www.kitabxana.net
– Milli Virtual Kitabxana
28
Qafar yarıümid otağa qaçdı. Lakin qoca daha danıĢmadı.
Gözlərindən nisgil yağa-yağa canını tapĢırdı. Əhmədi əl altından axtardılar tapa bilmədilər.
QonĢular əl-ələ verib mağar qurdular, odun yardılar.Qafarın ağzını bıçaq kəsmədi. Gələnə
gedənə rəhmət diləyənə baĢını tərpətməklə reaksiya verdi. Gülnar AtaĢı da, aradısa da tapa
bilmədi. Elə bil yer yarılıb udmuĢdu bu ikiliyi.Bu gündə bütün günü atasıgildə vaxt
keçirdəndən sonra axĢam düĢəndə evə qayıtdılar. Əhməd gələndə Gülnar ha çırpındı söyləsin
amma uzaqlaĢan maĢının dumanı elə bil Əhmədin hirsi kimi duman olub yayıldı Ģəhərin
havasına, oradan da hopdu Gülnarın ürəyinə. “Nə isə var. Allah xeyir etsin . Bu uĢağın
baĢında bir qan çanağı var nə zamansa çatlayacaq.”-deyə O, dodağnın altında pıçıldaya-
pıçıldaya evə qayıtdı.
Əhməd baĢını alıb gedirdi. Külək kimi yolu, mənzili də elə bil itirmiĢdi.neçə saat idi
dolaĢırdı Ģəhərin küçələrində. Saatı da, zamanı da untmuĢdu.Gah beynində Gülyanın obrazı
min cür məchulluğa qarıĢır, gah da o məhculluqdan atasının “mən demiĢdim” ifadə edən üzü
görünürdü. Bu məhculluq beynində bir- birinə qarıĢanda kasıbçılığın qılnc kimi sərt üzü
qabarırdı qarĢısında.Özündən asılı olmadan əlini cibinə atdı pulları yerində idi. Ürəyi azca
isinən kimi oldu. MaĢını birbaĢa Gülya ilə həmiĢə görüĢdükləri yerə - dəmir qəbirstanlığa
sürdü. Gülya əvvələr bura gələndə qorxsa da buranın yeganə etibarlı yer olduğunu
anlayandan sonra Əhmədlə razılaĢdı. Bura Əhmədin böyüdüyü yerə yaxın idi. Əhməd bu
qəbirstanlığın hər küncünü –bucağını tanıyırdı.UĢaqlığında məktəbdən gələndə qəbirstanlığın
içindən keçmək qəhramanlıq hesab olunurdu.Sonralar dəfələrlə polis tələsinə düĢməmək
üçün burada gecələmiĢdi. Bu qəbir daĢları onun nə qədər malını mühavizə etmiĢdi. “ ölülər
ən yaxĢı dostdular çünki onların danıĢma ehtimalı yoxdur.” gülərək bunu özünə deviz də
seçmiĢdi. Bunu Gülyaya da deyəndə O,da buna mərcan kimi kimi ağ diĢlərini ağardaraq
qəhqəhə çəkmiĢdi.
MaĢını aralıda saxlayaraq qəbirstanlığa piyada gəldi. Agaclar gündüzki istidən sonra
gecənin sərinliyində asta-asta yarpaqlarını tərpədirdilər. Dənizdən əsən azacıq meh sanki
Əhmədin üzünə sığal çəkirdi. Gözləməklə heç arası olmayan Əhməd bu dəfə həmiĢəkindən
fərqli olaraq tələsməyərək bir siqaret yandırdı. Ürəklə bir qullab vurub beynindəki
məhculluğu araĢdırmağa baĢladı.Etdiyi bütün cəhdləri boĢa gedirdi. Beyni elə bil sulanmıĢdı.
Olan qalan fikirlərini də əlindəki siqaretdən qalxan duman parçalayırdı.Bir qaraltının
yaxınlaĢdığını görüb qəbirstanlığın dəmir məhəccərinə tərəf sindi. YaxınlaĢan qaraltı o tərəf,
bu tərəfə baxıb Əhməd tərəfə irəlilədi.Əhməd onu ətirinin qoxusundan tanıdı.
-
Gülü, qorxma burdayam.- deyə əlini qaranlıqdan ona doğru uzatdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
29
-
Hiss etmiĢdim. Canım qorxmuram. Belə yerdə küçədə böyüməyim arada karıma gəlir,
amma həmiĢə yox- Gülya belə deyərək onun boynuna sarıldı.
-
Canım, sənin qucağın mənim cənnətimdir.
-
Amma, amma Ģeytanımız yaman boldu.- Gülya əli ilə onun ağzını tutaraq aralıda iĢaran
siqareti közərtisini göstərdi.
-
Səncə izləyirlər?
-
Bilmirəm, amma heç burnuma xoĢ qoxular gəlmir-.Gülya səsini içinə salaraq pıçıldadı.
-
Bəlkə, qaçaq heç getmiyək bu gecə Ġrana?- Əhməd yarıümidsiz pıçıldadı.
-
Bilmirəm, bilmirəm heç olmasa AtaĢa azca etibar etsəydik.... Nə olub bitdiyini öyrənə
bilərdik
-
Gəl, qəbirstanlığın içinə keçək adam arxamızca gəlsə onda bizə əl fatihə. Deməli hər
Ģeyi bilirlər.
-
Hə keçək.
Əhməd Gülyanın əlindən yapıĢaraq aralanmıĢ dəmir hasardan piĢik kimi içəri siviĢdi. HəmiĢə
oturduqları güllü- çiçəkli qəbir əvəzinə qəbirstanlığın qaranlıq guĢəsinə doğru
getdilər.Arxalarınca yeri göyü qapayan qaranlıq elə qatı idi ki, Gülya yanın da olsada Əhməd
özü belə canında gizilti hiss etdi. Yarımsaata qədər bu zülmət qaranlıqda gözləyəndən sonra
izlənmədiklərindən əmin oldular.Əhməd odlu dodaqlarını gülyanın boynunda, boğazında
gəzdirir, Gülya isə qollarının onun boynuna salaraq qarĢılıq verirdi. Nəfəsləri kəsilənə qədər
quçaqlaĢdılar. Əhməd əli ilə qəbir daĢına toxunaraq:
-Yeni qəbirdi. Üstü təzə qoyulub. Bəlkə də bu gün. Uzan rahat uzan- deyə Gülyanın çantasını
alıb baĢaltı düzəltdi.Qəbirstanlığın qaranlığını yeni doğan ay Ģüası iki yerə bölmüĢdü.
Əhmədgil sanki ayın qaranlıq tərəfində qalmıĢdılar. Birlikdə qucaqlaĢdıqları anların necə
keçdiyindən xəbərləri belə yox idi. Artıq ayın iĢığı fırlanıb düz onların üzərinə
düĢürdü.Əhməd məst olmuĢ kimi əlini qəbir daĢının üzərində gəzdirirdi.
- Gülü, biz hər dəfə bu qəbirdəkiləri tamaha salırıq. Bir gün bunlar bizi ya qovacaqlar, ya da
özləri ilə birlikdə bu qəbirlərin birinə soxacaqlar.
- Eee Bet, qəbirstanlıqda olduğumu indi unutmuĢdum, yadıma salma da...- Gülya nazlanaraq
ona qısıldı.
Əhməd yavaĢca yerindən duraraq əlini Gülyaya uzatdı . Onu qaldıraraq:
-Bəlkədə bu son görüĢdü.- dedi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
30
- Elə Ģey fikirləĢmə. Onsuz da kəndir üstündəki xam kəndirbazlar kimi bir gün yıxılacaqdıq.
Bunu ki, bilirdik. Onda nə qalır, dəqiqənin kefini çək. Kimin sabahı yaĢama Ģansı var ki?!....
On üç- on dörd yaĢımdan küçədəyəm, amma nə vaxtsa kimisə dərindən aĢiq olacağım
ağlıma belə gəlməzdi. Ağıla gəlməyən deməli, baĢa gəlirmiĢ. Qoy mən sabah ölüm, ya
öldürsünlər vecimə deyil mən ki, məhəbbətin dadına baxdım ölsəm də qəm yemərəm.
- Mən ölümü fikirləĢəndə ilk öncə gözümün qabağına anam gəlir. Heç o gün görmədi ki, bəs
babam görəsən o neyniyir?- Əhməd bunu deyərək əlini cibinə ataraq alıĢqanı çıxarıb siqaret
alıĢdırdı.
- Mənimsə düĢünəsi heç kəsim yoxdu.Bir anam var idi, cəhhənnəmlik oldu Heç qəbrinin
üstünə də getmirəm. Nəyinə gedirəm gorbagorun.məni satan qancıq.
- Bu, mənə çatmır nətəhər olur? O, əməlli baĢlı səni təklif edirdi?
- Mənə ilk dəfə siqaret çəkdirəndə, on yaĢım olardı ya olmazdı. Atamı görməmiĢdim. Arabir
mənə elə gəlirdi ki, goydən düĢmüĢəm. QonĢuların uĢaqlaı “papa” deyib yüyürəndə mən
qucağım dolu araq ĢüĢələrini zibilxanaya boĢaldardım. Gecələr evimizdə müxtəlif kiĢilər
sərxoĢ olana qədər içərdilər. əvvəllər pıĢiyimizi içirdib məzələnərdilər, sonralar məni...- bu
yerdə Gülya özündən asılı olmadan hıçqırdı.
- DanıĢma, danıĢma! Niyə özünə əziyyət verirsən axı. Səndən mən nəsə soruĢuram?!- Əhməd
onun baĢını qucaqlayaraq oxĢadı.
- Yox, bu gecə hər Ģeyi danıĢacam.Özümü bildim biləli anam məni evdə kilidləyib gedərdi.
QonĢular deyərdi ki, əgər zəlzələ, ya da evdə yangın olsa mən elə içəridəcə məhv olacam.
Amma yaman üzübərk ĢeyəmmiĢ... Ölmədim. Bəzən gecələr evdə tək oyanıb səhərlərə qədər
ağlayardım. O isə evə gələndə gözləri sulana- sulana mənə baxar və “rədd ol” deyə çığırardı.
Mən onun doğurdan qızıydım, bax bunu indi bilmirəm, çünkü analar baĢqa olur. Analar isti
olur, analar ana ətri verir. O isə daim siqaret qarıĢıq içki qoxusu verırdi.Evimizə gələn
polisləri belə vəzifələrindən caydıracaq qədər gözəlliyə malik idi. Sonra evimizə biri gəldi.O,
anamdan da betər idi. Zalım idi. Anam evdə olmayanda onun kötəyindən qorunmaq,üçün
bəzən qıĢın soyuğunda belə balkondan evə keçməzdim. Bəzən saatlarla anamla mübahisə
edərdi. Deyəsən anamın bütün pullarını əlindən alırdı. O da bununla razılaĢmırdı.Bir gün
erkəndən dərsdən gəlib yatmıĢdım. Artıq on üç yaĢım var idi.YaĢıdlarımdan fərqli olaraq
əlimdə son model telefon və ən dəbli paltarlar olardı. Bunları anam almazdı. Bunların
qayğısına qalan oğlanları asanlıqla tapa bilirdim. Məktəb adıyla çıxıb gedirdim hər cür
yerlərə. Hətta bir dəfə anamı görmüĢdüm oralarda, amma vaxtında aradan çıxa bilmiĢdim. O
Dostları ilə paylaş: |