Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə17/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   13   14   15   16   17   18   19   20   ...   66

 
48 
İKİNCİ FӘSİL 
XARİCİ SİYASӘT VӘ İSLAMDA BEYNӘLXALQ 
ӘLAQӘLӘRİN ӘSASLARİ 
(2-1) İslamda beynəlxalq əlaqələrin tarixi
(2-2) İslamdakı beynəlxalq əlaqələrə hakim olan ümumi qanunlar;  
(2-3) Quran və beynəlxalq əlaqələr
(2-4) Konstitusiyanın İranın xarici siyasətinə olan baxışı.  


 
49 
(2-1) İSLAMDA BEYNӘLXALQ ӘLAQӘLӘRİN TARİXİ 
Allaha Şeytanın şərrindən pənah aparıram. ([İslamın] digər bütün 
dinlərdən  üstün  olduğunu  göstərmək  üçün  öz  Peyğəmbərini 
hidayətlə [Quranla] və haqq dinlə göndərən Odur)
1
 . 
Bu  fəsildə  İslamda  xarici  siyasət,  beynəlmiləl  əlaqələr  və  onların 
əsasları  haqqında  söhbət  açmaq  istərdik.  Lakin  İslamda  beynəlmiləl 
əlaqələr barədə söhbət açmazdan əvvəl xarici siyasəti tərif və onunla 
beynəlmiləl  əlaqələr  arasında  olan  münasibətlərə  işarə  etməyi  daha 
məqsədə uyğun görürük.  
Xarici  siyasət  hər  bir  dövlətin  şəxsi  mənafeini  qorumaq 
məqsədilə,  digər  dövlətlərə  qarşı  olan  rəftar  və  münasibətlərdən 
ibarətdir.  Dövlətlərin  bir-birlərinə  qarşı  olan  rəftar  və  münasibətləri 
ümumilikdə beynəlmiləl əlaqələr adlanır. 
Başqa  sözlə  desək  xarici  siyasət,  hər  hansı  bir  siyasi  vahidin 
(təşkilat)  digər  siyasi  vahiddən  mümkün  qədər  çox  bəhrələnməsi 
üçün ixtiyarında olan qüdrət və bacarığa deyilir. 
Siyasi təşkilatın ən başlıca xüsusiyyətləri, qarşıya qoyduğu hədəf, 
milli  mənafe  və  məntəqənin  təhlükəsizliyini  təmin  etməkdən 
ibarətdir. Qarşıya qoyduğu məqsədə çatmaq üçün isə o, hər  şeydən 
əvvəl  ölkənin  strateji  mövqe,  mili  mənafe  və  ümumi  maraqları  ilə 
yaxından  tanış  olaraq,  baş  verən  cərəyanları  düzgün  təhlil  və 
qiymətləndirməyi bacarmalıdır.  
Xarici  siyasəti  -  beynəlmiləl  strukturun  həmahəngsizlik  və  siyasi 
təşkilatlara  hakim  olan  müxtəlif  dəyərlər  səbəbindən  -  vahid 
nəzəriyyə halında bəyan etmək qeyri-mümkün olsa da, xarici siyasət 
amillərinin  cəm  hal  daşıması,  ümumiliyə  şamilliyi  və  yayılma 
xüsusiyyətinə  malik  olması  müəyyən  qədər  olsa  da,  onun  iş 
strukturu barədə söz deməyə imkan verir.  
İslam  dinində  beynəlmiləl  əlaqələrin  ən  başlıca  meyarı,  Qurani-
kərim  və  onun  icraçısı  Həzrəti  Məhəmməd  (s)-dır.  Qurani-kərimdə 
sonuncu və ən kamil İlahi din
2
 kimi adı çəkilən müqəddəs İslam dini, 
bütün  insani,  tarixi  və  coğrafi  məsələlərə  dair  zamanın  tələblərinə 
                                                 
1
 Fəth surəsi, ayə 28 
2
 “Allah yanında (məqbul olan) din, əlbətdə, Islamdır”. Ali-imran surəsi, ayə 19  


 
50 
uyğun  olaraq,  sabit  və  dəyişgən  hökmlər  çıxararaq,  bəşəriyyətin 
tələbatını ödəməlidir.  
Peyğəmbər  (s)-ın  gördüyü  ən  mühüm  işlərdən  biri  də,  ilk  dəfə 
olaraq Mədinədə İslam dövlətini qurmaq olmuşdur. Әhzab surəsinin 
21-ci  ayəsində  onun  bütün  sahələrdə  örnək  və  nümunə  olduğu 
göstərilir
1
.  Bu  səbəbdən  onun  həyata  keçirdiyi  xarici  siyasət  yolunu 
davam  edən  ardıcıllarına,  dünyanın  zülmət  və  qaranlığından  işıqlı 
gələcəyə qovuşmaq üçün ən gözəl vasitə ola bilər.  
Maraqların qorunması məqsədi ilə əgər xarici siyasəti bir ölkənin 
digər  ölkələrə  qarşı  bir  növ  örnək  götürəriksə  bilməliyik  ki, 
Peyğəmbər  (s)-ın  həyata  keçirdiyi  siyasət,  hər  bir  şüurlu  müsəlman 
dövlət  rəhbəri  üçün  nümunəvi  rəftar  və  davranış  tərzi  olmuşdur. 
Buna  görə  də,  Peyğəmbər  (s)-ın  zamanında  mövcud  olmuş  siyasi 
coğrafiya, fəaliyyət göstərən böyük və kiçik qüdrətlər və Peyğəmbər 
(s)-ın  onlarla  yaratdığı  əlaqələrə  diqqət  yetirmək,  hər  bir  alim  və 
təhqiqatçı  üçün  lazım  və  zəruridir.  Elə  bir  əlaqələr  ki,  Məkkənin 
qüdrətli  qəbilələri,  Mədinənin  ətrafında  məskunlaşmış  Ous,  Xəzrəc 
və üç yəhudi qəbilələri ilə bərqərar olunmağa başlamış, Rum və İran 
kimi  hegemon  imperatorluqlar  və  onların  tabeliyində  olan  Yəmən, 
Həbəş (Efiopiya), Misir və s. məntəqələrədək davam etmişdir.  
Burada  qəbilələrarası  əlaqələrə  hakim  olmuş  siyasət  və  onlarla 
İran,  Rum  və  digər  dövlətlər  arasında  yaradılmış  əlaqələr  və 
nəhayət,  Peyğəmbər  (s)-ın  böyük  və  kiçik  dövlətlərə  qarşı  tətbiq 
etdiyi siyasət barədə söhbət açacağıq.  
(2-1-1) QӘBİLӘLӘR ARASİ ӘLAQӘLӘR 
Həzrət  Məhəmməd  (s)-ın  zamanında  və  onun  peyğəmbərliyə 
təyin  olunmasından  əvvəlki  dövrlərdə,  Әrəbistan  yarmadasında 
məskunlaşmış  qəbilələr  arasında  bir  o  qədər  də  yaxşı  münasibətlər 
olmamışdır. Təəssübkeşlik, təkəbürlük, qürur və təcavüz kimi mənfi 
xüsusiyyətlər  onların  düçar  olduqları  ağır  şəraiti  daha  da 
gərginləşdirirdi.  
                                                 
1
 Həqiqətən, Allahın Rəsulu Allaha, qiymət günü ümid bəsləyənlər (Allahdan, 
qiyamət günündən qorxanlar) və Allaha çox zikr edənlər üçün gözəl nümunədir.  


 
51 
Әrəbistan  yarmadasının  ardı-arası  kəsilməyən  qəbilələr  arası 
keşməkeş  və  qarşıdurmalar,  nizam-intizamın  olmaması  və  yuxarıda 
qeyd  olunan  xüsusiyyətlər  bu  ərazidə  vahid  mərkəzi  dövlətin 
fəaliyyət  göstərməsinə  mane  olurdu.  Pərakəndə  qəbilələr  arasında 
siyasi  qüdrətə  malik  olan  şəxslər  tapılsa  da,  hakimiyyət  qəbilə 
başçısının  ixtiyarında  olub,  onun  tərəfindən  olunurdu.  Qəbilə 
başçıları isə adətən qəbilənin ən qüdrətli şəxsləri olurdu. Bu vəziyyət 
Yəmən, Həmir, Hirə, Qəssan, Hicaz, Məkkə və Mədinə kimi səhra və 
şəhər qəbilələrində müşahidə olunurdu.  
Həzrət  Məhəmməd  (s)  peyğəmbərliyə  təyin  olunduğu  zaman, 
qəbilə  başçıları  arasındakı  əlaqələr  o  qədər  acınacaqlı  idi  ki,  ticarət, 
səfər  və  sair  mühüm  məsələlər  üçün  ilin  dörd  ayında  bir-birləri  ilə 
müharibə  edib,  qan  tökərdilər  və  bu  ayları  "haram  aylar" 
adlandırmışlar.  Bununla  belə,  Peyğəmbər  (s)  ərəb  qəbilələr  ilə 
möhkəm  əlaqələr  yaratmağa  çalışırdı.  Həcc  mərsimi  ona  bu  işdə 
daha  yaxından  köməklik  edirdi.  Həcc  mövsümündə  ziyarətə 
gələnlərlə  ayrı-ayrılıqda  və  ya  cəm  halında  görüşür  və  onları 
müqəddəs  İslam  dininin  təlimləri  ilə  tanış  edirdi.  Məhz  bu 
istiqamətdə  atılan  addımlar,  ona  bir  müddət  əvvəl  kin-küdurət 
girdabında  qərq  olan  təəssübkeş  qəbilələri  vahid  ümmət  halına 
çevirməkdə  yaxından  kömək  edir.  Elə  bir  ümmət  ki,  çox  az  bir 
müddətdən  sonra  Rum  və  Rum  kimi  hegemon  imperatorların 
qarşısında duraraq, rəqibsiz qüdrətə çevrilir. 
Diqqət  yetirmək  lazımdır  ki,  bütün  qəbilələr  dövlətin  bütün 
ünsürlərini,  yəni  ərazi  və  cəmiyyəti,  müstəqil  hökumət  və 
hakimiyyəti  özündə  cəm  edə  bilmişdi.  Bu  qəbilələr  ilə  bərqərar 
olunan əlaqələr, Peyğəmbər (s)-ın qurduğu beynəlmiləl əlaqələrin bir 
hissəsini təşkil etmişdir.  
(2-1-2) DÖVLӘTLӘRLӘ ӘLAQӘ 
Həzrət  Məhəmməd  (s)  peyğəmbərliyə  təyin  olunmazdan  əlavə 
Әrəbistan yarmadası ilə Həbəş, Әmarat, Qəssan və digər məntəqələr 
arasında bəzi ixtilaflar meydana gəlmişdir:  
1-İki  böyük  imperatorluq,  yəni  Rum  və  İranla  aparılan  uzun 
müddətli mübarizələr; 
2-Parçalanma və daxildə mövcud olan sabitsizlik.  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə