Ailə şəraitində himayə
Ailə mühitində təmin edilən alternativ
himayədir. Avropada ailə şəraitində himayənin
yayılmış formaları aşağıdakılardan ibarətdir:
qohumluq himayəsi
– Bu himayənin elə
növüdür ki, bu zaman uşaq geniş ailədə,
yaxud da əvvəllər sıx münasibətlərin
qurulduğu dost ailələrdə yaşayır.
qəyyumluq
– Uşağın səlahiyyətli orqanlar
tərəfi ndən doğma ailəyə deyil, başqa ailəyə
yerləşdirilməsi kimi himayə formasıdır.
Himayədar ailələr hazırlıq səviyyəsinə
uyğun olaraq seçilir və himayəni yaxşı
şəkildə yerinə yetirmələrinə nəzarət edilir.
Alternativ himayə
Bu, valideyn qayğısı görməyən uşaq və
gənclərin təmin olunduğu himayədir. Alter-
nativ himayə inzibati və ya məhkəmə orqanı
tərəfi ndən razılaşdırılan, yaxud qəbul edilən
tədbirdir. “Alternativ himayə” termini hətta va-
lideyn qayğısı olmadan belə uşağın əvvəlki
kimi himayədar ailə, uşaq müəssisəsi və
ya uşağı sabitlik, təhlükəsizlik və yardımla
təmin edəcək digər növ tədbirdən ibarət ola
biləcək “evdə” yaşamasını bildirir.
Birləşmiş Millətlər Təşkilatının
Uşaq Hüquqları haqqında Konvensiyası
Bu, 18 yaşına çatmamış bütün insanların
hüquqlarını müdafi ə edən və dəstəkləyən
beynəlxalq miqyasda razılaşdırılmış stan-
dart və öhdəliklər toplumudur. Bu hüqu-
qlar uşağın ən yaxşı şəraitdə boya-başa
çatmasını, təhlükəsiz şəraitdə inkişaf
etməsini və təhsil almasını, yüksək
keyfi yyətli tibbi yardıma çıxışı əldə etməsini
və ailə, mədəni və ictimai həyatda tam
şəkildə iştirak etməsini təmin etmək niyyəti
güdür.
Doğma ailə
Uşağın ailəsi dedikdə onun valideynləri,
qardaş və bacıları, nənə və babaları və
digər qohumları nəzərdə tutulur.
Fərdi himayə planı
Bu plan həm himayə altında böyüyən uşaq,
həm də birlikdə çalışan himayə qrupu
tərəfi ndən işlənib hazırlanır. Sözügedən
plan uşağın xüsusi ehtiyaclarına yönəldilmiş
və onun fərdi qabiliyyət və səylərini nəzərə
alır. Plan uşağın emosional, əqli, fi ziki və so-
sial inkişafına məsuliyyət daşıyan şəxsləri
təyin edir və dövrü şəkildə himayənin təhlili
adlanan prosesdə qiymətləndirilir.
Himayənin nəzərdən keçirilməsi
Bu, fərdi himayə planının dövrü şəkildə
nəzərdən keçirilməsidir. Uşaq və ya
gənc, himayədar və digər peşəkarlar
35
Lüğət
həqiqətdə bu nə deməkdir?
məsələn, doğma ailəyə yenidən qayıtmaq
mümkünlüyü, hazırkı himayə tədbirinin
dəyişdirilməsinə ehtiyac, məktəb seçimi
və s. kimi seçim və rəyləri müzakirə etmək
üçün görüşürlər.
Himayədarlar
Bunlar uşaq və gənclərə qayğı göstərən
böyüklərdir. Himayədar bioloji valideyn,
yaxud alternativ himayə halında xüsusi
hazırlıq keçmiş və işinə himayə üzrə digər
peşəkarlar tərəfi ndən nəzarət və yardım
edilən yetkinlik yaşına çatmış şəxs ola
bilər. Alternativ himayə dövrü ərzində
himayədar mümkün olduğu qədər az
hallarda dəyişdirilməlidir.
Himayənin planlaşdırılması qrupu
Buraya sosial işçi, doğma ailə üzvləri,
himayədarlar və uşaq və ya gənclərə rəsmi
qayğı göstərilməsi haqda qərarlar qəbul
edilməsində iştirak edən digər peşəkar
böyüklər daxildir. Bu qrup himayəyə dair
qərarlar qəbul edərkən himayə altında
böyüyən uşaq və gənclərlə birlikdə
işləməlidir.
Himayə ilə təmin edən təşkilat
Bu, alternativ himayə ilə təmin edən və
himayə tədbirlərinin keyfi yyət və fəaliyyətinə
nəzarət edən təşkilatdır. Bu, dövlət,
dini-əsaslı, yaxud da ailədə və ya uşaq
müəssisəsində alternativ himayəni təmin
edən qeyri-hökumət təşkilatı ola bilər.
МHimayədən çıxmaq
Gənclərə himayədən müstəqil həyata ke-
çidin rəvan olmasında köməklik edən
prosesdir. Buraya, himayə altında yaşayan
zaman təhsil, təlim, həyat bacarıqlarının
öyrənilməsi və müstəqil olduqdan sonra
gənclərə “himayədən sonrakı xidmətlərin”
göstərilməsi daxildir. Bu cür xidmətlərə
daxildir: himayə altından çıxdıqdan sonra
müstəqil həyat bacarıqları üzrə məsləhət
verilməsi və təlim keçilməsi, ictimaiyyət
tərəfi ndən vəsaitlə yardım edilməsi, pul-
suz təhsil və maliyyə yardımının müxtəlif
formaları.
Himayənin keyfi yyət standartları
Bu, himayənin müvafi q səviyyəsini təmin
edən standartlardır. Himayənin keyfi yyət
standartları himayənin bütün formalarında
nəzərə alınmalı və onun bütün mərhələlərində:
himayəyə qəbuledilmə, planlaşdırma prosesi,
himayədən sonrakı mərhələ, uşağın müdafi əsi
kimi prosedurlara və s. riayət edilməlidir.
“Uşaqların Rifahı Naminə Keyfi yyət” (Qua-
lity4Children (Q4C)) Standartları himayənin
keyfi yyət standartlarının bir nümunəsidir.
36
İnsan hüquqları
Bacarığından, vətəndaşlığından, etnik
mənşəyindən, cinsindən, dilindən, milliy-
yətindən, irqindən və cinsi oriyentasiyasından
asılı olmayaraq sadəcə olaraq insan
olduqlarına görə bütün insanların, habelə
uşaqların malik olduqları hüquqlardır.
Konvensiya
Ölkələr arasında hüquqi baxımdan əməl
edilməsi məcburi olan sazişdir. Konven-
siyalar bəzən sazişlər, paktlar, yaxud da
beynəlxalq razılaşmalar adlanır.
Müəssisələrdə himayə
Bu, alternativ himayənin ailədən kənar
formasıdır, burada himayə daha kiçik və
ya daha böyük qrup şəraitində növbə ilə
çalışan ödənişli peşəkarlar tərəfi ndən
həyata keçirilir. Himayə müəssisəsinə 300-
dən yuxarı çoxlu sayda uşaq yerləşdirilən
zaman, onda bu, xüsusiləşdirilmiş himayə
müəssisəsi adlanır. Bu model çərçivəsində
yaradılan şərait və himayə keyfi yyəti
uşaqlara öz hüquqlarından yararlanmaqda
çətinlik yaradır. Avropanın bir çox ölkələri
öz təsisatlarını “deinstitusionalizasiya” kimi
tanınan proses çərçivəsində ailədə himayə
modeli ilə əvəz edirlər.
Ombudsman
Ombudsman insan hüquqlarının dövlət
və özəl təşkilatlar və ayrı-ayrı şəxslər
tərəfi ndən hörmət edilməsini təmin etmək
üçün hökumətlər tərəfi ndən təyin edilmiş
şəxsdir. Ombudsman uşaq hüquqlarına
dair dərin biliyə malik olmalıdır. Uşaq və
ya gənclər hüquqlarının pozulması barədə
şikayət edən zaman ombudsmanın vəzifəsi
araşdırma aparmaqdan və həlli yolları
göstərməkdən ibarətdir. Bəzi ölkələrdə
uşaq və gənclərin məsələsi üzrə xüsusi
ombudsmanlar fəaliyyət göstərir. Avropada
uşaq məsələləri üzrə ombudsmanlar Uşaq
məsələləri üzrə Avropa Ombudsmanlar
Şəbəkəsi yaratmışlar:
http://crin.org/enoc/members/index.asp
Uşağın ən yaxşı maraqları
Böyüklər uşaqlar üçün ən yaxşı olanları
etməlidirlər. Onlar uşaqların və gənclərin
inkişafına ən böyük müsbət təsir göstərəcək
qərarlar qəbul etməlidirlər
Uşaq məsələləri üzrə xidmətlər
Bu, alternativ himayə altında böyüyən
uşaqlara cavabdeh olan yerli dövlət
orqanlarıdır. Onlar alternativ himayəyə
ehtiyacı olan hər bir uşağın rahat və
təhlükəsiz yaşaması üçün lazım olan yararlı
yaşayış şəraiti ilə təmin edirlər. Bu şəraitlərin
təmin edildiyini yoxlamaq üçün onlar dövrü
37
yoxlamalar aparırlar. Uşaq məsələləri
üzrə xidmətlər himayə altında böyüyən
uşaq və gənclərin rifahı üçün çalışırlar.
Onlar uşaqların doğma ailələrinə nə vaxt
qayıtmalarına qərar verirlər.
Uşaq
18 yaşına çatmamış istənilən şəxs kimi
müəyyən edilir. 12 yaşlı və ondan yuxarı
yaşda olan uşaq “yeniyetmə”, yaxud “gənc”
adlana bilər. Birləşmiş Millətlər Təşkilatı 15
yaşdan 24 yaş arasında olan şəxsləri gənc
kimi müəyyən edir.
SOS Uşaq Kəndi
Valideyn qayğısından məhrum olmuş
uşağın ailə mühitində böyüməsinə yardım
edən ailə əsaslı himayə modelidir. SOS –
un himayədarı SOS ailəsinə rəhbərlik edir
və uşağın himayəsinə və inkişafına birbaşa
məsuliyyət daşıyır.
Valideyn himayəsindən
məhrum olmuş uşaqlar
Bunlar, istənilən səbəbdən valideynləri ilə
yaşamayan uşaqlardır.
Yaşlarına görə himayə
altından çıxan gənclər
(himayəni tərkedənlər). Bu, himayə sistemi
daxilində xüsusi müdafi ə və yardıma hüqu-
qu olmayan yaşa çatdıqlarına görə himayə
altından çıxan gənclərə şamil edilir.
38
Məlumatlı ol və kənarda qalma!
39
Avropa Şurasının
“Avropanı uşaqlar üçün və uşaqlarla birgə quraq”
proqramı uşaqların
insan hüquqlarının dəstəklənməsi və uşaqları zorakılığın bütün formalarından qorumaq
üçün yaradılmışdır. Proqrama görə məsuliyyət daşıyan qrup məktəbdə zorakılıq, insan
hüquqları sahəsində təhsil, uşaqlar və İnternet, eləcə də uşaqlar və ədalət məhkəməsi
sistemi kimi məsələlərlə məşğul olur. Proqramda valideyn himayəsindən məhrum olmuş
uşaqların konkret hüquq və ehtiyacları, xüsusilə də təhsilə, sosial, səhiyyə və hüquqi
xidmətlərə çıxış və iştirak hüququ kontekstində nəzərə alınır. Konvensiyalar, görüşlər və
nəşrlər barədə daha ətrafl ı məlumat almaq üçün, eləcə də “Vəhşi İnternet Meşəsi” onlayn
oyununu oynamaq üçün aşağıda göstərilən İnternet saytına daxil ola bilərsiniz.
www.coe.int/children
SOS Uşaq Kəndi
valideyn himayəsindən məhrum olmuş və ya məhrum olmaq təhlükəsi
altında olan uşaqların himayəsi, təhsili və sağlamlıqlarının qorunması sahəsində birbaşa
xidmətlər göstərən, uşaqların maraqlarına yönəldilmiş qeyri-hökumət və qeyri-dini təşkilatdır.
Təşkilat, həmçinin müvafi q himayənin təmin edilməsi üçün uşaqların himayədarlarının,
onların ailələrinin və cəmiyyətin imkanlarını genişləndirmək üzərində çalışır. “SOS Uşaq
Kəndi” valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarını da qoruyur. Təşkilat
1949-cu ildə təsis edilmiş və BMT-nin UHK-nı rəhbər tutaraq hazırda 130 ölkəni əhatə edir.
www.sos-childrensvillages.org
“Uşaqların Rifahı Naminə Keyfi yyət” (Quality4Children (Q4C)) Standartları
– Avropa-
da uşaqlar üzərində alternativ himayənin 18 keyfi yyət standartından ibarət toplumdur. Q4C
Standartlarının işlənib hazırlanması prosesi uşaqlar, gənclər, doğma ailələr, himayədarlar,
sosial işçilər və digər maraqlı tərəfl ər daxil olmaqla 32 ölkədən təxminən 500 nəfərin fəal
iştirak etdiyi tədqiqat metodu olan “tarixçələrin danışılmasına” əsaslanır. “Uşaqların Rifahı
Naminə Keyfi yyət” Standartları üç təşəbbüsçü təşkilat: SOS Uşaq Kəndi, Beynəlxalq Ha-
milik Tərbiyəsi Təşkilatı (IFCO) və Beynəlxalq Təhsil Cəmiyyətləri Federasiyası (FICE).
tərəfi ndən Avropa Parlamentində 2007-ci ildə bəyan edilmişdir. O vaxtdan bəri, bu üç təşkilat
milli siyasətlərdə və hamilik təcrübəsində bu standartların yerinə yetirilməsini həyata keçi-
rir. Uşaq və gənclər, eləcə də onların himayədarları himayə şəraitində Q4C Standartlarını
bilməyə və istifadə etməyə sövq edilirlər.
www.quality4children.info
Gənclərə Hakimiyyət (Power4Youth)
Alternativ himayə altında böyüyən gənclərin birliyi-
dir. Onlar aşağıdakılarla maraqlanırlar: başqaları ilə fi kir mübadiləsi etmək; öz təcrübələrini
paylaşmaq, dostluq əlaqələri yaratmaq, Q4C Standartlarının həyata keçirilməsində
iştirak etmək; və həmyaşıdlarından dəstək almaq. Himayə altında böyümüş və 28 yaşına
çatmamış hər bir uşaq və ya gənc P4Y birliyinin üzvü ola bilər. Daimi virtual məlumat
mübadiləsindən başqa, P4Y birliyi himayə altında böyümüş uşaq və gənclər üçün maraq
kəsb edən mövzuları müzakirə etmək üçün öz üzvləri ilə birbaşa görüşlər təşkil edirlər. On-
lar, həmçinin himayənin keyfi yyətini yaxşılaşdırmaq üçün təklifl ər irəli sürür və bu təklifl ərin
milli və beynəlxalq səviyyədə nəzərə alınmasına çalışırlar.
www.power4youth.eu
40
41
Birləşmiş Millətlər Təşkilatının Uşaq
Hüquqları Konvensiyası:
Konvensiyanın tam mətni:
www2.ohchr.org/english/law/crc.htm
Uşaqlar üçün nəzərdə tutulmuş versiyası:
www.unicef.org/voy/media/rights_leafl et.pdf
Konvensiyanı öz ana dilinizdə oxumaq üçün
aşağıdakı ünvana daxil olun:
www.unicef.org/voy/explore/rights
/explore_2781.html
Himayə müəssisələrində yaşayan
uşaqların hüquqlarına dair Avrop
Şurasının Rec(2005)5 saylı Tövsiyəsi:
www.coe.int/familypolicy
(“himayə müəssisələrindəki uşaqları” ingilis, rus,
yunan, polyak, estoniya və serbiya dillərində seçin).
Avropa Şurasının Uşaq Hüquqları
və Ailə Siyasəti üzrə Şöbəsi:
www.coe.int/familypolicy
Avropa Şurasının himayə
müəssisələrində böyüyən
uşaqlar üzrə işi:
www.coe.int/familypolicy
(”himayə müəssisələrində böyüyən uşaqları” seçin)
Avropa Şurasının “Avropanı uşaqlar
üçün və uşaqlarla birgə quraq” proqramı:
www.coe.int/children
“Uşaqların Rifahı Naminə Keyfi yyət”
(Quality4Children (Q4C)) Standartları:
www.quality4children.info
26 dildə sənədlər:
w w w . q u a l i t y 4 c h i l d r e n . i n f o / c o n t e n t /
cms,id,89,nodeid,31,_country,at,_language,en.html
Gənclərə Hakimiyyət (Power4Youth):
www.power4youth.eu
BMT-nin Rəhbər Göstərişləri:
www.crin.org/docs/DRAFT_UN_Guidelines.pdf
Uşaq məsələləri üzrə Avropa
Ombudsmanlar Şəbəkəsi:
http://crin.org/enoc/members/index.asp
Beynəlxalq SOS Uşaq Kəndi:
www.sos-childrensvillages.org
Beynəxalq Hamilik Tərbiyəsi
üzrə Təşkilat (IFCO):
www.ifco.info/
Beynəlxalq Təhsil Cəmiyyətləri
Federasiyası (FICE):
www.fi ce-inter.org/
Avropa İttifaqının
“Gənclər Fəaliyyətdə” proqramı:
www.salto-youth.net/about/
Uşaqlar Avropa haqqında:
Uşaqların İşi üzrə Milli
Observatoriyaların Avropa Şəbəkəsi:
www.childoneurope.org
CRIN: Uşaqların Hüquqları üzrə
İnformasiya Şəbəkəsi:
www.crin.org
“Uşaqlara Ən yaxşı Qayğı” Şəbəkəsi
http://crin.org/bcn/
YUNİSEF: Birləşmiş Millətlər
Təşkilatının Uşaq Fondu
www.unicef.org
Gənclərin səsi:
www.unicef.org/voy/explore/rights/explore_155.
html
www.unicef.org/protection/fi les/Parental_Care.pdf
Faydalı istinadlar
42
44
Himayə altında böyüyən uşaq və gənclər
Öz hüquqlarını tanı!
Himayə altında yaşayan zaman doğma ailəmlə görüşə biləcəyəmmi? Bunu istəməsəm, nə olacaq? Alternativ
himayə altında yaşadığım müddətdə kobud davranış və laqeydlikdən əziyyət çəkirəmsə, nə edə bilərəm? Əgər
sosial işçilərimlə problem yaşayıramsa, kimə müraciət edə bilərəm? Şəxsi himayəmlə bağlı məsələ həll edildiyi
zaman mənim səs hüququm varmı?
“Himayə altında böyüyən uşaq və gənclər. Öz hüquqlarını tanı!” adlı məlumat kitabçası alternativ himayə altında
yaşayan uşaq və gənclər üçün nəzərdə tutulmuşdur. O, yuxarıda verilən, eləcə də bir çox digər suallara cavab
verir. Şəkillər, tarixçələr və məlumatlar sayəsində himayə altında yaşayan uzaq və gənclər BMT-nin Uşaq Hüquqları
haqqında Konvensiyasında, Avropa Şurasının himayə müəssisələrində yaşayan uşaqların hüquqları
haqqında tövsiyələrində, eləcə də Avropada “Uşaqların rifahı naminə keyfi yyət” Standartlarında irəli sürülən
hüquqları haqda məlumat əldə edə bilərlər. Onlar, həmçinin bu hüquqlardan necə yararlanmağı öyrənə və öz
himayə məsələlərinin, eləcə də onun necə yaxşılaşdırılmasının həlli zamanı fəal rol oynaya bilərlər.
“Himayə altında böyüyən uşaq və gənclər. Öz hüquqlarını tanı!” adlı məlumat kitabçasını həm də uşaqların
hüquqlarına həsr olunmuş “Avropa Şurasının”Avropanı uşaqlar üçün və uşaqlarla birgə quraq” proqramının
veb saytından, www.coe.int/children e-ünvanından yükləmək mümkündür.
www.coe.int/children
Avropa Şurasına 47 üzv ölkə daxildir və bu təşkilat demək olar ki, bütün Avropa qitəsini əhatə edir. Avropa Şurası
1949-cu ildə yaradılmış və İnsan hüquqlarının müdafi əsi haqqında Avropa konvensiyasına və insanların, eləcə də
uşaqların müdafi əsinə dair digər baza sənədlərinə əsaslanan ümumi, demokratik və hüquqi prinsipləri inkişaf etdirmək
yolları arayır.
Dostları ilə paylaş: |