Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə23/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

 
67 
Zəkatın bir hissəsinin bu kimi şəxslərə sərf olunması dini termin 
olaraq "qəlblərin isnişlənməsi" adlanır. Tarixə nəzər saldıqda bu kimi 
hallara tez-tez rast gəlməli oluruq.  
Hüneyn  döyüşündən  sonra  Peyğəmbər  (s)-ın  əldə  olunan 
qənimətlərin  bir  hissəsini  iman  gətirməmiş  Səfvan  bəni  Üməyyə  və 
Müaviyyəyə  verməsini  buna  misal  çəkmək  olar.  Həmin  illərdə 
müsəlmanlarla  yəhudilər  arasında  bağlanmış  sazişi  bu  həqiqəti 
sübuta  yetirən  başqa  bir  hal  hesab  etmək  olar.  Misal  olaraq, 
bağlanılmış sazişin bir neçə bəndinə nəzər salaq: 
1-Müsəlmanlarla yəhudilər arasında nəsihət höküm sürməli; 
2-Hər  iki  tayfa  Mədinəyə  hücum  edən  təcavüzkarlara  qarşı 
mübarizə aparmalı; 
3-Әhd-peyman 
bağlanılan 
yəhudilərə 
kömək 
olunmalı, 
müsəlmanlar onlarla sülh sazişi bağlamaq istədikdə qəbul etməli və 
qarşılıqlı  olaraq  yəhudilər  sülh  sazişi  bağlamaq  istədikdə, 
müsəlmanlar bunu onlardan qəbul etməlidirlər;  
4-Hər  iki  tayfa  xarici  təcavüzkarlara  qarşı  mübarizə  apardıqda, 
hər biri öz əhdinə sadiq qalmalıdır; 
5-Bir-birləri  ilə  qarşılıqlı  əhd-peyman  bağlayan  müsəlman  və 
yəhudilər "vahid ümmət" və onların hər birinin öz dini olacaqdır; 
6-Müsəlman  və  yəhudilər  bu  sazişə  düşmənçilik  edən  şəxslərlə, 
birgə mübarizə aparmalıdırlar; 
7-Kimsə  saziş  bağladığı  şəxsin  cinayət  törətdiyi  üçün  mühakimə 
olunmamalıdır; 
8-Hər zaman zülmə məruz qalanlara köməklik olunmalıdır; 
9-Hər  iki  tayfanın  razılığı  olmadan  heç  bir  kafirə  iş 
tapşırılmamalıdır; 
10-Kimsə öz  qonşusuna  qarşı  haqsızlıq  edib,  onların  hüquqlarını 
taptamamalıdır.  
(2-2-2) ÜMUMBӘŞӘRİ ÇAĞİRİŞ PRİNSİPİ 
Təkallahlığa dəvət, İslam dininin ümumdünya çağırışlarındandır. 
Peyğəmbər  (s)  dəvətinin  ilk  günündən  sonunadək,  yalnız  Allahın 
vücudunu  sübuta  yetirən  və  ondan  başqa  hər  şeyi  inkar  edən 
təkallahlıq  (La  ilahə  illəllah  -  Allahdan  başqa  Allah  yoxdur)  şüarını 
əsas  tutaraq,  bir  anda  olsun  geri  çəkilməmişdir.  Belə  ki,  Məkkə 


 
68 
müşrikləri,  Әbu  Talibdən  onlarla  müxalif  olmaqdan  əl  çəkməsini 
istədikdə buyurur: "Mən onlardan bir kəlmə sözü iqrar etmələrindən 
savayı bir şey istəmirəm. Elə bir kəlmə ki, onu iqraq etməklə, bütün 
ərəblərə rəhbərlik edib, qeyri-ərəbləri də özlərinə tabe edə bilərlər. O, 
"La ilahə illəllah - Allahdan başqa Allah yoxdur" kəlməsidir və bunu 
iqrar etməklə, büt və bütpərəstlikdən əl çəksinlər". 
O, məsihi padşahlarına göndərdiyi məktubların bir çoxunda Ali-
imran  surəsinin  64-cü  ayəsinə  işarə  edər  və  onları  gətirdiyi  İslam 
dininə  dəvət  edərdi.  Ayədə  deyilir:  “[Ey  Məhəmməd!]  Söylə  ki,  ey 
kitab  əhli!  Sizinlə  bizim  aramızda  eyni  olan  [fərqi  olmayan]  bir 
kəlməyə  tərəf  gəlin!  [O  kəlmə  budur  ki]  Allahdan  başqasına  ibadət 
etməyək.  Ona  şərik  qoşmayaq  və  Allahı  qoyub  bir-birimizi 
[özümüzə] Rəbb qəbul etməyək!". 
Peyğəmbər  (s)-ın  digər  ümumbəşəri  çağırışı,  camaatın  onun 
sünnətini  yaşadıb  ona  əməl  etmələridir.  Çünki  Qurani-kərim 
Peyğəmbər  (s)-ın  ən  gözəl  örnək  və  nümunə  olduğunu  bəşəriyyətə 
beləcə  bəyan  edir:  “Həqiqətən,  Allahın  Rəsulu,  Allaha,  qiyamət 
gününə  ümid  bəsləyənlər  [Allahdan,  qiyamət  günündən  qorxanlar] 
və Allahı çox zikr edənlər üçün gözəl nümunədir”
1
.  
Bunun  üçün  ölkə  rəhbərlərinə  göndərdiyi  məktublarda  Allaha 
iman  gətirib,  Onun  birliyinə  şəhadət  verməklə  yanaşı,  Allahın 
Peyğəmbərinə  də  iman  gətirməyin  zəruriliyinə  də  təkid  edərdi. 
Göndərilən  məktublarda  deyilirdi:  "Salam  olsun  haqq  yolunun 
davamçılarına  və  Allaha,  Onun  Peyğəmbərinə  iman  gətirib  Allahın 
birliyinə şəhadət verən şəxslərə! O Allah ki, nə şəriki, nə zövcəsi, nə 
də övladı var". 
Səba surəsinin 28-ci ayəsi bir daha bu mətləbi sübuta yetirir: “[Ya 
Məhəmməd!]  Biz  səni  [təkcə  öz  qövmünə  deyil]  bütün  insanlara 
[möminlərə cənnətlə] müjdə verən, [kafirləri isə cəhənnəm əzabı ilə] 
qorxudan bir peyğəmbər göndərdik”. Başqa bir ayədə isə buyurulur: 
[Ya  Məhəmməd!]  De  ki,  ey  insanlar!  Mən  Allahın  sizin  hamınıza 
göndərilmiş peyğəmbəriyəm
2

İslam  insan  fitrəti  ilə  tam  həmahəng  olduğu  üçün  nə  müəyyən 
zaman, nə də məkan tanıyır. Demək, İslam əbədi bir dindir və onun 
                                                 
1
 Әhzab surəsi, ayə 21  
2
 Әraf surəsi, ayə 158 


 
69 
ümumdünya  çağırışı,  bəşəriyyətə  fitri  din  olduğunu  çatdırmaqdan 
ibarətdir.  
Deyilənlərdən  belə  məlum  olur  ki,  ümumbəşəri  çağırışla  sülh 
şəraitli  müştərək  həyat  prinsipləri  arasında  sıx  bağlılıq  və 
həmahənglik  vardır.  Hərçənd  bəziləri  bunun  tam  əksini  fikirləşərək 
belə  bir  əqidədədirlər  ki,  ümumbəşəri  çağırış  küfr  ilə  birgə  və 
müştərək həyat, habelə qarşılıqlı anlaşıqlıq onunla zidd olduğu üçün 
bir-birlərindən tam fərqli olurlar. Lakin müştərək həyat və qarşılıqlı 
anlaşıqlıq, küfrün qarşısını alaraq dinsiz şəxslərin islah olunmasında 
ən gözəl vasitə olduğu üçün belə bir nəzəriyyəni qəbul etmirik. İslam 
dininə  gəldikdə  isə  bəzi  hallar  istisna  olmaqla,  insan  hər  zaman 
qəzəb və xəbislikdən uzaq olmalıdır. 
(2-2-3) MÜDAXİLӘ PRİNSİPİ 
Duxan  surəsinin  21-ci  aysində  deyilir:  “Әgər  mənə  iman 
gətirməyəcəksinizsə, məndən uzaq olun”. 
Başqa  bir  ayədə  deyilir:  “Ancaq  sizinlə  aralarında  əhd  olan  bir 
tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərinə vuruşmaqdan 
ürəkləri  sıxılaraq  sizin  yanınıza  gələn  şəxslər  müstəsnadır.  Әgər 
Allah  istəsəydi,  onları  sizin  üstünüzə  qaldırardı  və  onlar  da  sizinlə 
vuruşardılar Әgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə 
vuruşmayıb  sülh  təklif  etsələr,  o  zaman  Allah  sizin  üçün  onların 
əleyhinə çıxmağa heç bir yol qoymaz”
1
.  
Ayənin  məzmunundan  belə  məlum  olur  ki,  düşmən  bitərəf 
mövqe  tutduqda,  artıq  müsəlmanların  onlara  qarşı  təcavüz 
etmələrinə  heç  bir  ehtiyac  qalmır.  Daha  dəqiq  desək,  onların  buna 
hüququ belə çatmır. Çünki, düşmən artıq düşmənçilik mövqeyindən 
çıxış  etmir.  Buna  görə  də,  beynəlmiləl  hüquqda  bu  haqda  deyilir: 
"Bitərəf olmaq, tək kənarda durub tamaşa etmək demək deyildir. Bu 
o  deməkdir  ki,  bir-birlərinə  düşmən  gözü  ilə  baxan  hər  iki  tərəf 
yaranmış  şəraiti  nəzərə  alaraq,  qarşılıqlı  sülh  şəraitində  yaşamağa 
razı olmuş olsun". 
Tarixə  nəzər  salarkən  bunun  şahidi  oluruq  ki,  Peyğəmbər  (s) 
Mədinədə dövlət qurduqdan sonra müsəlmanların qüdrətlərini daha 
                                                 
1
 Nisa surəsi, ayə 90 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə