Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss



Yüklə 315,22 Kb.
səhifə10/12
tarix01.11.2017
ölçüsü315,22 Kb.
#7920
1   ...   4   5   6   7   8   9   10   11   12

Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirlik tərəfindən etnik azərbaycanlı və erməni gənclər üçün gürcü dilinin onlayn/distant şəkildə tədrisi həyata keçirildi. Qeyd edilmiş layihə haqqında məlumatın yayılması məqsədilə, 2016-cı ildə dövlət strukturlarında, Tbilisidə və regionlarda işləyən qeyri-hökumət təşkilatlarına, eləcə də regional bələdiyyələrə məlumatın ötürüldü. Layihə istənilən internet istifadəçisinə Gürcüstanın istənilən nöqtəsindən özünün gürcü dili bilik səviyyəsini təkmilləşdirmək və yaxud da tamamilə pulsuz şəkildə gürcü dilini baza pillədən öyrənmək imkanını verir. Aşağıdakı veb-ünvandan qeydiyyatdan keçmək lazımdır: http://teach.ge/Programs/6.

IV. Etnik azlıqların mədəniyyətlərinin qorunub saxlanması və tolerant mühitin təşviqi


Hesabat dövründə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi və birbaşa iştirakı ilə müxtəlif proqramlar və layihələrin həyata keçirilməsi prosesi davam etdirildi. Burda başlıca məqsəd etnik azlıqların mədəniyyətlərinin qorunması-inkişafı və populyarlaşdırılmasından ibarət idi. Mədəni özünüifadənin dəstəklənməsi və gürcü məkanında növbəti inteqrasiya məqsədilə ümumi hüquqi şəxslər, xüsusən də: David Baazov adına Gürcü Yəhudilərinin və Gürcü-Yəhudi Münasibətləri Tarixi Muzeyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi, Tbilisi Petro Adamyan adına erməni, Heydər Əliyev adına Azərbaycan və Aleksandr Qriboyedov adına Rus Peşəkar Dövlət Dram Teatrlarının fəaliyyətinin dəstəklənməsi.

Teatrların dəstəklənməsi


A. Qriboyedov adına Rus Peşəkar Dövlət Dram Teatrı 2016-cı ildə silsilə aktivliklər həyata keçirdi: 118 tamaşa, o cümlədən 7 premyera keçirildi. Premyeraya 5000 tamaşaçı gəldi. Həmçinin regionlarda 7 səyyar tamaşa, xaricdə 2 qastrol keçirildi; 959 tamaşaçı gəldi.

Tbilisi Heydər Əliyev adına Azərbaycan və Tbilisi Petros Adamyan adına Erməni Peşəkar Dövlət Dram Teatrına gəldikdə isə Azərbaycan teatrı 2 tamaşa keçirdi, 5 premyera baş tutdu, tamaşaçılarım sayı 400 nəfər təşkil etmişdir. Erməni teatrımda isə 15 tamaşa 1 premyera təşkil edildi, region üzrə 7 qastrol həyata keçirildi.9 kənddə səyyar tamaşalar keçirildi. Ümumi cəmdə 2272 tamaşaçı iştirak etdi.




Muzeylərin dəstəklənməsi


ÜHHŞ David Baazov adına Gürcüstan Yəhudiləri və Gürcü-Yəhudi Münasibətlərinin Tarixi Muzeyi. 2016-ci ildə aşağıdakı aktivliklər həyata keçirildi: elmi konfrans “Tbilisi-Qüds”, muzey fondlarının iinventarizasiyası və elektron versiyanın yaradılması, kitabxananın və muzeyin inventarla təmin edilməsi, XIX əsr mətbu materiallarında Gürcüstan yəhudilərinin tarixi haqqında materialların araşdırılması və elektron versiyanın yaradılması. Ümumilikdə il ərzində 11 tədbir keçirildi.

ÜHHŞ Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Muzeyində 3 sərgi, 1 təqdimat, 3 görüş tədbiri keçirildi. ÜHHŞ Smirnovla Muzeyində inventarlaşma prosesi başa çatdırıldı.

Etnik azlıqların mədəni irsinin qorunması və populyarlaşdırılması





  • Gürcüstanda mövcud alman mədəni irsinin inventarizasiyası başa çatdırıldı, xüsusən də: Tetridzğaro, Zalqa, Marneuli və Dmanisi bələdiyyələrində və Tbilisi şəhəri Didube rayonunda. İnventarizasiya nəticəsində 150-dək obyekt siyahıya alındı. Mədəni irsin hər bir obyekti üçün sahə və hesabaalma vərəqəsi hazırlandı. Bundan başqa, Gürcüstanın xəritəsi hazırlandı, hansında ki, yuxarı qeyd edilmiş inventarizasiya nəticəsində aşkarlanmış alman mədəni irsi obyektləri köçürüldü;

  • Aşkarlanmış 150-ə qədər alman mədəni irsinə məxsus obyektlərə statusun verilməsi proseduru planlaşdırılır. 2016-cı ildə alman mədəni irsinə məxsus 40-a qədər obyektinə mədəni irsin daşınmaz abidə statusu verildi. O cümlədən Zalqa bələdiyyəsi, Trialeti kəndi, Xram SES küçəsində yerləşən Trialeti kilsəsinə də;

  • Noraşeni məbədinin döşəməsinin təşkili məqsədilə layihə sənədləri hazırlandı. Noraşeni kilsəsinin reabilitasiya mərhələsi başa çatdırıldı. 2016-cı ildə Gürcüstan Tarixi Abidələrin Mühafizəsi və Qorunması Fondunun maliyyə dəstəyi ilə Noraşeni Ana Məryəm məbədinin reabilitasiya mərhələsi həyata keçirildi.


Etnik azlıqların mədəniyyətlərinin dəstəklənməsi

Etnik azlıqların mədəni identikliyinin qorunub saxlanması məqsədilə “Etnik azlıqların dəstəklənməsi” prioriteti çərçivəsində mədəniyyət sahəsində fəaliyyət göstərən etnik azlıq nümayəndələrinin yaradıcılığını əks etdirən sərgilərin, nəşrlərin, tamaşaların, axşamların və başqa mədəni tədbirlərin dəstəklənməsi davam etdirildi.



Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi ilə “Azərbaycan əllə toxunan xalçaçılıq ənənələrinin qorunması” layihəsi (ÜHHŞ Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi) həyata keçirildi. Layihə əllə toxunan xalçalarda Azərbaycan ənənələrinin qorunub saxlanması və inkişafını, xalçaçılıq texnologiyasının öyrənilməsi məqsədilə dərnəklərin yaradılmasını nəzərdə tutur ki, burada xalça toxuyanlar gənclərə xalça və qobelenləri toxumağı öyrədirlər. Layihə çərçivəsində 6 pedaqoq işlə təmin olundu, 15 gənc hazırlıq keçdi, 25 uşaq isə mərkəz və regionlarda təhsil alır (Marneuli-Bolnisi-Tetridzğaro);
Etnik azlıqların mədəni identikliyinin qorunması məqsədilə aşağıdakı tədbirlər keçirildi:

  • Mikael Tarıverdiyevin 85 illik yubileyinə həsr edilmiş konsert;

  • QKHŞ “Qafqaz mozaikası” osetin yazıçı Qiorgi Bestautinin ikidilli gürcü-osetin toplusunu nəşr etdi;

  • Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilmiş konsert;

  • ÜHHŞ Çərkəz (Adigey) Mədəniyyət Mərkəzində “Çərkəzlər, abxazlar, osetinlər və gürcü –Qafqaz sivilizasiyasının kontekst dəstəklənməsi” –elmi sessiyası keçirildi;

  • Batumidə məşhur ifaçı Polad Bülbül oğlunun musiqisi əsasında yaradılmış müasir balet “Xəmsə”nin nümayişi həyata keçirildi;

  • E. Məcidovanın “Qafqaz caz festivalı” Gürcüstanda və Qafqazda məşhur yaradıcı qrupları və musiqiçiləri birləşdirdi. Bu istiqamətdə konsertlər keçirildi.

  • Axalsixe şəhərində beynəlxalq xalça festivalı –Qafqazda xalçaların istehsal texnologiyası və tarixi ənənələrin birləşməsi, bölüşməsi, xalça istehsalçıları arasında əlaqələrin qurulması ilə bağlıdır.



Yüklə 315,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə