16
-
funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində
xərclərin məbləği;
-
Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən
dotasiyaların, subsidiyaların və subvensiyaların məbləği;
-
Digər büdcə ssudalarının ümumi məbləği və istiqamətləri;
-
Daxili və xarici dövlət borclarının faizləri və
əsas məbləğləri üzrə ödənişlər;
-
Dövlətin üçüncü tərəf qarşısında öhdəliklərinin yuxarı həddi;
-
Sair beynəlxalq
öhdəliklərin məbləği;
-
Ehtiyat fondunun məbləği;
-
Azərbaycan Respublikasının daxili və xarici borclanmasının həddi( il
ərzində götürülə biləcək dövlət borcunun və cəlbediləcək dövlət istiqrazlarının
məbləği);
-
Xərclərin maliyyələşdirilmə ardıcıllığı;
-
Dövlət büdcəsini müdafiə olunan
xərc maddələri;
-
Təsdiq olunması zəruri hesab edilən digər göstəricilər.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi təsdiq olunduqdan sonra müvafiq icra
hakimiyyəti orqanı təşkilatlar üzrə büdcə təsnifatı əsasında xərclərin
bölgüsünün aparır və təsdiq edir.
Yerli( bələdiyyə) büdcələrin tərtibi, müzakirəsi və təsdiq edilməsi.
Yerli büdcələr bələdiyyə qurumlarının ( inzibati rayonların, şəhərlərin,
qəsəbələrin, kəndlərin) büdcəsidir. Bələdiyyə qurumlarının büdcəsi onların pul
vəsaitlərinin əmələ gəlməsi və istifadə edilməsi formasıdır. Bu konkret
bələdiyyənin real məqsədlərini və onların qarşısında duran vəzifələri əks etdirən
ciddi maliyyə sənədidir.
Yerli büdcələrin formalaşması, təsdiqi və icrası yerli özünüidarəetmə
orqanları tərəfindən həyata keçirilir.
Yerli büdcənin tərtibi və icarı büdcə sistemini qanunvericiliklə müəyyən
edilmiş ümumi prinsipləri və büdcə təsnifatına uyğun olaraq həyata keçirilir.
Yerli büdcələrin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən bələdiyyə
müəssisələrinin və digər hüquqi şəxslərin, habelə fiziki şəxslərin təsərrüfat
KitabYurdu.az
49
17
fəaliyyətinin qiymətləndirilməsi, sosial iqtisadi proqnozlar və məqsədli
proqramlar əsasında formalaşır. Dövlət büdcəsindən dotasiya nəzərdə tutulmuş
bələdiyyələr yerli büdcə layihəsini müvafiq sənədlər və məlumatlarla birlikdə
may ayının 1- dək müvafiq icra hakimiyyəti orqanına ( Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə) təqdim etməlidir.
Yerli büdcələrin yerinə yetirilməsinə bələdiyyələr nəzarət edir. Yerli
büdcələrin yerinə yetirilməsinə xidmət göstərmək və işi səmərəli təşkil etmək
üçün bələdiyyələr dövlət xəzinədarlığının ərazi( rayon) orqanları ilə müqavilələr
bağlaya, yaxud da yerli büdcənin vəsaitləri hesabına bələdiyyə xəzinədarlığı
yarada bilər.
Beləliklə, yerli büdcələrin formalaşmasını, təsdiqini və istifadə olunmasını,
yerli büdcələrin icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirir.
Yerli büdcələrin müstəqilliyi öz mədaxil mənbələrinin və bələdiyyənin yerli
büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququnun olması ilə təmin
edilir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla qanunvericilik və
icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə
yol verilmir. Bələdiyyələr maliyyə ilinin sonuna yerli büdcədə əmələ gəlmiş
sərbəst vəsait qalıqlarına müstəqil sərəncam verirlər.
Yerli sosial- iqtisadi inkişaf proqramlarını yerli büdcənin vəsaiti hesabına
maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və
subvensiya ayrılır. Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə
əlavə səlahiyyətlər həvalə etdikdə, onlar bu səlahiyyətlərin həyata keçirilməsi
üçün zəruri maliyyə vəsaiti ilə təmin olunur. Icra hakimiyyəti orqanlarının qəbul
etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya
xərclərinin artması baş verdikdə, uyğun azalma və ya artma məbləğləri bu
qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.
KitabYurdu.az
50