İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69
www.jpit.az 61
UOT 004.04
Alıyev E.M.
MAKA-nın T.K.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu, Bakı, Azərbaycan
elvin.aliyev.m@gmail.com
COĞRAFİ İNFORMASİYA TEXNOLOGİYALARI VƏ MƏSAFƏDƏN ZONDLAMA
VERİLƏNLƏRİ ƏSASINDA DAŞINMAZ ƏMLAK BAZARINDA DİNAMİKANIN
ÖYRƏNİLMƏSİ MƏSƏLƏLƏRİ
Ərazidə daşınmaz əmlakın dinamikasının öyrənilməsi, müqayisəli analizinin aparılması, əmlakın
idarə olunmasının avtomatlaşdırılması, daşınmaz əmlakla bağlı müxtəlif tematikalı xəritələrin
tərtib edilməsi, artım göstəricilərinin zaman etibarı ilə öyrənilməsi və s. qarşıda duran vacib
məsələlərdəndir. Məqalədə bu istiqamətdə coğrafi informasiya texnologiyaları, məsafədən
zondlama verilənləri və riyazi-statistik metodlar tətbiq olunmaqla daşınmaz əmlakların 2000-
2010-cu illər intervalında artımın tədqiqi məsələlərinin həlli öz əksini tapmışdır. Məqalədə CMB
əsasında üçölçülü modelin qurulması, mütləq artım göstəriciləri və nöqtələr üsulu tətbiq
olunmaqla “daşınmaz əmlak bazarında dinamika xəritəsi”nin tərtibi və onun alqoritmik
strukturunun hazırlanması mərhələləri öz əksini tapmışdır.
Açar sözlər: Coğrafi informasiya sistemləri, məsafədən zondlama, coğrafi məlumat bazası,
ArcGİS proqram təminatı.
Giriş
Ölkəmiz müstəqillik əldə etdikdən sonra bazar münasibətlərinin inkişafını təmin etmək
məqsədi ilə həyata keçirilən islahatlar respublikamızda sivil əmlak bazarının formalaşmasına və
genişlənməsinə zəmin yaratmışdır.
Respublikamızda böhran ili kimi səciyyələnən 2009-cu ildə daşınmaz əmlak bazarında
tikinti tempinin azalması ilə paralel olaraq alıcılıq qabiliyyətinin də aşağı düşməsi müşahidə
edilmişdir.Azərbaycanda qlobal iqtisadi böhranın təsirləri 2008-ci ilin sentyabr ayından
müşahidə olunmağa başladığı üçün dinamikanın düşmə tendensiyası məhz bu dövrə təsadüf
etmişdir. Ümumilikdə isə daşınmaz əmlak bazarında təkrar mənzil və qeyri-yaşayış seqmentləri
istisna olmaqla, digər əmlak növlərinin likvidlik göstəriciləri bazardakı dinamikaya müvafiq
olaraq azalan tendensiya ilə səciyyələnmişdir. Yeni tikililərin hesabına bazarda artan təklifin
fonunda tələbin kəskin azalması tələb və təklifin strukturunu qeyri-mütənasib formada
dəyişmişdir [1].
Qeyd etmək lazımdır ki, 2011-ci ilin I yarısında Azərbaycanda daşınmaz əmlak
əməliyyatları 47,4% artmışdır. Ümumilikdə 2010-cu ildə respublika üzrə 94,7 min, 2011-ci il
üçün 147370,2012-ci ilin ilk üç ayında 32500-ə yaxın daşınmaz əmlak üzərində mülkiyyət
hüquqları qeydiyyata alınmışdır [2].
Son dövrlərdə antropogen, endogen və ekzogen proseslərin Yerə dinamik təsiri
planetimizin ənənəvi metodlarla öyrənilməsi və nəzarət edilməsi məsələlərində tam effektiv
nəticə vermir. Obyekt və hadisələrin təhlili, antropogen təsirlərin dinamikasının elektron
xəritələşdirilməsi və digər müxtəlif tematikaya uyğun kartoqrafik məhsulların hazırlanması və
nəticə etibarı ilə planetimizin hərtərəfli öyrənilməsi məsafədən zondlamanın (MZ) və coğrafi
informasiya texnologiyalarının tətbiqini zəruri edir [3].
Əmlakların idarəçiliyi MZ verilənlərinin və coğrafi informasiya texnologiyalarının
tətbiqini tələb edir ki, bu da qeydiyyat dinamikasının öyrənilməsində, məkan məlumatlarının
emal edilməsində, daşınmaz əmlak bazarının tədqiq olunmasında öz həllini gözləyən aktual
məsələlərdəndir. Coğrafi informasiya sistemləri (CİS) geoinformatika sahəsində dövlət
siyasətinin formalaşmasında, məlumatların toplanılmasında, yayılmasında və s. təşkili
məsələlərin həllində mühüm əhəmiyyət kəsb edir [4]. Coğrafi informasiya məkanda obyekt və
İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69
62 www.jpit.az
hadisələrə aid istənilən növ məlumatları cəmləyərək onların lokal olaraq istifadəsinə zəmin
yaradır [5].
Bildiyimiz kimi, xəritələrin tərtibi və coğrafi analizi tamamilə yeni deyildir. Ancaq CİS
mövcud problemlərin analizində və bütövlükdə bəşəriyyətin qarşısında duran məsələlərin
həllində daha effektiv, rahat və operativ yanaşma, optimal üsullara əsaslanan dəyərli imkanlara
malikdir. Bundan başqa, CİS analiz və proqnozlaşdırma kimi prosesləri avtomatlaşdırmaqla
səciyyələnməkdədir [6]. Daşınmaz əmlakın (torpaq, bağ evləri və s.) qeydiyyatında olduğu kimi
digər sahələrdə də analizin sadə və mürəkkəb növlərinin aparılmasında böyük potensial
imkanlara malik CİS texnologiyalarından istifadə mühüm əhəmiyyət kəsb edir [7].
Qeyd etmək lazımdır ki, vahid informasiya sisteminin yaradılması və bundan irəli gələrək,
daşınmaz əmlaklarla bağlı müxtəlif növ təhlillərin aparılması, növlərinə görə daşınmaz
əmlakların təsnifatlaşdırılması, mülkiyyətinə və digər əlamətlərinə görə müxtəlif tematikalı
xəritələrin tərtib edilməsi və s. məsələlər hələ də öz həllini tapmamış və aktuallığını
saxlamaqdadır. Bu baxımdan CİS-in tətbiqi ilə daşınmaz əmlakları əks etdirən, onların məkan
məlumatları şəklində sistematik yeniləşdirilməsini və üzərində müxtəlif geoinformasion
analizlərin aparılmasını təmin edən daşınmaz əmlak tematikalı coğrafi məlumat bazasının
(CMB) yaradılmasına ehtiyac vardır.
Məsələnin qoyuluşu
Təqdim edilən iş 2000-2010-cu illər üzrə MZ verilənləri əsasında CMB-nin
yaradılmasından, aerokosmik metodlara əsasən daşınmaz əmlakların bu illər üzrə tədqiqindən,
daşınmaz əmlak bazarında aktiv olan sahələrin təyin edilməsindən, o cümlədən, daşınmaz
əmlakların illik göstəriciləri ilə digər qiymətlər arasında korrelyasiya əmsallarının
hesablanmasından, dinamika sıraları əsasında mütləq artımın müəyyən edilməsindən ibarətdir.
Məqalədə, CMB əsasında üçölçülü modelin hazırlanması, dinamika sıralarının mütləq artım
göstəricilərinə əsasən və nöqtələr üsulunun tətbiq edilməsi ilə “daşınmaz əmlak bazarında
dinamika xəritəsi”nin tərtib olunması və onun alqoritmik strukturunun hazırlanması mərhələləri
öz əksini tapmışdır. Metodiki olaraq kartoqrafik və digər məhsulların hazırlanmasında ArcGIS
proqram təminatından, Spatial Analyst, 3D Analyst təhlil modullarından istifadə edilmişdir.
Məsələnin həlli
Tədqiqat işində, ilk dəfə olaraq 2000-2010-cu illər üzrə daşınmaz əmlak obyektlərinin
artımının tədqiq edilməsi və bundan irəli gələrək, daşınmaz əmlak bazarının dinamikasının
öyrənilməsi məqsədi ilə aerokosmik monitorinq aparılmışdır. Aerokosmik monitorinqin
aparılmasında MZ verilənlərinin (ortofotoxəritələr və GeoEye peykinin çəkilişləri) istifadə
olunması məqsədəuyğun hesab edilmişdir. Qeyd etmək lazımdır ki, müxtəlif illərə aid kosmik
şəkillər ərazidə tədqiq olunan obyekt və hadisələrin dinamikasının öyrənilməsini təmin etməklə
səciyyələnir [8].
Aerokosmik monitorinq ətraf mühitin xüsusiyyətlərindən asılı olaraq əks olunmuş Günəş
şüasının, Yerin məxsusi istilik şüalanmasının və aktiv radiolokasiya sistemlərinin şüalandırdığı,
ətraf mühitdən əks olunan elektromaqnit dalğasının qeydə alınmasıdır. Aerokosmik monitorinqin
əsas məğzi aerokosmik ölçmələr nəticəsində alınmış informasiyanın interpretasiyasıdır.
İnterpretasiya obyekti aero və kosmik şəkillər, skaner təsvirlər, təbii mühiti təşkil edən
elementlərin spektral xarakteristikaları, müxtəlif fiziki parametrlərin ölçü nəticələri və vizual
nəzarət zamanı əldə olunan informasiyası hesab olunur [9].
MZ verilənləri vasitəsi ilə surətlərin tanınması, daşınmaz əmlakların sərhədlərinin (torpaq
sahələri, fərdi evlər, qeyri-yaşayış binaları və s.) konturlar üzrə ayrılması (deşifrəetmə
əməliyyatı) proseduraları daşınmaz əmlak bazarının dinamikasının öyrənilməsində və daşınmaz
əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatının təkmilləşdirilməsində öz həllini gözləyən
vacib məsələlərdəndir.
İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69
www.jpit.az 63
Aerokosmik monitorinqin aparılmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ərazidə
daşınmaz əmlak artımı qəsəbənin cənub-qərb hissəsində (şəkil 1), Hövsan kəndinin şərq
massivində və Hövsan bağları (şəkil 2) ərazisində müşahidə olunmuşdur. Hövsan kəndinin qərb,
şimal və cənub ərazilərində daşınmaz əmlakın dinamikası zəif müşahidə edilmişdir.
MZ verilənləri tətbiq olunmaqla obyektlərin illər üzrə tədqiqi prosedurası ərazinin
poliqonlara bölünməsi ilə öz həllini tapmışdır. Yaradılmış 76 ədəd poliqon əsasında daşınmaz
əmlak obyektlərinin illər üzrə tədqiq edilməsinə və dinamika sıralarının müəyyənləşdirilməsinə
nail olunmuşdur.
Şəkil 1. Hövsan qəsəbəsinin cənub-qərb hissəsinin MZ verilənləri
a) 2000-ci il üçün; b) 2010-cu il üçün
Cədvəl 1
2000-2010-cu illər üçün Hövsan qəsəbəsində daşınmaz əmlakların artımı
Şəkil 2. Hövsan bağları ərazisinin MZ verilənləri
İllər
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
Torpaq
sahələri
2800
3132
3455
3872
4252
5200
6080
7800
9200
10500
11009
Fərdi
evlər
1200
1563
1850
2100
2800
3200
3600
3900
5300
6030
7771
İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69
64 www.jpit.az
Cədvəl 2
2000-2010-cu illər üçün Hövsan qəsəbəsində əhalinin sayı
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
31897
32399
32884
33354
33860
34404
35016
35740
36450
37193
37695
Bir sıra göstəricilər arasında sıx əlaqə mövcuddur. Bu elə asılılıqdır ki, bir dəyişənin hər
bir qiymətinə digər bir dəyişənin hansısa müəyyən deyil, çoxlu sayda mümkün qiymətləri uyğun
gəlir. Belə asılılıqlar statistik, stoxastik və ya ehtimallı asılılıqlar adını almışdır. Korrelyasiya
təhlilinin əsas məsələsi isə təsadüfi dəyişənlər arasındakı əlaqənin üzə çıxarılması və onun əlaqə
sıxlığının qiymətləndirilməsindən ibarətdir [10].
Təqdim edilən işdə torpaq sahələri və fərdi evlərin artım göstəriciləri ilə illərin dinamika
sıraları arasında korrelyasiya əmsalları hesablanmışdır. Metodiki olaraq, x və y qiymətləri
arasında korrelyasiya əmsalı aşağıdakı düsturla hesablanır:
( )
∑
- ∑
∑
√* ∑
- * ∑
+
+ * ∑
-
* ∑
+ +
;
-1≤ r(x,y)≤1
(1)
(1) ifadəsindən istifadə edərək 2000-2010-cu illər intervalında daşınmaz əmlakların artım
göstəriciləri arasında korrelyasiya əmsalını hesablaya bilərik. İlk növbədə torpaq sahələrinin və
fərdi evlərin artım göstəriciləri ilə illərin dinamika sıraları arasında korrelyasiya əmsalları
hesablanmışdır. Nəticə etibarı ilə hər iki halda əlaqənin sıx olması müşahidə edilmişdir.
∑
1294339370
∑
∑
= 1293547500
∑
∑
∑
= 791860
{n ∑
{∑
+
} {∑
{∑
} } = 811020,6523
r (x-illər,y- torpaq sahələri)=
= 0,97638697
∑
764900430
∑
∑
= 764376270
∑
∑
∑
= 524160
{n ∑
{∑
+
} {∑
{∑
} } = 545711,6096
r (x-illər,y- fərdi evlər) =
= 0,96050733
Şəkil 3. 2000-2010-cu illər üzrə torpaq sahələrinin və fərdi evlərin
artım göstəriciləri arasında əlaqə
Torpaq sahələri
R = 0,976
Fərdi evlər
R = 0,960
0
2000
4000
6000
8000
10000
12000
1995
2000
2005
2010
2015
To
rp
aq
sah
ə
lə
ri
və
fər
d
i
e
vl
ə
r
İllər
İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69
www.jpit.az 65
Daha sonra illik göstəricilər əsasında daşınmaz əmlak bazarında aktiv olan sahələr təyin
edilmişdir (cədvəl 3). Müəyyən edilmişdir ki, daşınmaz əmlak bazarında ən aktiv müşahidə
edilən sahə Hövsan kəndi ərazisi hesab olunur. Ərazidə, torpaq sahələri 2000-2010-cu illər
intervalındakı hesablamalara əsasən 3019 təşkil edir. Nəticədə isə Hövsan qəsəbəsi üzrə 8209
ədəd yeni torpaq sahələrinin formalaşması müşahidə edilmişdir.
Cədvəl 3
Torpaq sahələrinin 2000-2010-cu illər üzrə artım fərqi
İllər
Torpaq sahələri (Suraxanı rayonu Hövsan qəsəbəsi)
Cəm
Cənubi-qərb
Cənub
Hövsan bağları
Hövsan kəndi
2000
660
410
610
1120
2800
2010
2451
1925
2494
4139
11009
Fərq
1791
1515
1884
3019
8209
Statistikanın mühüm vəzifələrindən biri tədqiq edilən göstəricilərin zaman etibarı ilə
dəyişilməsini öyrənməkdən ibarətdir. Dinamika sırasının ilk səviyyəsini Y
1
, son səviyyəsini Yn,
sıranın cari səviyyəsini Y
i
, özündən əvvəlki səviyyəni Y
i-1
, mütləq artımı isə Δ ilə işarə etsək,
onda mütləq artımı aşağıdakı düsturlarla hesablamaq olar [11]:
Δ
ə
=Y
i
-Y
1
(əsas qayda); (2)
Δ
s
=Y
i
-Y
i-1
(silsiləvi qayda). (3)
Cədvəl 4
2000-2010-cu illər intervalında torpaq sahələrinin dinamikası üzrə mütləq artım
Təqdim edilən işdə, məkan məlumatları üzərində müxtəlif geoinformasion analizlərin
aparılmasını və xəritələşdirilməsini təmin etmək məqsədi ilə CMB-nin yaradılmasına zərurət
yaranmışdır. Yaradılmış CMB-də daşınmaz əmlaklar (torpaq sahələri, fərdi evlər, qeyri-yaşayış
və yaşayış binaları) növlərinə görə təsnif edilmişdir (şəkil 4).
Şəkil 4. MZ verilənləri əsasında yaradılmış coğrafi məlumat bazasından fraqment
İllər
2000
2001
2002
2003
2004
2005 2006
2007
2008
2009
2010
Torpaq sahələri
2800
3132
3455
3872
4252
5200
6080
7800
9200
10500
11009
Δ
ə
=Y
i
-Y
1
-
332
655
1072
1452
2400
3280
5000
6400
7700
8209
Δ
s
=Y
i
-Y
i-1
-
332
323
417
380
948
880
1720
1400
1300
509
İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69
66 www.jpit.az
İlkin verilənlər əsasında CMB platformasında ərazinin üçölçülü modeli hazırlanmışdır
(şəkil 5). Modelin hazırlanması proseduralarında poliqon növünə aid torpaq sahələri
ET GeoWizards köməkçi modul vasitəsi ilə xətti obyektlərə konvertasiya edilmişdir. Bununla da
torpaq sahələri layına yüksəklik göstəricilərinin tətbiqi təmin olunmuşdur.
Şəkil 5. Hövsan qəsəbəsinin cənub-qərb ərazisinin üçölçülü modeli
Təqdim edilən işdə, mütləq artım göstəricilərindən, MZ verilənlərindən və nöqtələr
üsulundan istifadə etməklə tədqiqat ərazisinin “daşınmaz əmlak bazarında dinamika” xəritəsi
tərtib edilmişdir.Növbəti mərhələdə əhalinin sayı ilə fərdi evlərin dinamik artım göstəriciləri
arasında korrelyasiya əmsalı hesablanmışdır (şəkil 6).
Şəkil 6. Əhalinin sayı ilə fərdi evlərin artım göstəriciləri arasında əlaqə
Daha sonra, tədqiqat ərazisində 2000-2010-cu illər intervalında fərdi evlərin dinamikası üzrə
mütləq artım hesablanmışdır.
Cədvəl 5
Ərazidə 2000-2010-cu illər intervalında fərdi evlərin dinamikası üzrə mütləq artım
İllər
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
Fərdi evlər
1200
1563
1850
2100
2800
3200
3600
3900
5300
6030
7771
Δ
ə
=Y
i
-Y
1
-
363
650
900
1600
2000
2400
2700
4100
4830
6571
Δ
s
=Y
i
-Y
i-1
-
363
287
250
700
400
400
300
1400
730
1741
y = 0,927x + 31313
R² = 0,946
R=0,972
0
5000
10000
15000
20000
25000
30000
35000
40000
45000
0
2000
4000
6000
8000
10000
İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69
www.jpit.az 67
60-cı illərin sonu 70-ci illərin əvvəllərində kompüter texnologiyalarının əsas istiqaməti
məlumatların emalı və xüsusi ilə alqoritmik metodların təkmilləşdirilməsi olmuşdur. Əsas etibarı
ilə məlumatların emal edilməsinə xüsusi önəm verilirdi [12].
Təqdim edilən işdə “daşınmaz əmlak bazarında dinamika xəritəsi”nin tərtibinin blok sxemi
hazırlanmışdır (şəkil 7).
Şəkil 7. “Daşınmaz əmlak bazarında dinamika xəritəsi”nin tərtib edilməsinin blok sxemi
Ötən illərlə müqayisədə ölkəmizin daşınmaz əmlak bazarında 2009-cu ili böhran ili kimi
səciyyələndirmək mümkündür. Təkcə tikintinin tempinin aşağı düşməsi bu iddianın üzərində
dayanmağa əsas verir. Ümumilikdə isə Azərbaycanda iqtisadi böhranın təsirləri 2008-ci ilin
sentyabr ayından müşahidə olunmağa başlayıb. 2009-cu ildə ilkin mənzil bazarında qiymətlər
17,5%, böhrandan sonrakı dövrdə 23,6%, təkrar mənzil bazarında 14,2%, böhrandan sonrakı
dövrdə 27,1%, torpaq bazarında 14,5%, böhrandan sonrakı dövrdə 40,2%, qeyri-yaşayış sahələri
bazarındakı satış qiymətlərində 10,8%, icarə qiymətlərində 11,5%, böhrandan sonrakı dövrdə
satış qiymətlərində 18,3%, icarədə 18,4% qiymət azalması qeydə alınıb. Tikinti materialları
bazarında 2009-cu ilin əvvəlində qeydə alınmış nəticədən 21,1% artım, böhrandan sonrakı
dövrdə isə 30,3% qiymət azalması müşahidə olunub. Ümumi bazar üzrə 2009-cu ildə 15,2%,
böhrandan sonrakı dövrdə 26,1% qiymət azalması olub [13].
Beləliklə,
əmlakların idarə edilməsində, müxtəlif geoinformasion analizlərin
aparılmasında, daşınmaz əmlak bazarının Respublika üzrə dinamikasının təhlili məsələlərində
CMB-nin yaradılması mühüm əhəmiyyət kəsb edir. Daşınmaz əmlak sahəsində MZ verilənləri
əsasında vahid informasiya bazasının yaradılması vacib məsələlərdəndir. Bu zaman MZ
verilənlərindən istifadə etməklə dinamikanın hansı istiqamətdə yayılmasını, hansı sahələrin daha
aktiv olmasını müəyyəm etmək mümkün olacaq və müqayisəli analizlərin aparılmasına şərait
yaradılacaqdır. Bu da öz növbəsində daşınmaz əmlak bazarı üzrə mütəxəssislərin, ekspertlərin,
təşkilatların və s. mütəmadi olaraq zəruri informasiya ilə təmin olunmasına zəmin yaradır.
İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69
68 www.jpit.az
Nəticə
Təqdim olunan işdə 2000-2010-cu illər intervalında daşınmaz əmlakların artım
göstəricilərinin təyin edilməsində, daşınmaz əmlak bazarında aktivliyin müəyyənləşdirilməsində,
məkan məlumatlarının kütləvi olaraq idarə edilməsində MZ verilənlərinin və CİS-in optimal
olaraq tətbiqi imkanları araşdırılmışdır. Nəticə etibarı ilə Hövsan qəsəbəsi ərazisinin daşınmaz
əmlak tematikalı CMB-si hazırlanmış və baza əsasında 3D Analyst, Spatial Analyst təhlil
modullarından istifadə etməklə üçölçülü modelin yaradılmasına nail olunmuşdur. Modelin
hazırlanması proseduralarında poliqon növünə aid torpaq sahələrinin ET GeoWizards köməkçi
modul vasitəsi ilə xətti obyektlərə konvertasiya edilməsi realizə edilmişdir. Bundan başqa,
GeoEYE peykinə aid informasiyaların kmz, kml genişlənməsindən shp genişlənməsinə
konvertasiya olunaraq məlumatların CMB-yə gətirilməsi reallaşdırılmışdır. Qeyd etmək lazımdır
ki, məhsulun qısa bir vaxt ərzində realizə edilməsi üçün sistemin tam olaraq avtomatlaşdırılması
təmin edilmişdir. Dinamika sıralarının mütləq artım göstəriciləri və kartoqrafiya sahəsində geniş
yayılmış nöqtələr üsulu tətbiq olunmaqla “daşınmaz əmlak bazarının dinamikası xəritəsi” tərtib
edilmişdir.
Nöqtələr üsulu obyektin həm coğrafi yayılmasını, həm də onun kəmiyyət xüsusiyyətlərini
verə bilir. Nöqtələr obyektin coğrafi yerləşməsini, onların sayı isə həmin obyektin kəmiyyət
xüsusiyyətlərini müəyyən etməyə imkan verir [14]. Bu baxımdan xəritənin tərtibi məqsədi ilə
CİS tətbiq olunmaqla proseduralar avtomatlaşdırılmışdır. Nöqtələrin obyektlərin mərkəz
sahələrinə paylanması prosedurası konvertasiya (polyqon to point) əməliyyatı ilə öz həllini
tapmışdır. Nöqtələrin avtomatik paylanmasından sonra daşınmaz əmlakla bağlı sıxlıq, dinamika
və s. xəritələr tərtib oluna bilər.
Ədəbiyyat
1.
http://www.mediaforum.az/az/daşınmaz əmlak bazarı 2009-cu ildə.
2.
http://contact.az/docs/2011/Economics&Finance
.
3.
Alıyev E.M. Məsafədən Zondlama verilənlərinin müxtəlif genişlənmələrdə saxlanılması,
emal edilməsi və kompressiyası məsələləri / Azərbaycanda Geodeziya və Kartoqrafiyanın
inkişaf perspektivləri mövzusunda III elmi-praktik konfransın materialları. Bakı: Ulu, 2011,
s. 191-199.
4.
Babayev X.Y., Bağırova S.A. Azərbaycanın Lənkəran zonasında eroziyaya uğramış
torpaqların qiymətləndirilməsi məsələlərində coğrafi məlumat sistemləri texnologiyalarından
istifadə imkanları // Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri, Bakı, 2010,
№ 2-3 (13), s. 50-56.
5.
Гитис В.Г., Ермаков Б.В. Основы пространственно-временного прогнозирования в
геоинформатике. М.: Физматлит, 2004, 256 с.
6.
Bağmanov Z.A. CİS texnologiyası əsasında xəritə tərtibi prosesinin avtomatlaşdırılması /
Azərbaycanda Geodeziya və Kartoqrafiyanın inkişaf perspektivləri mövzusunda III elmi-
praktik konfransın materialları. Bakı: Ulu, 2011, s. 170-178.
7.
Лопандя А.В., Немтинов В.А.
Основы ГИС и цифрового тематического
картографирования. Тамбов, 2007, 71 с.
8.
Книжников Ю.Ф., Кравцова В.И., Тутубалина О.В. Аэрокосмическое методы
географических исследований, М: Издательский центр «Академия», 2004.
9.
Mehdiyev A.Ş., Əzizov B.M., Mehdiyev C.S., Aerokosmik Monitorinq. Bakı: Elm, 2005.
10.
http://ekonometriks.wordpress.com
11.
Ömərov S.Ö., Cavadov N.Ə. Riyazi və tətbiqi statistika. Bakı: Azərnəşr, 2007.
12.
Fərziyev T. İnformatika. Bakı: Hədəf nəşrləri, 2010, səh. 360.
13.
http://gundelik-baku.com
14.
Piriyev R. Kartoqrafiya. Bakı: Azərbaycan Dövlət Tədris Pedaqoji Ədəbiyyatı Nəşriyyatı,
Bakı, 1964.
İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69
www.jpit.az 69
УДК 004.04
Алыев Эльвин М.
Институт Космических Исследований Природных Ресурсов НАКА, Баку, Азербайджан
elvin.aliyev.m@gmail.com
Задачи изучения динамики рынка недвижимости на основе данных дистанционного
зондирования и геоинформационных систем
Изучение динамики рынка недвижимости, проведение сравнительных анализов,
автоматизация управления объектами недвижимости, создание различных тематических
карт, изучение показателей роста и т.п. являются важными вопросами, требующими
решения. В статье исследованы возможности применения геоинформационных систем и
данных дистанционного зондирования (ДЗ), отражены пути изучения динамики роста
объектов недвижимости в период 2000-2010 годов посредством проведения
аэрокосмического мониторинга. Основными целями исследовательской работы являются
создание базы географических данных (БГД) на основе данных ДЗ (2000-2010 годы),
определение активных территорий на рынке недвижимости, расчет корреляционных
коэффициентов между их годовыми показателями и другими цифрами, определение
абсолютного роста. В статье также отражены вопросы построения трехмерной модели на
базе БГД, создания «карты динамики рынка недвижимости» и ее алгоритмической
структуры путем применения точечного метода и показателей абсолютного роста.
Ключевые слова: геоинформационные системы, дистанционное зондирование, база
географических данных, программное обеспечение ArcGIS.
Elvin M. Aliyev
NASA Institute for Spase Research of Natural Resources, Baku, Azerbaijan
elvin.aliyev.m@gmail.com
The issues of research of real estate dynamics using remote sensing data and geographic
information systems
Studying of dynamics of real estate market carrying out of comparative analyses, automation of
management of real estate objects, creation of various thematic cards, studying of indicators of
growth etc. are the important questions demanding solution. In the article the possibilities of
application of geo information systems and remote sensing (RS) data are investigated, ways of
studying of growth dynamics of real estate objects between 2000 and 2010 by means of
implementation of space monitoring are reflected. Creation of geographical database (GDB) on
the basis of RS data (between 2000 and 2010), definition of active territories in real estate
market, calculation of correlation factors between their annual indicators and other figures,
definition of absolute growth are the main objectives of conducted research work. In the article
the issues of construction of three-dimensional model on the basis of GDB, creation of “map of
dynamics of real estate market” and its algorithmic structure by application of a dot method and
indicators of absolute growth are also reflected.
Key words: geographic information systems, remote sensing, geographical database,
ArcGIS
software.
Dostları ilə paylaş: |