Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə37/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   29   30   31   32   33   34   35   36   37

__________________Milli Kitabxana_________________________ 
211 
 
VƏTƏN MÜKAFATI 
 
Heç bir mükafatın yetmədi mənə,  
Bircə "sağ olun" da bəsimdi, vətən!  
Bəsimdir, hər səhər təltif yerinə  
Qapımda küləyin əsibdi, vətən! 
 
Qol verdin boynunu qucaqlamağa,  
Göyünə baxmağa göz verdin, bəsim..  
Kürək söykəyənin ana torpağa  
Haqqı yox ayrı bir təltif istəsin. 
 
Nə çiçək, nə sancaq oldum yaxanda,  
Bir ömür yaşadım - əkinçi ömrü.  
Qalır sel ağzında, çay qırağında  
İkinci həyatım, ikinci ömrüm. 
 
Nəsə qayalara yapışıb qalar,  
Nəsə mamırlara dönüb göyərər,  
Mən elə beləcə, göz qabağında  
Gəzəri tabuta dönməsəm əgər... 
 
  
1980 
  
 
 
 
 
  


__________________Milli Kitabxana_________________________ 
212 
 
*** 
 
Dünya böyük, ötnür yolu bir addım,  
Bir balaca eşq adası yaratdım.  
Bir uçrumdan fırtınaya tor atdım,  
Bu cürəti görən, duyan olmadı,  
Səndən mənə gün ağlayan olmadı. 
 
Sığalım görsə idi kəhərim  
Yarıyolda büdrərdimi hünərim?  
Göz yaşından nə barlanım, nə dərim...  
Günün mənə gün bağlayan olmadı,  
Səndən mənə gün ağlayan olınadı. 
 
Taleyinin hökmü oldu, nə deyim,  
Tez doğuldum, gec doğuldun, nə deyim.  
Zaman keçdi, yaşa doldum, nə deyim...  
Cavanlıqdan od saxlayan olmadım,  
Səndən mənə gün ağlayan olmadı. 
 
İki çırpı bir ocaqda gün ağlar,  
Od səngiyər, köz sızıldar, kül ağlar.  
Yaş ötəndə yada düşər günahlar:  
Kim yıxıldı, kim haqlayan olmadı,  
Kimdən kimə gün ağlayan olmadı... 
 
  
1981 
  


__________________Milli Kitabxana_________________________ 
213 
 
ÖLÜM QORXÜR QƏLƏMDƏN 
 
Qələm mənim yol yoldaşım,  
Qələm mənim oxum, nizəm.  
Qələm mənim söz qardaşım,  
Qələm mənim mübarizəm. 
 
Qələmimdən gen düşəndə  
Öz-özümə yaslanıram,  
Öz-özümə əzilirəm,  
Köhnəlirəm, paslanıram. 
 
Masam üstdə yallı tutan  
Giley olur, qeybət olur,  
Göz oxşayan gözəlliyə  
Gözəyarı qiymət olur. 
 
Qələm mənə - dağlara çıx,  
Buludlara dırman, deyir.  
Yamanlığın ağzına sən  
Qaya kimi yaman, deyir. 
 
Qələmimlə dil tapanda  
Yön alıram gündoğana,  
Bu məqamda ölüm istər  
Yeri dana, göyü dana. 
 
Qələm ucu top gülləsi,  
Qəm sarayı yıxır qələm.  
Gülləsini düz ölümün  
Gözlərinə sıxır qələm. 
 
Ey qələmiın, qəhr olundu  
Çox imkanım, çox inadım.  
Hikmətini gec anladım,  
Qüdrətinə gec inandım... 
  
1981 
  


__________________Milli Kitabxana_________________________ 
214 
 
UNUT MƏNİ 
 
Dilim dinməz, kirpıklərim səs elər,  
Necə xoşdu - ürəyimi kəs elə...  
Qalan ömrə yarım ürək bəs elər,  
Unut məni, aldat məni, at məni. 
 
Enişi qar, yoxuşu qar bu yolun,  
Yad nəfəsdən buz qayası su olu...  
Yalan yolu beş addımlıq su yolu,  
Aldat məni, unut məni, at məni. 
 
Sən ömrünün atəşində yananda,  
Kölgəndən də gərəksizdim yanında.  
Qiymətli bir itik saxla yadında,  
Unut məni, aldat məni, at məni. 
 
Gözdən gözə körpü salmaq nər işdi,  
Baxışların meylini tez dəyişdi.  
Təzə addım özü təzə döyüşdü,  
Aldat məni, unut məni, at məni. 
 
Bu sevdadan nə yetirdik, nə üzdük?!  
Dalğasına nə qərq olduq, nə üzdük.  
Axır səni düzdə qoydu bu düzlük...  
Unut məni, aldat məni, at məni. 
 
Pitsunda, 1 sentyabr, 1981 
 
 
  


__________________Milli Kitabxana_________________________ 
215 
 
BELƏCƏ 
 
Arzularım qırır bəndi,  
Baxıb üzüldüm beləcə.  
Öz ağlıma öz inadını  
Qənim kəsildi beləcə. 
 
Ürək olsa sınıq saxsı,  
Başına hey ulduz yağsın...  
Sınan sındı - ya şax sınsın,  
Ya da əzilsin beləcə. 
 
Bu dəhnə sel dəhnəsidir,  
Lil hökmran, qaya əsir...  
Bu səhra söz səhrasıdır,  
Yola düzəldim beləcə. 
 
Nə ad verim bu ad-sana?  
Sözüm küləş, dilim şana!  
Yağ olmadım bircə şama,  
Dünyaya gəldim beləcə. 
 
Dil taparsa bir ocaqla  
Bir misramı qonaq saxla,  
Payım qalsın dal budaqda  
Beləcə, kəndim, beləcə...  
 
 
10 mart 1983 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
  
 
  
 
 
  


__________________Milli Kitabxana_________________________ 
216 
 
NƏ GİZLƏDİM 
 
Görməyə bilmirəm gözəlləri mən,  
Baxmaya bilmirəm, nə danın bunu.  
Görməmək, duymamaq gəlsə əlimdən  
Duymaram sənin da sən olduğunu... 
 
Deyirəm ani bir baxışla birgə  
Yol sala bilsəydim ürəklərə də.  
Səninsə qadınlıq haqqındır bəlkə,  
Məni qısqanırsan çiçəklərə də. 
 
Deyən dar çəkilib məhəbbət yolu,  
Kamınca qaynayıb axa bilmirəm.  
Gərəksiz adətlər, sədlərlə dolu  
Bir insan ömrünə sığa bilmirəm. 
 
Tökür yarpağım bir ömrün yazı,  
Görüşlər, vədələr məni unudur.  
Bir həsəd, bir şeir, bir qəlb ağrısı...  
Mənim son ayaqda qazancım budur. 
 
Nə gənclik darağı gəzir telimdə,  
Nə də ki, ünvanlar alan çağım var.  
Bir azad baxışım qalır əlimdə,  
Bir də icazəsiz zövq almağım var. 
 
Bir əsər yaranır ani həvəsdən,  
Havamdır, suyumdur hər səs, hər nəfəs.  
Gülüm, gözəiliyə biganə kəsdən  
Adi bir nalbənd də yarana bilməz. 
 
Sənə bağışladım bu dağ eşqimi.  
Duy onu, ələmə, hamarlama sən.  
Bircə gözəlliyi duymaq eşiqimi,  
Bircə baxışımı cidarlama sən... 
  


__________________Milli Kitabxana_________________________ 
217 
 
QIZLAR 
 
Eşqiniz olmasın çürük sap kimi,  
Əllərdə gəzməyin bir kitab kimi.  
Kimisə məst edən al şərab kimi  
Axıb hər badəyə dolmayın, qızlar! 
 
Oynar qəhqəhəniz şimşəklər kimi,  
Ünvansız olmayın küləklər kimi.  
Qar altından çıxan çiçəklər kimi  
Vədəsiz göyərib solmayın, qızlar! 
 
Siz bir qayıqsınız, tale dənizdir:  
O bəzən bulanıq, bəzən təmizdir.  
Tale ağlmızdır, düşüncənizdir,  
Taleyin qayığı olmayın, qızlar! 
 
1965 
 
 
 
*  *   * 
 
Bir ürək sındırdım...bir qız ürəyi  
Bir eşqin təməli uçdu yerindən.  
Bir insan arzusu, insan istəyi  
Çıxdı əbədilik öz mehvərindən. 
 
  
 
 
 
1966 
  
 
 
 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
218 
 
AZƏRİ QIZI 
 
Mənim qara şanım, mənim ağ duzum,  
Mənim nar ağacım - Azəri qızı. 
 
Qaldı uzaqlarda Naxçıvan, Bakı;  
Sən indi uyuyur, indi yatırsan.  
Sən mənə o qədim nağıllardakı  
Uzaq işıqları xatırladırsan. 
 
Sanıram səyyaham, 
Yorğunam, acam;  
Sən necə yaxınsan, 
Necə uzaqsan. 
Nə qədər dərədə, düzdə yol azsam,  
Bilirəm, itməyə qoymayacaqsan... 
 
Məcnun səhralara düşər yollarım,  
Dönər ilğımlara Leyli bulaqlar.  
Səni qucaqlayar səhər - qollarım,  
Axşam ayaqlarım yuxunu haqlar. 
 
Dünya durulaşır ana səsindən,  
Eh, neçə illərdir onsuzam, gülüm.  
Planet gözlərin cazibəsində  
Yaşayan bir parça ulduzam, gülüm. 
 
Qaya duruşumu küsü fırtınan  
Bəzən çilikləyib quma döndərər.  
Vəfan sərtliyimi salar atından,  
Eşqin qəzəbimi muma döndərər. 
 
Gör Azəri qızı düşündüm nəyi:  
Sən kişi ömrünün dəyirman pəri,  
Koroğlu Misrinin Nigar dəstəyi;  
Nəbi Aynalının Həcər səngəri... 
 


__________________Milli Kitabxana_________________________ 
219 
 
O səsin ahəngi, 
O üzün rəngi, 
O gülüşün duzu heç harda yoxdur. 
Səndən vəfalısı, səndən qəşəngi, 
Səndən insafsızı heç harda yoxdur. 
Mənim qara şanım, mənim ağ duzum,  
Mənim nar ağacım-Azəri qızı. 
 
Yalta - Bakı,  
yanvar-mart, 1968 
 
 
 
 
 
 
 
 


__________________Milli Kitabxana_________________________ 
220 
 
MÜNDƏRİCAT 
 
Qaranquş …………………………………………………………………9 
Səba yeli…………………………………………………………………11 
Ömür…………………………………………………………………….14 
Ağarma saçım, ağarma…………………………………………………..15 
Səhər-səhər………………………………………………………………16 
Kəklik……………………………………………………………………17 
Şerim…………………………………………………………………….18 
Bir sənin eşqinlə…………………………………………………………20 
Sevgi nəğməsi…………………………………………………………...21 
Şerə gətir ………………………………………………………………..22 
Sən tələsmədin…………………………………………………………..24 
Müqəddəs məzarı………………………………………………………..25 
Araz yadıma düşüb……………………………………………………...26 
Necə unudum səni……………………………………………………….30 
Səndən ayrı………………………………………………………………30 
İnsan ürəyi……………………………………………………………….31 
Mən səni taparam………………………………………………………..33 
Qəbristana gedən gəlin………………………………………………….36 
Nobel mükafatı………………………………………………………….38 
Əlvida dağlar……………………………………………………………39 
Göygöl…………………………………………………………………..40 
Naməlum qəhrəman…………………………………………………….41 
Deyirlər şeir oxunmur…………………………………………………...42 
Uşaq səsləri ……………………………………………………………..44 
Soruşdum birindən şairəmmi mən?..........................................................45 
Qırmızı qələm…………………………………………………………...46 
Bir otaqda………………………………………………………………..47 
Aldım məktubunu ………………………………………………………49 
Deyiləm…………………………………………………………………50 
Son anında………………………………………………………………51 
Ana yaşı…………………………………………………………………52 
Bir şair küsüb ……………………………………………………………53 
Özümlə söhbət…………………………………………………………..55 
Şair vüqarı ………………………………………………………………56 
Səməd Vurğunla söhbət…………………………………………………58 
 


__________________Milli Kitabxana_________________________ 
221 
 
Poeziya – poeziya……………………………………………………….60 
Mövzularım tükənəndə………………………………………………….62 
Professor Gülə məktub ………………………………………………….64 
Babamın səsi…………………………………………………………….69 
Uçqun……………………………………………………………………71 
Yenə Arazı gördüm …………………………………………………….72 
Gecə düşüncəsi…………………………………………………………..73 
Ölüm məni nişan alır……………………………………………………75 
Sən ötür məni…………………………………………………………...76 
Azəri nəğməsi…………………………………………………………..78 
Vəsiyyət…………………………………………………………………81 
Dumar ömrü……………………………………………………………..82 
Məndən ötdü, qardaşıma dəydi…………………………………………84 
Araz üstə çinar gördüm………………………………………………….87 
Bir axşamın balladası……………………………………………………89 
Arazın işıqları……………………………………………………………92 
Günəşi ittiham edənlər …………………………………………………..94 
Salyeri…………………………………………………………………...97 
Qoltuq ağacı……………………………………………………………..99  
Azərbaycan, dünyam mənim………………………………………….100 
"Ana yurdum, hər daşına üz qoyum"…………………………………..101 
Şuşada bir gecə………………………………………………………...102 
Oxuyan Təbriz…………………………………………………………103 
Salamat qal…………………………………………………………….105 
Ata ocağı……………………………………………………………….106 
İnsan qayalar…………………………………………………………...108 
Salam, a zirvələr ……………………………………………………….110 
"Ərim gəldi" qayası…………………………………………………….111 
Nə bilim…………………………………………………………..……114 
Mənli də, mənsiz də bu dünya vardır…………………………………..115 
Bulaqbaşında …………………………………………………………..116 
Eyfel qülləsi……………………………………………………………117 
Nazimə Türkiyə sovqatı………………………………………………..119 
Dağlara çağırış…………………………………………………………122 
Qarabağ düzü …………………………………………………………..124 
Babək qılıncı…………………………………………………………...125 
Uca dağ………………………………………………………………...129 
 
 
  
  


__________________Milli Kitabxana_________________________ 
222 
 
Mən getsəm…………………………………………………………….130 
Qəfil ……………………………………………………………………131 
Üfüq……………………………………………………………………132 
Vətən mənə oğul desə…………………………………………………133 
Gül töhfələr ……………………………………………………………134 
Biri mənə şair dedi……………………………………………………..135 
Nağıl……………………………………………………………………137 
Quzıl……………………………………………………………………139 
Çoxdandır açmıram qəzet qapısın……………………………………..140 
Biganələr iqlmində……………………………………………………..141 
Bu tərifə inansam………………………………………………………143 
Gündəlik sual-cavab……………………………………………………144 
Qurd xasiyyəti …………………………………………………………145 
Yuxu……………………………………………………………………146 
El üçün ağlayan………………………………………………………..147 
Bir ağac yıxıldı…………………………………………………………149 
Şah dağı ………………………………………………………………..150 
Dağlara qar düşdü……………………………………………………..151 
Şəhriyar gəlmədi ………………………………………………………153 
Məmməd Aslana………………………………………………………157 
Üstümə qayıdan yazılarım……………………………………………..158 
Dağlar məni tanımadı …………………………………………………160 
Yoxdu özgə umacağım………………………………………………...161 
Dünya gözəl dünyadı…………………………………………………..162 
Əl dəydi çaxmaq daşıyam …………………………………………….163 
İnam ……………………………………………………………………164 
Dağlar küsüb…………………………………………………………...165 
Dünya sənin, dünya mənim……………………………………………166 
Qonşu çəpərı…………………………………………………………...167 
Köhnə qafiyələr çaylaq daşları…………………………………………168 
Yaşadım………………………………………………………………..170 
Göyərdi………………………………………………………………...171 
Qoruyun dünyanı………………………………………………………172 
Altı qızın biri pəri………………………………………………………174 
Kimliyim, nəçiliyim……………………………………………………176 
Qayıt dedim…………………………………………………………….177 
Mən bir zaman şair idim ………………………………………………178 
 


__________________Milli Kitabxana_________________________ 
223 
 
Nə günah……………………………………………………………….179 
Bir ömür yolunda………………………………………………………180 
Yazı masama…………………………………………………………..182   
Qırx doqquz yaşım…………………………………………………….184 
Qaytar məni ……………………………………………………….…..185 
Haqqın yoxdu, haqqın var …………………………………………….186 
Tarixçi alimə………………………….……………………………….187   
Sözsüz olanda…………………………………………………………..188 
Mehmanxana xidmətçisi ………………………………………….189 
Ocaq yanır görən yoxdur……………………………………………....191 
Mənim də yaşım az deyil………………………………………………193 
Tələsdim……………………………………………………………….195 
İlhamım………………………………………………………………..196 
Od kimi, su kimi ………………………………………………………197 
Qızıl qaya………………………………………………………………198 
Təklənmə………………………………………………………………199 
Sevgi sərhədi…………………………………………………………..200 
Yalan…………………………………………………………..………202    
Gəlmədi Rəsul………………………………………………………….204 
Durnaları dönməz oldu………………………………………………...205 
Əlli yaşıma ön söz……………………………………………………..206 
Sual…………………………………………………………………....208 
Sizə yetim deyən olsa qızlarım ……………………………………….210 
Vətən mükafatı…………………………………………………………211 
Dünya böyük, ömür yolu bir addım……………………………………212 
Ölüm qorxur qələmdən ………………………………………………..213 
Unut məni……………………………………………………………..214 
Beləcə………………………………………………………………….215 
Nə gizlədim……………………………………………………………216 
Qızlar…………………………………………………………………..217 
"Bir ürək sındırdım" …………………………………………………..217 
Azəri qızı ……………………………………………………………..218 
 


__________________Milli Kitabxana_________________________ 
224 
 
 
Buraxılışa məsul:  
Əziz Güləliyev 
 
Texniki redaktor: 
 
Rövşən Ağayev 
 
Tərtibatçı-rəssam:  
Nərgiz Əliyeva 
 
Kompyuter səhifələyicisi: 
Rəvan Mürsəlov 
 
Korrektor:  
 
Aysel Qarayeva 
 
 
 
 
Yığılmağa verilmişdir 15.05.2004. Çapa imzalanmışdır 13.11.2004. 
Formatı 60x90 
1
/
16
. Fiziki çap vərəqi 14. Ofset çap üsulu. 
Tirajı 25000. Sifariş 197. 
 
 
 
 
Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur. 
Bakı, Aşıq Ələsgər küç., 17. 
 
 
 
000003 
 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə