Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   29   30   31   32   33   34   35   36   37

__________________Milli Kitabxana_________________________ 
199 
 
  
Qızıl söz ələyər dindirsən əgər. 
Vüqarı əyilməz, 
Özünü möhkəm: 
Qızıl qayaları belə görüblər, 
Bizim qayaları belə görmüşəm... 
 
1980 
 
TƏKLƏNMƏ 
 
Dost arası yol çəkilməz,  
Dost arası yol sökülməz,  
Tale hər vaxt üzə gülməz,  
Təklənmə, könül! 
 
Bir otaqda bir sən, bir mən,  
Gəlhagəllər hanı, bilməm?  
Son güman da itsə birdən  
Təklənmə, könül! 
 
Öz dərdinə ortaq da ol.  
Öz içində dustaq da ol  
Dön özünə bıçaq da ol,  
Təklənmə, könül! 
 
Bu mlnzilin sonu müşkül,  
Zirvəyəcən yüyürmüşdün,  
Dərəsinə Qəfil düşdün,  
Təklənmə, könül! 
 
Arazıma körpü asa 
Düyünü yox bir nəğmə - sal.  
Son vurğunu son nəğmə san,  
Təklənmə, könül! 
  
1981 
  
 
  
 


__________________Milli Kitabxana_________________________ 
200 
 
 SEVGİ SƏRHƏDİ 
 
Boyumdan yuxarı ucalığım yox,  
Gözüm üfuqəcən görməyə qadir,  
Dağın o üzündən umacağım yox,  
Dağın bu üzündə bulaq mənimdir. 
 
Sevən həm qayğılı, həm də qayğısız,  
Sevin - səninkidir bu boyda aləm.  
Qəlbinə bulanıq fikirlər sızır:  
"Səninlə olsam da sənin deyiləm". 
 
"Elə öz yerində sayır vədlərim,  
Elə həmişəki, həmənki adam...  
Qırıb sərhədləri, qırıb sədləri  
Eşqini dünyaya tanıtdırmıram..." 
 
Tapaq məhəbbəti çəkən tərəzi,  
Bəlkə qəlbimizdə inamı çəkək?  
Sənin min şübhəni yığsaq bir gözə,  
Mənim bir inamım ağır gələcək. 
 
Ürək də qəribə xilqətdir deyən,  
Bəzən öz istəyi özünə yükdür.  
Dünən sevdiyini bu gün sevməyən  
Sevginin özündən şərti böyükdür. 
 
Demirəm əmr etsən, gözümü yumub  
Göyün yaxasinı bağlatdıraram.  
Demirəm bir gecə kəsilsə yuxun  
Sübhün gəlişini saxlatdıraram. 
 
Yox Şirin şərtlərin, 
Yox buna şübhəm! 
Mən nə hökmdaram, nə qulam sənə, 
Yox Fərhad külüngü hökmündə rütbəm
Dəniz qucağında ev quram sənə. 
 


__________________Milli Kitabxana_________________________ 
201 
 
İndi dəb deyildir Məcnun göz yaşı,  
Leyli tələbinə nə tədbir tapaq?  
Borcundan çıxarıq, Nofəl qardaşın,  
Leyli nə istəyir? - Daş-qaş - bir tabaq! 
 
Dilənçi məhəbbət sərhədlər aşar;  
Sən mənim eşqimin sərhəd dirəyi.  
Səndən o tərəfə sonsuzluq yaşar,  
Səndən o tərəfə yer görünməyir... 
 
Yanvar, 1977 
  


__________________Milli Kitabxana_________________________ 
202 
 
 
YALAN 
 
Yalan eşitmədik böcəkdən, quşdan,  
İnsandı insane yalan danışan... 
 
Tər axır alınının qırışlarından,  
Çır-çırpı kimidir ona yan-yörə,  
Sanki yalançılıq yarışlarında  
Təzəcə çıxıbdı birinci yerə. 
 
Söz dildə əsgidir, 
söz dildə ütü, 
Bu dünya önündə dəyirman pəri,  
Qupquru göyərdir,  
Yaş-yaş üyüdür – 
Vədli yalanları, yalan vədləri. 
 
Qora söz ən şirin kişmişdən şirin,  
Tökür qabağına yesən, yeməsən.  
Götürsən ikisi-üçü bəsindir,  
Bəsindir əlli il yalan deməsən. 
 
Yalandı, böhtandı sözün də qışı,  
Babalar yalan da ilandı deyib.  
Dili qulağıma yalan danışır,  
Gözləri: bu yalan yalandı deyir! 
 
Bəsdir bir damlası yüz qatışığa, 
Yalan - mürəkkəbdir, 
Yalan su deyil. 
Bəzən inanmıram düz qatışığa, 
Bəlkə heç doğru da doğruçu deyil. 
 
Ay babam, ay nənəm, qalxın məzardan;  
Kim səpdi çınqılı bu hamar düzə,  
Bu söz xəlbirində haram əl hardan  
Pıtragı ələdi söz süfrəmizə?! 
  


__________________Milli Kitabxana_________________________ 
203 
 
Yalan ayaq tutsa düz yetməz ona,  
Atım dörd nala çapasıdır o.  
Yol tapsa ədalət salonlarına,  
Bir əldən yüz alqış qapasıdır o. 
 
Köçəsi deyildir günəşə, aya,  
Yalançı rolunda baş qəhrəmandır.  
Çoxu inanmasın bu tamaşaya,  
Bəsidir minindən biri inandı... 
 
İyul, 1982 
  
 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
204 
 
GƏLMƏDİ RƏSUL 
Bu il "Sabir günləri"nə gəlmədi Rəsul,  
Hər ocağa bu xəbərin ayazı yetdi.  
Avazıdı qara torpaq, qaraldı ağ su;  
Zaman bir də çətin doğa o planeti. 
 
Alqışlar da bircə əlin "himi"ni gözlər,  
Yer üzünü ətəkləyib çəkə salona.  
Çox ərməğan acı deyil o mavi gözlər,  
Bircə çinar yarpağı da bəs elər ona. 
 
Hələ səsi kürsülərin qulaqlarında,  
Soyumayıb daş-divarda əlinin odu.  
Hələ izi quzeylərin dənər qarında,  
Hələ vulkan geyimini dünən soyundu. 
 
Səhər ağ gün çıxarmışdı çıxdığı yola,  
Hənirindən başlamağa dağ mehi hazır...  
Bir gözəldi gözləməkdən gözləri dolan,  
Qucağında tər bənövşə yazıqdan yazıq. 
 
Haqqım yoxdu yamacına düz deyim onun,  
Ölüm adlı bir araba durur qapıda.  
Gözü yaşlı misraları az deyil onun,  
Ağlayam, sızlayanı çətin tapıla. 
 
Ölçülərə boy verməzdi əyilməzliyi,  
Boz, qranit qayalarla duruşu təndi.  
Göyərtdiyi ölməzliyin, yenilməzliyin  
Əkinçisi Rəsul idi, barı vətəııdi. 
 
Bu hikmətə yerin, göyün özüdür şahid,  
O, ölümü dəfn elədi özündən qabaq.  
Söz yaşadan ünvanlarda yaşayır şair,  
Yaşayıbsa, "yaşamışdı" yazılmayacaq... 
 
Avazıdı qara torpaq, qaraldı ağ su,  
Hər ocağa bu xəbərin ayazı yetdi.  
Bu il şeir günlərinə gəlmədi Rəsul,  
Zaman bir də çətin doğa o planeti... 
 5 oktyabr, 1982 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə