Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

__________________Milli Kitabxana_________________________ 
85 
 
 Ey Xan Eyvaz,  
Giziroğlu Mustafabəy,  
Əgər ki, siz 
Bu məsələ qol çəkdiniz!  
Sonra, sonra hansınızsa  
Xalqa gələn bir qəzadan  
Öz başını yana əydi.  
O qəza bir topa dönüb  
Səttarxanın tifaqına 
yaman dəydi.  
Məndən ötdü!...  
Məndən ötdü!..  
Sevincə bax, qeyrətə bax!  
Bunu yazan xilqətə bax!  
Məndən Ötdü!..  
Qulağımdan getmir bu səs,  
Zərbələri qardaşına,  
Sirdaşına ötürən kəs  
Elə bli ki, bax bu gecə  
Qulağımın dibindəcə  
Xətainin süqutuna 
qəh-qəh çəkdi. 
Sonra, sonra 
Səhərəcən başına yüz qədəh çəkdi.  
O qəhqəhin dalğasından,  
O məstliyin baş fırladan  
Havasından 
qopan daşdı – 
Azərbaycan torpağında  
Araz boyda şırım açdı.  
Məndən ötdü...  
Bunu dedi Şəki xanı,  
Bunu dedi Bakı xanı,  
Bunu dedi İbrabim xan,  
Fətəli xan, Kəlbəli xan...  
Qəza ötsün məndən, - dedi,  
Ötən kimi "mən-mən" dedi: 
  
 
  
 


__________________Milli Kitabxana_________________________ 
86 
 
"Mən-mən" dedi bir ölkədə 
nə qədər xan. 
Onlar "mən-mən" deyən yerdə  
Sən olmadın, Azorbaycan!  
Səni səndən alıb belə  
Yüz illərlə uyutdular.  
Səni səndə ələdilər,  
Səni səndə üyütdülər.  
Dibək oldun öz duzunla, 
öz daşınla.  
Ögey oldun 
doğma, əkiz qardaşmla – 
Məndən ötdü deyənlərin qeyrətindən,  
Namusunu yeyənlərin qeyrətindən!  
Məndən ötdü...  
Məndən ötdü!  
Ey daşlaşan, torpaqlaşan, 
ulu babam!  
Bu günümdən dünənimə uzaqlaşan 
ulu babam!  
Ayağa dur!  
Dəfn etdiyim məsəlinin 
Baş daşına 
Bir təəssüf xatirəsi yazıb, yondur:  
Sondən ötən mənə dəydi,  
Məndən ötən sənə dəydi.  
Səndən, məndən ötən zərbə 
Vətən, Vətən, sənə dəydi. 
 
1967 
  


__________________Milli Kitabxana_________________________ 
87 
 
ARAZ ÜSTƏ ÇİNAR GÖRDÜM 
 
Araz üstə çinar gördüm.  
Qoşa çinar.  
Budaqları bir-birinə 
dolaşan çinar.  
Yarpaqarı bir-biriylə 
öpüşən çinar.  
İki titrək, iki güləş,  
İki şən çinar.  
Biri bir az gövdəlidir,  
Bir az da uca,  
Baxdım boyuna.  
Bir az nazik, gödək çinar  
Qısılıb ona. 
Elə bil ki, lap təzəcə toy eloraiş  
Cavandılar. 
Necə oynaq, necə şıltaq,  
Mehribandılar. 
Adamların gülüşündən nəğmə qaparlar,  
Adamların gülüşünə nəğmə qatarlar.  
Yarpaqların uşaq dilli şənlikləri var,  
Yarpaqların uşaq əlli çəpiklari var.  
Onlar sussa, Pəncərələr 
qulağına qulaq bağlayar,  
Küçələrdo gedış-gəliş ayaq saxlayar.  
Qucaqlaşıb ulduzları oxuyar onlar,  
Bir-birinin qucağında yuxlayar onlar...  
Araz üstə Çinar gördüm.  
Qoşa duran bir cüt çinar.  
Gəlin çinar.  
İgid çinar. 
Baxdım, baxdım təbiətin,  
Ağac adlı,  
Qol-qanadlı 
cüt heykəlinə. 
  
 
 


__________________Milli Kitabxana_________________________ 
88 
 
Bir baltalı əl hardasa 
qıcandı mənə. 
Qorxdum, qorxdum onların bu 
Sevgisini yaralayalar. 
Budaqları, govdələri, rişələri 
Bir-birindən aralayalar. 
Daha pisdir, - qırmasalar, - 
Çinarların arasından 
Arx qazalar. 
Bu arx əvvəl 
Kiçik olar, dayaz olar... 
Sonra, sonra böyüyüb bir Araz olar... 
Araz üstə 
Çinar gördüm. 
Qoşa çinar. 
Budaqlan bir-birinə 
dolaşan çinar. 
Xəyalımın üfüqündə görüş istədi 
İki tənha pərişan çinar... 
 
1967 
  


__________________Milli Kitabxana_________________________ 
89 
 
BİR AXŞAMIN BALLADASI 
 
Ey ilham pərisi, varsansa əgər,  
Bu axşam üstümo qanadını gər,  
Qanım bir hərarət alsın qanından,  
Çıxım bu fikirlər burulğanından.  
İsinsin azacıq bu daş duyğular,  
Olmayım bir evdə beşinci divar...  
Bu axşam o qədər tənhayam, təkəm,  
Bu axşam elə bil yarılıb sinəm,  
Çapılıb talanıb məhəbbət orda,  
Qalmayıb bir tikə mərhəmət orda.  
Bu axşam sahibi ölən bir tacam,  
Kimsə istəməyən bir ehtiyacam.  
Bu axşam fikrimlə o qədər acam,  
Lap bütün gecəni 
yesəm - doymaram.  
Bu axşam qəlbimdən gəlib keçəni  
Bütün ulduzlara desəm - doymaram.  
Bu axşam...  
özümdə yoxanı bu axşam,  
Bu axşam özümdə dəfn olunmuşam.  
Bu axşam od yoxdur məhəbbətimdə,  
Bir ünvan, ad yoxdur məhəbbətimdə.  
Bir dəniz, bir sahil təmasını mən  
Bu axşam qəlbimdə görmürəm nədən?..  
İlahi, dünyaya niyə gəlmişəm?  
Hisslərim qəlbimdə əzilmiş şüşə,  
Eşqim didiklənən bir parça kağız...  
Küləklər, haraya aparırsınız?  
Aparın, aparın, aparın,  
Amma 
Onu tuş etməyin hissiz adama,  
Onu qoşa duran,  
Onu illər boyu baş-başa duran  
Daşlara verin.  
Birgə çöp daşıyan,  
Birgə yuva quran quşlara verin. 
  


__________________Milli Kitabxana_________________________ 
90 
 
Qoy, suya, torpağa hopulsun bu qəm;  
Mən necə sevmişdim, necə sevirəm...  
Sevib yaşadığım anlar var idi,  
Fikrimdə "o" vardı, "onlar" var idi.  
Bir dağdım, sinəmdə ad idl "onlar",  
Adicə səyyahdı, yad idi "onlar",  
Qəlbimi görməyi bacarmazdılar,  
Sinəmə girməyi bacarmazdılar,  
Sinəmdə "o" adlı vulkanım vardı,  
Bilməzdik hansımız hansı olardı.  
Kim kimin gözündən qapardı dərdi,  
Kim kimin qəlbində buz əridərdi.  
Sevirdim - dağ idim, sevirdi - vulkan.  
Qaldı bir ovuc kül, bir daş o dağdan. 
Ey ilham pərisi, varsansa əgər,  
Bu axşam üstümə qanadını gər,  
Mənə bir sevimlik məhəbbət gətir,  
Mənə bir güzəştlik mərhəmət gətir!  
Niyə mən özümdə yoxam bu axşam,  
Bu axşam özümdə dəfn olunmuşam.  
Sanıram min ildir dünyada varam.  
Sonuncu nəğməsi çalınmış taram. 
Heç nə gözə dəymir, gözə görünmür,  
Gözə görünən do təzə görünmür.  
Göylər dənizlərdir, dənizlər göylər,  
Təpələr dağlardan uca görünür.  
Lap dünən doğulan körpələr belə  
Gözümdə yüz yaşlı qocaya dönür.  
Bu axşam özümdən uzaqlaşmışam,  
Uşaq olmamışam, uşaqlaşmışam.  
Ötən məhəbbətim yadıma düşüb,  
İtən məhəbbətim yadıma düşüb...  
İlahi, qəlbimə bir duyğu göndər.  
Yazıqdır, yazıqdır məni sevənlər.  
Bəlkə bir quyuya atılan daşam, 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə