3.1 Tələb olunan model elementləri
Pilot hövzədə gedən proseslərin qiymətləndirilməli olduğunu nəzərə alaraq, yerüstü sular, eləcə də yeraltı sularla bağlı aspektlər Birgə Su İdarəetməsində (BSİ) birgə istifadənin modelləşdirilməsindən istifadə etməklə nəzərdən keçirilməlidir. BSİ yanaşması hər iki su mənbəyinin birgə baxılmasını və onların ayrı elementlər kimi deyil, qarşılıqlı əlaqəli daxil edilməsini təmin edir. Gələcək şərtləri qiymətləndirmək üçün, sutoplayıcı hövzədə gedən proseslər (tələbat, deqradasiya), eləcə də iqlim dəyişiklikləri və onların ehtiyatların mövcudluğuna təsiri nəzərə alınmalıdır. Tələb olunan tapşırıqlar üçün zəruri olan modelləşdirmə aləti yerüstü sular və yeraltı sularla bağlı prosesləri əhatə edə bilən su ehtiyatlarının paylanması modeli olmalı, ssenari təhlili üçün uyğun olmalıdır.
3.2 Təklif olunan modelləşdirmə metodologiyası
WEAP modelləşdirmə proqramı layihə çərçivəsində su ehtiyatlarının modelləşdirilməsi məqsədilə istifadə edilmək üçün seçilmişdir. Tövsiyə olunur ki, model gələcək yerli modelçilər üçün "iş yerində təlim" müddətində hazırlansın. Modelin seçiminin və təklif olunan modelləşdirmə metodologiyasının əsaslandırılması WEAP Təlim Planlaması Hesabatında ətraflı təsvir edilmişdir.
3.3 Tələb olunan məlumatlar
WEAP modelini hazırlamaq üçün böyük midarda məlumatlar (Cədvəl 7) daxil edilməlidir. Bu məlumatlar ölçmələrdən əldə olunan, əvəz olunan və ya çıxarılan, yaxud qiymətləndirilməli olan məlumatlardır. Məlumatların əlçatımlılığı və keyfiyyəti nə qədər yüksək olarsa, modelin nəticələri də o qədər real olar.
Cədvəl 6: WEAP-ın qurulması, kalibrasiya edilməsi və işlədilməsi üçün tələb olunan məlumatlar və bu hesabatın hazırlanması zamanı Türyançay hövzəsində mövcud olan məlumatlar
Hidrologiyanın simulyasiyası (Qar əriməsi ilə Torpağın nəmliyi metodunun istifadəsi)
|
|
Məlumatlar
|
Tələb olunan/Könüllü?
|
Şərh
|
Varmı?
|
|
Yağıntı
|
Tələb olunur
|
Mümkün olduqda oroqrafik təsirləri nəzərə almaq üçün müxtəlif yerlərdə və hündürlüklərdə
|
Bəli
|
|
Temperatur
|
Tələb olunur
|
Mümkün olduqda oroqrafik təsirləri nəzərə almaq üçün müxtəlif yerlərdə və hündürlüklərdə
|
Bəli
|
|
Rütubətlilik
|
Tələb olunur
|
Mümkün olduqda oroqrafik təsirləri nəzərə almaq üçün müxtəlif yerlərdə və hündürlüklərdə
|
Bəli
|
|
Külək
|
Tələb olunur
|
Mümkün olduqda oroqrafik təsirləri nəzərə almaq üçün müxtəlif yerlərdə və hündürlüklərdə
|
Bəli
|
|
Bulud örtüyü
|
Tələb olunur
|
Mümkün olduqda oroqrafik təsirləri nəzərə almaq üçün müxtəlif yerlərdə və hündürlüklərdə
|
Xeyr
|
|
Torpaqdan istifadə
|
Tələb olunur
|
3-cü Cədvəldə qeyd edilən suvarılan sahələr daxil olmaqla
|
Xeyr
|
|
Məhsuldarlıq əmsalı
|
Tələb olunur
|
Əgər olmasa, ədəbiyyatda olan səciyyəvi göstəriciləri istifadə edə bilərik
|
Xeyr
|
|
Torpağın xüsusiyyətləri (növü, dərinliyi)
|
Könüllü
|
Çox zaman kalibrasiya zamanı bu parametrləri uyğunlaşdırırıq
|
Bəli
|
|
Yeraltı suların xüsusiyyətəri (Spesifik debit, dərinlik)
|
Könüllü
|
Çox zaman kalibrasiya zamanı bu parametrləri uyğunlaşdırırıq
|
Xeyr
|
|
Çay axınları
|
Tələb olunur
|
Kalibrasiya üçün hədəf
|
Bəli
|
|
Qarın toplanması
|
Könüllü
|
Kalibrasiyanı yaxşılaşdırmağa kömək edir
|
Bəli
|
|
Hidrologiya simulyasiya EDİLMİRSƏ
|
|
Məlumatlar
|
Tələb olunan/Könüllü?
|
Şərh
|
Varmı?
|
Çay axınları
|
Tələb olunur
|
Ölçülmüş göstəricilər daxil edilir (məs. orta aylıq göstəricilər)
|
Bəli
|
Yeraltı suların təsviri üçün ilkin məlumatlar
|
|
Məlumatlar
|
Tələb olunan/Könüllü?
|
Şərh
|
Varmı?
|
Saxlama potensialı
|
Tələb olunur
|
Sulu lay sisteminin tutumu
|
Xeyr
|
Yeraltı suların qidalanması
|
Tələb olunur
|
Əgər yerüstü sularla yeraltı sular arasındakı qarşılıqlı əlaqəni simulyasiya ETMƏSƏK (böyük ehtimalla belə də olacaq, yəni qidalanmanı istifadəçi daxil edir)
|
Xeyr
|
Maksimum sugötürmə (istismar ehtiyatı)
|
Könüllü
|
Sulu laydan götürülə bilən maksimum
|
Xeyr
|
Anbarın təsviri üçün ilkin məlumatlar
|
|
Məlumatlar
|
Tələb olunan/Könüllü?
|
Şərh
|
Varmı?
|
Saxlama potensialı
|
Tələb olunur
|
|
Xeyr
|
Həcm-yüksəklik əyrisi
|
Tələb olunur (əgər hidroenergetikanı simulyasiya etmək istəyiriksə)
|
|
Xeyr
|
Anbardan buxarlanma
|
Könüllü
|
Olmasa, hesablana bilər
|
Xeyr
|
Yeraltı sulara gedən itkilər
|
Könüllü
|
|
Xeyr
|
Anbarın istismar qaydaları (məs. daşqına nəzarət, buraxılış, bufer zona)
|
Könüllü
|
|
Xeyr
|
Qeyr-fəal /ölü zona
|
Tələb olunur
|
|
Xeyr
|
Bənd daxilində su elektrik stansiyasının təsviri
|
|
Məlumatlar
|
Tələb olunan/Könüllü?
|
Şərh
|
Varmı?
|
Turbinin gücü
|
Tələb olunur
|
|
Xeyr
|
Aşağı byefin səviyyəsi
|
Tələb olunur
|
Bənddən aşağıda çayda suyun yüksəkliyi
|
Xeyr
|
Stansiya əmsalı
|
Tələb olunur
|
Stansiyanın faktiki olaraq işlədiyi (əməliyyat, nasazlıq, texniki xidmət və s. -lə bağlı) vaxt faizlə
|
Xeyr
|
Elektrik enerjisi yaratma səmərəliliyi
|
Tələb olunur
|
Qravitasiya enerjisinin elektrik enerjisinə çevrilməsinin səmərəliliyi
|
Xeyr
|
Elektrik enerjisi istehsalına qoyulan hədəf
|
Könüllü
|
|
Xeyr
|
Çay axını üzərində su elektrik stansiyasının təsviri
|
|
Məlumatlar
|
Tələb olunan/Könüllü?
|
Şərh
|
Varmı?
|
Turbinin gücü
|
Tələb olunur
|
|
Xeyr
|
Sabit su səviyyəsi
|
Tələb olunur
|
Hidroenerji istehsalı üçün hesablanmış su təzyiqinin hündürlüyü
|
Xeyr
|
Stansiya əmsalı
|
Tələb olunur
|
Stansiyanın faktiki olaraq işlədiyi (əməliyyat, nasazlıq, texniki xidmət və s. -lə bağlı) vaxt faizlə
|
Xeyr
|
Elektrik enerjisi yaratma səmərəliliyi
|
Tələb olunur
|
Qravitasiya enerjisinin elektrik enerjisinə çevrilməsinin səmərəliliyi
|
Xeyr
|
Elektrik enerjisi istehsalına qoyulan hədəf
|
Könüllü
|
|
Xeyr
|
Kanal/tunel/boru kəmərinin təsviri
|
|
Məlumatlar
|
Tələb olunan/Könüllü?
|
Şərh
|
Varmı?
|
Axın qabiliyyəti
|
Tələb olunur
|
|
Xeyr
|
Suya olan tələbatlar
|
|
Məlumatlar
|
Tələb olunan/Könüllü?
|
Şərh
|
Varmı?
|
İçməli
|
Könüllü
|
Əgər göstərici yoxdursa, əhali, gündəlik adambaşına istehlak, paylanma sistemlərində itkilər nəzərə alınmaqla hesablana bilər
|
Bəli
|
Suvarma
|
Könüllü
|
Əgər göstərici yoxdursa, məhsul növləri, məhsulların suya tələbatı, suvarmanın səmərəliliyi nəzərə alınmaqla hesablana bilər
|
Bəli
|
Sənaye/mədən
|
Könüllü
|
|
Xeyr
|
Hazırkı mərhələdə mövcud olan məlumatları nəzərə almaqla qərara alınmışdır ki, hövzədəki əsas prosesləri əks etdirən ilkin WEAP modeli hazırlansın, lakin bu model gələcəkdə yeni məlumatlar əldə edildikcə təkmilləşdirilsin.
Yekunda aşağıdakı məlumatlardan istifadə edilmişdir:
-
Tikanlıçay, Bum və Həmzəli çaylarının (suvarmanın olması ilə əlaqədar olaraq, modelləşdirilmişlər) modelləşdirilmiş axınlarının çoxillik vaxt sıraları. Yuxarıdakı Bölmə 2.2-yə nəzər salın;
-
Qəbələdə ölçülən Qaraçay çayının (əhəmiyyətli dərəcədə suvarma olmadığından modelləşdirilməyib) və Dəmiraparançay çayının (əsas hissəsi Türyançay hövzəsindən kənarda axdığından modelləşdirilməyib) ölçülmüş axınlarının çoxillik vaxt sıraları;
-
Türyançay hövzəsi daxilində müəyyən edilmiş suvarma sugötürücü qurğuları (yer və suyun götürülməsi). Bax: Cədvəl 3
-
Hövzədə əhalinin içməli suya olan tələbatı (Bax: Cədvəl 6 və Şəkil 16),
-
Tikanlıçay üçün hesablanmış ekoloji axın (Bax: Şəkil 17)
Məlumatların çatışmamazlığı səbəbilə yaranan boşluqlara baxmayaraq, toplanmış məlumatlar ilkin WEAP modelinin qurulmasına imkan verir. Əsas boşluqlar Cədvəl 7-də ümumiləşdirilir. Spesifik olaraq, boşluqlara aşağıdakılar daxildir:
-
Türyançay hövzəsinin əksər qolları üçün ölçülmüş axın məlumatları (Bax: Şəkil 1) - Bum və Həmzəli çaylarının axınları hidroloji modelləşdirmə vasitəsilə beynəlxalq hidrologiya eksperti tərəfindən qiymətləndirilmişdir, lakin məlumatların azlığı səbəbilə, bu qiymətləndirmə şərti xarakter daşıyır;
-
müəyyən olunmuş suvarılan sahələrə su təmin edən sulu lay sistemlərinin (bulaqların) xarakeristikası (Bax: Cədvəl 3);
-
Türyançay çayı boyunca suvarılan sahələrin potensial aşkarlanması, xüsusilə Türyançay hövzəsinin orta hissəsində (bax: Şəkil 14);
-
Məhsul əsasında suvarmaya tələbatı qiymətləndirmək üçün Cədvəl 3-də müəyyən edilmiş hər bir icmada suvarılan ərazi (hektarla);
-
suvarma üçün təmin edilən suya məhdudiyyət kimi, suvarma kanallarının tutumu
Boşluqları nəzərə alaraq, bu model "ilkin WEAP tətbiqi" adlanır.
Dostları ilə paylaş: |