Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

__________________Milli Kitabxana_________________________ 
137 
 
NAĞIL 
 
Deyirəm əlim çata:  
Bir kəmənd atam,  
Kometdən, şimşəkdən  
İşıq yallı 
bir köhlən oğurlayam,  
Çapıb, çapıb, Günəşi 
göydən oğurlayam.  
Təşvişə düşə  
Neçə kənd-şəhər, 
neçə ölkə oğruları;  
Neçə müstəmləkə oğruları;  
Görələr: göz işığında,  
Ürək işığında,  
Arzu-ümid işığında,  
Yaşamaq necəliyini.  
Görələr: saraylar,  
Kürsülər, seçkilər gecəliyini.  
Günəş qoltuğumda – 
Oğru bir uşaq kimi, 
qaçıb, qaçıb 
Neçə sistem sonsuzluğunu ötəm,  
Kainatın elə bir küncündə  
Günəşin üstünü örtəm ki,  
bütün planetləri ələsələr,  
Bütün ulduzları 
əldə çıraq eləsələr,  
Tapmayalar Günəşi,  
Tapmayalar məni.  
Mən özüm gəlib müştuluqlayam  
Məni gəzəni.  
Düşələr əl-ayağıma,  
Hindular Kolumba ya varan kimi.  
Bir hirssiz, qəzəbsiz barmağa  
Açılmaq istəyən 
bomba, yalvaran kimi. 
  
 
  
 


__________________Milli Kitabxana_________________________ 
138 
 
Mənə sarı dillər uzana,  
Artığını kəsəm.  
Mənə sarı əllər uzana,  
Sırtığını kəsəm.  
Ömrü boyu yalvardanlar 
yalvara-yalvara,  
Yalmana-yalmana  
"Bağışla" - deyələr,  
"Döy-söy bizi",  
"Əz, xışla" - deyələr,  
Amma "bağışla" - deyələr.  
Ulduzların iştirakıyla  
Belə bir qol kağızı alam:  
"... Verilir ki,  
Birdə Yer üzündə  
İşıqsız qoymayacaq  
Adamı adam... 
" Bəli, bundan sonra  
"Dustaq Günəşi" 
Fəzaya ötürəm.  
Sevin, zənci qardaş,  
Dikəl, ütülən!  
Demə bu nağıldır,  
Bir gərniş, bir isin!  
Vallah, tapıla bilər  
Mənimtək birisi... 
  
 
 


__________________Milli Kitabxana_________________________ 
139 
 
QUZU 
 
Kiminsə əlində sıyrıldı bıçaq,  
İştahlar əmliyi diricə yedi.  
Sarılıb quzunun boynuna uşaq  
"Yazıqdır, kəsməyə qoymaram", - dedi. 
 
Baxmayıb uşağın göz yaşlarına,  
Kəsdilər quzunu, selləndi qanı.  
Uşaq fit yolladı yoldaşlarına,  
Uşaq harayladı it dostlarını. 
 
Dedilər bişəndə dirilər quzu,  
Uşaq da inandı, ovundu, durdu.  
Uşaq inadım kabab qoxusu  
Gizlicə-gizlicə ovundururdu... 
 
Hardasa dil açdi bir çoban neyi,  
Hardasa bir həzin bulaq ağladı.  
Kiminsə taleyi quzu taleyi,  
Kiminsə dalınca uşaq ağladı... 
  
1978 
  
 
  
 
 
  
 
  
 
  
 
  
 
  
 
 
  
 


__________________Milli Kitabxana_________________________ 
140 
 
 Çoxdandır açmıram qəzet qapısı,  
Çoxdandır masamın cibləri şişib,  
Kiminin toyudur, kiminin yası:  
"Eh, yəqin kotanı daşa ilişib..." 
 
Kağızlar içində harayım, carım,  
Kağızlar içində həyatım əsir,  
Bəlkə də azarkeş oxucularım  
Şəklimi axtarir, şəklimi gəzir. 
 
Yenə bu minvalla yollar çəkəcə  
Mənim bu Fərhadlı, külünglü 
peşəm. 
Mətahı köhnələn alverçilərtək  
Bazara qaçmağa tələsməmişəm... 
 
1973 
  


__________________Milli Kitabxana_________________________ 
141 
 
BİGANƏLƏR İQLİMİNDƏ 
 
Mən arabir: 
qayğıların 
qayğısından bişirəm.  
Qaçıb qəsdən; 
biganələr iqliminə düşürəm.  
O iqlimin kölgəsi bir,  
Günü bir.  
Orda hava bürosuna 
laqeydlik deyilir.  
Görürsən ki, cığıldadı 
bir top hava dalğası,  
Xəbər verir başsız hava darğası:  
"Laqeydlik bürosunun təbirincə,  
Gözəl-gözəl söz yağacaq bu gecə,  
Gözəl-gözəl vəd yağacaq bu gecə.  
Qurban kəsin,  
Filankəsin 
fikri aydın olacaq:  
"Danışarıq", "baxarıq",  
"Görək", "bəlkə" və "ancaq"...  
O iqlimdə fəsillərin  
Gəlişləri bilinməz,  
Gedişləri bilinməz.  
O iqlimdə fərqi yox,  
Necə geyin, necə gəz – 
İstəyirsən son dəbin 
parçası bil dumanı,  
İstəyirsən başa geyin tumanı.  
O iqlimdə fərqi yox:  
Bir qadının kürəyində  
Ya samovar sızıldasın,  
Ya da körpə mızıldasın.  
Biganolər iqlimində  
Göy üzü damar-damar,  
Göydon yerə buz damar. 
 
 
  


__________________Milli Kitabxana_________________________ 
142 
 
Gözlər olar buz səhrası, 
buz çölü, 
Yeriyənlər buz ölü.  
Bu gözlərin içində 
yorular xizəyim.  
Soyuyar ürəyim.  
Bir lənət deməkçin bunların – 
Bu tozlu, 
bu duzlu, 
bu buzlu yolların hamısına, cəmisinə,  
Əl eləyib, qaçıram  
Atom Buzqıran gəmisinə... 
 
1973 
  


__________________Milli Kitabxana_________________________ 
143 
 
BU TƏRİFƏ İNANSAM... 
 
Görən kimi, rəyçim məni,  
Telefonda söhbətini saxladı,  
Qalxıb əziz adam kimi 
boynumu qucaqladı,  
Tərif tökdü qabağıma 
qırçın-qırçın, 
qalaq-qalaq. 
Qorxdum uça, altda qalam.  
Hər sözündən istedadım qıjıldadı:  
"Kəlmələrim gümüş dadır, qızıl dadır... 
" Dedim: - Əşi, bir az toxta, bir nəfəs dər.  
Dedi:  
Elə nəfəsdir də, 
havadır da bu nəğmələr;  
Nizaminin şöhrətini haqlamağa ,  
Füzulini hərəkətdən saxlamağa  
Bir addımın qalır təkcə.  
Bu addımın - 
bir qəşəngcə 
yonulmaqdır, 
əyilməkdir, 
çapüçün, - 
kitab üçün 
nəzilməkdir, əyilməkdir...  
Birdə:"təbrik!" Birdə"əla", - 
Deyə-deyə varaqları  
O çevirdi bala-bala.  
Gördüm: yazıq kəlmələrim 
elə bil ki, döyülüblər.  
Vağənimiş zəmi kimi 
saralıblar, əyiliblər,  
Yazımdakı yaşıl nə var – 
Onun oraq sualları 
bir-bir biçib qoyub yana.  
Qana düşmən sətirlərim 
batıb qana. 
 
 
 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə