Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə24/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

 
70 
da  gücləndirmək  məqsədilə,  bəzi  qeyri-müsəlman  -  xüsusilədə 
Məkkə və Şam ticarət yolunda yaşayan - qəbilələr ilə bir neçə bitərəf 
saziş  imzalamışdır.  Məsələn,  hicrətin  2-ci  ilinin  səfər  ayında  Bəni 
Zəmrə  qəbiləsi  ilə  bağlanılan  sazişdə  deyilirdi:  "Həzrət  Məhəmməd 
(s),  Bəni  Zəmrə  qəbiləsinə  hücum  etməyəcəkdir  və  onlarda  öz 
növbələrində  müsəlmanlara  hücum  etməməlidir.  Hər  iki  tərəf 
digərinin  düşmənlərinə  heç  bir  köməklik  etməyib  onları 
gücləndirməyəcəkdir". 
Bütün  bunlara  əsasən,  əgər  İslamın  beynəlmiləl  əlaqələrində 
ümumbəşəri  çağırış  və  müştərək  həyat  prinsipini  qəbul  edəriksə, 
onda  sülhsevər  ölkələrin  daxili  işlərinə  müdaxilə  olunmamasını  da 
qəbul  etməliyik.  İslamda  bu  məsələyə  hörmətlə  yanaşılsa  da,  bəzi 
hallarda,  xüsusilə  müsəlmanların  ümumi  mənafeyi  ciddi  təhlükə  ilə 
qarşılaşdıqda, pozulması zəruri bir hala çevrilir.  
Başqa  sözlə  desək,  bitərəflik  prinsipi  təbliğat  və  ümumbəşəri 
çağırışa  maneəçilik  yaradıb  onu  təxirə  salmamalıdır.  İslam  dövləti 
müdaxilə  etməmək  prinsipini  elan  etməklə,  iqtisadi  və  fikir 
mübadilələrin  kəsilməsinin  deyil,  sülh  və  əmin-amanlıq  tərəfdarı 
olduğunu bildirir. İslam, bitərəflik prinsipini qəbul etməklə, mədəni 
və ideoloji qarşılıqlı mübadilələrə can atır. O, belə bir prinsipi həyata 
keçirməklə,  mədəni  və  ideoloji  sahələrdə  müxtəlif  millətlərin  üzünə 
geniş  bir  yol  açdı.  Bu  yolda  onun  qarşısında  duran  və  maneəçilik 
törədən  bütün  qüvvələrə  qarşı  isə  barışmaz  mövqe  tutaraq,  onlarla 
mübarizə  aparır.  Bunu  da  qeyd  edək  ki,  İslam  tarixində  bu  kimi 
hallara çox rast gəlmək olur.  
(2-2-4) QARŞİLİQLİ MÜBARİZӘ PRİNSİPİ 
İslamın  nəzərdən  qaçırmadığı  məsələlərdən  biri  də,  qarşılıqlı 
mübarizə  prinsipidir.  Bu  prinsipdən  təcavüzün  qarşısının  alınması 
və  ərazi  bütövlüyünün  qorunulması  məqsədilə,  beynəlmiləl 
konvensiya və bəyanatlarda istifadə olunur. 
Bu  günlərdə  müxtəlif  dövlət  və  millətlər  ondan  haqlı  olaraq 
istifadə  edərək,  öz  mövcudluğunu  sübuta  yetirir.  Bu  prinsip 
bəşəriyyət  tərəfindən  qanun  şəklinə  salınmazdan  əvvəl  Qurani-
kərimdə  belə  açıqlanmışdır:  “Sizə  qarşı  həddini  aşanlara,  sizdə 


 
71 
həmin  ölçüdə  həddi  aşın  [cavab  verin].  Allahdan  qorxun 
[qədərindən artıq əvəz çıxmayın] və bilin ki, Allah müttəqilərlədir”
1
 . 
Allah-təala ümumi bir höküm verərək, hər bir müsəlmana həddi 
aşmadan  təcavüzkarın  qarşısında  dayanıb,  onlarla  göstərdikləri 
təcavüzün  müqabilində  mübarizə  aparmağı  əmr  edir.  Belə  bir  əks-
əməl  yaradılış  qanunu  ilə  də  tam  həmahəngdir.  Bunun  nəticəsində 
hətta  bədənin  sellulları  belə,  zərərverici  mikrobların  qarşısında 
durub, onların orqanizmə nüfuz etmələrinə imkan vermir. Heyvanat 
və bitkilər aləmi də, məhz bu yaradılış qanunundan istifadə edərək, 
təbii hadisələrin müqabilində müqavimət göstərə bilirlər.  
İslam,  "Әgər  bir  tərəfinə  sillə  vurarlarsa,  o  biri  tərəfinə  də  çevir, 
qoy oraya da vursunlar" deyən bu günki məsihiyyətin əksinə olaraq, 
heç vaxt öz davamçılarına belə bir höküm verməmişdir. İslam deyir: 
"Sənə qarşı nə qədər haqsızlıq olunubsa, bir o qədər mübarizə aparıb 
haqqını  tələb  et".  Bu  səbəbdən  Quran  müqavimət  dedikdə  həyat, 
rüsvaycasına  təslim  olmaq  dedikdə  isə,  ölüm  və  fəlakəti  nəzərdə 
tutur.  Hətta  əgər  ölümlə  nəticələnsə  belə.  Budur  İslam  məntiqi! 
Әlbətdə, deyilənlər xarici düşmənlərə aiddir və bunun, dostların əfv 
və güzəşt olunması ilə heç bir ziddiyyəti yoxdur.  
Bu  kimi  hallarda  həddi  aşmayıb  təcavüzkara  təcavüzünün 
müqabilində cavab vermək, olduqca vacib və riayət olunması zəruri 
olan  məsələlərdəndir.  Demək,  düşmən  təcavüz  etməyənədək, 
bitərəflik və müdaxilə etməmək prinsipinə riayət olunmalıdır. Lakin 
hər  hansı  bir  ölkə  İslam  ölkəsinə  qarşı  öz  bitərəfliyini  pozarsa, 
yaranmış  şəraiti  nəzərə  alaraq,  eyni  əks-əməl  göstərməlidir.  Çünki, 
müvafiq  əks-əməl  göstərilmədikdə,  müsəlman  cəmiyyəti  olduqca 
ağır  şəraitlə  üzləşməli  olur.  Demək,  həddi  aşmadan  mübarizə 
aparmağın  özünəməxsus  məntiqi  vardır.  Bu  bir  növ  cəzalandırma 
üsuludur.  Elə  bir  cəzalandırma  üsulu  ki,  onunla  həm  təcavüzə  son 
qoyulur  və  eləcə  də,  özünümüdafiə  qununi  şəkildə  həyata  keçirilir. 
Bütün  bu  qarşıdurmaların  məsuliyyəti  isə,  təcavüzkarın  üzərinə 
düşür.  
Bir  sözlə,  İslam  dövlətinin  qorunması  üçün  təcavüzkarlara  qarşı 
mübarizə  aparılmalıdır.  Әks  təqdirdə,  qeyd  olunduğu  kimi 
                                                 
1
 Bəqərə surəsi, ayə 194 


 
72 
müsəlmanlara  qarşı  edilən  təcavüzlərin  sayı  artacaq,  hüquqları  isə, 
daha da çox tapdalanacaqdır.  
(2-2-5) ӘHDӘ VӘFA PRİNSİPİ 
Beynəlmiləl əlaqələrdə böyük əhəmiyyət kəsb edən məsələlərdən 
biri  də,  əhdə  vəfa  prinsipidir.  Bu  məsələyə  İslam  dinində  də  böyük 
yer  verilir.  Belə  ki,  Qurani-kərimdə  bu  mətləbə  işarə  olunaraq 
deyilir:  “O  möminlər  ki,  əmanətlərini  və  əhdlərini  qoruyub 
saxlayarlar  [onlara  tapşırışlmış  əmanətə  xəyanət  etməz,  verdikləri 
sözü  yerinə  yetirərlər”
1
  ,  “Әhdə  vəfa  edin.  Çünki  [insan]  əhd 
barəsində  [qiymət  günü]  cavabdehdir”
2
,    “Ey  iman  gətirənlər! 
Әhdlərə sadiq olun”
3
.  
Yuxarıda qeyd olunan ayələrdən belə məlum olur ki, əhdə sadiq 
qalıb onu qorumaq, tək müsəlmanların daxili əlaqələrinə deyil, bəlkə 
İslamın  beynəlmiləl  əlaqələrinə  şamil  olan  olduqca  gözəl  bir 
xüsusiyyətdir.  Peyğəmbərinin  (s)  həyat  tərzinə  nəzər  saldıqda,  o 
böyük  şəxsiyyətin  bağladığı  saziş  və  əhdnamələrə  daim  sadiq 
qaldığının şahidi oluruq. Məsələn, Qureyş qəbiləsi ilə bağladığı sülh 
sazişinin beşinci bəndində deyilirdi: "Qureyşdən kim ağasının icazəsi 
olmadan  Məhəmməh  (s)-a  qoşularsa,  dərhal  geri  qaytarılmalıdır". 
Әbu  Bəsir  Məkkədən  Mədinəyə  gəlib  orada  sığınacaq  almaq 
istədikdə, Peyğəmbər (s) Qureyş qəbiləsindən olan İbni Məğmundan 
Әbu  Bəsirin  geri  qaytarılmasına  dair  məktub  alır.  Məktubda 
deyilirdi:  "Bilirsən  ki,  səninlə  şərt  bağlayıb  belə  razılığa  gəlmişik  ki, 
bizlərdən  birisi  sənin  yanına  gəlib  orada  sığınacaq  almaq  istədikdə, 
ona  sığınacaq  verməyib  geri  qaytarmalısan.  İndi  bizim  adamımızı 
geri qaytar". Peyğəmbər (s) sazişin beşinci bəndinə əsasən Әbu Bəsiri 
Məkkəyə  geri  qaytarır.  Hərçənd  Qureyş  Әbu  Bəsiri  təhvil  aldıqdan 
sonra  yenidən  Məkkədən  qaçıb  Mədinədə  müsəlmanların  yanına 
gəlir.  
Sülh  sazişinin  səkkizinci  bəndinə  -  Umrətul  quzaya  əsasən, 
müsəlmanlar  yalnız  üç  gün  Məkkədə  qala  bilərdilər.  Üç  gün  başa 
çatdıqdan  sonra  Qureyş  onlara  müddətin  başa  çatdığın  elan  edərdi. 
                                                 
1
 Möminun surəsi, ayə 8 
2
 Isra surəsi, ayə 34 
3
 Maidə surəsi, ayə 1 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə