Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə18/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

 
52 
Hirə və Qəssanın Rum və sonra İran imperatorluqları tərəfindən 
təcavüzə  məruz  qalaraq  öz  müstəqilliyini  itirmələri  və  Neman  ibn 
Munzirin  İran  imperatorluğu  tərəfindən  Hirəyə  padşah  təyin 
olunduğunu buna misal çəkmək olar.  
Qureyşin  düşmənçiliklərinə  baxmayaraq,  Peyğəmbər  (s)  qonşu 
ölkələrlə İslam təlimləri əsasında əlaqələr yaradır və onlarla səmimi 
münasibətdə olmağa çalışırdı. O, hər  hər şeydən çox haqqa,  ədalətə 
yer  verərək  qonşu  ölkələrin  rəhbərlərinə  məktub  göndərər,  saziş 
bağlayar  və  bu  yolla  ilk  dəfə  olaraq  qarşılıqlı  əlaqələrin  əsasını 
qoyardı. Bəhreyn, Həmir, Qəssan, padşahlarına, Oman əhalisinə, İ və 
İİ  Nəcaşiyə,  Rum  imperatoruna  və  sair  məntəqlərə  göndərdiyi 
məktublar,  bir  daha  dövlətlərarası  əlaqələrə  xüsusi  diqqət 
yetirməsindən xəbər verir.  
Qədim zamanlardan bəri ticarət mərkəzinə çevrilmiş və müxtəlif 
millət  və  qəbilələrinin  ticarət  karvanlarının  gediş-gəliş  etdikləri 
Məkkə  şəhəri  həm  mövqeiyyət,  həm  də  özünün  müqəddəsliyi  ilə 
daim diqqəti cəlb etmiş və mühüm əlaqələr mərkəzinə  çevrilmişdir. 
Bütün  bunlar  isə  Peyğəmbər  (s)-a  bu  şəhərdə  fəaliyyət  göstərib, 
İslam  dinini  təbliğ  etməyə  yaxından  kömək  edirdi.  Göndərilmiş 
məktublardan bir neçəsinə diqqət yetirin. 
Allah peyğəmbəri Məhəmməddən (s) Həbəşə padşahı Nəcaşiyə: 
Bağışlayan və mehriban Allahın adı ilə 
"Sən  bizimlə  sülh  şəraitindəsən.  Sənin  üçün  hər  şeyə  sahib  olan, 
bütün  ehtiyacları  aradan  qaldıran,  eyb  və  nöqsanlardan  uzaq  olan, 
qorxu  və  nigarançılıqları  insanlardan  dəf  edən  və  onlara  ruzi  verib 
yaşadan  Allaha  həmd  və  səna  edirəm.  Şəhadət  verirəm  ki,  İsa 
Məryəmin  oğlu,  Allahın  ruhu  və  kəlamı  olmuşdur.  Allah  onu  pak, 
iffət  və  ismətli  olan  Məryəmin  bətninə  salmış  və  Məryəm  onunla 
hamilə olmuşdur. Allah-təala Adəmi öz əlləri ilə düzəldib üfürərək, 
ona can verdiyi kimi öz ruhundan Məryəmədə üfürüb İsanı yaratdı. 
Mən  səni  şəriki  olmayan  Allaha  tabe  olmağa  davam  etməyə  və 
mənim  davamçılarımdan  olub,  gətirdiyim  səmavi  kitaba  iman 
gətirməyə  dəvət  edirəm  və  bu  bir  həqiqətdir  ki,  mən  Allah 
tərəfindən  göndərilmiş  haqq  peyğəmbərlərdənəm...  Әmim  oğlu 
Cəfəri  bir  neçə  nəfər  şəxslə  sənin  yanına  göndərirəm.  Onlar  sənin 
yanına  gəldikdə,  qəbul  et  və  inadkarlığı  kənara  qoy.  Mən  səni  və 


 
53 
sənin  tabeçiliyində  olanları  Allaha  doğru  çağırıram.  Mən  Allahın 
əmrini  çatdırıb,  öz  xeyirxahlıq  və  tövsiyələrimi  sənə  bildirdim.  Elə 
isə, nəsihətimi qəbul et. Allahın salamı olsun Hidayət yolunu tutmuş 
şəxslərə"
1

Rum imperatoru Herakla göndərdiyi məktubda isə deyilir: 
Bağışlayan və mehriban Allahın adı ilə. 
Allah  peyğəmbəri  Məhəmməddən  (s)  Rum  padşahı  Herakla: 
"Haqq  yolunu  tutmuş  şəxslər  heç  vaxt  çətinliklərlə  üzləşməzlər. 
Allaha həmd və səna etdikdən sonra səni İslamı qəbul etməyə dəvət 
edirəm.  İslamı  qəbul  et  və  beləliklə,  bütün  pislik  və  xoşagəlməz 
şeylərdən  uzaq  ol.  İslamı  qəbul  et  və  beləliklə,  Allah-təala  sənə  iki 
dəfə  mükafat  versin.  Әgər  mənim  təklifimi  rədd  edərsənsə  bil  ki, 
bütün  camaatın  günahı  sənin  boynunda  olacaqdır.  Ey  kitab  əhli! 
Sizinlə bizim aramızda eyni olan bir kələməyə tərəf gəlin! Allahdan 
başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-
birimizi Rəbb qəbul etməyək! Әgər onlar yenə də üz döndərərlərsə, o 
zaman deyin: "İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq"
2

(2-1-3) PEYĞӘMBӘRİN (S) ZAMANİNDA RUM VӘ İRAN 
İMPERATORLUQLARİ İLӘ YARADİLAN ӘLAQӘLӘR 
Daxili  keşməkeşlərə  baxmayaraq,  Rum  və  İran  imperatorluqları 
ətraf  məntəqələri  öz  nəzarətləri  altında  saxlayır  və  bu 
imperatorluqlara  hakim  olan  padşahlar  özlərini  hamıdan  üstün 
tutaraq,  özlərini  “İlahi  əmanət”  adlandırır  və  onlara  tabe  olmağı 
hamıya  vacib  hesab  edirdilər.  İranda  Әnuşirvanın  və  Rumda 
Yunestinyanusun hakimiyyətini buna misal çəkmək olar.  
Ardı-arası  kəsilmək  bilməyən  qarşıdurma  və  qanlı  müharibələrə 
düçar olmuş bu iki imperatorluq, bəzən müvvəqəti olaraq bir-birləri 
ilə sülh  sazişləri  bağlasalar da,  bir-birlərinə  bəslədikləri  kin-küdurət 
və düşmənçilik hissi heç vaxt onlara daimi sülh şəraitində yaşamağa 
imkan vermirdi.  
                                                 
1
 Həzrət Məhəmməd (s)-ın siyasi məktubları və Islamın zühur etdiyi illərin 
sənədləri səh 145-146 
2
 Həzrət Məhəmməd (s)-ın siyasi məktubları və Islamın zühur etdiyi illərin 
sənədləri səh - 155 


 
54 
Әrəbistan  yarmadasının  o  dövrki  iqtisadi  vəziyyəti  və  olduqca 
pis abu-həvası  bu iki  imperatorluğun nəzərindən  uzaqda  qalmasına 
və  oraya  qoşun  yürütməmələrinə  səbəb  olmuşdur.  Belə  ki,  mövcud 
şərait  onlarda  belə  bir  böyük  əraziyə  nəzarət  etməyə  maraq  belə 
doğurmurdu.  
İstər Rum, istərsə də İran imperatorluqları səhra əhalisinə yalnız 
aralarında  qarşıdurma  meydana  gəldikdə,  onlardan  istifadə  edə 
biləcəkləri  qüdrət  kimi  nəzər  salırdılar.  Bunun  üçün  qəbilə 
başçılarını  özlərinə  yaxşılaşdırmağa  və  onları  lazım  gəldikdə,  tərəf 
müqabilləri  ilə  mübarizə  aparmağa  razı  salmağa  çalışırdılar.  Lakin 
Peyğəmbər  (s)  zühur  etdikdən  sonra  Qureyş  və  yəhudi  qəbilələri 
tərəfindən  sıxışdırılmalarına  baxmayaraq,  Әrəbistan  yarımadasının 
hakimiyyət  quruluşunda  əsaslı  dəyişiklər  baş  verdi.  Peyğəmbər  (s) 
Rum  və  İran  imperatorluqlarına  məktub  göndərməklə,  onları 
özlərindən əks-əməl göstərməyə vadar edir.  
Bu,  beynəlmiləl  əlaqələrin  genişlənməsində  atılan  yeni  və 
olduqca uğurlu bir addım idi. İran və Rum rəhbərləri Peyğəmbər (s)-
ın elçiləri ilə layiqincə davranmasalar da, lakin bir qədər sonra lazımi 
əks-əməl göstərmək qərarına gəlmişdilər.  
(2-1-4) XӘLİFӘLӘR DÖVRÜ VӘ İSLAMDA BEYNӘLMİLӘL 
ӘLAQӘLӘR 
İslam  dininin  Peyğəmbər  (s)-ın  zamanında  və  ondan  sonra 
xəlifələrin hakimiyyət dövründə beynəlmiləl səhnədə geniş fəaliyyət 
göstərməsi,  bir  çox  böyük  qüdrətləri,  yeni  yaranmış  bu  dini  yeganə 
böyük  qüdrət  hesab  etməyə  vadar  etmişdi.  Bu  səbəbdən  tarixçilər, 
müsəlmanların  xəlifələrin  hakimiyyət  dövründə  əldə  etdikləri 
uğurları  Peyğəmbər  (s)-ın  beynəlmiləl  səhnədə  həyata  keçirdiyi 
siyasətin  nəticəsi  kimi 
qiymətləndirmişlər.  Yəni 
xəlifələrin 
hakimiyyət  dövründə  əldə  olunan  naliyyətlər,  Peyğəmbər  (s)-ın 
gözəl  rəftar  və  davranışları,  habelə  İslamın  həqiqi  simasını  biruzə 
verməsi  sayəsində  əldə  olunmuşdur.  O  ki  qaldı  xəlifələrin 
hakimiyyət  dövrünə,  daxili  müharibələr  və  bir  çox  digər  çətinliklər 
səbəbindən  beynəlmiləl  məsələlərə  bir  o  qədər  də  diqqət 
yetirilməmişdi.  Әgər  Mədinəyə  yaxın  və  uzaq  məntəqələrdən 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə