«İnzibati ekoloji qanun pozuntusunun mahiyyəti (sosial-hüquqi aspekt)» adlı plan işi
üzərində işləyir.
Şöbənin baş elmi işçisi, fəlsəfə elmləri namizədi Raziyyə Əsədova bir monoqrafiya və
onlarla məqalənin müəllifidir. Kimya və ekologiyanın qarşılıqlı əlaqəsi onun tədqiqat
işlərinin mövzusudur. R.Əsədova çap olunmaq üçün yeni bir monoqrafiya və beş məqalə
hazırlamışdır.
Çap olunmuş işi:
Elmin kimyəvi aspekti. B., 1989, 9,5 m.v. hazırda «Ekoloji problemlərin həllində kimyanın
imkanları» adlı plan işi üzərində işləyir.
Şöbənin elmi işçisi, fəlsəfə elmləri namizədi Tahirə Allahyarova şöbənin dissertantı kimi
həm müdafiəyə qədər, həm də müdafiədən sonra şöbə ilə sıx əlaqədə olmuşdur. Artıq bir
ildir ki, şöbənin elmi işçisidir. Bu müddət ərzində o, bir monoqrafiya və onlarla məqalə çap
etdirmişdir. T.Allahyarova namizədlik dissertasiyalarına opponentlik etmiş, çoxsaylı
əsərlərə rəy vermiş, redkollegiyaların üzvü olmuşdur. Konkret olaraq bu il onun aşağıdakı
əsəri çap olunmuşdur:
1. Ekoloji mədəniyyət və ictimai tərəqqi. B., «Elm», 1999, 6,2 m.v.
«Sosial-ekoloji sistemlərdə idarə olunan sabit inkişafa keçid. Metodologiya. Praktika. Yaxın
perspektiv» adlı plan işi üzərində işləyir.
Şöbənin elmi işçisi, fəlsəfə elmləri namizədi Ariz Gözəlov bir monoqrafiya, onlarla məqalə
yazmışdır. Ariz Gözəlov şöbənin nəşr etdiyi «Ekologiya. Fəlsəfə. Mədəniyyət»
məcmuəsinin məsul redaktorlarından biridir. Konkret olaraq o, aşağıdakı monoqrafiyanı
çap etdirmişdir:
1. Sosial və qlobal ekoloji sistemlərdə proqnozlaşdırma metodu». B., «Elm», 1999, 7 m.v.
Hazırda «Ekoloji proqnozlaşdırma və riyazi modelləşdirmə» adlı plan işi üzərində işləyir.
Şöbənin kiçik elmi işçisi, fəlsəfə elmləri namizədi Ziba Ağayeva 1998-ci ildə «Ekoloji
siyasət və onun sosial- fəlsəfi aspektləri» mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. İndiyə qədər onun 11 elmi məqaləsi çap olunmuşdur. O, bir monoqrafiyasını çap
üçün hazırlamışdır.
«Qaçqınlar problemi və dövlətin ekoloji siyasəti» adlı plan işi üzərində işləyir.
Şöbənin kiçik elmi işçisi Səbirə İsgəndərova namizədlik dissertasiyasını müdafiə üçün
hazırlamışdır. Onun 10-dan çox məqaləsi çap olunmuşdur.
Hazırda «Azərbaycanda müasir urbanistik və ekoloji problemlərin qarşılıqlı əlaqəsi» adlı
plan işi üzərində işləyir.
Şöbənin kiçik elmi işçisi Yalçın Abdullayev insan problematikasına həsr olunmuş
dissertasiyanı müdafiə üçün hazırlamışdır. Onun 10-dan çox elmi məqaləsi çap edilmişdir.
Hazırda «İnsan və ekoloji problemlər: tədqiqatın sosial-mədəni aspekti» adlı plan işi
üzərində işləyir.
Şöbənin elmi işçisi Pənah Hüseynov bir sıra məqalələrin müəllifidir. Hazırda «İnsan
ekologiyası probleminin dini- əxlaqi aspekti» adlı plan işi üzərində işləyir.
Şöbənin digər əməkdaşları Anar Hüseynov, Yeganə Bağırova və Aypara İbrahimova həm
də dissertant kimi götürdükləri elmi mövzular üzərində tədqiqat işləri aparırlar. Onların hər
birinin bir neçə məqaləsi çap olunmuşdur.
Ümumiyyətlə, şöbənin son illərdə tədqiq etdiyi mövzu «İnsan və cəmiyyətin ekologiyası»
olduqca aktual bir problemdir. Həm də problemin öyrənilməsi yeni ekoloji konsepsiyanın
yaradılmasında mühüm rol oynayacaqdır.
Azərbaycan respublikası üçün yeni ekoloji konsepsiyanın yaradılması olduqca zəruridir. 70
il müddətində Respublikanın təbiəti elə bir vəziyyətə salınmışdır ki, onun bərpası üçün
uzun illər çalışmaq lazım gələcəkdir. Hər şeydən əvvəl, konsepsiyanın nə olduğunu
aydınlaşdıraq. Konsepsiya (latınca konseptis- anlama)- müəyyən anlam sistemi, hər hansı
hadisənin şərhi, əsas
nöqteyi- nəzər, prinsiplərin aydınlaşdırılması üçün rəhbər ideya,
müxtəlif fəaliyyət növlərinin konstruktiv prinsipi kimi başa düşülür. Azərbaycanın ekoloji
konsepsiyanın yaradılması, yəni onun noosfer inkişaf yolunun göstərilməsi zərurəti bir sıra
səbəblərlə bağlıdır. Aşağıda onların bəzilərini göstərməyə çalışacağıq. Qeyd etmək
lazımdır ki, bu vəziyyət keçmiş SSRİ respublikalarının əksəriyyəti üçün xarakterik olsa belə
spesifik cəhətlər də mövcuddur.
1. 70 il müddətində bütövlükdə SSRİ-də, o cümlədən Azərbaycanda ekologiya sahəsində
hər hansı dövlət siyasəti olmamışdır. Nəticədə İttifaq miqyasında Aral qurumuş, Baykal,
Xəzər pis günə qalmış, dəhşətli «Çernobıl» faciəsi baş vermişdir. Yeni bazar iqtisadiyyatına
keçid dövründə, ekoloji və iqtisadi maraqlar olduqca kəskin ziddiyyətlərə girir, ona körə də
vəziyyəti düzəltməyin vaxtı kəlib çatmışdır.
2. Bəşəriyyət yaşamaq uğrunda deyil, mövcud olmaq uğrunda mübarizə aparır. Onun
inkişafın noosfer yoluna- insanın, cəmiyyətin və təbiətin ağılla idarə olunan yoluna keçmək
vaxtı artıq yetişmişdir. Noosfer inkişafının özülünü təşkil edən odur ki, insan təbiətin bir
hissəsinə çevrilir və onun qanunlarına tabe olmağı öhdəsinə kötürür. Əslində noosfer
inkişafa keçid-müasir sivilizasiyanı məhv olmaqdan xilas edə bilən yeganə yoldur.
3. Hazırda respublikamızın qəbul etdiyi ekoloji normaları dünyanın aparıcı dövlətlərinin
ekoloji normaları ilə uyğunlaşdırmaq lazım gələcəkdir. Burada ətraf mühitin mühafizəsi
sahəsində beynəlxalq konsepsiya və ideyaların nəzərə alınması mühüm yer tutmalıdır.
4. Azərbaycan respublikasının yeni ekoloji konsepsiyasının əsas müddəaları dövlət
orqanlarına, onun subyektləri olan yerli idarə orqanlarına konstruktiv təsir etməli və onlar öz
işlərini həmin müddəalara müvafiq qurmalıdırlar. Bu da dövlətin uzunmüddətli ekoloji
siyasətinin əsasında durmalıdır.
3-cü minilliyə irəliləyən müstəqil respublikamız getdikcə daha çox təlabatın ödönilməsində
kəmiyyətə yox, keyfiyyətə fikir verməlidir. Tələbat mallarının keyfiyyəti elə bir səviyyəyə
çatdırılmalıdır ki, insanın praktiki və yaradıçılıq təlabatını ödəməyə qadir olsun.
Getdikcə daha çox resursların qorunmasına, təbiətin bir sıra obyekt və predmetlərinin
bərpa edilməsinə xidmət edən texnologiyanın tətbiqinə geniş yer verilməlidir. Bu məsələnin
ümumplanetar miqyasında nəzarəti işinə qoşulmaq vaxtı gəlib çatmışdır.
Qlobal, regional, təsərrüfat-informasiya, sosial, demoqrafik inkişaf probleminin həlli
məsələlərində iştirak etmək, bu sahədəki elmi nailiyyətlərə yiyələnmək lazımdır.
İdarəçilik sistemində ekoloji proqnozlaşdırma və modelləşdirilmə üsullarına üstünlük
verilməlidir.
Müxtəlif milli mədəniyyət və ənənələrin qarşılıqlı təsir və qarşılıqlı zənginləşmə proseslərini
inkişaf etdirmək lazımdır.
Sivilizasiyanın noosfer inkişaf konsepsiyasını işləyib hazırlamaqla mövcud ümumbəşəri və
ölkə tarixindəki təcrübədən geniş surətdə istifadə edilməlidir.
ƏLİ ABASOV
FƏLSƏFƏNİN YENİ İSTİQAMƏTLƏRİ VƏ GENDER TƏDQİQATLARI BÖLMƏSİ
Bölmə Azərbaycan EA ictimai elmlər bölməsinin təqdimatı və Akademiyanın Rəyasət
Heyətinin sərəncamı əsasında 1998-ci ilin dekabrında təşkil olunmuşdur.
Adından göründuyü kimi, bölmə öz elmi-tədqiqat fəaliyyətini əsasən iki istiqamətdə
aparmağı planlaşdırmışdır.
Birinci istiqamətdə bölmənin məqsədi: yeni dünyagörüşü baxımından fəlsəfənin bir sıra
aktual problemlərinin; keçid dövrünü səciyyələndirən sosial-siyasi proseslərin təhlili