Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə14/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

 
38 
Hal-hazırda, müxtəlif ölkələrdə qüdrəti əldə etmək üçün aparılan 
mübarizələrin  şahidi  oluruq  və  bütün  bunlar  son  nəticədə 
qüdrətlərin yerbəyer olmaları ilə başa çatır. 
İkinci  hissəyə  aid  olan  siyasi  qüdrət  və  dövlət  daxili  qruplar 
adlanır.  Bu  kimi  qruplar  ayrı-ayrılıqda  təşkilat  halında  gizli  və  ya 
aşkar, rəsmi və ya  qeyri-rəsmi şəkildə fəaliyyət göstərir.  Qarşılarına 
qoyduqları ən başlıca məqsəd isə, yalnız dövlətin siyasi qüdrətini ələ 
keçirib,  ölkənin  idarə  olunması  üçün  təyin  olunan  siyasətə  öz 
təsilərini göstərməkdədir.  Onlar  ölkənin qanun  və  siyasi  struktrunu 
qəbul  edir  və  qanun  çərçivəsində  öz  məqsədlərinə  çatmaq  üçün 
dövlətlə  qərəzli  və  ya  sülhamiz  rəqabət  aparırlar.  Әlbətdə,  bəzi 
hallarda  onların  siyasi  tələbləri  ilə  konstitusiya  arasında  ixtilaf  və 
ziddiyyətlərdə meydana gəlir. Belə olduqda, onların fəaliyyəti dövlət 
tərəfindən  pislənir  və  mənfi  münasibət  bəslənməyə  başlanır.  Son 
nəticədə  isə,  bu  kimi  qruplaşmalar  ya  öz  fəaliyyətini  dayandırır,  ya 
da 
siyasətini 
yeni 
istiqamətə 
yönəldib, 
dövlətə 
müxalif 
qruplaşmalardan birinə çevrilirlər. Bunun əks tərəfi də baş verə bilər. 
Yəni  müxtəlif  səbəblər  üzündən  məsələn,  müxalif  siyasi  qruplar 
qüdrət  əldə  etməklə,  dövlətin  onlara  olan  münasibəti  tamamilə 
dəyişib, hətta hakimiyyətdə onlara yer belə verə bilər. Nikaraqua və 
Tacikistanda  baş  verənləri  buna  misal  çəkmək  olar.  Dövlətlə  siyasi 
qruplar  arasında  meydana  gələn  bu  qarşıdurma  başa  çatmaya  da 
bilər, lakin bu onların hər ikisinin zəifləyib və ya geriləməsinə səbəb 
ola bilər.  
Siyasi qüdrətlərin özləri isə üç hissəyə bölünürlər:  
1-Siyasi partiyalar
1

2-Qruplaşmalar
2

3-Təziqgöstərici qruplar
3

(1-5-1) SİYASİ PARTİYALAR 
Siyasi  partiyalar  cəmiyyətin  formalaşmış  siyasi  qüdrətini  təşkil 
edir  və  eyni  zamanda  müasir  və  demokratik  dövlətlərin  ən  bariz 
                                                 
1
 Political party 
2
 Factions 
3
 Pressure Groups 


 
39 
xüsusiyyətlərindən  biri  hesab  olunur.  Onlar  ilk  dəfə  olaraq  XİX  və 
XX əsrlərdə İngiltərə və Amerikada meydana gəlmişlər.  
Siyasi  partiyaların  meydana  gəlməsi,  cəmiyyətin  müxtəlif 
qrupların  siyasi  formalaşmasına  və  rəsmi  qüdrət  əldə  etmələrinə 
şərait  yaradır.  Siyasi  partiyanın  ən  başlıca  məqsədi,  qüdrəti  ələ 
keçirməkdən  ibarətdir.  Qüdrət  dedikdə  isə,  ölkəyə  rəhbərlik,  baş 
nazir,  müxtəlif  nazirliklər  və  bu  kimi  yüksək  vəzifələr  nəzərdə 
tutulur. 
Partiyanın  rəhbər  və  mərkəzi  komitəsinin  üzvləri,  onun  siyasi 
yolunu  təyin  edir  və  partiyanın  amal  və  ideologiyasına  sadiq  olan 
şəxslərin namizədliyini dövlət postlarını tutmaq üçün irəli sürür.  
Bütün  bunlarla  yanaşı,  seçkilərdə  əhalinin  rəy  və  rəğbətini 
qazanmaq üçün onlarla geniş şəkildə müzakirə və təbliğata başlayır. 
Məsələn,  Pakistan  kimi  ölkələrdə  prezident  senat  və  qanunverici 
məclis  tərəfindən  seçilir.  Lakin  İran  İslam  Respublikasında  və  digər 
ölkələrdə  prezident  vətəndaşlar,  ölkəyə  rəhbərlik  isə  ruhanilərin 
təşkil  etdiyi  "xubrəqan  məclisi"
1
  tərəfindən  seçilir.  Әlbətdə,  bütün 
bunlar  siyasi  formalaşmış,  xüsusilə  də  demokratik  ölkələrin  əldə 
etdikləri nəticələrdir. 
Bu kimi cəmiyyətlərdə qüdrəti əldə etmək üçün siyasi partiyalar 
arası  rəqabət  aparılır.  Lakin  Səudiyyə  Әrəbistanı  tək  qeyri-
demokratik,  ya  Birma  kimi  ordu  tərəfindən  idarə  olunan  və  ya 
təkpartiyalı  İraq,  eləcə  də  sosialist  və  kommunist  kimi  ölkələrdə 
partiyalararası  rəqabət  və  mübarizə  heç  bir  məna  və  məfhum  kəsb 
etmir. 
Siyasi  partiyaların  müxtəlif  tələb  və  dayaq  nöqtələri  olur. 
Onlardan  bəziləri  insanın  təbiəti  əsasında,  cəmiyyətin  adət-
ənənələrinə  sadiq  qalaraq  meydana  gəlir.  Məsələn,  mühafizəkarlıq, 
təəssüb, azadlıqsevərlik və bu kimi hisslərə yiyələnmək, hər hansı bir 
siyasi partiyanın meydana gəlməsinə səbəb ola bilər.  
Bəziləri  isə  yoxsul  və  varlıların,  fəhlə  sinfinin  tərəfdarı  olan 
partiyalar  kimi,  ictimai-iqtisadi  fərq  və  ictimai  təbəqələr  arasında 
olan qarşıdurmalar əsasında meydana gəlir.  
Siyasi  partiyalar  məntəqəyə  xas  olan  xüsusiyyətlər  əsasında  da 
meydana gələ bilər. Kanadada meydana gəlmiş ingilis, fransız və ya 
                                                 
1
 Yüksək Mütəxəsislər Məclisi 


 
40 
müəyyən  məntəqəyə  xas  olan  kürd  və  puştun  partiyalarını  buna 
misal çəkmək olar. 
Siyasi  partiyaların  başqa  bir  qismi  isə,  dinə  və  məzhəbə  olan 
etiqad  əsasında  meydana  gəlir.  İrandakı  "İslam"  və  Pakistanda 
fəaliyyət  göstərən  "İslami  camaat",  "Cəfəriyyə  təhrik"  [Cəfəriyyəyə 
təhrik] partiyalarını buna misal çəkmək olar. 
Siyasi  pariyaların  başqa  bir  qismi  isə  kommunist  fəlsəfi  tərzi-
təfəkkür və ideologiya əsasında meydana gəlir.  İraq və  Suriyyadakı 
“Bəs”  partiyaları  kimi.  Bu  partiyaların  üzərinə  bir  neçə  mühüm 
vəzifə düşür:  
1-Millət və əhali arasında birliyi bərqərar etmək; 
2-Siyasi rəqabətlər zamanı əhaliyə nəzəri, əməli və siyasi təlimlər 
vermək; 
3-Әhali ilə dövlət arasında vasitə amillərini təmin etmək
4-Әhalinin  ümumi  siyasi  məlumatlarını  genişləndirmək  və  seçki 
azadlığı  üçün  lazımi  şərait  yaratmaqla,  demokratiyanın  verdiyi 
nəticələri geniş şəkildə işıqlandırmaq; 
5-Mətbuat,  çıxış  və  yığıncaqlar  vasitəsilə  dövlətin  buraxdığı 
səhvlərə irad tutmaq;  
Bütün  bunlar  dövlət  adamlarının  ictimai  məsələlərə  etinasız 
olmalarının  qarşısını  almaqla  yanaşı,  tənqid  olunmasınlar  deyə,  hər 
zaman  gördükləri  işləri  diqqət  yetirmələrinə  və  səhvə  yol 
verməmələrinə səbəb olur. 
6-Nüfuz  sahibi  olan  qüdrətləri  aşkara  çıxarıb,  onları  cəmiyyətə 
tanıtdırmaq;  
Çünki,  partiyalar  nüfuza  malik  olan  bu  kimi  şəxslərlə  yaxından 
tanış  olmaqla,  seçkilərdə  vətəndaşlara  daha  layiqli  şəxslərə  səs 
vermələrinə köməklik edə bilərlər.  
7-Ümumi  əqidə  və  tərzi-təfəkkürü  nizama  salıb,  vətəndaşların 
istək  və  arzularının  həyata  keçməsi  üçün  lazımi  şərait  yaratmalı, 
onlara  milli  və  ümumi  məsələlərin  həll  olunmasında  müdaxilə 
etməyə köməklik etməli;  
8-Qüdrəti  ələ  keçirib  rəy  toplamaq  üçün  sadiq  nümayəndələrin 
namizədliyini  irəli  sürməli  və  rəqib  partiyaların  qüdrəti  ələ 
keçirmələrinə mane olmalı.  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə