Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivinin (ARDSPİHA) fondlarındakı
materiallar, ayrı-ayrı nəşriyyatlarda çap olunan elmi-tarixi kitablar daxildir.
Kitabda Azərbaycan legionerlərinin XX əsr Azərbaycan tarixindəki
mövqeyi ilk dəfə olaraq xüsusi, elmi mövqedən tədqiq olunur. Azərbaycan
legionerlərinin ilkin fəaliyyət dövründən başlayaraq, İkinci Dünya müharibəsindən
sonrakı mübarizəsi ardıcıl olaraq dəqiq və sistemli şəkildə araşdırılır.
Bundan əlavə Azərbaycan-Türkiyə, Azərbaycan-Almaniya əlaqələrinin
müəyyən çalarlarına toxunulur.
Tədqiqat işinin elmi yeniliyi məhz problemin özünün qoyuluşu ilə müəyyən
olunur və əsasən aşağıdakı müddəalarda öz əksini tapır:
-Azərbaycan legionerlərinin fəaliyyəti ilə bağlı ayrı-ayrı məqalələr yazılsa
da, onların həyatı, mübarizəsi və çalışmaları indiyədək ciddi, sistemli, monoqrafik
şəkildə araşdırılmışdır;
-Kitabda Azərbaycan legionerlərinin hərbi, siyasi və mətbu çalışmalarını
əks etdirən ən mühüm mənbə və qaynaqlara istinad edilmiş, onların ictimai-siyasi
fəaliyyəti dövrün ümumi mənzərəsi fonunda araşdırılmışdır;
-Tədqiq olunan problemə yeni tarixi, siyasi, hərbi kontekstdən yanaşılmış,
sovet dövrünün kök salmış ideoloji bağlılığından və prinsiplərindən azad olmağa
cəhd göstərilmişdir;
-İkinci Dünya müharibəsinin başlanması səbəblərinin yeni və əsaslı
mənbələrlə açıqlanmasına xüsusi
diqqət yetirilmişdir;
-Tədqiqat işində Azərbaycan legionerlərinin fəaliyyətinin real mənzərəsini
yaratmağa kömək edən çoxlu sayda sənəd və materiallar ilk dəfə olaraq elmi
dövriyyəyə daxil edilmiş, elmi-tarixi problemin həllinə kömək edən yeni ədəbiyyat
və mənbələr tədqiqata cəlb edilmişdir;
-Kitabın materialları və nəticələri XX əsr Azərbaycan tarixinin daha
dərindən öyrənilməsində, mühacirət irsinin və mətbuat tarixinin araşdırılmasında,
Azərbaycan diasporunun fəaliyyətinin tədqiqində, eləcə də təbliğat və təhsil işində
istifadə oluna bilər;
-Tədqiqatdan alınan nəticələr Azərbaycanın XX əsr tarixinin işlənməsində,
ümumiləşdirici əsərlər yazılmasında, təhsil işində, o sıradan ali məktəblərdə
Azərbaycan tarixinin tədqiqində xüsusi kursların keçirilməsində mühüm mənbədir.
Kitab giriş, on dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatların
siyahıısndan ibarətdir. Girişdə mövzunun elmi aktuallığı və əhəmiyyəti
əsaslandırılmış, problemin öyrənilmə səviyyəsi geniş şərh edilmişdir.
Dissertasiyanın on dörd fəslində araşdırılan problem geniş tədqiq olunmuşdur.
Nəticədə XX əsr tarixində Azərbaycan legionerlərinin tarixi mövqeyi
əsaslandırılmışdır.
Tədqiqatımızda araşdırılan tarixin bəzi məqamlarını aydınlaşdırmaq
məqsədi
ilə təcrübəli alimlərlə, tədqiqatçılarla məsləhətləşmələr də aparılmışdır.