araşdırmalarını və düşüncələrini inamla tezisləşdirmək
səlahiyyəti qazandırır: «Azərbaycan ədəbi dili səlcuqların
gəlişindən bir neçə yüz il əvvəl təşəkkül tapmışdı. Səlcuqlar
Azərbaycana ayaq basanda artıq Azərbaycan ədəbi dili mövcud
idi».
Azərbaycan dilinin tarixi ilə bağlı Qəzənfər Kazımovun
elmi araşdırmalarının bir qismi müəyyən sözlərin etimoloji təhlili
istiqamətindədir. Hələ elmi fəaliyyətinin ilk dövrlərində o,
etimoloji tədqiqatın əhəmiyyətindən bəhs edib yazırdı:
«Etimologiya dilçiliyin çətin, lakin maraqlı sahələrindəndir. Qədim
tarixi və mədəniyyəti olan hər bir xalq öz tarixinin uzaq
keçmişindən gələn izlərini, qədim adət-ənənələrini, təsərrüfat
həyatını, məişətini, qonşu xalqlarla əlaqə və münasibətini,
mənsub olduğu xalqın təfəkkürünün bəsitdən mürəkkəbə doğru
inkişafını hərtərəfli öyrənmək üçün etimoloji araşdırmalardan da
bir vasitə kimi istifadə edə bilir. Etimoloji tədqiqat bir elm kimi,
xalqa onun keçmişini, qədim mədəniyyətini, ictimai həyatını və
məişətini öyrənmək üçün geniş imkanlar yaradır». (
Q.Kazımov.
Dilçi-etimoloq. V.İ.Lenin ad. APİ-nin «Elmi əsərlər»i, XI seriya,
1969, № 6, s.26
)
Doğrudan da, sözün tarixi eyni zamanda cəmiyyətin,
xalqın, millətin, hətta bəzi baxışlara görə, dünyanın,
bəşəriyyətin, kainatın tarixidir. Hər hansı bir adın düzgün
etimoloji izahı təkcə dil tarixini araşdırmaq üçün deyil, xalqın et-
nik və siyasi tarixini öyrənmək üçün də faydalıdır. Ə.Dəmirçizadə
doğru deyir ki, «sözün törənişi və inkişafı bir çox sirlərin, izi itmiş
naməlum hadisələrin öyrənilməsi, çox zəruri olan məsələlərin
tədqiqində istifadə olunan ən mötəbər və zəngin
mənbələrdəndir… Söz sirlər xəzinəsinin açarıdır».
(
Ə.Dəmirçizadə. 50 söz. Bakı,1968, s.5.
) Bu mənada
«Azərbaycan dilinin tarixi» kitabında Q.Kazımovun bəzi toponim
və etnonimlərin sözaçımına diqqət yetirməsi həm dil tarixinə,
həm də ölkənin və xalqın tarixinə işıq salmaq, bəzi çətin
problemləri aydınlaşdırmaq baxımından lazımlı və əhəmiyyətlidir.
Belə sözlərdən biri «Azərbaycan»dır.
Orta çağlardan başlayaraq, elmi-filoloji fikirdə bu sözün
etimologiyasına dair kifayət qədər geniş söhbət açılmış, müxtəlif
25
xalqların alimləri onun mənşəyi və semantikası haqqında dürlü
fikir və mülahizələr söyləmişlər. Strabon, Müqəddəsi, Yaqut
Həməvi, Qrişman və b. «Azərbaycan» sözünü məşhur sərkərdə
Atropatın adı ilə bağlayırlar. X.Bortolomeo, M.N.Boqolyubov kimi
tədqiqatçılar «Azərbaycan»ı toponim hesab edir və «Avesta»dakı
od tanrısı Atarla əlaqələndirirlər. M.Azərli, T.Musəvi və
Z.Yampolski də «Azərbaycan» - «Atropaten» sözünün əslini-
kökünü od tanrısı «Atar»la bağlayır və onun iki hissədən ibarət
olduğunu bildirirlər. (
M.Azerlu, T.Musevi, Z.Əmpolğskiy. O slove
«Azerbaydjan». Dokladı Akademii Nauk Azerb. SSR, XXX t.,
Baku, 1974, s.81-82
)
«Azərbaycan» sözünün etimologiyası haqqında
İ.Əliyev, Y.Yusifov, Q.Qeybullayev, M.İsmayılov, M.Seyidov və
başqa tədqiqatçılar da söhbət açmış, bu kəlmənin ilkin variantını
müəyyənləşdirməklə onun etnik yiyəsini və leksik mənasını
axtarıb tapmağa çalışmışlar. Onların bir qismi «Azərbaycan» sö-
zünü mənşəcə iran dilləri, digər qismi isə türk dilləri ilə əlaqələn-
dirmişlər. Bu fikirlərin hamısını tənqidi surətdə təhlil edən Q.Kazı-
mova görə «Azərbaycan» sözü öz əsasını
Antarpatkanu/Andarpatkan məskən adından almış və bu
sözlər «Azərbaycan» şəklinə düşənə qədər uzun bir yol
keçmişdir. O da həmkarlarının çoxu kimi bu qənaətə gəlir ki,
«Andarpatianu» ölkə adı tərkib etibarı ilə bir neçə sözün
birləşməsindən yaranmışdır. Sözün sonundakı «u» yad ele-
mentdir;
pat-
ölkə deməkdir və o dövrdə Şərqdə geniş yayılmış,
o cümlədən türkcədə də işlənən
matu
sözüdür; -
an
isə cəm
şəkilçisidir».
Antar
hissəsi iki sözdən ibarətdir:
An
– göy allahının
adıdır,
tar
–
tanrı
deməkdir. Söz bütövlükdə
«An
allahının
ölkəsi»
mənasındadır».(
Q. Kazımov. Azərbaycan dilinin tarixi,
səh.393
)
Q.Kazımovun təhlil etdiyi sözlərdən biri də «Alban»
sözüdür. Bu söz də Q.Kazımova qədər bir çox dilçi, tarixçi və
coğrafiyaşünas alimlərin diqqətini çəkmiş, Plinii, Strabon,
A.Yanovski, N.Marr, Ə.Dəmirçizadə, K.Trever, Z.Yampolski və
başqaları bu sözün
«ağ», «dağ», «yüksəklik», «yuxarı
ölkə», «şimal əyalət», «parlaq səma»
mənalarını açmışlar.
Y.Yusifov və Q.Qeybullayev «Alban» sözünün türk mənşəli
26
olduğunu bildirmişlər (
Azərbaycan tarixi. Bakı, 1994, 146-149;
Q.A.Qeybullaev. K gtnoqenezu azerbaydjanüev. Baku, 1991,
s.76
).
Q.Kazımov da sözün türk mənşəli olduğunu təsdiq edir və
Aran, Ağvan
sözlərinin sinonimi kimi işləndiyini bildirir. Onun
qənaətinə görə,
Alban, Aran
və
Ağvan
sözləri eyni mənalıdır.
«
Alban
sözü tayfa adıdır, etnonim sonralar etnotoponimə
çevrilmişdir. Aran sözü şəxs adı olub, həm də sonralar toponim
kimi işlənmişdir…
Alban
sözünün əsasında
«igid»,
«qəhrəman»
mənasında
«alp»
sözü durduğu kimi,
«aran»
sözünün kökü
«ər» də «kişi», «igid», «cəsur»
mənasındadır».
Monoqrafiyada «kaspi», «xəzər», «sak» və sair sözlərin
də etimologiyasına dair maraqlı fikir və mülahizələr vardır. Təbii
ki, onun bütün tezislərini tam həqiqət kimi qəbul etmək hələlik
çətindir. Alimin özü də etiraf edir ki, kitabda deyilənlərin bəziləri
şəxsi mülahizə, düşüncə və təəssüratların məhsuludur və
gələcəkdə daha dərindən araşdırılacaqdır. Lakin bütövlükdə
«Azərbaycan dilinin tarixi» kitabı Qəzənfər Kazımovun alim-dilçi
qüdrətinin, eridusiyasının və mədəniyyətinin, milli vətəndaş
qeyrətinin əsas atriibutlarını əks etdirən sanballı bir əsərdir və
gələcəkdə daha geniş miqyasda öyrəniləcəkdir…
«Azərbaycan dilinin tarixi» kitabında insanın Yer üzünə,
türklərin Şərqə, Şimala və Qərbə Ön Asiyadan yayılması haqda
elmi konsepsiyanı möhkəmləndirən Q.Kazımov sonrakı
tədqiqatında – «Aşina və Azərbaycan» məqaləsində də çox çətin
bir problemin aydınlaşdırılmasına çan atır. Bu məqaləsində
müəllifi daha konkret məsələlər düşündürür: «Nə üçün bütün
türk xalqlarının adı var, lakin yalnız bizim dilimiz bütün keçən
minilliklərin ərzində «türk dili» adlanmışdır? «Türk» adı harada
və tarixin hansı dövründə meydana gəlmişdir? Böyük türk
xaqanlığının – o xaqanlıq ki, Çin imperatorlarını «bizim
cənubdakı uşaqlar» adlandırırdılar, - əsasını qoymuş Aşina
tayfası ilə Azərbaycanın əlaqələri nədən ibarətdir?». (
Qəzənfər
Kazımov. Dil, Tarix, Poeziya. Bakı,2005,s.97-98)
Məsələni əsaslı
və inandırıcı şəkildə izah etmək üçün çox müxtəlif elmi
mənbələrə, xüsusilə Lev Qumilyovun «Qədim türklər» kitabına
27
Dostları ilə paylaş: |