Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə22/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

 
64 
7-Azadlıq hərəkatlarından müdafiə prinsipi.  
(2-2-1) SÜLH VӘ ӘMİN-AMANLİQ ŞӘRAİTİNDӘ 
MÜŞTӘRӘK HӘYAT PRİNSİPİ;  
Müqəddəs İslam dini müsəlman və qeyri-müsəlmanların sülh və 
əmin-amanlıq  şəraitində  müştərək  həyat  tərzi  sürmələrinə  xüsusi 
diqqət yetirir. Halbuki, bəzi qeyri-müsəlman yazıçı və mütəfəkkirlər 
belə  bir  əqidədədirlər  ki,  müsəlman  və  qeyri-müsəlmanlar  arasında 
bərqərar  olunan  adi  əlaqələr,  heç  vaxt  sülh  və  əmin-amanlıq 
şəraitində  olmamış  və  onlar  daim  bir-birlərinə  qarşı  müxalif  mövqe 
tutmuşlar. Beləliklə də, onları bir-birlərinə qarşı qoymağa çalışmışlar.  
Böyük  Fransız  mütəfəkkiri  Menteskyu  deyir:  "Biz  məsihiyyət 
dinini  əxlaqda  dəyişikliyə  səbəb  olduğu  üçün  İslam  dinindən  üstün 
hesab edirik. Lakin İslam, əxlaqın daha da güclənməsinə səbəb olur." 
Digər  mütəfəkkirlər  isə  bu  nəzəriyyənin  müqabilində,  İslamın 
müsəlman  və  qeyri-müsəlman  millətlərin  arasında  bərqərar  olunan 
əlaqələrin daha da genişləndirdiyini bildirmişlər.  
Görkəmli 
Misir 
fəqihi 
Mahmud 
Şilten 
deyir: 
"İslam, 
müsəlmanlara  sülh  sevər  siyasəti  tətbiq  etməyi  tövsiyə  edir.  O, 
müsəlmanları 
unudub 
və 
qeyri 
müsəlmanların 
haqlarının 
taptalanmamasını  istəyir  və  eyni  zamanda,  onların  zor  gücünə 
müsəlman olmalarını da tövsiyə etməyir. “İnsanları iman gətirməyə 
sənmi məcbur edəcəksən?”
1
.  
Bir sözlə  İslam, həm təcavüz xarakterli döyüşləri, həm də gedən 
döyüşlərdə hər hansı bir təcavüzü haram etdiyi üçün sülh və əmin-
amanlıq şəraitində müştərək həyat prinsipinin ən başlıca tərəfdarıdır 
və bu insan fitrəti ilə tam mənada həmahəng olan islami beynəlmiləl 
əlaqələrdə ilk hüquqi prinsipi təşkil edir. Misal olaraq bir neçə ayəyə 
işarə edirik: 
1-İman  gətirmək  icbari  deyildir:  “Kim  istəyir  inansın,  kim  də 
istəyir inanmasın [kafir olsun]”
2
.  
2-Sülh  xarakterli  dəvət  üsulları:  “[Ya  Məhəmməd!]  İnsanları 
hikmətə  [Quranla,  tutarlı  dəlillərlə],  gözəl  öyüd  nəsihət  [moizə]  ilə 
                                                 
1
 Yunus surəsi, ayə 99 
2
 Kəhf surəsi, ayə 29 


 
65 
Rəbbinin  yoluna  [İslama]  dəvət  et,  onlarla  ən  gözəl  surətdə  [şirin 
dillə,  mehribançılıqla,  əqli  səviyyələrinə  müvafiq  şəkildə]  mübahisə 
et)
1
.  
3-Sülh və müştərək həyatı yaşatmaq: “Әgər onlar sülhə [barışığa] 
meyl etsələr, səndə sülhə meyl et”
2
.  
4-Sülh:  “Ey  iman  gətirənlər!  Hamınız  bir  yerdə  sülhə  [İslama] 
gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir
3

(2-2) PEYĞӘMBӘRİN (S) RӘFTAR VӘ DAVRANİŞLARİ 
SÜLH VӘ ӘMİN-AMANLİQ ŞӘRAİTİNDӘ MÜŞTӘRӘK 
HӘYAT TӘRZİ 
İstər  hakimiyyətin  ilk  illərində,  istərsə  də  kifayət  qədər  qüdrət 
əldə  etdikdən  sonra  Peyğəmbər  (s)  müsəlmanlar  və  qonşu  kafir 
qəbilələr  ilə  son  dərəcədə  mehribanlıq  və  gülər  üzlə  davranmışdır. 
Misal  üçün  ilk  dəfə  olaraq,  Mədinədə  yazılmış  qanunun  iyirmi 
beşinci  bəndinə  nəzər  salaq:  "Bəni  Ouf  yəhudiləri  möminlərlə  bir 
ümmətdirlər.  Fərq  yalnız  bundan  ibarətdir  ki,  yəhudilər  öz 
ayinlərinə, müsəlmanlarda öz ayinlərinə əməl edirlər". 
Mədinədə  atılan  bu  uğurlu  addım,  Peyğəmbərin  (s)  sülh  əhval 
ruhiyyəli  müştərək  həyata  can  atmasından  xəbər  verir.  Belə  ki,  bir 
gündə  altı  müxtəlif  məntəqəyə  dəvət  məktubu  göndərir.  İbni  Səd 
yazır:  "Göndərilən  hər  bir  məktub  həmin  məntəqənin  dilində 
yazılırdı  və  orada  onlara  tövsiyə  olunaraq  deyilirdi:  "Yalnız  Allah 
xatirinə  Onun  bəndələrinə  tövsiyə  edin.  Allah-təala  cənnəti, 
camaatın  işlərini  öhdəsinə  götürmüş,  lakin  xeyirxahlıqla  onların 
öhdəsindən  gəlməyənlərə  haram  edər.  İndi  isə  gedin  və  İsa  (ə)-ın 
qasidləri kimi olmayın". 
Edilən  tövsiyədə  sülh  və  əmin-amanlığa  dəvət,  qəzəb  və  kin-
küdurətdən  uzaq  olmaq  müşahidə  olunur  və  bütün  bunlar,  İslamın 
sülh və müştərək həyat tərəfdarı olduğundan xəbər verir.  
                                                 
1
 Kəhf surəsi, ayə 125 
2
 Әnfal surəsi, ayə 61 
3
 Bəqərə surəsi, ayə 208  


 
66 
İSLAM FİQH VӘ İQTİSADİYYATİNDA MÜŞAHİDӘ OLUNAN 
MÜŞTӘRӘK HӘYAT PRİNSİPİ  
İslamın olduqca zəngin mədəniyyətində dostluq və səmimiyyətlə 
sıx  bağlılığı  olan  müştərək  həyat  tərzinə  dair  kifayət  qədər 
nümunələrə  rast  gəlmək  olar.  Ümumi  kütlənin  zəkat  vergisindən 
istifadə 
etməsi, 
qeyri-müsəlmanların 
ödədikləri 
zəkatlardan 
bəhrələnib,  zəkat  vergisi  ilə  tikilmiş  məktəb,  xəstəxana  və  bu  kimi 
ümumi  yerlərdən  istifadə  etmələrini,  habelə  yoxsul  və  ehtiyacı 
olanlara  olunan  maddi  yardımları  buna  misal  çəkmək  olar.  Qurani-
kərimdə  zəkatın  bölünməsi  haqqında  buyurulur:  “Sədəqələr 
[zəkatlar]  Allah  tərəfindən  müəyyən  edilmiş  bir  fərz  [vacib  əməl] 
olaraq,  ancaq  yoxsullara  [ehtiyacı  olan,  lakin  utandığından  əl  açıb 
dilənməyən],  miskinlərə,  zəkatı  yığıb  paylayanlara,  ürəkləri 
[müsəlmanlığa]  isnişib  bağlanmaqda  olanlara  [iman  gətirib  hələ 
kamil  mömin  olmayanlara],  həmçinin  [borcu  ödəməyə  imkanı 
olmayan]  borclulara,  Allah  yolunda  cihad  edənlərə  və  yolçulara 
[pulu  qurtardığı  üçün  yolda  qalan,  vətəninə  qayıda  bilməyən 
müsafirlərə]  məxsusdur.  Allah  [hər  şeyi]  biləndir  və  hikmət 
sahibidir”
1
.    Yəni  zəkatdan  istifadə  etməyə  hüququ  çatan  şəxs  və 
hallar bunlardan ibarətdir. 
1-Yoxsullar; 
2-ehtiyacı olanlar; 
3-zəkat vergisini toplayan İslam dövlətinin məmur və işçiləri;  
4-qeyri-müsəlmanların İslama cəzb olunması;  
5-köləlikdə olanların azadlığa buraxılması;  
6-borcu olan və müflis olmuş şəxslər
7-pulu qurtarıb yolda qalanlar;  
8-Allah yolunda (yeni ümumi mənafeə xarakteri daşıyan məscid, 
xəstəxana, kitabxana, məktəb, yol və körpülərin tikilməsinə və s.) 
Göründüyü  kimi,  zəkatın  sərf  olunduğu  yerlərdən  biri  də, 
ürəkləri  İslama  isnişib  bağlanmaqda  olan  qeyri-müsəlmanların 
İslama cəzb olunmasıdır.  
                                                 
1
 Tövbə surəsi, ayə 60  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə