salmış olur. O, cümlənin mübtəda, xəbər, tamamlıq, təyin və
zərfliyə ayrılmasını qrammatik üzvlənmə, onun tema və remaya
(“məlum olan”a və “yeni”yə) ayrılmasını isə aktual üzvlənmə
sayır. Cümlə üzvlərinin sırasını fikrin, ideyanın aktuallaşdırılması
ilə əlaqələndirərək, bu sıranın pozulmasını – inversiyanı tamam
orijinal mövqedən – yeninin ifadə üsulu kimi mənalandırır.
Sadə cümlənin növləri, cüttərkibli və təktərkibli cümlələrin
məna və mahiyyəti, quruluş xüsusiyyətləri, xəbər və mübtəda
əsasında formalaşan təktərkibli cümlələrin özünəməxsusluğu,
sintaktik fərdiyyəti, qeyri-müəyyən şəxsli cümlələrin formalaşma
üsulları, onların mürəkkəb cümlə komponenti ola bilməsi, ümumi
şəxsli cümlələrdə xəbərin müxtəlif fel formaları (əmr, xəbər,
vacib, arzu, şərt şəkilləri) ilə ifadə olunması kimi ciddi elmi
məsələlər də kitabda öz aydın şərhini tapmışdır. Həmkarlarının
çoxundan fərqli olaraq, Q.Kazımov xəbəri üçüncü şəxsin
cəmində olub, quruluşuna və semantikasına görə qeyri-müəyyən
şəxsli cümlələrə oxşayan ümumi şəxsli cümlələrə daha həs-
saslıqla yanaşır. Belə həssaslıq və sintaktik duyum zahirən bir-
birinə bənzəyən müxtəlif tipli cümlələri ayırmaq, fərqləndirmək
işində tədqiqatçıya kömək edir. O, haqlı olaraq “Ürək ağrısını
ovmazlar”, “Qaranlıq yerə daş atmazlar” kimi nümunələri ümumi
şəxsli cümlə hesab edir. Eyni fikri müəllifin feli xəbəri birinci və
ikinci şəxslərin təkində və cəmində işlənən “Ovçuluğa meyl sal-
dım”, “Gecə-gündüz çöldə qaldım” tipli cümlələr barədə
mülahizələrinə də aid etmək olar. Q.Kazımov belə cümlələri
cüttərkibli saymaqda haqlıdır. Kitabda şəxssiz cümlə anlayışı da
kifayət qədər əsaslı izah edilir. Müəllif doğru deyir ki, şəxssiz
cümlələr mübtəda ilə xəbərin sintezindən ibarətdir. Belə cümlə-
lərdə “fikir predmeti həmin predmetin əlaməti, hərəkəti,
vəziyyəti ilə birgə təzahür edir... Bu cür cümlələrdə predikativlik
yolu ilə hərəkət onun icraçısı ilə, əlamət onun daşıyıcısı ilə
birlikdə ifadə olunur”. Q.Kazımov xəbərinin ifadə vasitələrinə
görə şəxssiz cümlənin iki növünü qeyd edir: ismi xəbərli şəxssiz
cümlələr, feli xəbərli şəxssiz cümlələr. Kitabda bu növlərin hər
ikisi dərindən izah edilir.
Dilçiliyə dair əsərlərində alimlər mübtəda əsasında
formalaşan təktərkibli cümlələrin, adətən, vahid növünü
43
göstərirlər: adlıq cümlə. Q.Kazımov da bu ənənəyə sadiq qalır.
Lakin həmkarlarından fərqli olaraq, o, adlıq cümlə anlayışını
nisbətən əhatəli şərh edir; belə cümlələrin şəxssiz cümlədən
fərqini, onların yalnız indiki zamanda olmasını, təsdiq
bildirməsini, funksiya baxımından qruplarını, ifadə vasitələrini,
müxtəsər və geniş ola bilmələrini göstərir.
Sadə cümləni müxtəlif meyarlarla, ayrı-ayrı baxış
bucağından təsnif edən alim bütöv və yarımçıq, habelə
üzvlənməyən cümlələrin də izahına müəyyən səhifələr ayırır. O
da başqa tədqiqatçılar kimi üzvlənməyən cümlələrin iki növünü
qeyd edir: 1. Söz-cümlələr; 2. Vokativ cümlələr. Kitabda bu
cümlə növlərinin spesifik xüsusiyyətləri sadalanır, onları üzvlənən
cümlədən ayıran əlamətlər qeyd olunur.
Yalnız baş üzvlərdən ibarət olan müxtəsər cümləni sadə
cümlənin ilkin və ibtidai forması adlandıran tədqiqatçı onu
genişləndirən vasitələrin tədqiqinə ayrıca diqqət yetirir. Dərsliyin
“Sadə cümləni genişləndirən vasitələr” bölməsində cümlənin
həmcins və xüsusiləşmiş üzvləri haqqında bəhs edərkən o, hə-
min üzvləri fikri aktuallaşdırmaq baxımından qiymətləndirir.
Azərbaycan dili sintaksisinin öyrənilməsi tarixində ilk dəfə olaraq
Q.Kazımov cümlənin determinant üzvlərindən söhbət açır,
xüsusiləşmələri növlərə bölür (qoşmalı xüsusiləşmələr; ara sözlü,
bağlayıcılı dəqiqləşdirici xüsusiləşmiş üzvlər), xüsusiləşən
əlavələrlə dəqiqləşdirici xüsusiləşmiş üzvlərin oxşar-tipoloji cə-
hətlərini və fərqli xüsusiyyətlərini aydınlaşdırır, qoşulma
konstruksiyalar haqqında elmi məlumat verir.
Dərsliyin “Mürəkkəb cümlə” bölməsi də bir sıra yenilikləri
ilə diqqəti cəlb edir. Tabesiz mürəkkəb cümlələrin tərkib
hissələrini bir-birindən asılı olmayan, müstəqil sintaktik vahidlər
kimi izah edən dilşünas alimlərin əksinə olaraq, Q.Kazımov yazır:
“Asılılıq həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrin tərkib
hissələri arasında mövcuddur. Lakin asılılığın formasına, xarakte-
rinə görə tabesiz və tabeli mürəkkəb cümlələr fərqlənir. Tabesiz
mürəkkəb cümlələrin tərkib hissələri bir-birindən bərabər şəkildə,
eyni dərəcədə asılı olur; tabeli mürəkkəb cümlələrdə isə asılılıq
birtərəflidir – tərkib hissələrindən biri (budaq cümlə) o birindən
(baş cümlədən) asılı olur”. (s. 281).
44
Belə bir ümumi tezisdən sonra tabesiz mürəkkəb
cümlələrin növləri haqqında məlumat verən müəllif tabesizlik
bağlayıcılarının qrammatik semantikasını nəzərdən keçirərək,
onları birləşdirmə, qarşılaşdırma, aydınlaşdırma və bölüşdürmə
bağlayıcılarından ibarət dörd qrupa ayırmış, tərkib hissələri ara-
sındakı məna əlaqələrini əsas götürməklə tabesiz mürəkkəb
cümlənin altı növünü göstərmiş və həmin cümlə növlərinin hər
birinin səciyyəvi xüsusiyyətlərini aydıınlaşdırmışdır.
Kitabda tabeli mürəkkəb cümlə anlayışının şərhi, tarixən
onun tabesiz mürəkkəb cümlənin inkişafı nəticəsində əmələ
gəlməsi, quruluşu, tərkib hissələri, onların yeri əhatəli şərh edilir.
Baş və budaq cümlələri əlaqələndirən vasitələri xüsusi səliqə ilə
araşdıran müəllif bağlayıcılarla bağlayıcı sözləri fərqləndirir. Mü-
əllifin fikricə, bağlayıcılar “Baş cümlə + budaq cümlə” quruluşlu
analitik tabeli mürəkkəb cümlələrə xidmət edir; baş cümlə ilə
budaq cümlə arasında işlənərək, budaq cümləni baş cümləyə
bağlayır. “Budaq cümlə + baş cümlə” quruluşlu tabeli mürəkkəb
cümlələrdə isə tərəflər bir-birinə bağlayıcı sözlərlə bağlanır. Elə
buna görə Q.Kazımov dilçilik ədəbiyyatında indiyə qədər
bağlayıcı kimi verilən
əgər, əgər ki, hərçənd, hərçənd ki,
madam ki, indi ki, bir halda ki
sözlərini bağlayıcı yox,
bağlayıcı sözlər hesab edir. Onun apardığı müqayisələr və
söykəndiyi elmi arqumentlər mülahizələrinin əsaslı olduğuna
inam yaradır.
Dərslikdə budaq cümlələrin izahı da sistemli verilir. Elmi
təsnifatı əvvəlcə bağlayıcı vasitələrə görə, yəni budaq cümlənin
baş cümləyə necə bağlanmasına görə aparan alim bu cəhətdən
tabeli mürəkkəb cümlənin dörd növünü müəyyənləşdirir:
asindetik, analitik, sintetik və analitik-sintetik. Bunların spesifik
xüsusiyyətlərini göstərdikdən sonra isə o, budaq cümləni yerinə
görə təsnif edir. əvvəlcə “baş cümlə + budaq cümlə”, sonra
“budaq cümlə + baş cümlə” tipini nəzərdən keçirir, nəhayət,
mübtəda, xəbər, tamamlıq, təyin və zərflik budaq cümlələrinin
qrammatik-sintaktik xarakteristikasını verir. Başqa tədqiqatçıların
birtipli budaq cümlələr kimi təqdim etdiyi dərəcə, yer, kəmiyyət,
məqsəd budaq cümlələrinin yeni tiplərini müəyyənləşdirir.
Dərsliyin son bölmələri mətn sintaksisi, durğu işarələri,
45
Dostları ilə paylaş: |