Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

__________________Milli Kitabxana_________________________ 
96 
 
Mənim qorxduğumu görüncə İkar  
Söylədİ: Yer oğlu, olası deyil!  
Kainat günəşsiz qalası deyil.  
Oğul nankorların adəti budur:  
Günəşin nurunu həmişə udub,  
Cazibə alırlar, sürət alırlar:  
Sonra da beləcə "gözdan salırlar".  
"Onu əvəz edən bəs kim olacaq?"  
Burda duruxurlar günəş yıxanlar.  
Bir də ki, nə qədər çalışır, ancaq  
Onu gizlətməyə yer tapmır onlar... 
  
1968 
  


__________________Milli Kitabxana_________________________ 
97 
 
SALYERİ 
 
Məni bir məclisdə təriflədilər,  
Günahkar balaca bir şerim oldu.  
Motsart qığılcımım yox ikən hələ,  
O gündən mənim də Salyerim oldu. 
 
Elə ki, bir qəza gəlir başıma,  
Bəxtimə qəfləti bir hellənc dəyir. – 
O günü Salyeri çıxır qarşıma,  
O günü üzümə xoş gülümsəyir. 
 
Elə ki azacıq dinc olur yerim,  
İstəsəm gecədən bir çimir dadam,  
Ürək ağrısına dönür Salyeri,  
Qoymayır dincələm, qoymayır yatam. 
 
Arabir gecələr yuxumu pozan  
Küçə itləri də salyeriləşir.  
Arabir səhərlər beynimi qazan  
Maşın fitləri də salyeriləşir. 
  
Sevinsəm, qarnını sancı doğrayar,  
Gülsəm, gülüşümü ağzımdan qapar.  
İstər göz yaşımla üzünü yuya,  
İstər göz yaşımda mirvari tapa. 
 
Onun çəkməsinin dabanlarında  
Əqrəb tikanı var, ilan dişi var.  
Dalımca sürünüb külək donunda,  
Kölgəmi zəhərlər, rəddimi sancar. 
 
Hərdən də qapımda haray qoparar,  
Dönər yer üzünün bəd xəbərinə.  
Arabir məni də alıb aparar  
Özünün naməlum şəhərlərinə. 
  
 
  
 


__________________Milli Kitabxana_________________________ 
98 
 
Böhtan gəlinidir burda hər evin,  
Riya təzə bəyi, nələr görürəm...  
Salyeri adına qəsdçilər evi,  
"Salyeri" markalı zəhər görürəm. 
 
Kim isə - qibtələr yaşasın – deyə  
Yalan bir varlığa heykəllər qurur.  
Kiminsə yolunu keçilməzliyə  
Yönəltmək naminə tərif yoğurur. 
 
Az qalır özümü mən özüm yıxam,  
Bir "mən"də qibtəylə mənlə əlləşir.  
Geriyə baxmağa bəzən qorxuram.  
Qorxuram kölgəm də salyeriləşib. 
 
Nə yaxşı, 
ünvanı azıb bu naşı,  
Hardasa yaradır bir əl, bir qələm. 
Nə yaxşı, 
mənimlə qarışıb başı,  
Nə yaxşı, bilmir ki,  
Motsart deyiləm. 
 
Bakı-Yalta, 1967-1968 
 
  


__________________Milli Kitabxana_________________________ 
99 
 
QOLTUQ AĞACI 
 
Qoltuq ağacına yazığım gəlir,  
Tutub bir binanı çiyinlərində 
O zorba bir dırək ola bilərdı. 
Məğrur bir çobanın çiyinlərində 
Qurd əzən doyənək ola bilərdi. 
Bir körpü tağı da ola bilərdi, 
Tüfəng qundağı da ola bilərdi. 
Vaxtsızım qırıldı, tezmi qırıldı... 
Vüqarı qırıldı, əzmi qırıldı. 
Qoltuq ağacından acığım gəlir, 
O bütün yollara qoltuqdan baxır, 
Girdiyi qollara qoltuqdan baxır. 
Nəğmə də oxuyur o, cırhacırla, 
Qınla-qınla... 
Qoltuqdan o yana getməyir səsi. 
Nədir oxuduğu? - "qoltuq nəğməsi". 
Özü bu vərdişi ömrünə yazıb,  
Onu bir qoltuqdan tullasan əgər,  
Yanından yan ötüb bir ayaqsızın,  
Kiməsə üçüncü ayağa dönər...  
Daş kaha yaxşıdır bir uçuq damdan,  
Duyar eyhamımı bir qoltuq acı:  
Deyirəm qoltuğa girən adamdan  
Yaxşıdır bir sınıq qoltuq ağacı. 
  
1967 
  
 
 
  
 
  
 
  
 
 
  


__________________Milli Kitabxana_________________________ 
100 
 
AZƏRBAYCAN - DUNYAM MƏNİM 
 
Azərbaycan - qayalarda 
bitən bir çiçək, 
Azərbaycan - çiçəklərin içində qaya.  
Mənim könlüm bu torpağı 
vəsf eləyərək,  
Azərbaycan dünyasından 
baxar dünyaya. 
Azərbaycan - mayası nur, 
qayəsi nur ki... 
Hər daşından alov dilli ox ola bilər.  
"Azərbaycan!" - deyiləndə ayağa dur ki,  
Füzulinin ürəyinə toxuna bilər. 
Oğulları Kür gəzdirər biləklərində,  
Oğulların göz atəşi 
Gözəl əridir. 
Azərbaycan səhərinin bəbəklərində  
Qütb ulduzu, 
dan ulduzu gözəlləridir. 
İllər olub - kürrələrdə dəmir olmuşuq,  
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.  
Od gölündə, 
buz çölündə gəmi olmuşuq,  
Biz Bakının ilk səadət carçılarıyıq. 
Min illərlə zülmətlərə yollar açıqdı,  
Dalğalandı Sabirlərin 
ümman dünyası, 
Azərbaycan qatarı da yollara çıxdı  
Dağılanda Qoca Şərqin duman dünyası. 
Azərbaycan - mayası nur, 
qayəsi nurki... 


__________________Milli Kitabxana_________________________ 
101 
 
 
Hər daşından alov dilli ox ola bilər.  
"Azərbaycan!" - deyiləndə ayağa dur ki,  
Ana yurdun ürəyinə toxuna bilər. 
 
1970 
 
*   *  * 
 
Ana yurdum, hər daşına üz qoyum,  
Hər dərəndə çaldığım saz yaşayır.  
Kimi sənin çiynində, 
sən kiminin...  
Şöhrətini yaşadan az yaşayır. 
Bu gileydən qəlbim yaman xallanır;  
"Çox ünvanda qaçaq tərif yallanır".  
Bir ağılın budağından sallanıb,  
Neçə-neçə ağlı dayaz yaşayır. 
Gülüm, bir də görüşünə yubansam, 
Adımı tut, harda dağlar dumansa. 
Gözünü sıx, 
Hansı daşda su yansa, 
O daş altda Məmməd Araz yaşayır. 
 
1971 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə