Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə15/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

 
41 
Bütün bu tədbirlərlə yanaşı, siyasi partiyalar şəraiti nəzərə alaraq, 
ümumi mənafeyə səbəb olan işlərdə, ictimai məsələlərdə, partiyanın 
büdcəsini  ödəmək  üçün  iqtisadi  fəaliyyətlərdə,  xüsusi  nəşriyyənin 
buraxılmasında,  kitabların  çap  və  ya  vətəndaşların  ümumi 
məlumatlarının artırılmasında yaxından iştirak  edə bilərlər. Ölkə  və 
millətlər  isə,  siyasi  partiyaların  fəaliyyəti  baxımından  bir  hissəyə 
bölünürlər: 
1-Partiyasız dövlətlər 
Şahlıq  hakimiyyət  üsulu  ilə  idarə  olunan  bu  ölkələrdə  heç  bir 
siyasi partiya fəaliyyət göstərmir. 
Fars körfəzinin şahlıq hakimiyyət üsulu ilə idarə olunan bəzi ərəb 
dövlətlərini buna misal çəkmək olar.  
2-Tək partiyalı ölkələr 
Onların özləri də iki hissəyə bölünürlər: 
1-Vahid  kommunist  partiyası  tərəfindən  idarə  olunan  sabiq 
Sovetlər İttifaqı və Çin kimi ölkələr: 
2-İraqdakı  "Bəs"  və  inqilabdan  əvvəl  İranda  bütün  partiyalara 
Dirçəliş 
partiyasının 
fəaliyyətində 
məhdudlarşdıran 
Pəhləvi 
diktatorluğu kimi.  
3-İki partiyalı ölkələr 
 Bəzi  ölkələrdə  iki  qüdrətli  siyasi  partiya  fəaliyyət  göstərərək, 
hakimiyyəti əldə etmək üçün daim bir-birləri ilə mübarizə aparırlar. 
Әlbətdə,  onlarla  yanaşı  digər  siyasi  partiyalarda  fəaliyyət  göstərə 
bilər,  lakin  nüfuz  və  qüdrət  baxımından  onlardan  üstün  ola 
bilməzlər.  Respublikaçı  və  demokrat  partiyalı  ABŞ-ı,  İşçi  və 
mühafizəkar partiyalı İngiltərəni bu ölkələrə aid etmək olar.  
4-Çox partiyalı ölkələr 
Çox  partiyalı  ölkələrdə  bir  neçə  siyasi  partiya  fəaliyyət  göstərsə 
də, orada adətən bir, iki və ya üç siyasi partiya qüdrətə, nüfuza malik 
olur.  Bu  kimi  ölkələrdə  siyasi  partiyalar  daim  bir-birləri  ilə  rəqabət 
apararaq, qüdrəti əldə etməyə can atırlar. 
Siyasi partiyaların oxşarlıqlar, malik olduqları fərqlər və qüdrətin 
parçalanması  bu  kimi  ölkələrdə  adi  hal  hesab  olunur.  Türkiyə  və 
Hindistan  kimi  çox  partiyalı  ölkələri  bu  ölkələrin  sırasına  daxil  edə 
bilərik.  
(1-5-2) Qrup və dəstələr 


 
42 
Onlar milli mənafe, dövlətin istək və tələblərinin müqabilində öz 
istəklərinə  nail  olmaq  istəyən  birləşmiş  azad,  lakin  vahid  təşkilat 
halında  olmayan  qruplaşmalardan  müştərək  əqidəvi,  ideoloji, 
məhəlli və sinfi xüsusiyyətlər əsasında meydana gələ və ya hər hansı 
bir  siyasi  partiyanın  bir  hissəsini  təşkil  edə  bilərlər.  Bir  sözlə,  rəsmi 
siyasi  partiyalar  tək  fəaliyyət  göstərmirlər.  Onlar  bəzən  dövlətlə 
qarşı-qarşıya  durub,  onun  müxaliflərindən  birinə  çevrilə  bilərlər 
Әlbətdə, onlar qüdrəti əldə edib çevirə belə bilərlər.  
(1-5-3) Təzyiqedici qruplar  
Onlar  müxtəlif  cəmiyyətlərdə  fəaliyyət  göstərən  və  ən  başlıca 
məqsədi  dövlətin  siyasətinə  təsir  göstərmək  olan  rəsmi  və  qeyri-
rəsmi,  gizli  və  aşkar  qruplaşmalardan  ibarətdirlər.  Təzyiqedici 
qruplaşmalar, qəbul olunan qərar və siyasəti öz mənafelərinə doğru 
istiqamətləndirər  və  ya  onlara  qarşı  hər  hansı  bir  qərarın  qəbul 
olunmasına mane olarlar.  
Milli  mənafe  haqqında  çox  az  fikirləşən  bu  şəxslərin  ən  başlıca 
məqsədi,  adətən  yalnız  sinfi  mənafe  təmin  etmək  olur.  Qarşılarına 
qoyduqları  məqsədə  çatmaq  üçün  nüfuzlu  şəxs  və  təbəqənin 
diqqətini  özünə  cəlb  edər,  mühüm  dövlət  orqanlarına  nüfuz  edər, 
elanlar  paylayar,  hədə-qorxu  gələr,  kimlərisə  şirnikləndirər  [rüşvət 
vasitəsilə  satın  alar],  terror  edər,  mitinq,  piket,  küçəyürüşü  keçirər, 
qərar qəbul edən şəxslərin diqqətlərini cəlb etmək üçün müzakirələr 
aparar  və  s.  tədbirlərə  əl  atarlar.  Beləliklə,  təzyiqedici  qruplaşmalar 
müştərək  sinfi  maneələrini  müdafiə  etmək  üçün  dövlətdən  xaricdə 
və  mədəni  təşkilatlar  çərçivəsində  meydana  gəlir  və  dövlət 
adamlarını yerbəyer etməklə, istədiyi hökmün icrası, islahat işlərinin 
aparılması  və  ümumi  siyasətin  tətbiq  olunmasına  nail  olarlar.  Sinfi 
təşkilatlar,  iqtisadi  və  ictimai  komitələri  bu  kimi  qruplaşmalardan 
hesab etmək olar.  
Təzyiqedici  qruplaşmaların  ən  başlıca  xüsusiyyətləri  isə 
bunlardan ibarətdir:  
1-Şəxsi mənfəət;  
Qrup  üzvləri  şəxsi  mənafeə  xatirinə  bir  yerə  toplaşır  və  onun 
uğrunda birgə fəaliyyət göstərirlər.  
2-Gizli və ya aşkar siyasətə yiyələnmək;  


 
43 
Onların şəxsi mənafeləri ciddi  təhlükə ilə qarşı-qarşıya  gəldikdə, 
mübarizə  aparmaq  üçün  gizli  və  ya  aşkar  üsullara  əl  atır  və  onlara 
dəyən xəsarəti aradan aparmağa çalışırlar.  
3-Ümümilik;  
Təzyiqedici  qruplaşmalar  bütün  dövlət  və  cəmiyyətlərdə 
ümumdünya ictimai təşkilat kimi fəaliyyət göstərirlər. Bəlkə də, milli 
beynəlmiləl 
səviyyədə 
qeyri-dövlət 
təşkilatları
1
 
təzyiqedici 
qruplaşmaların bir hissəsini təşkil edir.  
(1-6-) DÖVLӘTLӘRARASİ ӘLAQӘLӘR 
Öz  ölkə  və  millətinin  nümayəndəsi  olan  dövlətlər  istər-istəməz 
bir-birləri  ilə  sıx  əlaqələr  yaratmalı  olurlar.  Bu  əlaqələr  qədim 
zamanlardan 
bəri 
qarşılıqlı 
ehtiyaclar 
əsasında 
bərqərar 
olunmuşdur.  Ehtiyaclar  isə,  digər  sahələrdə  hiss  olunsa  da,  adətən 
özünü  yalnız  iqtisadiyyat  və  ticarətdə  biruzə  verirdi.  Keçmiş 
zamanlarda tacirlər öz mallarını bir ölkədən başqa bir ölkəyə aparar 
və beləliklə,  qarşılıqlı  ticarət əlaqələrinin  meydana  gəlməsinə  lazımi 
şərait  yaradardılar.  Məsələn,  İran  tacirləri  Şərqi  Asiya  tacirləri  ilə 
Aralıq  dənizinin  sahillərində,  cənubi  Asiya  tacirləri  ilə  ədəva, 
qiymətli daşlar, dəmir, paltar və s. şeylərin alqı-satqısını aparırdılar. 
Beləliklə,  qitələrarası  böyük  quru  və  dəniz  ipək  yolları  meydana 
gəlmişdir. 
Müxtəlif  millətlər  arasında  bərqərar  olunan  ticarət  əlaqələri, 
onların  bir-birləri  barədə  kifayət  qədər  məlumat  əldə  etmələrinə  və 
bu  məlumatların  digər  ölkələrdə  yayılmasına,  bütün  bunlar  isə, 
ölkələrarası  siyasi  əlaqələrin  yaranmasına  səbəb  olurdu.  Bu 
səbəbdən,  dövlətlər  bir-birləri  ilə  sıx  əlaqələr  yartmış  və  siyasi, 
mədəni, hərbi və s. sahələrdə birgə əməkdaşlıq etmişlər.  
XVİ  və  XVİİ  əsrlərdə  İranda  Səfəvi  və  Hindistan  yarımadasına 
hakim  olan  Teymuri  padşahlarının  qeyd  olunan  sahələrdə  etdikləri 
sıx 
əməkdaşlıqlarını 
buna 
misal 
çəkmək 
olar. 
Әlaqələr 
genişlənməklə,  təbii  olaraq  dini  və  milli  dəyərlər,  mədəniyyət  və 
adət-ənənələr  də  yayılmağa  və  geniş  vüsət  tapmağa  başlamışdır. 
Belə  ki,  yeddi  əsr  əvvəl  İranın  dini  və  mədəni  dəyərləri,  Seyyid  Әli 
                                                 
1
 Non-Govermental-Qrganization. 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə