P 140217 Birgə Su İdarəetməsi (BSİ) modeli



Yüklə 225,07 Kb.
səhifə1/5
tarix20.09.2017
ölçüsü225,07 Kb.
  1   2   3   4   5


P 140217


Birgə Su İdarəetməsi (BSİ) modeli (WEAP) üzrə hesabat (DD6)
Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

BMTİP



Noyabr 2014




Sənəd barədə məlumat

Tarix


Layihə nömrəsi

Məsul şəxs

Sifarişçi

Sifarişçinin nümayəndəsi




01.11.2014

P 140217

Dr. Georg Petersen

BMTİP

Fərid Abbasov




Bu hesabat eynisinin bütün əvvəlki versiyalarını əvəzləyir və onları qüvvədən salır


Əlaqə
Dr. Georg Petersen

HYDROC Consult

Siegum 4, 24960 Siegum, Almaniya

+49-172-4509149

gpetersen@hydroc.de

www.hydroc.de

Bu hesabat Türyançay pilot hövzəsində su ehtiyatlarının bölüşdürülməsi modelinin qurulması üçün yanaşmanı təsvir edir. Hesabat məlumatların toplanmasını və gözdən keçirilməsini, eləcə də seçilmiş WEAP modelinin ilkin səviyyədə hazırlanmasını təsvir edir.
Hidrometeoroloji məlumatlar və suya tələbatla bağlı məlumatlar qrafiklər və xəritələr vasitəsilə yoxlanmışdır. BSİ modelinin qurulması üçün məlumatlar məhdud olmuşdur. Beləliklə, hazırlanmış model ilkin versiyadır və gələcəkdə təkmilləşdirilə bilər. Tövsiyə olunur ki, məlumatlar əldə olunduqca daxil edilsin.
İşin nəticəsində verilən tövsiyələrin məqsədi əlavə məlumatların toplanması vasitəsilə hazırlanmış WEAP modelinin təkmilləşdirilməsi, eləcə də yerli ekspertləri iş yerində təlimə cəlb etməklə dayanıqlılığını artırmaqdır.

1. Texniki tapşırıq




Vəzifə və öhdəliklər


    1. BSİ modelinin hazırlanması üçün mövcud məlumatların gözdən keçirilməsinə (o cümlədən müvafiq BSİ modelinin təhlili və seçilməsinə) rəhbərlik etmək

    2. Mövcud məlumatlar əsasında Türyançay pilot hövzəsi üçün hidroloji tədqiqatlar (su ehtiyatları, azsulu axınların qiymətləndirilməsi, sərfin qiymətləndirilməsi) və hidrogeoloji tədqiqatlara (yeraltı su ehtiyatlarının sərfinin qiymətləndirilməsi) rəhbərlik etmək

    3. Türyançay pilot hövzəsində BSİ modelini hazırlamaq və kalibrasiya etmək.



Təhvil veriləcək nəticə/məhsullar
WEAP modelindən istifadə etməklə Türyançay pilot hövzəsində BSİ modelinin qurulması və kalibrasiya edilməsi.


2. Mövcud məlumatlar

BSİ modelini təşkil etmək üçün iki növ məlumatlar toplanmışdır:



  • hidrometeoroloji məlumatlar (Bölmə 2.1 və 2.2)

  • suvarma suyuna və içməli suya olan tələbat (Bölmə 2.5).

2.1 Meteoroloji məlumatlar

Türyançay hövzəsində Qəbələdə meteoroloji stansiya var (Şəkil 1). Bu stansiyada havanın temperaturu, torpağın temperaturu, nisbi rütubət, rütubət çatışmazlığı, küləyin sürəti, yağıntı və qarın qalınlığı gündəlik ölçülür.


Şəkil 1: Türyançay pilot hövzəsinin və hidrometeoroloji məntəqələrin xəritəsi. Relyefin rəqəmsal modeli SRTM v4-dən, digər ərazi məlumatları sifarişçi tərəfindən təmin edilmişdir.


Məlumatlar diqqətlə yoxlanılmış, aşkar səhvlər və qeyri-dəqiq ölçmə məlumatları nümunədən çıxarılmış və süzgəcdən keçirilmiş məlumatlar dəsti aşağıdakı abzaslarda təsvir olunduğu kimi, təhlil edilmişdir.
Yağıntı
Türyançay hövzəsində Qəbələ stansiyasında gündəlik yağıntı məlumatları mövcuddur. Gündəlik ölçmə məlumatları 2001-2010-cu illəri, aylıq ölçmə məlumatları isə 1962-2012-ci illəri (2010 istisna olmaqla) əhatə edir.
Şəkil 2 1962-2012-ci illər üzrə illik yağıntını göstərir. Bu müddət üzrə uzunmüddətli orta yağıntı 900mm/il-dir. Tendensiya göstərir ki, 1960-cı illərdəki yüksək yağıntı 1970-ci illərdə kəskin azalaraq 1975-ci ildə 235mm/il-ə çatır, uzunmüddətli orta göstərici ətrafında 1980-ci illərdən 1990-cı illərin ortalarına qədər enib-qalxmalar müşahidə olunur, son dövrlərdə isə uzunmüddətli orta göstəricini ötür.

Şəkil 2: Qəbələdə ölçülmüş illik yağıntı (1962 - 2012).


Aylıq yağıntı ildən-ilə keçdikcə xeyli dəyişir (Şəkil 3). Yağıntının ayıq paylanması il ərzində çox dəyişmir, xüsusi yaş və ya quru mövsüm müşahidə olunmur. Yağıntı üzrə aşağıdakı tendensiya müşahidə olunur:

  • Qışda nisbətən aşağı (Dekabr-Fevral)

  • Yazın sonundan yayın əvvəlinədək (May-iyul) və payızda (Oktyabr-Noyabr) nisbətən yüksək.


Şəkil 3: Qəbələdə ölçülmüş aylıq yağıntı (1962-2012). Qara rəng çoxillik orta aylıq yağıntını göstərir.


Qar
Qar Qafqaz regionu üçün qışda baş verən illik səciyyəvi xüsusiyyətdir. Dağlar qış ərzində qarla örtülü olur. 2001-2010-cu illər üzrə gündəlik ölçmə məlumatları mövcuddur. Buna əsasən, Qəbələdə orta aylıq qar dərinliyi maksimum 16sm olmuşdur və qar örtüyü ən çox yanvar və fevral aylarında qalır (Şəkil 4)

Şəkil 4: Qəbələdə ölçülmüş orta aylıq qar dərinliyi (2001-2010).



Temperatur
Türyançay hövzəsində Qəbələ stansiyasında gündəlik intervallarla temperatur məlumatları mövcuddur. Gündəlik ölçmələr 2001-2010-cu illəri, aylıq məlumatlar 1961-2012-ci illəri əhatə edir (2010-cu il çıxılmaqla).

Qışda temperatur 0°C-ə yaxındır. Yanvar ən soyuq aydır. Yayda temperatur 23°C-yə qalxır. Ən isti aylar iyul və avqustdur (Şəkil 5). Aylıq temperatur yağıntı ilə müqayisədə ildən-ilə az dəyişir.


Şəkil 5: Qəbələdə ölçülmüş orta aylıq hava temperaturu (1961-2012). Qara rəng çoxillik orta aylıq yağıntını göstərir.


Temperaturun çoxillik sırası (1961-2012) 1990-cı illərin sonundan etibarən nisbətən artmağa meylliliyi göstərir (Şəkil 6).

Şəkil 6: Qəbələdə ölçülmüş çoxillik orta aylıq hava temperaturu



Digər
Yuxarıdakı məlumatlardan əlavə, meteoroloji stansiya həm də torpağın temperaturu, küləyin sürəti və rütubətliliyi gündəlik olaraq ölçür (2001-2010).


: azeri -> reports-pdf -> international -> 2014
2014 -> David m sargent İyun 2014
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi
2014 -> Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat
2014 -> 30 dekabr 2014-cü il
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
2014 -> 8 dekabr 2014-cü il
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi


Dostları ilə paylaş:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə