260
Nazir Əhmədli
Səkkizi cənnətdi, səkkiz də bağı,
Dolanıb gəşt eylər onlar bir bağı.
Doqquzuncu imamımız Məhəmməd Tağı,
Onuncu imamı xəbər al, deyim.
Bir neçə hümmətin Əlidir sağı,
Çəkə zülfüqarı, bölə budağı.
Onuncu imamımız Əliyyən Nağı,
On birinci imamı xəbər al, deyim.
Səhər-səhər, dan yelləri, əs bəri,
Münkir olan bəndələri kəs bəri.
On birinci imamımız Həsən Əsğəri,
On ikinci imamı xəbər al, deyim.
Məmmədhüseyn deyər, tamamdı, tamam,
Mömünlər könlünə salıbsan güman.
On ikinci imam Sahib əz-Zaman,
Bu dünyada Quran, axirətdə iman,
Onlardan vacibin xəbər al, deyim.
Müraciət etdiyim
“Vikipediya”da şair Məmmədhü-
seyn haqqındakı məlumatlar belədir:
“Novruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə
Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O,
heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbil-
də və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüsey-
nin atası dülgər olsa da, bütün varlığı ilə aşıq sənətinə bağ-
lanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının
az təsiri olmamışdır.
Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair
imiş. Daşkənddə yaşayan «Şairlilər» nəsli şairin adı ilə bağ-
lıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhü-
261
Haqq-nahaqq seçilər Haqq divanında
seynin
Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli
və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs
Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir. De-
yilənə görə ucaboylu, qədd-qamətli, iri gövdəli adam olub.
Qalın çatma qaşları ona xüsusi yaraşıq verərmiş. Əkinçilik-
lə, maldarlıqla məşğul olub.
Şair Məmmədhüseyn 1880-ci ildə qabaqcadan özünə
agah olmuş olan ilan çalması nəticəsində doğma Daşkənd
kəndində vəfat etmiş və orada dəfn olunmuşdur”.
Yuxarıdakı mətndə “Novruzov” soyadı
qeyri-elmi olsa
da, şairin atasının və qardaşlarının adının çəkilməsi onun
kameral siyahılarda axtarılması üçün lazım olan məlumat-
ları daşıması baxımından olduqca əhəmiyyətlidir. Bu məlu-
matda Məmmədhüseynin atasının adının Həsən, Əli adında
qardaşının olduğu məlum olur. Əlimizdə olan bu bilgilərdən
yola çıxıb onu Göyçə mahalının 1831-ci ilə aid kameral si-
yahısında axtardıq. Digər böyük aşıqlarımızda
olduğu kimi,
burada da gözlənilməz nəticələr alındı. Şair Məmmədhü-
seynin ailəsini Daşkənd kəndində deyil, adı həm də Abul
kəndi olan Qızılcıq kəndində aşkar etdik:
“Göyçə mahalının kameral təsviri. 1831-ci il.
№6. QIZILCIQ VƏ YA ABUL KƏNDİ.
Qarapapaq tayfası
Göyçə gölünün cənub sahilində Dərəçiçək mahalından
sonra gələn altıncı kənd. Geniş əraziləri və biçənəkləri var.
Göyçə gölünün suyundan istifadə edirlər.
Buğda, arpa, darı, kətan və başqa bitkilər əkirlər.
1.Kəndxuda Hüseyn Abul oğlu 40 y(onun arvadı); iki
oğlu var: Həsən 10 y; Səfər 5 y; qardaşı Musa 25 y.
...
19.Həsən Əli oğlu 50 y (onun arvadı); dörd oğlu var:
Əli 20 y; Məmmədhüseyn 15 y; Novruz 10 y; Qurban 7 y.
262
Nazir Əhmədli
Əhalisi türklərin qarapapaq tayfasına mənsub olan Qızıl-
cıq kəndində 19 ailə, 68 kişi, 40 qadın, cəmi 108 adam yaşayır.
Kənddə 59 öküz, 61 inək, 60 buzov, 198 qoyun və keçi,
20 at və 5 ulaq var”.
Sənədin izahına ondan başlayaq ki,
kəndin ikinci, Abul
adı kəndxuda Hüseynin atası Abulun adı ilə bağlıdır.
Bizi maraqlandıran şəxs 19-cu ailədə qeydə alınıb. Görün-
düyü kimi, atasının adı Həsəndir, özündən 5 yaş böyük olan
qardaşı Əli və hətta ona səhvən soyad kimi düzəltdikləri qarda-
şı Novruz da buradadır. Bizi ən çox maraqlandıran 15 yaşında
olan Məmmədhüseynin isə indiyə qədər deyildiyi kimi 1800-
cü və ya 1801-ci ildə deyil, 1816-cı ildə doğulduğu aydın olur.
Bütün müəllifl ər Şair Məmmədhüseyni daşkəndli kimi
tanıtdıqlarına görə, düşünmək olardı ki, bu ailə sonradan Daş-
kəndə köçmüşdür. Amma Daşkəndin 1842-ci
ilə aid kameral
siyahısında da bu ailəni müəyyən etmək mümkün olmadı. Qı-
zılcıq kəndinin özünə gəlincə, 1842-ci ilin kameral siyahısında
Hacı Muxan (1831-ci ilin kameral siyahısında boş kəndlərin
siyahısında
“Hacı Mumuxan” kimi qeydə alınıb) adlı yeni
məskunlaşdırıldığı yazılan bir kənd var və orada yaşayanların
Qızlcıq (Abul) kəndindən gəldiyi qeyd olunur:
“№9. HACI MUXAN KƏNDİ
Qarapapaqların bosçalı tayfası. Sakinlər buraya
Qızılcıq və ya Abul kəndindən gəliblər. İslam dininin şiə
məzhəbinə mənsub olmaqla köçəri həyat sürürlər”.
1842-ci ilin kameral siyahısında 1831-ci ildə Qızılcıq
kəndində yaşayanlardan 6 ailəni Hacı Muxan, 2 ailəni Qanlı
Allahverdi, 1 ailəni isə Sultanəli Qışlağı kəndlərində aşkar
etsək də, nə kəndxuda
Hüseyn Abul oğlunun, nə də Məm-
mədhüseynin ailəsi 1842-ci ilin kameral siyahısında Göyçə
mahalının heç bir kəndində aşkar edilmədi. Məmmədhüsey-
nin ailəsinin Göyçə mahalının sonrakı-1852-ci, 1859-cu,