Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

__________________Milli Kitabxana_________________________ 
108 
 
 
 
İNSAN QAYALAR 
 
("Vətən qayaları,  
Vətən daşları" silsiləsindən) 
 
Bir qayaya söykənmişəm, 
Deyirəm kaş:  
Bax beləcə daşa dönəm 
yavaş-yavaş.  
Taleyimi qayaların taleyinə 
bağlayam mən. 
Bircə insan düşüncəmi saxlayam mən.  
Daş ayaqlı, daş əlli bir insan kimi  
Enib daşdan-daşa düşam,  
Qayaların lal dilini başa düşəm.  
Onların daş qulağına bir daş atam,  
Qayaların keçmişini 
qayalara xatırladam,  
Deyəm: Bir vaxt insan oğlu 
insan olub bu qayalar.  
İnsanların nərəsindən 
doğulub bu qayalar.  
Nər igidlər düşmən üstə gedən zaman  
Babalar da baş qaldırıb yer altından,  
Qaya kimi, - 
dayaq olub, yumruq olub, 
ox olublar.  
Qayadöşlü qəhrəmanlar 
qayalıqda yox olublar,  
Bu torpağın taleyində o da elə 
bir gün idi, 
İgidlərin yaşaması daş olmaqla mümkün idi.  
Yoxsa onun qismətinə hardan düşə 
bu qədər daş!  
Danış görüm, a daş qardaş!  
Siz nənəmin bacılığı,  
Siz babamın qardaşlığı, 
  


__________________Milli Kitabxana_________________________ 
109 
 
Təbiətin səpdiyi bir 
zəmi sanım  
Bəlkə elə bu daşlığı!  
Siz ey qədim əfsanələr,  
Şerimə yağ, səsimə yağ!  
Nə zamansa bu daşlarla 
bir dil tapan tapılacaq – 
Bu daşların, qayaların 
keçmişini oyadacaq,  
Ordu-ordu qayalıqlar 
insanlığa qayıdacaq.  
Bu basılmaz nərlər-ərlər,  
Bu qaya sərkərdələr  
Onda məni - bir balaca daş əsgəri 
qoyar yəqin qoşulmağa bu cərgəyə,  
Qayaların keçmişini 
qayalara yazdım, deyə.  
Onda Vətən sanar məni  
Bir balaca Vətən daşı,  
Vətən daşı olmayandan 
olmaz ölkə vətəndaşı... 
 
Şuşa, 1970 
 
 
  
 
 


__________________Milli Kitabxana_________________________ 
110 
 
SALAM, A ZİRVƏLƏR 
  
Salam, a gədiklər, salam, a dağlar!  
Yenə boynunuzu qucmaq istərəm.  
Alıb küləyini qoluma, dağlar,  
Zirvədən zirvəyə uçmaq istərəm. 
 
Çoxdandır sürmürəm ayaq gəmimi,  
Dərəyə susuram, zirvəyə acam.  
Batırıb buluda daş qələmimi  
Yağışlı bir nəğmə yazım yamaca!.. 
 
Sonra da oxuyum, səsimi yazsın  
Qaya sinəsinə mətin qayalar.  
Torpaq nəğməsinə qoy qulaq assın  
Torpaqda ən möhkəm bitən qayalar. 
 
Zirvəyə qalxdıqca adamı sanki  
Günəş yuyundurur nur damarında.  
Azacıq uyudur, ətirli, sakit,  
Sərin dağ mehinin qanadlarında. 
 
Görünər zirvələr bərabərində  
Ağıllar mayakı - ağıl zirvələr.  
Görünər zirvələr bərabərində  
Buluddöş dastanlar, nağıl zirvələr. 
 
Salam, a zirvələr, salam, a dağlar!  
Yenə bir qayada göyərdin məni.  
Salam, a zirvələr, salam, a dağlar  
Yenə bir nəğməlik köyrəldin məni... 
  
İyun, 1970 


__________________Milli Kitabxana_________________________ 
111 
 
 "ƏRİM GƏLDİ" QAYASI
*
 
 
Bu torpağı gəzməmişəm 
hələ daş-daş,  
Dərələri kaha-kaha, 
qayaları hələ qaş-qaş.  
Şair, dəcəl körpəliklə 
yenə daşlaş... 
Yapış onun yalıntaraq ayağından,  
Dağa dırman, dağa dırman!  
Bu qayanı niyə gördüm?  
Gördüm, nələr yada düşdü:  
Yaziq nənəm, eh, nə qədər 
gözü yolda oda düşdü,  
Oda düşdü gəlinlərə təsəllidən.  
Ömrü-günü cəhrə nənəm,  
Ömrü-günü bükük nənəm.  
Kirpikləri ələk nənəm..  
Barmaqları üskük nənəm.  
Gəlinləri ər gözləyir - yola baxır.  
Gəlin dağı! Yaddan çıxır oğul dağı!  
Görən, neçə elə gəlin, elə qarı,  
Burda elə daşa dönüb, elə qalır...  
"Ərim gəldi" qayasının dövrəsi daş,  
Daş gəlinlər bir anlığa dillənə kaş,  
Bircəsinin nidasına qoşqu olam,  
Unvanına yetirməyə borclu olam.  
Yağış döyən, külək yonan 
daşlar çopur,  
Qəzəbimdən daşlar qopur, 
daşlar qopur. 
 
 
 
  
 
  
 
                                                           
*
  “Ərim gəldi”  Şuşanın aşaği qənşərində bir dikdir. Rəvayətə görə,  əri uzaq səfərlərə, döyüşlərə gedən 
qadınlar burdan tez-tez baxar, bir uzaq qaraltı görəndə "ərim galdi, ərim gəldi" deyib sevinərmiş. 
 


__________________Milli Kitabxana_________________________ 
112 
 
Bir əlləmə tolazlamaq istəyirəm 
Qədim daşlar aləminə,  
Bəlkə bu daş sualımdan daşlar dinə: 

Ərin hara gedib, bacı? 
Ərin niyə gedib, bacı? 
Daşlar dinir; acı-acı... 
Həyatımda mən ilk dəfə 
daş xoruna qulaq asdım.  
Daş xorunun naləsini lentə yazdırn: 

Ərini gedib: ehtiyac bir yola gələ! 
Ərim gedib: qanlı köynək ola gələ! 

Ərim gedib: xan qızına lələk üçün! 

Ərim gedib Kəbəyə bir dilək üçün! 

Ərim gedib: Qəsri-Qacar küncü qıza, 

Ərim əppək gedibdi bir küncüt qıza... 

Ərim gedib: qonşu kənddə qan batıra, 

Ərim güllə çataqladı bir qatıra, - 
Həcər bacı o üzdədir, 
toyuna sovqat istədi.  
"Ərim gedib, ərim gedib..."  
Bu xor yenə qatılaşdı,  
Xəyalım çox dağdan aşdı,  
Uçrumlara tökülən o 
Nəm saçlara çox dolaşdı.  
Daş nənələr, daş xalalar, daş bacılar  
Bilmədilər: gün doğular, gün açılar,  
Dərələrlə başaşağı, başyuxarı  
Gələr xoş xəbərlər axarı.  
Onlar Sevil haraymı eşitmədi,  
"Ərin gəldi, sevin, sevin!" - 
harayını eşitmədi.  
Yazıq,  
Azərbaycan qızı!  
Min illərlə yana-yana,  
Tikə-tikə, xana-xana  
Bu torpaqda 
arzu əkib, ələm dərdi. 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə