Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   29   30   31   32   33   34   35   36   37

__________________Milli Kitabxana_________________________ 
205 
 
 
DURNALARI DÖNMƏZ OLDU 
 
Boz qayalar çapıqlandı, qaraldı;  
Durnaları dönməz oldu dağların.  
Ada göllər çamırlandı, qaraldı,  
Durnaları dönməz oldu dağların. 
 
Azad durna yol istədi, yol bölük,  
Tala bölük, çala bölük; göl bölük.  
Göylüyünü necə saxlar bu göylük,  
Dumaları dönməz oldu dağların. 
 
İki cavan bulaqda söz bağladı,  
Durnaların yoluna göz bağladı.  
Saxsı sənək göyərdi, buz bağladı,  
Durnaları dönməz oldu dağların. 
 
Əyriliyə əyilməyən Əyriqar,  
Yağdı sənə ayrı yağış, ayrı qar.  
Qoşadağa qoşa güllə qoydular;  
Durnaları dönməz oldu dağların. 
 
O Vaqifdi - odasına od düşən,  
O Zakirdi - sədasına od düşən,  
O Arazdı - səmasına od düşən,  
Durnaları dönməz oldu dağların... 
 
 
 
 
 
İyul, 1981 
  
 
  
 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
206 
 
ƏLLİ YAŞIMA ÖN  SÖZ 
 
Əlli il deyildi, əllicə gündü..  
Enişli-yoxuşlu... çoxları bilir.  
Zamanın əlində bircə bükümdü,  
Qallandı, əvvəli-axırı birdir. 
 
Otuz il əyləşdim üzü divara,  
Dilimdən söz əmdi körpə qələmim.  
Çox çəkdi özünü adil-divana  
Təzə söz dilənən köhnə qələmim. 
 
Əsrin ortaları qaynar çağlanın...  
Axıra əsrin də axırı düşdü.  
Ağır bir sənətə könül bağladım,  
Bəxtimə dərdin də ağın düşdü... 
 
- Hünərin bu yola nə yüklə çıxdı?  
Tapdığın nə oldu, itirdiyin nə?  
Nahaqqın yoluna kötüklə çıxıb,  
Haqqını qoşdunmu haqq qədəminə? 
 
Kimdi o arxadan sənə daş atan? – 
Dönəndə dizini qucaqlayanlar'?  
Boğazdan yuxarı ürək yaşadan,  
Ürəkdən aşağı baş saxlayanlar... 
 
Tikan da göyərməz acı sözündən,  
Dilindən dillərə yol yoxsa asan; - 
Toxu bal-yağınan, acı sözünən  
Doyuran evlərə qonşu olmusan!.. 
 
Çox olub gölümdə üzən sonalar,  
Çox olub nağılçını-küpəgirənlər!  
Sonralar anladım, xeyli sonralar  
"Cibəgirən olur gözəgirənlər." 


__________________Milli Kitabxana_________________________ 
207 
 
Tapışmaz, uyuşmaz, görüşməz daha  
Cavan günlərimlə yaşlı günlərim.  
Yaşar yaxşıların qayğılarında  
Mənalı günlərim, yaxşı günlərim. 
 
İki qəbir daşı - iki şam kimi,  
Yoluma boylanır atamla anam.  
Uçurub əlimdən ekizlərimi  
Taleyin yoluna yalqız çıxmışam. 
 
Demə yol dolaylı, küləklər azğın,  
Hər seldən, gurşaddan uçmaz bu qala.  
Taleyin hökmünü gözləmək azdı,  
Taleyin hökmünü özün imzala... 
 
5 avqust, 1982 
 
 
 
 
  


__________________Milli Kitabxana_________________________ 
208 
 
SUAL 
 
Günəş hər gün yelində,  
Ulduzlar öz yerində  
Sualım at belində:  
Mən nəyəm, mən nəçiyəm? 
 
Günəş yanar - yandırar,  
Nə yandırmaz, nə yanmaz.  
Səhər bir an gecikməz,  
Axşam bir an dayanmaz. 
 
"Yer mənim, göy mənimdi" –  
Desəm, vallah, yalandı;  
Nə göyə əlim çatan,  
Nə yer mənim olandı. 
 
Üfüqdə üfüq boyda  
Od qalamaq istərəm.  
Bu dünyadan nə getmək,  
Nə də qalmaq istərəm,  
Mən nəyəm, mən nəçiyəm? 
 
Hər əməli insanın  
Tərəzidə çəkilir.  
Düzlüyü də çəkilir,  
Qərəzi də çəkilir.  
Mən nəyəm, mən nəçiyəm? 
 
Bir misqalı yüz bölən  
Ərkim olsa birinə.  
Bolkə adım oxuna,  
Bəlkə yerim bilinə.  
Mən nəyəm, mən nəçiyəm? 
 
Yerim yoxsa bu yerdə,  
Yer hədiyyə ummaram. 
 
 
 
 


__________________Milli Kitabxana_________________________ 
209 
 
Nə ümmanda damlayam,  
Nə damlada ümmanam,  
Mən neyəm, mən nəçiyəm? 
 
Kölgəsi yox günəşin,  
Bəlkə elə kölgə mən.  
Nəsimi harayından  
Əks-səda bəlkə mən... 
 
Neçə ağlın başına,  
Daş fırlatdı bu təkər. 
İt səsinə söz deyib,  
Sözü itə tokdülər. 
 
 
Bu nə durğun hərəkət,  
Nə görünməz axmadı.  
Hər baxan anlamadı,  
Hər anlayan baxmadı. 
 
Mən qamqalaq dalınca  
Gedənlərdən deyiləm.  
Mən səhrada yolunu  
Azan nər də deyiləm. 
 
Necə axır qoy axsın,  
Bulanmasın sularım,  
Araz boyu yazılsın  
Mənim bu göy şüarım. 
 
Məni ayıltsa, bəlkə 
Ayıltdı bu sualım: 
Mən nəyəm, mən nəçiyəm?.. 
 
Pitsunda, sentyabr, 1981 
  


__________________Milli Kitabxana_________________________ 
210 
 
SİZƏ YETİM DEYƏN OLSA 
 
Son anımda qəlpələnmək istərəm – 
Araz boyu səpələmnək istərəm.  
Gözünüzdən od ələnə, istərəm,  
Sizə yetim deyən olsa, qızlarım! 
 
Namərd dili bir ağızda qıvrılan,  
Zəhərli söz balalayan bir ilan.  
Məzar daşım bir ox kimi sıyrılar,  
Sizə yetim deyən olsa, qızlarım! 
 
Arzum olub; ömrüm boyu oyanam:  
Günəşlə bir yurdumuza boyanam.  
Səhər-səhər dan yerinə boylanam,  
Sizə yetim deyən olsa, qızlarım! 
 
Söz meydanım bu Muğandı, bu Mildi;  
Mənim şerim atalıdı min ildi.  
Nəsiminin inadını dirildin,  
Sizə yetim deyən olsa, qızlarım! 
 
Mən əyilməz ata adı saxladım,  
Vicdanımı ovuclara sağmadım,  
Bu dünyanın məhvərini laxladın,  
Sizə yetim deyən olsa, qızlarım! 
 
Demək günəş yer üzünə qarğıyıb,  
Demək sənə, Vətən eşqim, qar yağıb.  
Demək kardı Azərbaycan torpağı,  
Sizə yetim deyən olsa, qızlarım! 
 
  
1980 
  
 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə