Balalar-Az.Com
Mahnılar
Dostluq qatarı
Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.
Bəzəkli vaqonlardan
Qatar düzəltmişik biz.
Sərnişinlər, tez olun,
Yoxsa gecikərsiniz.
Qatar gedir: du, du, du, du...
Dostluq qatarıdır bu.
Bakıdan Moskvaya
Biz gedirik: taq-taq-taq...
Qatar bir azdan sonra
Geriyə qayıdacaq.
Qatar gedir: du, du, du, du...
Dostluq qatarıdır bu.
Əgər gündə on dəfə
Gedib-gəlsə bu qatar,
Sevimli dostlarımız
Görün nə qədər artar.
Qatar gedir: du, du, du, du...
Dostluq qatarıdır bu.
Balalar-Az.Com
Dostları ilə paylaş: |