Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili,
s. 23-53
edirdi. Məşhur alman filosofu “İmmanuil Kant” da Allah və din təlimlərinin isbatı-
nın ağlın bacarığından kənarda olduğunu irəli sürürdü. O, özündən sonrakı Sören
Kyerkeqor
1
, Edmund Husserl
2
və fenomenologiya, ekzistensializm, məntiqi poziti-
vizm və dil fəlsəfəsi kimi fəlsəfi məktəbləri öz təsiri altına salmışdı.
Bu gün dini inancların rasional qəbulu və isbatının mümkünsüzlüyü məsələsi
Qərb fəlsəfəsinin danılmaz qanunlarındandır. Onlara görə, yalnız dini təcrübə və
funksiyalarla dini imanı izah etmək olar. İ.Kant elmi, zehin və xaricin fəaliyyətinin
qarşılıqlı əlaqəsinin məhsulu kimi qəbul edirdi və tək zehni həqiqətin tamam meya-
rı kimi qəbul etmirdi. O, idrak formalarını on iki kateqoriyaya böldü və nəticədə
zehin və idrak sisteminin dərketmə qabiliyyətinin təsirini etiraf etdi. Lakin o, bilik
və idrakı iki giriş, yəni zaman və məkanla şərtləndirdı. Bunun nəticəsində zaman
və məkana sığmayan təbiətdən kənar hadisələrin, o cümlədən Allahın varlığını is-
bat edə bilməyəcəyini iddia etdi. Əlbəttə o, Allahı inkar etmək üçün ağlın gücsüz
olduğunu da əsaslandırmış oldu. İ.Kant epistemologiyanın bu əhəmiyyətli məsələ-
sinə, yəni onun epistemoloji sisteminin nisbiliklə nəticələnəcəyinə diqqət etməkdən
yayınmışdı. Bu da İ.Kantın nəzəriyyəsinin uçurumuna gətirib çıxarır. Bu fəlsəfi sis-
temdə dinin rasional təhlil metodu öz yerini dinin psixoloji, sosioloji və fideistcə
təhlillərinə verir.
Aydındır ki, XVI və XVII əsrlərdə mövcud olan rasionalizm eksperimenta-
lizmlə qarşı-qarşıya idi. Bu mənada tam şəkildə dinin müdafiəçisi və qüvvətləndiri-
cisi kimi tanınırdı. R.Dekart rasionalizmini nümunə üçün qeyd etmək olar. O, Al-
lah inancını fitri (anadangəlmə) anlayış hesab edirdi. Q.V.Leybnits və Nikola Mal-
branşın
3
rasionalizmi isə hətta Allahın isbatı üçün rasional sübutlardan istifadə
edirdi. XVIII və XIX əsrlərdə isə rasionlalizm imana zidd məqsədlər üçün istifadə
olunurdu, dini və İlahi cərəyanlarla ziddiyyət təşkil edirdi.
Müasir epistemologiyada ağıl və iman münasibətlərindəki mövcud
nəzəriyyələr
Ağlın dində xüsusi rola malik olduğuna şübhə yoxdur. Burada mühüm olan
1
- Søren Aabye Kierkegaard (1813- 1855). Danimarkalı dini filosof. Ekzistensializmin
sələfi.
2
- Edmund Gustav Albrecht Husserl (1859-1938). Alman filosofu. Fenomenoloji
məktəbin banisi.
3
- Nicolas Malebranche (1638-1715). Fransız filosofu. Okkazionalizmin tərəfdarı.
39
Metafizika – Cild 1, Say 2, 2018
onun rolunun müəyyənləşdirilməsi və izahıdır. Bu səbəbdən bütün dindarlar din tə-
limlərində və dini inancların izahında ağıldan faydalanmağa çalışırlar. Ümumiyyət-
lə, imanı başa düşmək üçün belə, ağıldan yararlanmalıyıq. Lakin ağıl elementi ilə
dini inanclar sistemini izah etmək, əsaslandırmaq və mötəbər həddə çatdırmaq
mümkündürmü? Bu suala cavab vermək üçün Qərb mütəfəkkirləri əhəmiyyətli
dörd fərqli baxış sərgiləmişlər.
Qəti rasionlalizm
1
Bu baxışda bütün ağıllı və məntiqli şəxsləri qane etmək baxımından dini
inancların doğruluğu ağılla sübut edilməyə çalışılır.
“U.Kliford”
2
qəti rasionalizmi qısa şəkildə aşağıdakı kimi izah edir:
“İşin sübutları və qərinələri əsasında həmişə, hər yerdə və hər kəs üçün hər
bir nəsnəyə inanmaq səhv və xətadır. Fərz edin ki, bir şəxs uşaq vaxtı, yaxud ondan
sonrakı dövrdə bir inancı qəbul etmişdir və bu inanc barəsində olan beynindəki
şübhəni daim uzaqda saxlayır. Ona görə, o inancı silkələyən, yaxud titrədən suallar
vermək belə kafirlik sayılır. Belə şəxsin həyatı bəşəriyyətin ən böyük günahların-
dan hesab edilir”.
3
U.Kliford nə üçün dini inanclar barədə belə çətin meyarlar irəli sürmüşdür?
O, bu sualın cavabında mühüm xəbərlərə təkid edir. Onun fikrincə, kifayət qədər
tutarlı sübutları olmayan bir inancın qəbul edilməsi həmin şəxsin və hətta digərləri-
nin problemlərə düçar olmasına səbəb ola bilər.
“Bir gəminin sahibi öz sərnişin gəmisini dənizə yola salmaq istəyirdi. Birdən
onun beynində bu gəminin dənizdə uzun səfər üçün uyğun olmaması barəsində
şəkk yarandı. Bu tərəddüd onun zehnini məşğul edirdi və narahatçılığına səbəb
olurdu. Amma gəmi yola düşməzdən öncə bu vəsvəsəedici xülyalı düşüncəyə qələ-
bə çaldı və xeyir-dua ilə rahatca gəminin hərəkətini diqqətlə gözdən keçirtdi. Gəmi
dənizin ortasında qərq olduğu zaman o, sığortasını aldı və heç bir şikayət etmədən
susdu. Biz onun barəsində hansı hökmü verə bilərik? Şəksiz-şübhəsiz, biz deyə
bilərik ki, o, gəmidə olan insanların ölümünə səbəb olmuşdur. Doğrudur, o əmin idi
ki, gəmisi möhkəmdir. Amma inancının təmizliyi və saflığı ona heç bir kömək et-
1
Strong rationalism.
2
William Kingdon Clifford (1845- 1879) İngilis filosof və riyaziyyatçısı.
3
Maykl Piterson və başqaları, Əql və etiqade dini, mütərcim: Əhməd Nəraqi və İbrahim
Sultani, səh 72.
40
Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili,
s. 23-53
mədi. Çünki onun qarşısında duran faktlar əsasında belə inanca sahib olmağa haqqı
yox idi”.
1
Əgər kimsə bütün insanların yaşayış ehtiyaclarına və məşğuliyyətlərinin
çoxluğuna və azistedadlılıq kimi digər maneələrə əsasən, belə çətin meyarları yeri-
nə yetirməyə vaxt və imkanının olmamasını söyləyərsə, U.Klifordun cavabı belə-
dir: “Belə şəxsin iman gətirməyə vaxtı yoxdur”. U.Klifordun gizli inancı isə budur
ki, dini inanclar sistemindən heç biri bu çətin meyarları isbat edə bilməz. Buna gö-
rə, heç bir ağıllı şəxs dini inaclara sahib olmamalıdır. Əlbəttə, bu, o demək deyil ki,
qəti rasionalizm ardıcıllarının hamısı dinə qarşı çıxırlar.
“Con Lokk”
2
xristiandir, U.Kliford tərəfindən bəyan edilmiş etibarlı inanc
haqqında meyarların əsasını qoymuşdur. O inanırdı ki, bu meyarlar düzgün başa
düşülər və müdafiə edilərsə, xristianlıq bunu həyata keçirə bilər.
“Akvinalı Foma”ın
3
baxışları müxtəlif cəhətlərdən C.Lokk və U.Klifordun
baxışlarından fərqlənirdi. Amma dəqiq və ağıla əsaslanan tədqiqat ilə xristianlığın
həqiqətlərini qanedici şəkildə aydınlaşdırmağın mümkünlüyü mövzusunda o da
C.Lokkla eyni əqidədə idi. Müasir din filosoflarından Riçard Suinbernin
4
mövqeyi
qəti rasionalizmə yaxındır.
Ona görə, qəti rasionalizmə inanan şəxs intuisiya üzündən iman gətirmir.
Əksinə, o yalnız imanının düzgünlüyünü və həqiqiliyini isbat edir.
5
Qəti rasionalizmin araşdırılması və tənqidi izahı
Qəti rasionalizm barədə bir çox iradlar irəli sürülmüşdür. Demək olar ki, hər
kəs öz baxış bucağı və fəlsəfi cərəyanına uyğun bu nəzəriyyənin səhv və problemli
olduğunu bildirmişdir. Biz burada bir neçə əsas və mühüm irad və səhvlərini qeyd
edəcəyik:
Birincisi, bu nəzəriyyəyə irad tutulur ki, ağlın işi asma, sallatma və dayan-
dırmaqdır. Yəni bütün baxış və nəzəriyyələrin, həmçinin bütün dəlil və faktların
araşdırılması və tədqiqindən aslıdır.
İkincisi, ağlın hökmü də təxirə salmaqdır. Bu o mənanı kəsb edir ki, ağıl hə-
1
Həmin mənbə, səh 73.
2
John Locke (1632- 1704). İngilis maarifçi filosofu.
3
Saint Thomas Aquinas (1225- 1274)
4
Richard G. Swinburne (1934- ...). Oksford Universitetinin “din fəlsəfəsi” professoru.
5
Həmin mənbə, səh 75.
41
Dostları ilə paylaş: |