39
xüsusiyyətlərindən biri hesab olunur. Onlar ilk dəfə olaraq XİX və
XX əsrlərdə İngiltərə və Amerikada meydana gəlmişlər.
Siyasi partiyaların meydana gəlməsi, cəmiyyətin müxtəlif
qrupların siyasi formalaşmasına və rəsmi qüdrət əldə etmələrinə
şərait yaradır. Siyasi partiyanın ən başlıca məqsədi, qüdrəti ələ
keçirməkdən ibarətdir. Qüdrət dedikdə isə, ölkəyə rəhbərlik, baş
nazir, müxtəlif nazirliklər və bu kimi yüksək vəzifələr nəzərdə
tutulur.
Partiyanın rəhbər və mərkəzi komitəsinin üzvləri, onun siyasi
yolunu təyin edir və partiyanın amal və ideologiyasına sadiq olan
şəxslərin namizədliyini dövlət postlarını tutmaq üçün irəli sürür.
Bütün bunlarla yanaşı, seçkilərdə əhalinin rəy və rəğbətini
qazanmaq üçün onlarla geniş şəkildə müzakirə və təbliğata başlayır.
Məsələn, Pakistan kimi ölkələrdə prezident senat və qanunverici
məclis tərəfindən seçilir. Lakin İran İslam Respublikasında və digər
ölkələrdə prezident vətəndaşlar, ölkəyə rəhbərlik isə ruhanilərin
təşkil etdiyi "xubrəqan məclisi"
1
tərəfindən seçilir. Әlbətdə, bütün
bunlar siyasi formalaşmış, xüsusilə də demokratik ölkələrin əldə
etdikləri nəticələrdir.
Bu kimi cəmiyyətlərdə qüdrəti əldə etmək üçün siyasi partiyalar
arası rəqabət aparılır. Lakin Səudiyyə Әrəbistanı tək qeyri-
demokratik, ya Birma kimi ordu tərəfindən idarə olunan və ya
təkpartiyalı İraq, eləcə də sosialist və kommunist kimi ölkələrdə
partiyalararası rəqabət və mübarizə heç bir məna və məfhum kəsb
etmir.
Siyasi partiyaların müxtəlif tələb və dayaq nöqtələri olur.
Onlardan bəziləri insanın təbiəti əsasında, cəmiyyətin adət-
ənənələrinə sadiq qalaraq meydana gəlir. Məsələn, mühafizəkarlıq,
təəssüb, azadlıqsevərlik və bu kimi hisslərə yiyələnmək, hər hansı bir
siyasi partiyanın meydana gəlməsinə səbəb ola bilər.
Bəziləri isə yoxsul və varlıların, fəhlə sinfinin tərəfdarı olan
partiyalar kimi, ictimai-iqtisadi fərq və ictimai təbəqələr arasında
olan qarşıdurmalar əsasında meydana gəlir.
Siyasi partiyalar məntəqəyə xas olan xüsusiyyətlər əsasında da
meydana gələ bilər. Kanadada meydana gəlmiş ingilis, fransız və ya
1
Yüksək
Mütəxəsislər Məclisi
40
müəyyən məntəqəyə xas olan kürd və puştun partiyalarını buna
misal çəkmək olar.
Siyasi partiyaların başqa bir qismi isə, dinə və məzhəbə olan
etiqad əsasında meydana gəlir. İrandakı "İslam" və Pakistanda
fəaliyyət göstərən "İslami camaat", "Cəfəriyyə təhrik" [Cəfəriyyəyə
təhrik] partiyalarını buna misal çəkmək olar.
Siyasi pariyaların başqa bir qismi isə kommunist fəlsəfi tərzi-
təfəkkür və ideologiya əsasında meydana gəlir. İraq və Suriyyadakı
“Bəs” partiyaları kimi. Bu partiyaların üzərinə bir neçə mühüm
vəzifə düşür:
1-Millət və əhali arasında birliyi bərqərar etmək;
2-Siyasi rəqabətlər zamanı əhaliyə nəzəri, əməli və siyasi təlimlər
vermək;
3-Әhali ilə dövlət arasında
vasitə amillərini təmin etmək;
4-Әhalinin ümumi siyasi məlumatlarını genişləndirmək və seçki
azadlığı üçün lazımi şərait yaratmaqla, demokratiyanın verdiyi
nəticələri geniş şəkildə işıqlandırmaq;
5-Mətbuat, çıxış və yığıncaqlar vasitəsilə dövlətin buraxdığı
səhvlərə
irad tutmaq;
Bütün bunlar dövlət adamlarının ictimai məsələlərə etinasız
olmalarının qarşısını almaqla yanaşı, tənqid olunmasınlar deyə, hər
zaman gördükləri işləri diqqət yetirmələrinə və səhvə yol
verməmələrinə səbəb olur.
6-Nüfuz sahibi olan qüdrətləri aşkara çıxarıb, onları cəmiyyətə
tanıtdırmaq;
Çünki, partiyalar nüfuza malik olan bu kimi şəxslərlə yaxından
tanış olmaqla, seçkilərdə vətəndaşlara daha layiqli şəxslərə səs
vermələrinə köməklik edə bilərlər.
7-Ümumi əqidə və tərzi-təfəkkürü nizama salıb, vətəndaşların
istək və arzularının həyata keçməsi üçün lazımi şərait yaratmalı,
onlara milli və ümumi məsələlərin həll olunmasında müdaxilə
etməyə köməklik etməli;
8-Qüdrəti ələ keçirib rəy toplamaq üçün sadiq nümayəndələrin
namizədliyini irəli sürməli və rəqib partiyaların qüdrəti ələ
keçirmələrinə mane olmalı.