Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

__________________Milli Kitabxana_________________________ 
91 
 
Ağlı kəsilməmiş kəsilmiş başam...  
Kürrədan indicə suya salınmış,  
Odu söndürulmüş, köpü alınmış  
Bir parça poladam, bir parça dəmir:  
Filizlər mənimlə dostluq eləmir.  
Dağlardan izimi söküb-tökürlər,  
Külçələr dalımca qəh-qəh çəkirlər... 
 
Ey ilham pərisi, varsansa əgər,  
Bu axşam üstümə qanadanı gər,  
Qoyma bir anlıq da küsüm dünyadan,  
Sevgi ümidimi üzüm dünyadan,  
Mənə məhəbbət ver, sevim bir kəsi,  
Sevim, elə seviə özü bilməsin.  
Bir anlıq dünyada yox olsa bəşər,  
Məni meymunların yanına göndər:  
Ünsiyyət istəyim məhəbbət üçün,  
Məhəbbət istəyim ünsiyyət üçün.  
Bir anlıq dünyada yox olsa bəşər,  
Məni delfinlərin yanına göndər.  
Dənizə məhəbbət səpmək öyrənim,  
Sahilə məhəbbət çəkmək öyrənim.  
Onu meşələrə səpim - göyərsin.  
Onunla qumları öpüm - göyərsin.  
Məhəbbət adlanan dil yaradım mən,  
Məhəbbət adlanan din yaradım mən... 
 
Ey ilham pərisi, varsansa əgər,  
Bu axşam üstümə qanadını gər,  
Mənə məhəbbətli bir nəğmə gətir,  
Məhəbbət imzalı bir namə gətir,  
Oxuyum, oxuyum o yarım üçün,  
Onu cehiz verim qızlarım üçün.  
İlahi; qəlbimə bir sevgi göndər.  
İlahi, yazıqdır məni sevənlər... 
 
Yalta, yanvar 1968 
  


__________________Milli Kitabxana_________________________ 
92 
 
ARAZIN İŞIQLARI 
 
Araz axır yırğalana - yırğalana,  
Elə bil ki, yorğalana - yırğalana  
Bir ac dəvə 
o yanına, bu yanına ağız atır.  
Qarnı batıq, 
sarı dəvə yerişini 
yavaşıdır yavaş-yavaş.  
Deyirəm ki, asta yeri
dəvə qardaş, asta yeri,  
Dağıdarsan nur yükünü, 
yortsan əgər.  
Aclığın var, boynunu bir 
çölə döndər.  
Dəmir tikan qırpmaq öyrən, 
dəmir tikan.  
Dəmir tikan qırmaq öyrən, 
dəmir tikan. 
Alqışlar çaylar səni,  
Həftələr, aylar səni.  
Yükün işıq yüküdür,  
Yormaz bu taylar səni... 
Deyirəm ki, dəvə qardaş,  
Bax burada xıxlanacaq,  
Bax bu düzdə yatacaqsan.  
Öz yükünü bax burada atacaqsan.  
Nur tayları 
bu dərədə söküləcək.  
Burda işıq dəyirmanı tikiləcək,  
Salillərin qaranlığı 
yuyunacaq, ələnəcək, 
üyünəcək. 
 


__________________Milli Kitabxana_________________________ 
93 
 
İki qəlbin işıq nəbzi 
bir qovşaqda döyünəcək.  
Sahillərin işıq dili yaranacaq.  
İşıqların öz həsrəti,  
Öz nisgili yäranacaq.  
İşıqlar öz dərdlərini  
O sahillə, bu sahillə 
bölüşəcək.  
İki sahil: 
İşıqlarla ayrılacaq, 
İşıqlarla görüşəcək.  
Gündüzlərdən çox olacaq 
dərdi - səri gecələrin.  
O tay - bu tay şəhərlərdə 
küçələrin 
Bir-birinə yazışması başlayacaq.  
Gündüzlərin küsüşməsi,  
Gecələrin barışması başlayacaq.  
O işıqlar, 
O işıqlar biləcəkmi:  
Ayrıhğın toranlığı 
nə deməkdir?!  
Toranlığın boranlığı 
nə deməkdir?!  
Boranlığın qaranlığı 
nə deməkdir?! 
Eh, nə bilim, hər bir dərdi taleyinə  
İnsan özü gözəmirmi?  
İşıqlar da insanlara bənzəmirmi?  
İşıqlar da bir-birinə  
Soyuq odlar olacaqdır.  
İşıqlar da bir-birinə  
Yaxın yadlar olacaqdır.  
İşıqlar da ayrılığa öyrəşəcək,  
Yükünü çək, dəvə qardaş, yükünü çək... 
 
Avqust, 1968   
  
 
  


__________________Milli Kitabxana_________________________ 
94 
 
GÜNƏŞİ İTTİHAM EDƏNLƏR 
 
Bu gecə fəzaya düşmüşdü yolum,  
Bir topa ulduza ilişdi yolum.  
Qəribə bir aləm gördüm bu gecə:  
Göz işlədikcə 
Bir salon uzanır göyün düzündə,  
Ulduzlar əyləşib əli üzündə,  
Dinləyir, arabir o! çalanlara  
Qoşulur yazıqlar.  
Danışır planet narazılıqlar,  
Giley kometlər...  
Buynuzlu qeybətlər,  
Cisimlər arası münasibətlər,  
Dumanlı söhbətlər  
Günəş sistemində mehvər istəyir,  
Göylərdə ayrıca göylər istəyir.  
Günəş işıqladan səma zalında  
Günəşlik istəyir öz xəyalında  
Sönmüş, söndürülmüş meteoritlər,  
Sürünən, quyruqlu asteroidlər.  
Günəş öz işində, dərdi-sərində,  
Baxıb zərrəsinin zərrələrindən  
İstəyir yeni, Ay, ulduz yarada,  
Sönən dünyaların üstünə ata.  
Günəş öz işində, öz xəyalında,  
Günəş işıqladan səma zalında –  
Günəş müttəhimdir.  
Deyir yana-yana adsız bir cisim:  
Günəş haqqımızı tapdayır bizim!  
Milyon il, milyard il 
bir yol, bir cığır – 
Nə geriyə dönür, 
nə sona çıxır.  
Hərəkət əbədi,  
Sürət əbədi. 
 
 
 


__________________Milli Kitabxana_________________________ 
95 
 
Bu misqal çəkilər, ölçülər nədi?  
İstilik, soyuqluq, qaranlıq, işıq  
Azalmır bir qaşıq, artmır bir qaşıq...  
Kim isə söz atır: 
- Sənətin nədir? 
- Böyük 
kometlərin quymq yığam, 
içik ulduzların böyük gümanı... 
- Bəs nə istəyirsən? 
Fikrini anlat: 
- Çəkimə əlli qat
Bəlkə də yüz qat  
Artıq ola bilən cazibə, dartım,  
Neçə böyükləri özümə qatım,  
Kiçiklik adını üstümdən atım...  
Yerində çırtlayır başqa bir cisim: 
- Günəş haqqımızı tapdayır bizim! 
Fəzada yeddi rəng, milyard nüsxəli - 
jşıq xəbərləri Günəşdi, bəli. 
Tutulsun Günəşin işıq yolları - 
Kəsilsin Günışin işıq qolları 
Nə qədər bərk getsək, haqlayır bizi,  
Xoşu gəlməyəndə saxlayır bizi,  
Bir cavan ulduzu salır qabağa... 
Atmaca: 
- Sən nə istəyirsən, ulduz bəy ağa? 
- Azad 
fırlanış! 
- Azad 
fırlanışda məqsədi danış! 
- Harada 
sıxlıq var-oraya getmək! 
Ulduzlar toqquşsa, haraya getmək? 
Məğrur olanının başına yumruq! 
Necə mən gəzmişəm gözləri yumuq, 
Elə do o gəzsin bu boş varlığı, 
Duysun Günəşdəki əzabkarlığı... 
Yalançı natiqlər çıxıb kürsüyə; 
Böhtanla, yalanla dönüb gürzəyə 
Günəşin qətlinə verirlər qərar. 
 
 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə