Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

__________________Milli Kitabxana_________________________ 
125 
 
BABƏK QILINCI 
 
Ballada 

 
Bir alim dilindən qopdu qığılcım,  
Oyandı hövlnak daş qərinələr.  
Deyirlər tapılıb Babək qılıncı,  
Muştuluq paylayın, qarı nənələr! 
 
Bayram edəsiyəm bu günü, bayram  
Ox-qılınc nəvəsi silahlar ilə.  
Bir yaraq önündə büdpərəst ollam,  
Vuruşa-vuruşa allahlar ilə. 
 
Gəlin, a zirvələr qayalı-yallı,  
Qol-qola yapışaq, yaman çağımdı.  
Yallı gedəsiyəm, bir dəli yallı,  
Araz dəsmalımdı, 
Kür şallağımdı. 
Riyalar, xülyalar bazarı açan  
Minbərlər şəninə 
vay salmağım var,  
Nəsiıni, Nəimi məzarmacan  
Yerin qulağına hay salmağım var.  
Deyirlər tapılıb Babək qılıncı! 
Ölümlə əlbəyaxa hansı nər idi,  
Qanlar daşqınından götürdü onu.  
Özünə ərköyün övlad elədi  
Babəkin yaralı, qılınc oğlunu. 
Neçə il qaldılar mağaralarda,  
Bir qoca daşlarn yeminə döndü.  
Qılınc qəzəbindən daş zağalarda  
Qayalar əriyib dəmirə döndü. 


__________________Milli Kitabxana_________________________ 
126 
 
 
Babək, qılıncını yerə atanda  
Min igid qolunu torpağa atdı.  
Bəlkə də bu torpaq bir od qatında  
Ortları əridib, qılınc yaratdı. 
 
II 
 
Min qoldan güc alan bir ağıl gücü  
Zülmətlər deşəsi yol olmalıydı.  
Yaşamaq istəyən bu torpaq üçün  
Qol-ağıl, ağıl da qol olmalıydı. 
 
Deyirlər tapılıb Babək qılıncı!  
Babək harayının nidalarını  
Top kimi çiynimdə saxlayasıyam,  
Babək qılıncının şüarlarını  
Raketlər burnuna bağlayasıyam. 
 
Qürurlu qayalar, səs eşidin ki...  
Bir az da şux dursun heykəl qalalar.  
Xəndəklər, yarğanlar, dərinləşin ki,  
Qorxuram, qorxaqlar evsiz qalalar. 
 
Bu nə titrəmələr, bu nə əsmələr...  
Bu necə haraydı, bu necə səsdi?!  
Bütün çeynəmələr, bütün kəsmələr,  
Bütün tapdamalar səsini kəsdi. 
 
Gözü qarnındalar hörümçək kimi  
Çəkilib qısıldı dib-bucaqlara.  
Yalançı dilləri gəmircək kimi  
Çəkib tapşırıram 
daş bıçaqlara. 
  


__________________Milli Kitabxana_________________________ 
127 
 
III 
 
Bir qoca dəmirçi qılınc naxışlar,  
Yazar dəstəyinə "İnsan vüqarı".  
Bəzən bir igidə onu bağışlar,  
Bəzən də yüz yaşlı göyçək bir qarı  
Alar bu təltifi, sıxar döşünə.  
Oğul qeyrətinə baş əyməyənin,  
Ana hörmətinə baş əyməyənin  
Çəkib bu qılıncı, çaxar döşünə. 
 
İndi bir gözədə bulaq nazlanıb.  
Bir dodaq üzünü püləmək istər.  
Bir dərə dolusu quş pərvazlanıb  
Dünyanı nəğməyə bələmək istər. 
 
Bir səhər bu səslə qalxdım yerimdən,  
Günəşlə bir baxdım Yer kürəsinə.  
Bu səhər dünyada tuş olmadım mən  
Ağlayan, sızlayan ana səsinə. 
 
IV 
 
Ana qayğısıyla başıma əl çək,  
Xeyirxah əməllər, işıq əməllər.  
Qayada bitəcək, daşda bitəcək  
Bir toxum yetirib bərəkət əllər. 
 
Ütük bir hiyləgər irişdi üzdə,  
Xəbər yabısına çubuğu dindi...  
Sərhəd qoşunları, üfüqümüzdə  
Qalxan bir dağa da söykənin indi! 
 
Deyirlər tapılıb Babək qılıncı,  
Babəki son anda udan qaraltı  
Dirilib bir qara duman gəzəcək
  


__________________Milli Kitabxana_________________________ 
128 
 
 
Babəki son anda satan qaraltı,  
Bu səsi boğmağa güman gəzəcək. 
 
Deyirlər tapılıb Babək qılıncı,  
Bu, yalan olsa da, doğrulmalıdır!  
Onun döyüşdüyü dağ xıncım-xıncım,  
Dərə qıyma-qıyma doğranmalıdır! 
 
Babəkin məzarı düzəndi, dağdı,  
Bu dağlar, düzənlər qazılsın gərək.  
Babək heykəlinə Babəkin adı  
Babək qılıncıyla yazılsın gərək! 
 
Sentyabr-oktyabr, 1970 
  


__________________Milli Kitabxana_________________________ 
129 
 
UCA DAĞ 
 
Bu qədər ucalıq, nəyə gərəkmiş?  
Meşə qurşağından, çay topuğundan.  
Gərəksiz yüksəliş ölüm deməkmiş,  
Niyə ayrı düşüb daş-torpağından! 
 
Göyü papaq kimi geyib başına,  
Üstündən qartallar ötüşə bilmir.  
Çılpaq qayasına, soyuq daşına  
Yağışlı dumanlar yetişə bilmir. 
 
Ələsən, bir ovuc torpağı yoxdur,  
Yaşar baş daşından betər, deyirəm.  
Özündən savayı dayağı yoxdur,  
Bir fit səsindən də büdrər, deyirəm. 
  
1970 
  
 
  
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
130 
 
MƏN GETSƏM... 
 
Mən getsəm, dərələr, dağlar qalacaq,  
Meşələr, çəmənlər, bağlar qalacaq.  
Buludlar qalacaq, ağlar qalacaq,  
Ey mənim yaşamaq, yazmaq həvəsim,  
Tək səni özümlə aparasıyaın. 
 
Dırman zirvələrə yel qanadında,  
Tökül dənizlərə sel qanadında.  
Bir ağı, bayatı, dil qanadında  
Bir yuva qurmasan, ay quru səsim,  
Mən səni özümlə aparasıyam. 
 
Hələ uçqunlara indi tanışam,  
Sınıq qayaları yamamamışam.  
Hələ nə erkim var belə danışam,  
Vətən daşlarına düşməyən əksim,  
Mən səni özümlə aparasıyam. 
 
Nə düz deməmisən, düzünü de ki...  
Bu torpaq ağartsın üzünü, de ki...  
Dünyaya sonuncu sözünü de ki,  
Ey qardaş qələmim, desəm-deməsəm,  
Mən səni özümlə aparasıyam. 
  
1969-1970 
  
 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə