Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə16/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

 
44 
Həmədaninin və onunla birgə Kəşmirə səfər edən şəxslərin vasitəsilə 
ilk  dəfə  olaraq  orada  tanınmış  və  zaman  keçdikcə,  dərin  köklər 
salmağa  başlamışdır.  Həmin  cərəyan  siyasi  məmurlar,  dini  və  ticari 
missionerlər  tərəfindən  Afrika,  Asiya  və  Amerika  qitələrində  də 
təkrar olunmuş və beləliklə, məsihiyyət dini və Avropa mədəniyyəti 
həmin məntəqələrdə geniş şəkildə yayılmağa başlamışdır. Bütün  bu 
proseslər  isə  millətlərin  və  onların  ardınca  da  dövlətlərin  bir-
birlərinə yaxınlaşmalarına səbəb olmuşdur.  
Dövlətlərarası  əlaqələrə  gəldikdə  bilməliyik  ki,  dövlətlərarası 
əlaqələr  heç  də  hər  zaman  sülh  və  dostluq  şəraitində  olmamışdır. 
Belə ki, tarix boyu dəfələrlə dövlətlərarası ixtilaf və münaqişələr baş 
vermiş  və  bu  müharibələrin  bəziləri  tarixin  qara  səhifələrində 
qalaraq, sonralar da öz mənfi təsirini göstərmişdir.  
Bu  günlər  dövlətlər  arasında  bərqərar  olunan  əlaqələri  keçmiş 
zamanlarla  müqaisə  etdikdə,  onun  qat-qat  artıq  və  çox  şaxəli 
olduğunun  şahidi  oluruq.  Belə  ki,  heç  bir  ölkə  digər  ölkələrlə  əlaqə 
yaratmadan,  təklikdə  öz  həyatına  davam  edə  biləcəyinə  heç  cür 
zəmanət verə bilməz. Bunun üçün dövlətlərarası əlaqələr onların hər 
biri  müəyyən  müsbət  xüsusiyyətə  yiyələndikləri  üçün  istər-istəməz 
bərqərar olunur.  
Dövlətlərarası  qarşılıqlı  münasibətlər  bir  çox  hallarda  iqtisadi, 
ticari,  siyasi,  mədəni,  təhsil,  elmi,  sənət  və  müdafiə  (hərbi) 
sahələrində  daha  çox  genişlənmiş  və  vüsət  halını  tapmışdır.  Zaman 
keçdikcə bu münasibətlər ya yaxşılaşmış, ya da əksinə olaraq, pisliyə 
doğru  getmişdir.  Qarşılıqlı  həmkarlıq,  yaxınlıq  və  uzaqlıq,  sülh  və 
müharibə,  dostluq  və  düşmənçilik,  dövlətlərarası  iki  müxtəlif 
münasibətlərdən xəbər verir. İki dövlət uzun müddət sülh və dostluq 
şəraitində yaşaya bilər, lakin hər hansı bir xarici və ya daxili cərəyan 
nəticəsində  milli  mənafenin  təhlükə  ilə  üzləşdiyini  görüb,  bir-
birlərinin  qatı  düşmənlərinə  çevrilib,  hər  şeyi  alt-üst  edə  bilərlər. 
Dövlətlərarası  əlaqələr  iki  tərəfli  surətdə  bərqərar  olunur  və  bu 
əlaqələr  ümumilikdə  qanun,  müstəqillik  və  qarşılıqlı  hörmət  və 
ehtiram əsasında qurulur. Әlbətdə, bu heç də hər zaman belə olmur. 
Belə  ki,  bəzən  əlaqələr  bərabər  olaraq  dəyişilir  və  eyni  səviyyəli 
əlaqələrə  çevrilir  və  beləliklə  birtərəfli  əlaqə,  hökmüranlıq  və 
hökmüranlığa tabeçilik və ya asılı müstəqilliyə çevrilir. İEÖ-lə geridə 


 
45 
qalmış və ya İEOÖ arasında yaradılan əlaqələr, müstəqillik, şərəf və 
asayiş  baxımından  zəif  ölkələri  öz  tabeçiliyində  saxlayan  İEÖ-in 
yaratdıqları  birtərəfli  əlaqələrdən  xəbər  verir.  Sülh  şəraitli  ikitərəfli 
əlaqələr  qarşılıqlı  ehtiyac  və  münasibətlər  əsasında  meydana  gəlir. 
Çox  tərəfli  əlaqələr  isə,  bir  neçə  ölkənin  müştərək  ehtiyac  və  ya 
müştərək  təhlükə  əsasında  meydana  gəlir.  Belə  bir  əlaqələri, 
müştərək  ölkələrin  işlərini  bərabər  hüquq,  ixtiyar  və  məsuliyyətlər 
əsasında  idarə  etmək  üçün  beynəlmiləl  çərçivədə  müşahidə  etmək 
olar.  XİX  və  XX  əsrlərdə  təsis  olunmuş  beynəlmiləl  təşkilatlar  bir  o 
qədər  də  böyük  tarix  və  təcrübəyə  malik  deyillər.  Birinci  və  ikinci 
dünya müharibələrinin baş verməsi, bu təşkilatların təsis olunmasına 
səbəb oldu və hal-hazırda özünü ümumdünya işlərinin nəzarətçi və 
icraçısı  hesab  edən  BMT,  bu  təşkilatların  ən  əhəmiyyətlisi  hesab 
olunur.  
Hal-hazırki  dövrdə  dövlət  və  millətlər  bir-birlərinə  qarşılıqlı 
ehtiyac duyub siyasi, iqtisadi, ictimai, mədəni, elmi, sənət və bu kimi 
sahələrdə  əməkdaşlıqlarını  genişləndirdikləri  üçün,  beynəlmiləl, 
ümumdünya  və  ya  müəyyən  məntəqələrə  xas  elan  təşkilatlar 
günbəgün artmaqda və genişlənməkdədir. Bəzi nəzər sahibləri gələn 
əsri,  beynəlmiləl  təşkilatlar  və  milli  dövlətlərin  iqtidarının 
zəifləyəcəyi  əsr  olacağını  hesab  edirlər.  Məsələn,  Avropada  milli 
dövlətlər öz  ixtiyarlarını üzv  olduqları beynəlmiləl  təşkilatlara  verir 
və beləliklə, milli iqtidarın nüfuz və qüdrətini azaltmış olurlar.  
Konsulluq  məmuriyyətləri  diplomatiyadan  daha  qədim  olsa  da, 
ondan  daha  az  əhəmiyyət  kəsb  edir.  Müxtəlif  şəhərlərdə  fəaliyyət 
göstərən  konsulluqların  üzərinə  aşağıdakı  vəzifələr  düşür:  ölkə 
barədə mühüm məlumatlar əldə etmək, bazar tapmaq üçün ölkənin 
istehsal  etdiyi  mallar  haqda  məlumatlar  vermək,  yerləşdiyi  və 
konsulluğunu  qəbul  etdiyi  ölkələrin  əhalisinə  qarşılıqlı  xidmətlər 
təklif  etmək,  fəaliyyət  göstərdiyi  ölkələrdə  öz  vətəndaşlarının 
hüququnu müdafiə etmək və s. 
Səfirlik  və  Xarici  İşlər  nazirliklərində  fəaliyyət  göstərən 
diplomatların  üzərlərinə  düşən  vəzifələr  isə  aşağıdakılardan 
ibarətdir:  
1-Saziş  və  müqavilələrin  bağlanması  üçün  iki  və  ya  çoxtərəfli 
əlaqə və müzakirələrə lazımi şərait yaratmaq; 


 
46 
2-Ölkənin xarici siyasətinə təsir qoya biləcəyi bir halda baş verən 
iqtisadi,  ictimai,  siyasi  və  mədəni  dəyişiklər  barədə  fəaliyyət 
göstərdiyi ölkəyə məlumat vermək
3-Ölkə  siyasətində  qəbul  olunan  qərarlara  dair  lazımi  tövsiyələr 
vermək;  
4-Pasport və bu kimi mühüm sənədləri vermək;  
5-Fəaliyyət  göstərdiyi  ölkələrin  dövlət  rəhbərlərini  rəsmi  və  ya 
qeyri-rəsmi  müzakirələr  yolu  ilə  əlaqələrin  genişlərdirilməsinə 
çağırmaq.  


 
47 
İSTİFADӘ OLUNAN MӘNBӘLӘR 
1-Әbul Həmid, Әbdül Həmid, “Siyasətin əsasları”, cild İ, çap - 7, 
Tus nəşriyyatı, Tehran - 1376; 
2-Reni,  Astin;  “Hökumət-siyasət  elmi  ilə  tanışlıq”,  tərcümə  edən 
Leyla Sazqar, Universitet nəşriyyatı, Tehran – 1374; 
3-Roriş, Vilfred, “Siyasət elmi”, tərcümə edən Məlik Yəhya Salehi, 
Semət nəşriyyatı, Tehran - 1372; 
4-Tahiri  Әbül  Qasim,  “Məhəlli  hökumətlər”,  çap  -  3,  Qomes 
nəşriyyatı, Tehran - 1375;  
5-Alim,  Әbdürrəhman,  “Siyasət  elminin  əsasları”,  çap  -  3,  Ney 
nəşriyyatı - 1376; 
6-İran  İslam  Respublikasının  Konstitusiyası,  Әləmi  nəşriyyatı, 
Tehran - 1372;  
7-Mir Heydər, Durrə, “Siyasi coğrafiyanın əsasları”, çap - 3, Simət 
nəşriyyatı - 1373;  
8-Qazi,  Әbülfəzl,  “Hüquq  və  siyasi  təşkilatlar”,  cild  İ,  Tehran 
universiteti - 1373;  
9-Blondel,  Jean,  ComParative  Government,  Philip  Allan,  Great 
Britain – 1990; 
10-Mahmood,  Safdar,  İnternational  Affairs,  Sang_e_Meel 
Poblications, Pakistan – 1990; 
11-Mazhar-ul-Hag,  Principles  of  Political  Scince,  Bookland, 
Pakistan (Lahore) – 1990; 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə