və ya üsullar məcmusu?» (
İ.Gventov. Ostroumie sxvatıvaet
protivoreçie. «Voprosı literaturı». 1973, №6, s.127
) – sualına
elmi cavab axtarır; bu məsələnin izahına dair fikirləri
xatırladaraq, onların bəzilərinə təshih verir. Q.Kazımov bir sıra
təkzibedilməz faktlara söykənməklə satira və yumoru ədəbi növ,
yaxud janr sayan müəlliflərin əksinə olaraq onu bədii prinsip
hesab edən tədqiqatçıların mövqeyini müdafiə edir və bu
mövqeyi yeni mülahizələrlə daha da möhkəmləndirir. Bu
nöqtədə Q.Kazımovun simasında ədəbiyyatşünas-nəzəriyyəçi tə-
fəkkürü və baxışı ilə dilçi-üslubiyyatçı təfəkkürü və baxışı vəhdət
tapır. O, haqlı deyir ki, hər hansı bir hekayə, yaxud povest həm
satirik planda, həm də qeyri-satirik – «Ciddi müstəqim şəkildə»
yazıla bilər. (
Q.Ş.Kazımov. Bədii ədəbiyyatda komizm üsulları.
s.21
)
Deməli, bədii ədəbiyyatın ciddi qolu olduğu kimi, «qeyri-
ciddi» qolu da vardır. Məhz bu «qeyri-ciddi» qol satirik-
yumoristik ədəbiyyatdır və onun inikas üsulu gülüşün müxtəlif
formalarıdır.
Kitabda komizmin ezopvarilik, gözlənilməzlik, uyğunsuzluq,
fakt və hadisələrin deformasiyası, anlaşılmazlıq, anaxronizmlərlə
ifşa kimi üsulları tədqiq edilir. Alim bu üsulların estetik
mahiyyətini, linqvistik xüsusiyyətlərini yeni baxış bucağından
təhlil və şərh etməklə yanaşı, onların bədii təcrübədəki yerini və
effektini də göstərir. Təhlil və şərhlərin aydınlığı onların elmiliyini
təmin edir və XX əsrin satirik yazıçılarından, məsələn,
C.Məmmədquluzadənin öz felyetonlarında Ezop dilindən böyük
sənətkarlıqla faydalanmasına dair fikirlərin doğruluğuna təminat
verir.
Estetik
gülüş
yaratmaqda
deformasiyanın
(şəkildəyişmənin), xüsusilə şişirtmənin mühümlüyünü nəzərə
çatdıran tədqiqatçı monoqrafiyada deformasiyanın hiperbola,
qrotesk, fantastika kimi üsullarından da geniş söhbət açaraq,
həmin üsulların B.Talıblı, Qantəmir və Mir Cəlalın hekayələrində
necə mənalı gülüş yaratdığını aydınlaşdırır. XX əsr Azərbaycan
nəsrində bədii gülüş yaratmağın bu üsulunun geniş yayıldığını
izah etmək üçün həmin əsrin 60-70-ci illərində yazılmış bəzi he-
kayə və povestləri də tədqiqata cəlb edib Seyfəddin Dağlı, Salam
37
Qədirzadə və Anarın əsərlərindəki gülüş texnikasının özünəməx-
susluğunu göstərir.
Kitabda Seyfəddin Dağlının «Şakərlilər», Salam
Qədirzadənin «Aldada bilməzsən» kitablarına daxil edilən
hekayələrin məziyyətləri bədii deformasiya üsulunun təbiiliyi,
şişirtmədə ölçünün – əndazənin gözlənilməsi ilə əlaqələndirilir.
Tədqiqatçının Anar yaradıcılığı barədə fikirləri elmidir. O, doğru
qeyd edir ki, Anarın «əsərləri ona görə yüksək estetik keyfiyyətə
malik olur ki, o, deformasiya formalarından biri ilə kifayətlənmir,
satirik əsərlərində təsvir obyekti birtərəfli şişirdilmir, həyat
həqiqətinə uyğun olaraq, bir çox cəhətdən xarakterizə edilir və
bu prosesdə obyektin tipik mənfi xüsusiyyətləri ilə yanaşı, müs-
bət cəhətləri, insani keyfiyyətləri də əks olunur». (
Q.Ş.Kazımov.
Bədii ədədiyyatda komizm üsulları. s.116-117
)
Doğrudan da, Anar səmimi yazıçıdır. Onun həyat
həqiqətinə sədaqəti yaratdığı obrazların təbiiliyini şərtləndirir.
Yazıçı onların uğurları ilə bərabər, uğursuzluqlarını da təsirli
canlandırır və bu baxımdan Q.Kazımov «Dantenin yubileyi»
hekayəsinin qəhrəmanı Feyzulla Kəbirlinskinin xarakterinin və
portretinin təsvirindəki sənətkarlığı düzgün qiymətləndirir:
«Onun bir aktyor kimi kütlüyü, qabiliyyətsizliyi, dolanmaq üçün
gecə-gündüz nə olduğunu bilməməsi, ailə çətinlikləri, tez-tez
düşdüyü həqir vəziyyətlər komik detallarla təsvir edilir. Lakin
müəllif onun insan olduğunu, insani keyfiyyətlərini də unutmur,
ona görə də bizdə Feyzullaya qarşı nifrət yaranmır».
Monoqrafiyada Anarın «Molla Nəsrəddin – 66» povestinin
gülüş texnikas, həyatdakı komizmi əks etdirmək üçün yazıçının
faydalandığı üsullar kifayət qədər əhatəli və dərindən təhlil
olunur. Bu cəhətdən povestdəki şişirtmə və parodiyalar haqqında
fikirlər daha çox diqqəti cəlb edir. Məlumdur ki, Anar ictimai
geriliyə, ibtidailiyə, bayağılığa, istedadsızlığa, savadsızlığa, köh-
nəliyə – bütün əxlaqi-mənəvi və mədəni-siyasi eybəcərliklərə
qarşı dözümsüz, bidətçi, vətəndaş-yazıçıdır. Onun bədii
gülüşünün əsas hədəflərindən biri də qrafomanlıq, ştampçılıq,
stereotiplər, trafaretlərdir ki, «Molla Nəsrəddin – 66»nın «Məlu-
mat», «Başımızın ağası», «Maraqlı tədqiqat», «Bizim müsahibə»,
«Yeni il planları», «Xəbərlər», «Biz tənqid edəndən sonra»,
38
«Elanlar» hissələrində komik gülüş predmetinə çevrilir və yazıçı
həmin gülüşün dadını-duzunu artırmaq üçün parodiyalardan isti-
fadə edir. Q.Kazımov yazıçının gülüş yaratmaq bacarığını (yaxud
həyatın özündə təsadüf edilən gülünclüyü sənətkarlıqla əks
etdirə bilmək qüdrətini) həmin parodiyaların təhlili əsasında üzə
çıxarır. Bu təhlillərdə gülüş obyekti yenidən canlanır və yadda
qalır.
«Bədii ədəbiyyatda komizm üsulları» monoqrafiyası təkcə
Qəzənfər Kazımovun öz yaradıcılığının yox, bütünlükdə
Azərbaycan filologiyasının XX yüzilin 80-ci illərindəki nailiyyətinin
yaxşı bir göstəricisidir. Hələ o zaman bu kitabın həyata gəlməsini
alqışlayan, elmi-filoloji və pedaqoji əhəmiyyətini yüksək
qiymətləndirən ədəbiyyatşünas-alim Xeyrulla Məmmədov yazırdı:
«Filologiya elmləri doktoru Qəzənfər Kazımovun «Bədii ədəbiy-
yatda komizm üsulları» monoqrafiyası ədəbiyyatşünaslığın nəzəri
problemlərinin tədqiqi, təbliği və tədrisinin arxa plana keçdiyi,
estetik məsələlərin etinasızlıq kölgəsinə düşüb, təhsil
ocaqlarımızda az qala gərəksiz bir sahəyə çevrildiyi bir vaxtda
meydana çıxmışdır… Monoqrafiya satirik və yumoristik əsərlərin
bədii-estetik təhlil yollarına bələdlik hasil etmək kimi xüsusi əməli
əhəmiyyəti olan nəcib bir məqsəd izlədiyinə görə milli filologiya
elmində, eləcə də tədris-metodiki ədəbyyatın nəşri sahəsində
diqqətəlayiq bir hadisədir. Müəllifin yaradıcılıq müvəffəqiyyətini
təmin edən səbəblərə gəldikdə bunlar… bir tərəfdən, onun bədii
sənətin nəzəri məsələlərinə bələdliyi və milli professionallıq
səviyyəsi qazanması, digər tərəfdən, damarlarında təbii ədəbiy-
yatşünaslıq mayasının mövcud olması ilə bağlıdır. Onun
təhlillərində elmi mühakimə və mülahizə ilə yanaşı, bədii
təfəkkür də böyük rol oynayır: iki təfəkkür tərzinin bir nöqtədə
birləşməsi kitabdakı ədəbi təhlillərə emosionallıq verir, fikrin
dəqiq ifadəsinə yaxından kömək edir. Dəfələrlə oxunub təhlil
edilmiş çoxlu əsəri Q.Kazımovun tamamilə orijinal səpkidə araş-
dırması, hamının yaxşı bildiyi bir sıra ədəbi faktların mahiyyətin-
də gizlənən mənanı açıb aşkarlaya bilməsinin sirri bundadır».
(
X.Məmmədov. Azərbaycan gülüşü haqqında kitab. «Ulduz»
jurnalı. 1989, №2
)
39
Dostları ilə paylaş: |