Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə25/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

 
73 
Peyğəmbər  (s)  müsəlmanlarla  birlikdə  Məkkəni  tərk  edər  və 
buyurardı: "Müsəlmanlardan kimsə Məkkədə qalmamalıdır".  
Tarixə  nəzər  saldıqda,  biz  Peyğəmbər  (s)-ın  bağladığı  digər 
sazişlərin də  şahidi oluruq.  Misal olaraq  onlardan bir  neçəsinə  işarə 
edirik:  
1-Mədinədə  kitab  əhli  ilə  sülh  və  əmin-amanlıq  şəraitində 
müştərək həyata dair bağlanılan saziş;  
2-Qureyş müşrikləri ilə bağlanılan müvəqqəti sülh sazişi; 
3-"Nəcran məsihiləri" ilə bağlanılan daimi sülh sazişi; 
4-Müştərək müdafiə xarakteri daşıyan Bəni Qəffar və Bəni Zəmrə 
kimi müşrik ərəb qəbilələri ilə bağlanılan hərbi saziş.  
Peyğəmbər  (s)-ın  həyat  tərzinə  nəzər  saldıqda,  bir  daha  bu 
həqiqətin  şahidi  oluruq  ki,  mövcud  şəraitin  olduqca  ağır  olmasına 
baxmayaraq,  hər  zaman  bağlanılan  saziş  və  əhd-peymanlara  sadiq 
qalmış  və  bir  dəfə  də  olsun  şəxsi  mənafei  xatirinə  onlara  qarşı 
çıxamamışdır.  
Onun sadiq davamçıları olan məsum imamların həyatında da bu 
kimi  hallara  tez-tez  rast  gəlmək  olur.  Misal  olaraq  Әli  (ə)-ın  Malik 
Әştərə  göndərdiyi  məktuba  nəzər  salaq.  Məktubda  deyilir: 
"Düşmənlərinlə  saziş  bağladıqdan  sonra  ona  sadiq  qalmağa  çalış. 
Nəbada bağladığın saziş və əhd-peymana qarşı çıxasan... Çünki əhd-
peymanı bədbəxt insanlardan savayı kimsə ayaqları altına atmayır". 
Demək,  müsəlmanlar  istər  özlərinin  daxili  məsələlərində,  istərsə 
də  beynəlmiləl  səhnədə  öz  əhdlərinə  sadiq  qalmalı  və  bunu  da 
nəzərə  almalıdırlar  ki,  bir  qədər  əvvəl  qeyd  olunan  prinsiplərin 
özləri əhdə sadiq qalma prinsipinə səbəb olur. Deyilənlərdən belə bir 
nəticəyə  gəlmək  olar  ki,  sülh  əhval  ruhiyyəli  qarşılıqlı  münasbət  və 
ümumbəşəri  çağırışlar  üçün  beynəlmiləl  sazişlərin  möhkəmlənib 
özünə yer tapması, olduqca vacib və zəruri məsələlərdəndir.  
(2-2-6) DÖVLӘTLӘRİN TAM AZADLİQ HUQUQUNA DAİR 
BӘRABӘRLİK PRİNSİPİ 
MÜSTӘQİLLİK VӘ HAKİMİYYӘT 
Bu  məsələyə  böyük  əhəmiyyət  verən  İslam  dini  hesab  edir  ki, 
bütün  dövlətlərin  azadlıq,  müstəqillik  və  hakimiyyət  baxımından 
bərabər  hüquqa  malik  olub  və  bu  hüquqdan  daxili  və  xarici 


 
74 
əlaqələrində istədiyi kimi istifadə edə bilərlər. Hər hansı bir dövlətin 
bir  qrup  cəmiyyət  üzvlərini  bu  hüquqdan  məhrum  etməsi  İslam 
nöqteyi-nəzərindən,  bəşəriyyətə  qarşı  xəyanətdir.  Bütün  bunlar 
diktator dövlətin daxili ixtiyar və hüquqlarından hesab olunmur. 
İslam,  hər  hansı  bir  dövlətin  istədiyi  siyasəti  yürüdərək  digər 
millətləri  istismar  edənlərlə  tamamilə  müxalif  olub,  onların  öz 
qanuni  hüquqlarından  istifadə  edib  azadlıq,  müstəqillik  və  milli 
hakimiyyətdən  bəhrələnmələrini  dəstəkləyir.  O,  öz  hüquqlarını 
müdafiə  etməyi  və  lazım  gəldikdə,  təcavüzkar  qüvvələrə  qarşı 
dayanaraq,  onlarla  mübarizə  etməyi  bacarmalıdır.  Bu  kimi  hallarda 
məzlumları  müdafiə  edib  təcavüzkarı  geri  oturtmaq  tək  İslam 
dövlətinin deyil, bəlkə bütün müsəlmanların vəzifəsidir.  
Quran  ayələrinə,  Peyğəmbər  (s)  və  məsum  imamların  həyat 
tərzinə  nəzər  saldıqda,  dəfələrlə  dövlətlərin  azadlıq,  müstəqillik  və 
hakimiyyət 
məsələlərində 
yiyələnməli 
olduqları 
bərabərlik 
prinsipinin şahidi oluruq.  
Həzrət  Məhəmməd  (s)  bəşəriyyətin  cəhalət  əsarətindən  azad 
olunması üçün peyğəmbər təyin edilmişdir.  
İslam,  azadlıq  dinindir.  Әraf  surəsinin  175-ci  ayəsində  bu  haqda 
deyilir:  “Onların  ağır  yükünü  yüngülləşdirər  və  üstlərindəki 
buxovları  açar  [şəriətin  çətin  hökümlərini  götürər]  və  onun  yerinə 
insan fitrəti ilə müvafiq olan asan din gətirər”.  
Qurani-kərim  “Hər  firqə  öz  dininə  sevinir”
1
    ayəsini  bəyan 
etməklə  atdığı  ilk  addımda,  dinin  təbliğ  olunmasına  geniş  yer  verir 
və heç bir qurumun azadlığını təhlükə ilə qarşı-qarşıya qoymur. 
“Dində  məcburiyyət  [zorakılıq]  yoxdur!”
2
    ayəsi  ilə  də  insana 
xurafat  və  cəfəngiyyatdan  yaxa  qurtarıb,  həqiqi  İslamı  dərk  etmək 
üçün azadlıq hüququ bəxş edir. Qurani-kərim müsəlmanlara, onlarla 
düşmənçilik  etməyən  şəxslərlə  ədalətlə  rəftar  edib,  onları  rəsmi 
olaraq tanımağa icazə verir. “Allah, din yolunda sizinlə vuruşmayan 
və  sizi  yurdunuzdan  çıxartmayan  kimsələrə  yaxşılıq  etməyi  və 
onlara ədalətlə rəftar etməyi sizə qadağan etməz”
3
.  
                                                 
1
 Möminun surəsi, ayə 53 
2
 Bəqərə surəsi, ayə 256  
3
 Mumtəhinə surəsi, ayə 8 


 
75 
(2-2-7) AZADLİQ HӘRӘKATLARİNDAN MÜDAFİӘ PRİNSİPİ 
Qurani-kərim  azadlıq  hərəkatlarını  dəstəkləyir  və  onlardan  bir 
neçəsinə 
işarə 
edərək 
buyurur: 
“Şübhəsiz 
ki, 
Biz 
öz 
peyğəmbərlərimizə  və  iman  gətirənlərə  həm  dünyada,  həm  də 
şahidlərin  şəhadət  verəcəyi  gündə  [qiyamət  günündə]  yardım 
edəcəyik”
1
.  
Başqa bir yerdə isə buyurulur: “Әgər sizinlə vuruşsalar, şübhəsiz 
ki, sizə yardım edəcəyik”
2
.  
Digər  ayələrdə  isə,  haqq-ədalət  uğrunda  aparılan  mübarizələrin 
himayə  olunmaması  qətiyyətlə  pislənilir.  “Sizə  nə  olub  ki,  bir-
birinizə  kömək  edə  bilmirsiniz”
3
.    Kömək  istəmək,  zülmə  məruz 
qalan  şəxslərin  haqqıdır  və  köməklik  istədikdə,  onlara  hökmən 
yardım  olunmalıdır:  “Zülmə  məruz  qaldıqdan  sonra  [həddi 
aşmadan] onun əvəzini çıxanlara, heç bir cəza verilməz [onların heç 
bir günahı yoxdur, çünki uğradıqları haqsızlığın əvəzini çıxmışlar]”
4
.  
Әnfal  surəsinin  72-ci  ayəsində  isə  deyilir:  “Әgər  onlar  din 
yolunda istəsələr, onlara kömək göstərmək sizə vacibdir”. 
İnsaf və ədalət, haqq  yolunda aparılan mübarizə və  hərəkatların 
himayə  olunmasını  tələb  edir.  Lakin  hal-hazırda  sülh  və  əmin-
əmanlıq  bəhanəsi  ilə  BMT-nin  ədalətsizliyə  yönəldiyi  hiss  olunur. 
BMT-nin  nizamnaməsinin  33-cü  bəndində  deyilir:  "Beynəlmiləl 
əmin-amanlığı  təhlükə  ilə  üzləşdirə  biləcək  bütün  ixtilaflar  hər 
şeydən  əvvəl  müzakirə,  vasitəçilik,  saziş,  mühakimə  və  müxtəlif 
təşkilatlara müraciət etməklə həll olunmalıdır". 
Maddədən belə bir nəticəyə gəlmək olur ki, zəiflə güclü, zalımla 
məzlum,  haqlı  ilə  haqsız  arasında  meydana  gələn  bəzi  ixtilafların 
həlli güclü və zalım tərəfin xeyrinə nəticələnməlidir. Şübhəsiz ki, bu 
maddə  zülmə  məruz  qalmış  və  azadlıq  uğrunda  mübarizəyə  atılan 
millətlərin  daha  çox  istismar  olunmalarına  münasib  şərait  yaratmış 
olur. Çünki, bu mübarizələr beynəlmiləl təhlükəsizliyi ciddi təhlükə 
ilə  üzləşdirə  bilər.  İstismarçı  ölkələrin  tabeçiliyində  olan 
qruplaşmaların  azadlıq  uğrunda  apardıqları  hərəkatlar,  beynəlmiləl 
                                                 
1
 Möminun surəsi, ayə 51 
2
 Həşr surəsi, ayə 11 
3
 Saffat surəsi, ayə 25 
4
 Şura surəsi, ayə 41 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə