Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə13/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

 
35 
Hər bir ölkənin məhkəmə orqanı öz hüquq və ixtiyarlarını həmin 
ölkənin konstitusiyasından, o da öz növbəsində qanunverici orqanın 
qəbul etdiyi qanunlardan götürür. 
Məhkəmə,  ictimai  pozğunluqların  qarşısını  almaq  üçün  polis  və 
onun  tabeliyində  olan  digər  təşkilatlardan  istifadə  etmək  hüququna 
malikdir.  Bununla  yanaşı  o,  son  anda  icraedici  orqanın  tabeliyində 
olan təhlükəsizliyi təmin edən digər qüvvələrdən də kömək ala bilər.  
Məhkəmə sisteminin özüdə müxtəlif vəzifələr icra edən ayrı-ayrı 
hissələrdən ibarət olur. 
1-Konstitusiya məhkəməsi  
Üzərinə  düşən  ən  başlıca  vəzifə,  konstitusiyaya  nəzarət  və  onu 
qorumaqdan ibarətdir.  
2-Ümumi məhkəmə 
Ümumi qanun pozuntuları barədə müvafiq hökm çıxarır. 
3-Mətbuat məhkəməsi  
Mətbuatda  yol  verilən  qanun  pozuntularına  dair  müvafiq 
hökmlər çıxarır. 
4-Ordu məhkəməsi 
Orduda  yol  verilən  qanun  pozuntularına  dair  müvafiq  hökm 
çıxarır. 
5-Siyasi məhkəmə 
Siyasi  qanun  pozuntularına  dair  müvafiq  hökm  çıxarır.  Bəzi 
ölkələrdə siyasi  məhkəmə  təhlükəsizlik  komitəsinin  nəzarəti  altında 
olur.  
6-Sinfi məhkəmə  
Ticari  məsələlərdə  yol  verilən  qanunsuzluqlara  dair  müvafiq 
hökmlər çıxarır. 
7-Xüsusi məhkəmə  
Xüsusi  hallarda  təşkil  olunur:  İnqilab  məhkəməsi,  ailə 
məhkəməsi,  yoldaşlıq  məhkəməsi  və  s.  məhkəmələri  buna  misal 
çəkmək olar. 
8-Hakimlər məhkəməsi 
Hakim 
və 
məhkəmə 
işçilərinin 
yol 
verdikləri 
qanun 
pozuntularına dair müvafiq hökmlər çıxarır.  
9-Müştərək məhkəmə 


 
36 
Digər orqanlarla, xüsusilə icraedici orqanla birgə təşkil olunur və 
ictimai təhlükəsizlik kimi məsələlərə dair müvafiq hökmlər çıxarır.  
10-Tabeçilikdə olan digər təşkilatlar 
Cəmiyyət üzvlərinin hakimiyyət orqanlarından etdiyi şikayətlərə 
baxan  Dövlət  idarələri  üzrə  Әdalət  Məhkəməsi  və  Dövlət  Baş 
Nəzarət İdarəsini bu misal çəkmək olar. 
Məhkəmə  sistemi  sair  orqanların,  xüsusilə  də  icraedici  orqanın 
müdaxiləsi  olmadan  fəaliyyət  göstərməlidir.  Bu  məsələ  müxtəlif 
ölkələrdə  bir-birlərindən  fərqli  olsa  da,  bir  çox  ölkələrdə  məhkəmə 
və  onun  çıxardığı  hökmlər  dövlət  və  qeyri-dövlət  partiya  və  siyasi 
qurumlarının  təsiri  altına  düşür.  Belə  ki,  bəzən  siyasi  partiya  və 
qururmların  arasında  məhkəmədən  hesabat  aparıcı  bir  vasitə  kimi 
istifadə  olunur.  Bu  günlər  isə,  məhkəmə  sisteminin  üzərinə  düşən 
vəziflərin  icrasında  əldə  etdiyi  müstəqilləyə  xüsusi  diqqət  yetirmək 
lazımdır. 
 
 
 
(1-5) SİYASİ PARTİYA VӘ QÜDRӘTLӘR 
Rəy və tərzi-təfəkkür, inam və etiqadların və cəmiyyət üzvlərinin 
bir-birlərindən  fərqli  olan  təmayülü,  cəmiyyətdə  müxtəlif  siyasi 
cərəyanların meydana gəlməsinə səbəb olmuşdur. Yaranmış belə bir 
şəraitdə  millət  müxtəlif  ictimai  quruplara  bölünür  və  təbii  olaraq, 
onların  hər  biri  özünə  məxsus  tərzi-təfəkkür  və  siyasi  amala  tabe 
olmalı  olur.  Bu  isə,  cəmiyyətdə  siyasi  fəaliyyətə  gətirib  çıxaran  və 
mürəkkəb qalmaqal və qarşıdurma ilə nəticələnən siyasi qüdrətlərin 
meydana gəlməsinə səbəb olur.  
Hər  hansı  bir  cəmiyyətin  siyasi  quruluşu,  milli  və  ya  məhəlli 
səviyyədə  meydana  gəlir.  Milli  səviyyədə  olan  siyasi  qüdrətlər  öz 
üzvlərini  bütün  ölkə  boyu  cəmiyyətin  öz  içindən  seçdikləri  üçün 
milli  birliyə,  onun  möhkəmlənməsinə  və  cəmiyyət  üzvlərinin 
ölkədən  asılı  olduqlarını  dərk  etmələrinə  köməklik  edirlər.  Lakin 
bəzi siyasi qüdrətlər, hərəkət və dəyişikliklərdə olduqları müddətdə 
ya  dövlətlə  qarşı-qarşıya  durur,  ya  müstəqillik,  ya  da  dövlətin  öz 
qüdrət və səlahiyyətini azaltma tələblərini irəli sürürlər. Başqa sözlə 


 
37 
desək,  milli  səviyyədə  olan  siyasi  qüdrətlər,  milli  birliklə  əlaqəli 
olaraq  həmrəylik,  məntəqə  səviyyəsində  olan  siyasi  qüdrətlər  isə, 
bunun  əksinə  olaraq,  pərakəndəlik  xüsusiyyətinə  malik  olurlar. 
Әlbətdə,  irəli  sürülən  tələblər  heç  də  tam  müstəqillik  və  mərkəzi 
dövlətdən ayrılmaq xarakteri daşımır. Sadəcə olaraq dövlətlə sülh və 
həmkarlıq  şəraitində  yaşayıb,  daha  çox  azadlıq  və  məntəqələrə  aid 
olan  məsələlərin  həll  olunmasında  onlara  da  müəyyən  hüquqların 
verilməsini tələb  edirlər. Belə  bir  vəziyyəti federal  dövlətlərdə  daha 
çox müşahidə etmək olar.  
Aydındır ki, siyasi quruplaşmaların və cəmiyyətdə gizli və aşkar, 
rəsmi  və  qeyri-rəsmi  təşkilatların  meydana  gəlməsi,  siyasi  iradənin 
yaranması üçün siyasi fəaliyyətləri özündə əks etdirir və ya özünün 
siyasi  maraqlarını  tətbiq  edib  nəzərdə  tutduğu  hakimiyyəti  təsis 
etmək  üçün  ya  siyasətlər  üzərinə  təsir  qoyur,  ya  da  siyasi  mövqeyə 
malik olub, mühüm vəzifələri ələ keçirir.  
Ümumilikdə  götürsək,  siyasi  quruplaşmaları  iki  hissəyə  bölmək 
olar: 
1-Dövlətlə müxalif və ona qarşı mübarizə aparan siyasi quruplar
2-Dövlətlə həmrəy olan siyasi quruplar. 
Adətən, 
dövlətlər 
onlarla 
müxalif 
olan 
qruplaşmaların 
fəaliyyətinə dözməyib, onları oradan götürməyə çalışırlar. Yaranmış 
belə  bir  şəraitdə  hər  iki  tərəf  digərini  məhv  edib  aradan  götürmək 
istəyir.  Dövlətlər  onların  havadarlarının  kim  olduğunu,  harada  və 
necə meydana gəldiklərini üzə çıxarıb əks təbliğat apararaq, ümumi 
münasibətin onlara qarşı mənfi olmasına çalışırlar. Mübarizə üsulları 
isə,  dövlətlərin  hakimiyyət  quruluşundan  fərqli  olaraq  qətl,  edam, 
işgəncə, ictimai fəaliyyətdən məhrum etmək, terror və sair üsullarla 
aparılır.  Dövlətlə  müxalif  olan  siyasi  qurumlar  öz  növbələrində 
terror,  şayiələr  yaymaq,  üsyan  və  çevrilişlər  etmək,  ölkədaxili  və 
xaricində  dövlət  əleyhinə  əks-təbliğat  aparmaq,  ictimai  və  iqtisadi 
böhranlardan  bəhrələnmək,  gizli  məktub  və  elanlar  yaymaq  və  bu 
kimi  digər  üsullardan  istifadə  edərək  dövlətin  nüfuzunu  azaldıb, 
onu camaatın gözündən salmağa çalışır. Müxalif siyasi qruplaşmalar 
qarşılarına  qoyduqları  hədəfə  çata  bildikdə,  hakimiyyəti  çevirib 
qüdrəti öz əlinə ala bilərlər.  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə