Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

__________________Milli Kitabxana_________________________ 
102 
 
ŞUŞADA BİR GECƏ 
   
Bu gecə gecənin son qatındayam,  
Bu gecə bir qəndil qanadındayam.  
Sağımda bir dərə - qara hörükdür,  
Solumda bir dərə - qara hörükdür.  
Dövrəmdə buludlar bölük-bölükdür.  
Dünyanın damına çıxmışam, nədi?  
Dünya qaranlığı harda gizlədib?  
Dünya toranlığı harda gizlədib?  
Gecə ağ yağışda durulanıbdı,  
Gecə dağ mehində qurulanıbdı,  
Daranıb, bələnib işıqlarına,  
Taxıb qarmağını göy tağlarına  
Bir çilçıraq şəhər, 
bir qəndil şəhər,  
Hər evi bir qızıl qərənfil şəhər.  
Uzaqdan: bir uldıız topasi kimi 
göy üzündədi.  
Yaxından: bir qaya lampası kimi 
yer üstündədi. 
Gecənin qoynunda yanır dağ şəhər,  
Fəzadan asılı, çilçıraq şəhər.  
Dağlar öz ovcunda yandırıb onu,  
Ulduzlar qoynuna qaldırıb onu.  
Bu dağlar vüqarı, bu dağlar gücü.  
Bu gecə kəşf etdim bir Şuşa bürcü,  
Bir Şıışa bürcü, tamaşa bürcü... 
  
1970 
 


__________________Milli Kitabxana_________________________ 
103 
 
 OXUYAN TƏBRİZ 
 
(Aşıq Hüseyn Cavanla İstisu yaylaqlarında  
görüşümüzdən təəssürat
 
Aşıq Cavan sarılrmşdı sazına,  
Toy qurmuşdu dünəninin yasına.  
O, dərdini ya sındıra, ya sına;  
Qəzəbi köklənib dağın-daşın da,  
Təbriz ağlayırdı dağlar başında. 
Heyrətindən donmuş idi Dəlidağ,  
Nəfəs çəkib işqırırdı od-ocaq.  
Göymü yeri, yermi göyü udacaq,  
Buludlar üfuqdə əli qaşında...  
Təbriz ağlayırdı dağlar başında. 
Dəli mizrab "bəxti kimi" oyadır,  
Qəm heyrəti, heyrət qəmi oyadır,  
Özü yatıb, bu aləmi oyadır – 
Bir sayıl bəxti yox minbir yaşında,  
Təbriz ağlayırdı dağlar başında. 
Fəryadından qoyun-quzu duruxdu,  
Ağlayan su, 
çağlayan su durıxdu.  
Qara yelin sel umusu duruxdu,  
Dərələr səngidi yaz yağışında,  
Təbriz ağlayırdı dağlar başında. 
Təbriz ağlayırdı, - dedim... 
Nə dedim?! 
Ağlayan bir sazın telinə dedim, 
Sarı yamacların selinə dedim. 
Ağlamaz söz yurdu dağlar başında, 
Təbriz oxuyurdu dağlar başında! 
  
 
  
 
 
  


__________________Milli Kitabxana_________________________ 
104 
 
Qan nənə, nehrən dondu çatmada,  
Gizli ahın fələklərə çatmada.  
Həcər ana, Həcər ana, çat dada,  
Təbriz ağlayırdı dağlar başında – 
Təbriz oxuyurdu dağlar başında! 
 
Ağlasa, ağlardı ildırım kimi,  
Gurşad saçı yolan sıldırım kimi,  
Qapıb şimşəkləri bir şırım kimi  
Nəğmə toxuyurdu dağlar başında,  
Təbriz oxuyurdu dağlar başında! 
 
Ağlasa, - ayaqda tüfəngə dönər,  
Bälası vıırulmuş pələngə dönər.  
Bir dərə ağızlı nəhəngə donər,  
Dumanlar yas qurdu dağlar başında,  
Təbriz oxuyurdu dağlar başında! 
 
Gərək dil susanda əllər danışa,  
Əllər bağlananda dillər danışa,  
Elə danışalar, ellər danışa...  
Dəli gülüşlərim ağlar başımda,  
Təbriz oxuyurdu dağlar başında, 
 
İstisu-Dəlidağ, 1969-1970 
 
 


__________________Milli Kitabxana_________________________ 
105 
 
  
SALAMAT QAL 
 
Ey dəvə yol, düşdüm daha belindən,  
Ovsar cığır, çıxdın daha əlimdən.  
Balam çiçək, bir də öpüm telindən,  
Salamat qal,  
Salamat! 
 
Duz axtaran körpə cüyür balası  
Ağ daşlara körpə cığır salası...  
Qayaların su saxlayan çalası,  
Salamat qal,  
Salamat! 
 
İldırımlar buludların pələngi,...  
Paslanacaq mənsiz şimşək üzəngim.  
Eh, ya qismət, a şəlaləm - a cəngim...  
Salamat qal,  
Salamat! 
 
Bulaq gördüm: uşaq kimi ərköyün;  
Məni gəzər məndən qaçan ürkəyim...  
Salamat qal bu dağlarda, ürəyim,  
Salamat qal,  
Salamat! 
 
Turşsu, 1970 
  
 
 
 
  
 
  
 
  
 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
106 
 
ATA OCAGI 
 
Çırpısı tətikdə, odunu dəmdə,  
Səhərin gözündən od alıb ocaq,  
Yanır aram-aram, onu sinəmdə  
Sonra kim söndürüb, kim yandıracaq? 
 
Ömrün şənliyində, ömrün yasında  
Bura od dalinca gələcəyəmmi?  
Yoxsa xatirələr işartısında  
Oğulsuz-övladsız ocaqlar kimi  
Sönüb gedəcəyəm: bu daş, bu torpaq  
Bircələpirimi yaşatmayacaq. 
 
Ocaq çırtıldayır, közü dərində...  
Axıdır gözünün yaşını çırpı.  
Alovlar hay salıb öz dillərində  
Ozünü o daşa, bu daşa çırpır. 
 
Atam doluxsunub, baxıram ona,  
Kişi uşaq olub səksən yaşında.  
Bu nə ayrılıqdır, ata yurduna  
Əlvida deyirəm ocaq başında! 
 
Ocaq tüstələnir, kövrəlir atam:  
"Anan o dünyada darıxır, bala,  
Ancaq ki, kişinin qəbri od tutar – 
Gedə, od-ocağı tüstüsüz qala. 
 
Babandan qalıbdır bu ocaq bizə,  
Bir ocaq sönəndə bir tifaq itir.  
Bir ocaq söngüsü qeyrətimizə  
Bir düşmən nəslinin qəhqəhəsidir; 
 
Apar bu ocağı evində yandır, 
O, gözdən qor alır, gözdən odlanır. 


__________________Milli Kitabxana_________________________ 
107 
 
Kişi ycr üzündə od qoruyandır,  
Kişi ona görə kişi adlanır". 
 
Gözünün yaşını qurudur səsi,  
O, Zərdüşt babaya səcdəmi qılır?!  
Baxıram gözündə ocağın əksi,  
Baxıram gözündə alov qıvrılır... 
 
Burda neçə nəsil baş əyib oda,  
Nənələr əl basıb ocaq daşına,  
Burda dəyməyiblər ilanlara da  
Pənah gətirəndə ocaq başına. 
 
Bu gün kənd yolları tüstülü, odlu;  
Təpələr fikirli adam kimiydi.  
Mürgülü zəmilor gözləri dolu,  
Dindirsən, - kövrələn atam kimiydi. 
 
Yaşıl kənd üstünə boz pərdə salır – 
Aranır, daranır tüstü telləri,  
Əlvida, atamın tüstü dəsmalı,  
Əlvida, atamın tüstü əlləri! 
 
İyul-avqust, 1969 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə