193
mağazalarda, aptek və xəstəxanalarda satılan kamfora yağının tərki-
bind
ə təbii (natural) kamfora yoxdur.
Yaşıllaşıdrmada istifadəsi. Hündürboylu, həmişəyaşıl ağac
oldu
ğuna görə Rusiyanın nəmişli-subtropik rayonlarının bağ və
parklarının yaşıllaşdırılmasında, meşə və meşə mühafizə əkinləri
üçün çox böyük əhəmiyyət kəsb edir.
Bağlarda tək-tək və qrup halında əkilir. Yol kənarlarında və
küçələrdə alleya və canlı çəpər yaratmaq üçün yararlıdır.
Uc hissələri kəsildikdə çox yaxşı və tez böyüdüyündən qol-
budağı vurulan (biçilən) yaşıllaışdırma işlərində geniş istifadə edilir.
Oduncağından istifadə. Kamfora ağacının oduncağı elə də
yüksək mexaniki xüsusiyyətləri ilə seçilmir. Lakin onun çox gözəl
sarımtıl-qəhvəyi rəngi və xoşagələn kamfora ətri uzun müddət qalır.
Bioloji zərərvericilərə davamlıdır və praktiki olaraq həşəratlarla zə-
dələnmir. Çində mebel hazırlığında xüsusən də yeşik və sandıq hazır-
lanmas
ında çox geniş istifadə edilir. Ondan həmçinin sandıqçalar,
yelpiklər və muncuqlar da hazırlanır.
Qədim Çin imperatorluğunda kamfora ağacı ciddi qorunurdu.
Onun özbaşına kəsilməsi ölümlə cəzalandırılırdı. Ona görə də onun
oduncağı istər daxili bazarda, istərsə də Avropa bazarında çox yük-
sək qiymətləndirilirdi.
Əvvəllər tibdə geniş istifadə olunan kamfora yağı əldə etmək
üçün çoxlu miqdarda ağac kəsilirdi. Bu gün isə istifadə olunan kam-
fora yağının demək olar ki, hamısı sintetikdir. Kamfora ağacının yon-
qarından (talaşasından) və taxta kəpəyindən əvvəlki kimi yenə də
kamfora yağı alınır.
Əkilməsi, becərilməsi və qulluq işləri. Kamfora ağacını toxu-
mu, zoğu, budağı və kökümsovu ilə çoxaltmaq olar. Kəsilmiş budağı
t
ərkibində kamfora çox olmasına baxmayaraq nadir hallarda sərbəst
kök
əmələ gətirir.
Toxumları ilə çox asan çoxalır. Lakin, toxumdan əmələ gəlmiş
ağacın ömrü 20-23 il olur. Cavan ağacın toxumu isə yaxşı cücərti və
məhsul vermir. Kamforanın yalnız təzə toxumları cücərmə qabiliy-
yətli olur. Əkilmiş toxumların cücərmə dövrü təxminən 90 günə bə-
ra
bərdir. Cavan cücərti 6 aylıq olandan sonra onu kəsmək və başqa
194
yerə əkmək olar. 30 yaşdan yuxarı olan ağacların tərkibində daha
yük
sək konsentrasiyada (qatılıqda) kamfora yağı və kamfora olur.
Tropikl
ərdə (Şri-Lanka, Hindistan) kamfora ağacı il ərzində
1,2-
1,8 metr, yağmurlu yerlərdə isə 1,14-3,68 metr böyüyə bilir.
Kamfora ağacı şimal regionlarında bitmir, onu həmçinin otaq
şəraitində də becərmək olmur. Kamfora darçını (kamfora ağacı) 50 :
50 nisb
ətində hazırlanmış çimli torpaq və yarpaq qarışığında bitir.
Bitki
əkilən yerə mütləq gün düşməlidir. Tez-tez və bolluca suvarıl-
malıdır. Kamfora becərmək üçün məsləhət görülən ən aşağı tempe-
ratur 10
0
C-dir. Y
əni bu bitki 10
0
C-d
ən yuxarı temperatur şəraiti
olan yerl
ərdə becərilməlidir.
Kamfora ağacı əsasən toxumları ilə (20-23 yaşı olan ağaclardan
yığılmış toxumları) və yaxud çilikləri ilə çoxaldılır. Bitkini hər 2
h
əftədən bir gübrələmək məsləhət görülür. Bitkinin ildə 1 dəfə, 5-6
ild
ən sonra isə 2 ildə bir dəfə yerini dəyişmək (başqa yerə köçürmək)
lazımdır.
2. 17.
MİXƏK AĞACI
Əhəmiyyəti. Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçək -
l
ərindən həm yeyinti sənayesində ətirli ədviyyə, həm də müalicə
əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən
Misird
ə, Çində, Romada mixək daha qədimdən istifadə edilir.
M
əlumdur ki, VI əsrdə Aleksandr Trallianus (525 - 605) və digər Ro-
ma h
əkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər.
Mix
ək ağızdan gələn pis qoxunu aradan qaldırır, diş ağrısını
azal
dır (bir dənə mixək dişləyin və ağrıyan dişin üzərinə qoyun), da -
maq
ların vəziyyətini yaxşılaşdırır. Mixək diş ağrıları zamanı da mik -
rob
əleyhinə və ağrı kəsici dərman kimi istifadə edilir. Qədim zaman -
larda, h
ələ diş fırçaları və diş məcunları kəşf olunmamışdan qabaq
Çin etiketind
ə belə bir adət varmış ki, imperatorun qəbulunda olanlar
v
ə onun qarşısında nitq söyləyənlər qabaqcadan mixək çeynəyərlər -
miş ki, nəfəsləri ətirli olsun.
Mix
ək ətriyyat sənayesində bahalı ətir və odekolonların tərkibin -
d
ə geniş istifadə olunur. Hazırda mixəyin qönçələrindən ədviyyə
kimi istifad
ə edilir. Mixəyin kəskin iyi, xoş ətri vardır. Dadı büzüş -
195
dürücü v
ə ədviyyəlidir. Meyvəsinin uzununa kəsiyinə lupa vasi -
t
əsilə baxsaq, orada efir yağı ilə dolu iri dairələr görərik. Efir yağı ilə
dolu bel
ə dairə şəkilli kisələr çiçək yatağının silindrvari hüceyrə -
l
ərinin kənar hissələrində daha çoxdur. Mixək qida və şirniyyatların
bi
şirilməsi zamanı da istifadə olunur, çaya əlavə olunduqda çaya
qeyri-adi dad v
ə ətir verir (18).
Mixəyi başqa ədviyyatlarla birlikdə toyuq və balıq məhsulları-
nın, kolbasaların, şirin marinadların kökə və pryaniklərin hazırlanma-
sında da istifadə edirlər. Əti saxlamaq üçün qaynadılmış ətin üstünə
mixək (bir ədəd) qoyduqda onu 24 saat xarab olmadan saxlayır. Mi -
xək iştahanı artırır, həzmi yaxşılaşdırır və antiseptik (mikrob əley -
hinə) təsir göstərir. Onu mürəbbələrə əlavə etdikdə mürəbbəyə yaxşı
ətir və dad verir.
Mığmığaları və güvələri ürkütmək (qovmaq) üçün portağal (Cit-
rus sinensis
) meyvəsinin içinin mixəklə doldururlar.
Mixəyin yağı da tibdə və kosmetologiyada geniş istifadə olunur.
Mixək yağından müasir aromaterapiyada da (ətirli müalicə) çox ge -
niş istifadə olunur. Bəzən mixək yağı dermatomikozu (dəri xəstəliyi)
dayandırmaq üçün də tətbiq edilir.
Mixək yağı tütünçülük, ətriyyat kosmetika və əczaçılıq sənaye -
lərində də istifadə edilir. İndoneziyada mixəyi tütünə qatırlar və is -
teh
sal olunan məhsulun demək olar ki , yarısı (50%-i) bu işə sərf olu -
nur.
Mixək yağını ağız yaxalayıcılarının, saqqızların tərkibinə əlavə
edir
lər. Tərkibindəki efir yağı və kariofillen ona tünd yandırıcı, ətirli
dad verir. Mixək yağınından alınan evqenoldan vanilin əldə olunur.
Müalic
əvi xüsusiyyətləri. Təbabətdə mixəyin efir yağından və
onun
əsas tərkib hissəsi olan evqenoldan xəstə dişin müalicəsində,
onun iltihabını aradan qaldıran, dezinfeksiya edən və ağrıkəsən dər -
man kimi istifad
ə olunur. Mixək B qrupu vitaminləri ilə zəngin oldu -
ğuna görə sinir sistemi üçün çox xeyirlidir. Bundan əlavə mixək ka-
lium, kalsium, mis, fosfor, d
əmir, selen, sink, maqnezium və s. kimi
mikro v
ə makroelementlərlə də zəngindir. Bu zəngin tərkibinə görə
mix
ək bütün insan orqanizminə çox müsbət təsir edir. Mixək əsəb
sistemini sakitl
əşdirir, psixiki gərginliyi aradan qaldırır, beyinin fəa -
Dostları ilə paylaş: |