bir pərişanı: -  
Pəri döndü, Pəri döndü başqa yana...  
Pəri döndü, 
Pəri məhəl qoymadı heç  
Ayağına baş qoyana.  
Uçdu Pəri, getdi Pəri;  
Buludlarda itdi Pəri  
Bir gün gördüm:  
Pəri sınıb, Suyu sovuq, pəri sınıq...  
Kimsə deyir: Altı qızın biri Pəri,  
Heyif, onu atıb əri...  
Altı qızın biri nədi,  
Pəri nədi, pəri nədi...  
O zamandan yas tutmuşam,  
Neçə kərə 
ağlamışam bu nəğməyə.  
Qulağımı 
bağlamışam bu nəğməyə.  
Bu səs hərdən 
pəncərəmə dəyib qaçar,  
Xısın-xısın:  
"Pəri, Pəri"-deyib qaçar... 
  
Avqust, 1970 
  
 


__________________Milli Kitabxana_________________________ 
176 
 
KİMLİYİM, NƏÇİLİYİM... 
 
Qəfil düşdüm bəd taleyin kəməndinə mən,  
Axır dönüb bıı halımla barışan oldum.  
Daha tənqid biçinində az itilənən,  
Daha tərif xırmanında az daşan oldum.  
Dib bucaqda beli bükük,  
Lüləsi donub, - 
Hörümçəyə bağışladım ov tüfəngimi.  
Günün çoxu yuxuludur ev telefonu,  
Günün çoxu diksinməyir qapı zəngimiz.  
Yox, ürəyinı, daş qulazla ötəri dərde,  
Qəm üstünə sevincini hörməyi bacar.  
Ön cərgədən sərt cərgəyə adlayıb hərdən  
Görünməyən məqamları görməyi bacar.  
Öz vaxtında ayımıadın şahini sardan,  
Az qoşmadın boş xarallar şəninə dastan.  
Qaranquşa, sığırçına meylimi sallam,  
Ürəyimdə yuva qurmaz köçəri dostlar.  
Bir də üzməm yalan vədlər cəzirəsinə,  
Köpüklərə ip atmağın faydası nəymiş?  
Bir vəzifə kürsüsünün cazibəsi nə,  
Bir telefon dəstəyinin ədası nəymiş!  
Mən bu hala gülə bildim,  
Ağlaya bildim: 
Əhd-ilqar da "baxarıq"lı, "görək"li imiş;  
Mən ömrümün aşrımında anlaya bildim:  
Nəçiliyim kimliyimdən gərəkli imiş... 
  
 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə