P 140217 Birgə Su İdarəetməsi (BSİ) modeli


Su ehtiyatlarının modelləşdirilməsi



Yüklə 225,07 Kb.
səhifə4/5
tarix20.09.2017
ölçüsü225,07 Kb.
1   2   3   4   5

3. Su ehtiyatlarının modelləşdirilməsi




3.1 Tələb olunan model elementləri

Pilot hövzədə gedən proseslərin qiymətləndirilməli olduğunu nəzərə alaraq, yerüstü sular, eləcə də yeraltı sularla bağlı aspektlər Birgə Su İdarəetməsində (BSİ) birgə istifadənin modelləşdirilməsindən istifadə etməklə nəzərdən keçirilməlidir. BSİ yanaşması hər iki su mənbəyinin birgə baxılmasını və onların ayrı elementlər kimi deyil, qarşılıqlı əlaqəli daxil edilməsini təmin edir. Gələcək şərtləri qiymətləndirmək üçün, sutoplayıcı hövzədə gedən proseslər (tələbat, deqradasiya), eləcə də iqlim dəyişiklikləri və onların ehtiyatların mövcudluğuna təsiri nəzərə alınmalıdır. Tələb olunan tapşırıqlar üçün zəruri olan modelləşdirmə aləti yerüstü sular və yeraltı sularla bağlı prosesləri əhatə edə bilən su ehtiyatlarının paylanması modeli olmalı, ssenari təhlili üçün uyğun olmalıdır.



3.2 Təklif olunan modelləşdirmə metodologiyası

WEAP modelləşdirmə proqramı layihə çərçivəsində su ehtiyatlarının modelləşdirilməsi məqsədilə istifadə edilmək üçün seçilmişdir. Tövsiyə olunur ki, model gələcək yerli modelçilər üçün "iş yerində təlim" müddətində hazırlansın. Modelin seçiminin və təklif olunan modelləşdirmə metodologiyasının əsaslandırılması WEAP Təlim Planlaması Hesabatında ətraflı təsvir edilmişdir.



3.3 Tələb olunan məlumatlar

WEAP modelini hazırlamaq üçün böyük midarda məlumatlar (Cədvəl 7) daxil edilməlidir. Bu məlumatlar ölçmələrdən əldə olunan, əvəz olunan və ya çıxarılan, yaxud qiymətləndirilməli olan məlumatlardır. Məlumatların əlçatımlılığı və keyfiyyəti nə qədər yüksək olarsa, modelin nəticələri də o qədər real olar.


Cədvəl 6: WEAP-ın qurulması, kalibrasiya edilməsi və işlədilməsi üçün tələb olunan məlumatlar və bu hesabatın hazırlanması zamanı Türyançay hövzəsində mövcud olan məlumatlar

Hidrologiyanın simulyasiyası (Qar əriməsi ilə Torpağın nəmliyi metodunun istifadəsi)




Məlumatlar

Tələb olunan/Könüllü?

Şərh

Varmı?




Yağıntı

Tələb olunur

Mümkün olduqda oroqrafik təsirləri nəzərə almaq üçün müxtəlif yerlərdə və hündürlüklərdə

Bəli




Temperatur

Tələb olunur

Mümkün olduqda oroqrafik təsirləri nəzərə almaq üçün müxtəlif yerlərdə və hündürlüklərdə

Bəli




Rütubətlilik

Tələb olunur

Mümkün olduqda oroqrafik təsirləri nəzərə almaq üçün müxtəlif yerlərdə və hündürlüklərdə

Bəli




Külək

Tələb olunur

Mümkün olduqda oroqrafik təsirləri nəzərə almaq üçün müxtəlif yerlərdə və hündürlüklərdə

Bəli




Bulud örtüyü

Tələb olunur

Mümkün olduqda oroqrafik təsirləri nəzərə almaq üçün müxtəlif yerlərdə və hündürlüklərdə

Xeyr




Torpaqdan istifadə

Tələb olunur

3-cü Cədvəldə qeyd edilən suvarılan sahələr daxil olmaqla

Xeyr




Məhsuldarlıq əmsalı

Tələb olunur

Əgər olmasa, ədəbiyyatda olan səciyyəvi göstəriciləri istifadə edə bilərik

Xeyr




Torpağın xüsusiyyətləri (növü, dərinliyi)

Könüllü

Çox zaman kalibrasiya zamanı bu parametrləri uyğunlaşdırırıq

Bəli




Yeraltı suların xüsusiyyətəri (Spesifik debit, dərinlik)

Könüllü

Çox zaman kalibrasiya zamanı bu parametrləri uyğunlaşdırırıq

Xeyr




Çay axınları

Tələb olunur

Kalibrasiya üçün hədəf

Bəli




Qarın toplanması

Könüllü

Kalibrasiyanı yaxşılaşdırmağa kömək edir

Bəli







Hidrologiya simulyasiya EDİLMİRSƏ




Məlumatlar

Tələb olunan/Könüllü?

Şərh

Varmı?

Çay axınları

Tələb olunur

Ölçülmüş göstəricilər daxil edilir (məs. orta aylıq göstəricilər)

Bəli




Yeraltı suların təsviri üçün ilkin məlumatlar




Məlumatlar

Tələb olunan/Könüllü?

Şərh

Varmı?

Saxlama potensialı

Tələb olunur

Sulu lay sisteminin tutumu

Xeyr

Yeraltı suların qidalanması

Tələb olunur

Əgər yerüstü sularla yeraltı sular arasındakı qarşılıqlı əlaqəni simulyasiya ETMƏSƏK (böyük ehtimalla belə də olacaq, yəni qidalanmanı istifadəçi daxil edir)

Xeyr

Maksimum sugötürmə (istismar ehtiyatı)

Könüllü

Sulu laydan götürülə bilən maksimum

Xeyr




Anbarın təsviri üçün ilkin məlumatlar




Məlumatlar

Tələb olunan/Könüllü?

Şərh

Varmı?

Saxlama potensialı

Tələb olunur




Xeyr

Həcm-yüksəklik əyrisi

Tələb olunur (əgər hidroenergetikanı simulyasiya etmək istəyiriksə)




Xeyr

Anbardan buxarlanma

Könüllü

Olmasa, hesablana bilər

Xeyr

Yeraltı sulara gedən itkilər

Könüllü




Xeyr

Anbarın istismar qaydaları (məs. daşqına nəzarət, buraxılış, bufer zona)

Könüllü




Xeyr

Qeyr-fəal /ölü zona

Tələb olunur



Xeyr




Bənd daxilində su elektrik stansiyasının təsviri




Məlumatlar

Tələb olunan/Könüllü?

Şərh

Varmı?

Turbinin gücü

Tələb olunur




Xeyr

Aşağı byefin səviyyəsi

Tələb olunur

Bənddən aşağıda çayda suyun yüksəkliyi

Xeyr

Stansiya əmsalı

Tələb olunur

Stansiyanın faktiki olaraq işlədiyi (əməliyyat, nasazlıq, texniki xidmət və s. -lə bağlı) vaxt faizlə

Xeyr

Elektrik enerjisi yaratma səmərəliliyi

Tələb olunur

Qravitasiya enerjisinin elektrik enerjisinə çevrilməsinin səmərəliliyi

Xeyr

Elektrik enerjisi istehsalına qoyulan hədəf

Könüllü




Xeyr




Çay axını üzərində su elektrik stansiyasının təsviri




Məlumatlar

Tələb olunan/Könüllü?

Şərh

Varmı?

Turbinin gücü

Tələb olunur




Xeyr

Sabit su səviyyəsi

Tələb olunur

Hidroenerji istehsalı üçün hesablanmış su təzyiqinin hündürlüyü

Xeyr

Stansiya əmsalı

Tələb olunur

Stansiyanın faktiki olaraq işlədiyi (əməliyyat, nasazlıq, texniki xidmət və s. -lə bağlı) vaxt faizlə

Xeyr

Elektrik enerjisi yaratma səmərəliliyi

Tələb olunur

Qravitasiya enerjisinin elektrik enerjisinə çevrilməsinin səmərəliliyi

Xeyr

Elektrik enerjisi istehsalına qoyulan hədəf

Könüllü




Xeyr




Kanal/tunel/boru kəmərinin təsviri




Məlumatlar

Tələb olunan/Könüllü?

Şərh

Varmı?

Axın qabiliyyəti

Tələb olunur




Xeyr




Suya olan tələbatlar




Məlumatlar

Tələb olunan/Könüllü?

Şərh

Varmı?

İçməli

Könüllü

Əgər göstərici yoxdursa, əhali, gündəlik adambaşına istehlak, paylanma sistemlərində itkilər nəzərə alınmaqla hesablana bilər

Bəli

Suvarma

Könüllü

Əgər göstərici yoxdursa, məhsul növləri, məhsulların suya tələbatı, suvarmanın səmərəliliyi nəzərə alınmaqla hesablana bilər

Bəli

Sənaye/mədən

Könüllü




Xeyr

Hazırkı mərhələdə mövcud olan məlumatları nəzərə almaqla qərara alınmışdır ki, hövzədəki əsas prosesləri əks etdirən ilkin WEAP modeli hazırlansın, lakin bu model gələcəkdə yeni məlumatlar əldə edildikcə təkmilləşdirilsin.


Yekunda aşağıdakı məlumatlardan istifadə edilmişdir:

  • Tikanlıçay, Bum və Həmzəli çaylarının (suvarmanın olması ilə əlaqədar olaraq, modelləşdirilmişlər) modelləşdirilmiş axınlarının çoxillik vaxt sıraları. Yuxarıdakı Bölmə 2.2-yə nəzər salın;

  • Qəbələdə ölçülən Qaraçay çayının (əhəmiyyətli dərəcədə suvarma olmadığından modelləşdirilməyib) və Dəmiraparançay çayının (əsas hissəsi Türyançay hövzəsindən kənarda axdığından modelləşdirilməyib) ölçülmüş axınlarının çoxillik vaxt sıraları;

  • Türyançay hövzəsi daxilində müəyyən edilmiş suvarma sugötürücü qurğuları (yer və suyun götürülməsi). Bax: Cədvəl 3

  • Hövzədə əhalinin içməli suya olan tələbatı (Bax: Cədvəl 6 və Şəkil 16),

  • Tikanlıçay üçün hesablanmış ekoloji axın (Bax: Şəkil 17)

Məlumatların çatışmamazlığı səbəbilə yaranan boşluqlara baxmayaraq, toplanmış məlumatlar ilkin WEAP modelinin qurulmasına imkan verir. Əsas boşluqlar Cədvəl 7-də ümumiləşdirilir. Spesifik olaraq, boşluqlara aşağıdakılar daxildir:



  • Türyançay hövzəsinin əksər qolları üçün ölçülmüş axın məlumatları (Bax: Şəkil 1) - Bum və Həmzəli çaylarının axınları hidroloji modelləşdirmə vasitəsilə beynəlxalq hidrologiya eksperti tərəfindən qiymətləndirilmişdir, lakin məlumatların azlığı səbəbilə, bu qiymətləndirmə şərti xarakter daşıyır;

  • müəyyən olunmuş suvarılan sahələrə su təmin edən sulu lay sistemlərinin (bulaqların) xarakeristikası (Bax: Cədvəl 3);

  • Türyançay çayı boyunca suvarılan sahələrin potensial aşkarlanması, xüsusilə Türyançay hövzəsinin orta hissəsində (bax: Şəkil 14);

  • Məhsul əsasında suvarmaya tələbatı qiymətləndirmək üçün Cədvəl 3-də müəyyən edilmiş hər bir icmada suvarılan ərazi (hektarla);

  • suvarma üçün təmin edilən suya məhdudiyyət kimi, suvarma kanallarının tutumu

Boşluqları nəzərə alaraq, bu model "ilkin WEAP tətbiqi" adlanır.




: azeri -> reports-pdf -> international -> 2014
2014 -> David m sargent İyun 2014
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi
2014 -> Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat
2014 -> 30 dekabr 2014-cü il
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
2014 -> 8 dekabr 2014-cü il
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi


Dostları ilə paylaş:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə