Lakin arxaik elementlərin çoxluğuna görə «Kitab»ın dili
monoqrafiyada VI-VIII əsrlərin dil faktı kimi tədqiqata cəlb edilir.
Müəllif əsərin fonetik, leksik və morfoloji xüsusiyyətlərini konkret
bir boyun – «Dirsə xan oğlu Buğac xan» boyunun əsasında
nəzərdən keçirib şərh edir. Həmin boyda işlənmiş onlarca arxaik
isim, sifət, say, əvəzlik, fel, zərf, habelə feli bağlama
formalarının, fel şəkilləri və köməkçi nitq hissələrinin tarixi-
morfoloji təhlilini verir. Tədqiqatçı yazır: «Kitabi-Dədə Qorqud» I
minilliyin əvvəllərində – III-V əsrlərdə təşəkkül tapmaqla, əldən-
ələ, eldən-elə gəzə-gəzə, tayfa dillərini ümumiləşdirmək, özünü
zənginləşdirmək yolu ilə, orta üslubun nümunəsi kimi, ümumxalq
Azərbaycan dilinin formalaşmasında misilsiz rol oynamış, VI-VIII
əsrlərdə vahid Azərbaycan ədəbi dilinin kamil abidəsi kimi
cilalanmış, saysız mədəni abidələrimizin məhvinə səbəb olmuş
ərəb-islam caynağından qoparaq, bu günümüzə qədər gəlib çata
bilmişdir».(
Qəzənfər Kazımov. Azərbaycan dilinin tarixi. səh
.460)
Monoqrafiyada «Kitabi-Dədə Qorqud»un sintaksisi daha
ətraflı araşdırılır. Q.Kazımov eposun dilində sintaktik əlaqələr,
söz birləşmələrinin struktur modelləri, cümlələrin quruluş növləri,
baş və ikinci dərəcəli üzvlər, cümlə daxilində aktual üzvlənmənin
rolu, mürəkkəb cümlənin tipləri haqqında geniş söhbət açmaqla
Azərbaycan dili sintaksisinin bütün tarixi-struktur modellərini
nəzərdən keçirir. O, elmi müşahidə və ciddi araşdırmalara
əsasən, «Dədə Qorqud» boylarının dili ilə müasir Azərbaycan
ədəbi dilinin sintaktik quruluşu arasında möhkəm varislik,
mənşə, kök birliyi, kamil sələf və zəngin xələf münasibətləri
olduğunu, nəhayət, hələ ilkin feodalizm dövründə Azərbaycan
dilinin yüksək bir inkişaf səviyyəsində durub, ünsiyyətin bütün
formalarını hərtərəfli təmin etdiyini sübuta yetirir. Aydın olur ki,
1500-2000 il bundan əvvəl formalaşan Azərbaycan türkcəsinin
«fonetik sistemi də, lüğət tərkibi də, qrammatik quruluşu da…
özünü əsaslı və mükəmməl şəkildə mühafizə edib saxlayıb».
Birinci minilliyin ortalarındakı yazı dili əsasında qələmə
alınan bu «dastandakı obrazlarda şumerlərin, arattalıların,
kutilərin, lulluların, turukkilərin, mannalıların, madayların,
albanların, atropatenalıların ruhu və nitqi yaşayır».
22
1300 il bundan əvvəl ərəblərin «Azərbaycan»
adlandırdıqları məkan vahid və bütöv bir ölkə olmuşdur. Bu
ölkənin əhalisi, başlıca olaraq, türklərdən ibarət idi və onun
ünsiyyət vasitəsi də türk dili idi. Lakin türklər təkcə
Azərbaycanda yox, «Qara dənizin və Xəzərin şimalında, bütün
orta Asiyada, Altaydan Balkana qədər geniş ərazidə yayılmışdı.
Ona görə də fərqləndirmək üçün əvvəllər «Azərbaycan» dedikləri
bu ərazidə işlədilən dili «əl-azəriyyə» -
azəri dili
adlandırırdılar».
Başqa bir səhifədə tədqiqatçı fikirlərini daha da
dəqiqləşdirərək yazır: «Azəri» sözü az işlənsə də, unudulmurdu.
Azərbaycan dilini ilk dəfə rəsmi dövlət dili elan edən Şah
İsmayıl… Anadolu türkləri ilə qarışmamaq üçün osmanlıların
sünni məzhəbi müqabilində şiəliyi genişləndirməklə yanaşı, döv-
lət dilini və onun adını da beynəlxalq aləmə tam fərqli şəkildə –
xalqın işlətdiyi kimi çatdırır və bu hal «azəri dili» termininin daha
çox məhdudlaşdırılmasına səbəb olur. Eyni anlayış haqqında iki
termindən «türk dili»nin üstünlük qazanmasında, həqiqətən,
Şah İsmayılın xidməti böyükdür».
Monoqarfiyada elmi şərhini tapan mühüm problemlərdən
biri də belədir: bütün türk xalqlarının dili türk dili olduğu halda,
nə üçün təkcə azərbaycanlılar – Azərbaycan türkləri öz dillərini
həmişə «türk dili» adlandırmışlar? Q.Kazımov bu məsələni xalqın
və dilin genezisi və ictimai-siyasi amillərlə izah edir: «Bütün ilkin
türk tayfaları Ön Asiyada doğulduğu kimi, türk sözü də Ön
Asiyada doğulmuşdur». Sonralar Şərqə yayılmış və yenidən
«güclü bir tufan kimi bütün Qərbə, o cümlədən Cənubi Qafqaza
və daha aşağılara» qayıtmışdır. XI-XII əsrlərdə Azərbaycanın
ərazilərində, demək olar, başdan-başa türklər yaşayırdılar. Onları
həm özləri, həm də xarici səyyah və tarixçilər türk, dillərini isə
türk dili adlandırırdılar.XIII əsrin sonlarında Anadoluda Osmanlı
dövləti yaranmışdı və bu dövlətin dili rəsmi olaraq «Osmanlı
dili» adlanırdı. Xəzərin cənub-şərqində və şərqində isə ümumi
halda türk adlanan hər bir xalqın xüsusi adı vardı və ona görə də
azərilər öz dillərini onlardan ayırmaq üçün «türk dili» adlandırır
və bu zaman heç bir rəqabətlə qarşılaşmırdılar.
23
E.ə. IV əsrdə Azərbaycanın şimalında Albaniya,
cənubunda Atropatena dövləti mövcud olmuş, bu dövlətlərin
ərazilərində yaşayan əhalinin əksəriyyətini türksoylu tayfalar
təşkil etmişdir. E.ə. III əsrdə böyük Hun imperiyasının meydana
çıxması ilə bağlı «türklərin Orta Asiyadan qərbə yeni axınları baş-
lamış, bütün 1-ci minillik boyu yerli əhali yeni türk tayfalarını
qəbul etməli olmuşdur».
Azərbaycan dilinin «lüğət tərkibi və qrammatik quruluşu
Aratta dövründən miladaqədərki aborigen və gəlmə türk tayfa
dillərinin lüğəti və quruluşu əsasında müəyyənləşmişdir». Müasir
Azərbaycan dilinin «fonetik sistemi, lüğət tərkibi və qrammatik
quruluşu 1-ci minilliyin birinci yarısının məhsuludur. İlkin
feodalizm dövründə (III-V əsrlər) ümumxalq dili kimi təşəkkül
tapan bu dilin qol-qanad açmasında qədim aborigen tayfalarla
yanaşı hun, savar, xəzər, qıpçaq, oğuz, kəngər, türk və s. tayfa
dillərinin böyük rolu olmuşdur». (
Qəzənfər Kazımov. Azərbaycan
dilinin tarixi,s.577
) «Ərəblər Azərbaycana daxil olarkən artıq
vahid Azərbaycan xalqı və onun vahid dili inkişaf prosesi keçirirdi
– ümumiləşməkdə, müxtəlif türkdilli etnosların şivə xü-
susiyyətlərindən təmizlənməkdə, ədəbiləşməkdə idi və türk-azəri
dilinin ədəbiləşməsində ən böyük işi folklor nümunələri
görürüdü… Ayrı-ayrı qohum türk tayfaları min illər boyu yaratmış
olduqları əsatir, əfsanə, rəvayət, nağıl və dastanları böyük
məhəbbətlə bir-birinə ötürür və bu prosesdə dilin de-
mokratikləşməsi, ümumiləşməsi ilə yanaşı, folklor nümunələri də
ümumiləşir və bir tayfanın, bir etnosun yaradıcılıq məhsulu
olmaqdan çıxaraq, bütün xalqın mədəniyyət, ədəbiyyat abidəsinə
çevrilirdi. Ayrı-ayrı tayfaların adı ilə bağlı olan bayatı, varsağı,
əfşarı, qaytağı və s. də bu dövrün məhsuludur. Hazırkı atalar
sözlərinin, məsəllərin, alqışların, qarğışların, vulqar ifadələrin,
tapmacaların, bayatıların, nağılların böyük bir qismi kök etibarilə
həmin dövrün yadigarlarıdır».
Q.Kazımov folklorun ümumiləşməsini şifahi ədəbi dilin
formalaşmasının yekunu hesab edir; Dədə Qorqud boylarını VI-
VIII əsrlərdə Azərbaycan ədəbi dilinin zənginliyini və gözəlliyini
nümayiş etdirən misilsiz abidə kimi dəyərləndirir. Bu cür böyük
miqyaslı elmi gəzişmələr, tarixə obyektiv baxış isə ona öz
24
Dostları ilə paylaş: |