Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

__________________Milli Kitabxana_________________________ 
131 
 
QƏFİL 
 
Bir haray yuxuma güllə boşaltdı,  
Bir duyğu səsiymiş oyadan məni, - 
Qəfil bir səksəkə qoynuna atdı,  
Oyatdı bir Qəfil yuxudan məni. 
 
Qəfil başkosmələr, Qəfil asmalar,  
Qəfil qasırğalar yadıma düşdü.  
Qəfil hökmləri qəfli yazmalar,  
Naqəfil darğalar yadıma düşdü. 
 
Qəfil oyanışlar, vuruşlar ki var!  
Yaman qəfilləri qəlbim unutdu.  
Qəfil hücumlara qəti duruşlar  
Gözümə təsəlli pərdəsi tutdu. 
 
Qəfil üsullarla çoxdan tanışıq,  
Bəzən bu cürəti yada vermişik.  
Qacarı Qəfildən yaxalamışıq,  
Nəbini Qəfildon bada vermişik. 
 
Qəfil muştuluqlar az çıxar yola,  
Qəfil xoş xəbəri haqla deyiblər.  
Qəfil bir sevgini dağdan qolayla,  
Sonra dalısınca ağla, deyiblər. 
 
Bu torpaq əsrlər qaranlığında  
Qəfil nur dağları dikəldib axı!  
Bu torpaq qədimlər toranlığında  
Nadan sürüsü də kökəldib axı! 
 
Qəfil təzadların sıçrayış yeri – 
Gah zülmətli olub, bu yer, gah işıq.  
Biz həiə bu yerdə qəfilliklərin  
Əsil damarını axtarmamışıq... 
  
1970 
  


__________________Milli Kitabxana_________________________ 
132 
 
ÜFÜQ 
 
Nə yaxşı, 
əl çatmazdır üfüq;  
Nə yaxşı, 
arzularca  
Ucalmazdır üfüq.  
Nə yaxşı, 
əl çatmazdır üfüq.  
Nə qədər xəyalımız 
səs qapır, söz tapır, çapır, çapır...  
Düz keçir, dağ aşır, 
yetmir ona.  
Nə yaxşı yetmir ona.  
Nə yaxşı, 
əl çatmazdır üfüq.  
Nə yaxşı, arzular kamına 
alçalmazdır üfüq.  
Nə yaxşı, istəyin 
boz quma əkiləni var.  
Ümidin çarmıxa çəkiləni var.  
Nə yaxşı, sən varsan
üfüqdən o yankı həyatım.  
Üfüqdən o yanda – 
Söz yetməz heyhatım... 
  


__________________Milli Kitabxana_________________________ 
133 
 
VƏTƏN MƏNƏ OĞUL DESƏ 
 
Buyruqlara sığışmayan inaddım,  
Çox qanadlar yorub salan qanaddım.  
Ulduzlara yumruq düyüb, daş atdım;  
Nizamlara baş əyməzdi nizamım. 
 
Qayaları haçalardı qüdrətim,  
Buludları parçalardı qüdrətim  
Şimşəkləri qıçalardı qüdrətim,  
Yorulanda nur mizrablı ozanım. 
 
O selablar seləliyim yalanmış,  
Ötən günlər çalağanmış; çalanmış.  
Bircə kövrək xatirələr qalanmış,  
Onu da ki, ha çevirim, ha sanım... 
 
Vətən mənə oğul desə nə dərdim,  
Mamır olub qayasında bitərdim.  
Bu torpaqsız harda, nə vaxt, nə dərdim  
Xəzanımdır, xazanımdır, xəzanım. 
 
Dünənimi döşdən asan deyiləm,  
Dünənimə qəbir qazan deyiləm.  
Ürəyimsiz kəlmə yazan deyiləm,  
Nə qədər ki, öz əlimdi yazanım. 
  
1970 
  
 
 
  
 
 
  
 
 
 
  


__________________Milli Kitabxana_________________________ 
134 
 
GÜL - TÖHFƏLƏR 
 
Bu qədər 
güllərə uyma, gül balam,  
Mənsiz bu töhfələr yox ola bilər.  
Körpə düyğuların belə zövq ala,  
Beləcə incəlib, yıxala bilər. 
 
Mağara ağızlı vədlər kamına  
Tez baxıb, tez uyan incələr olur.  
Qəfil bürkülərin yaz kəlamına  
Tez uyan,quruyan incələr olur. 
 
Mələr çəmənlərdə quzu küləklər,  
Sazaqlar yol üstə yaz haraylayar.  
Qırıb pəncərəni quzğun küləklər,  
Qəlbini didməyə yas haraylayar. 
 
Güllərə hopulan bu alqışları,  
Gülüm, göz yaşınla yuyarsan onda.  
Tikan qayğıları, buz baxışları,  
Ayaz gülüşləri duyarsan onda. 
 
İyun-avqust, 1970 
  


__________________Milli Kitabxana_________________________ 
135 
 
BİRİ MƏNƏ ŞAİR DEDİ... 
 
Biri mənə şair dedi,  
Dondum yerimdə.  
Hər çiynimdən asıldı bir 
qurğuşun tayı. 
Dünya məndən yer istədi bəbəklərimdə,  
Elə bil ki, canlı yoxdu məndən savayı. 
 
Ağılların uçurumuna ütü çəkməli,  
Ürəklərin zülmətinə enmək istədi.  
Qələm dostum, yaxşı rahla əsgər çəkməni,  
Qanlar tökən dişləri bəs kim tökəcəkdi. 
 
Bir ölkənin caynağından ölkə saldırıb,  
Neçə-neçə bölünənlə bölünməliyəm.  
Bir öikənin sağlığına badə qaldırıb,  
Bir ölkənin göz yaşına bələnməliyəm. 
 
Tamahlar var, məqam tapıb orbitə çıxsa,  
Qitələrin gözlərinə qor atacaqdır.  
Yer şarını bir nar kimi ovcunda sıxsa,  
Tamahsıyıb, ulduzlara tor atacaqdır. 
 
Neçə ümid gəmisini sürər qanında,  
Bələdçiyə möhtac olan qərib duyğu var.  
Bir qarışqa yuvasını dağıdanın da  
Nə vaxtdansa Qacarınan qohumluğu var. 
 
Öz şöhrəti heykəlinə dəmir əridən  
Vətəndaşın vətəni də bir evdir ancaq.  
Vətən üçün can əridən, ömür əridən – 
Bir daşa da minnət qoyub, pay ummayacaq. 
  
 
  
 


__________________Milli Kitabxana_________________________ 
136 
 
Dodağından bır yarımçıq ümid doğmayan  
Beyni batıq, ağlı yatıq riyakara bax!  
Qızıl-qızıl qayçılarla tale doğrayan  
O əlləri miz üstündə kim doğrayacaq?! 
 
Uşaq yüklü analara muştuluq məndən:  
Şair əli gülüş əkən bağban kimidir!  
Yer üzünün hər küncünə yönələ bilən – 
Buludlara nur daşıdan sarban kimidir! 
 
 
 
 
1970 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə