Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə9/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

 
23 
millətin siyasi formalaşması nəticəsində meydana gəlir və öz qanuni 
fəaliyyətini  həmin  məntəqənin  əhalisindən  alır.  Hökumət,  millətin 
işlərini  idarə  edən  siyasi  bir  təşkilatdır.  Onun  üzərinə  düşən  digər 
vəzifələrdən biri də, ictimai ədaləti və coğrafi bərabərliyi təmin edib, 
milləti  yadelli  dövlətlərin  təhlükəsindən  qorumaqdır.  O,  millətin 
ehtiyaclarını  aradan  qaldırıb,  maddi  və  mənəvi  təkamülünü,  yəni 
milli təhlükəsizliyini təmin etməlidir.  
Hökumətlər  müxtəlif  quruluşa  malik  olurlar.  Coğrafi  baxımdan 
onlar sadə, federal, məhəlli və ya hər hansısa bir məntəqəyə xas olan 
hökumətlərə bölünürlər. Quruluş və mahiyyət baxımından da onlar 
bir-birlərindən fərqli xüsusiyyətlərə malik olurlar. Dünyanın bir çox 
ölkələrinə  hakim  olan  respublika,  Böyük  Britaniya  krallığı, 
demokratik, Səudiyyə Әrəbistan səltənəti, İran İslam respublikasının 
dini  hakimiyyəti,  diktatorluq,  sosializm,  faşizm,  və  anarxiya 
hakimiyyət üsullarını buna misal çəkmək olar. 
Dövlət  kabineti,  ordu  və  məhkəmə  bütün  dövlətlərin  müştərək 
sahələrini təşkil etsə də, bütün bunlara baxmayaraq, onların hər biri 
özünə məxsus quruluş və idarəetmə strukturuna malik olur. 
4-Hakimiyyət 
Hakimiyyət,  istiqlaliyyət  və  milli  iqtidarı  əks  etdirən  bir 
ünsürdür.  Başqa  sölə  desək,  hakimiyyət  hər  hansısa  bir  dövlətin 
ondan  güclü  və  ya  eyni  səviyyədə  olan  dövlətlərin  kənarında 
müstəqil  olaraq  istədiyi  qanunları  tətbiq  edib,  milli  mənafelərini 
qoruyub-təmin  edə  bilməsinə  deyilir.  Lakin  belə  bir  tərif  əsasən 
istemarçı  ölkələri  hakimiyyət  hesab  edə  bilmərik.  Hərçənd  bəzən 
müstəqil  ölkələr  də  digər  ölkələrin  nüfuzu  altına  düşərək,  öz 
azadlıqlarından məhrum olurlar. 
5-Rəsmi tanınma 
Bu ünsür hüquqi və etibar baxımından əhəmiyyət kəsb edir və bu 
səbəbdən  də  sair  ünsürlər  kimi  həlledici  rol  oynamayır.  Onun 
təkmilləşdirici  xüsusiyyətinə  yalnız  dövlətin  quruluşda  diqqət 
yetirilir.  Çünki,  əgər  hər  hansı  bir  müstəqil  dövlət  digər  dövlətlər 
tərəfindən  tanınmadıqda,  təklənib  olduqca  ağır  şəraitlə  üzləşmiş 
olur.  Siyasi,  iqtisadi,  ictimai  və  mədəniyyət  baxımından  bir-
birlərindən  asılı  olan  millət  və  dövlətlər  qarşılıqlı  olaraq  bir-
birlərinin  ehtiyaclarını  aradan  qaldırır  və  qarşılaşdıqları  çətinlikləri 


 
24 
həll edirlər. Bunun üçün də sair dövlətlər hər hansı bir dövləti rəsmi 
olaraq tanımadıqda, onunla əlaqə yartmaqdan imtina edir və onu bir 
çox  çətinliklərlə  qarşı-qarşıya  qoymuş  olur.  Bu  səbəbdən  də 
təkmiləşdirici  xarakter  daşıyan  tanışlıq  ünsürü,  hər  bir  müstəqil 
dövlətə beynəlmiləl səhnədə öz uğurlu addımlarını atmağa yaxından 
köməklik edir. 
(1-3-2) DÖVLӘTİN MӘNŞӘYİ 
Dövlət  və  hökumətin  mənşəyi  haqqında  adətən  irəli  sürülən 
nəzəriyyələr iki hissəyə - zehni və tarixi nəzəriyyələrə bölünür. 
Zehni nəzəriyyələr aşağıdakılardan ibarətdir: 
1-İlahi iradə nəzəriyyəsi
2-Güc və zorakılıq nəzəriyyəsi; 
3-İctimai qərardad nəzəriyyəsi. 
A) İLAHİ İRADӘ NӘZӘRİYYӘSİ 
Qədim  zamanlardan  bəri  haqqında  söz  açılan  nəzəriyyələrdən 
biri  də,  dövlətin  mənşə  və  meydana  gəlməsinin  Allahın  istək  və 
iradəsindən asılı olması ilə əlaqəlidir. Bu nəzəriyyəyə əsasən, dövlət 
Allah  tərəfindən  yaradılmış,  Onun  hakim  nümayəndəsi  də  yer 
üzərindədir. Hakim təyin etdiyi şəxsin verdiyi hökmlər də Onun əmr 
və qanunları ilə tamamilə müvafiq olmalıdır. Ona tabe olmaq vacib, 
verdiyi hökmlərdən boyun qaçırmaq isə günah hesab olunur. 
 Nəzəriyyə  sahibləri  həm  dini  rəhbərlər,  həm  də  padşah  və 
hakimlər  olmuşlar.  Padşahlar  daim  öz  hakimiyyətlərinin  qanuni 
olduğunu sübuta yetirməyə və bu yolla camaatı özlərinə tabe etməyə 
çalışmışlar.  Bu  kimi  hakimlər  həm  müsəlmanlar,  həmdə  digər 
dinlərə  mənsub  olan  millətlər  arasında  hökmüranlıq  etmiş  və  din 
rəhbərlərinin köməyi ilə hakimiyyətlərinin qanuni olduğunu  sübuta 
yetirməyə çalışmışlar. 
 İslam dini bu nəzəriyyəni qəbul etmiş və hakimin hansı şəraitdə 
təyin  olub  və  nə  kimi  xüsusiyyətlərə  malik  olmalı  olduğunu 
əvvəlcədən  müəyyən  etmişdir.  Dini  rəhbərlər,  dünyəvi  rəhbərliklə 
yanaşı,  cəmiyyətin  mənəvi  və  ruhi  rəhbərliyini  də  öz  üzərlərinə 
götürmüşlər.  Nisa  surəsinin  59-cu  ayəsində  onlara  tabe  olmağın 


 
25 
vacibliyi beləcə bəyan olunur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə 
və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!”. 
İslam  dini  (xüsusilə  də  şiə  məzhəbi)  baxımından,  qeyri-dini 
hakimlərin  rəhbərliyə  heç  bir  hüquq  və  səlahiyyəti  çatmır  və 
cəmiyyətə  rəhbərlik  edən  şəxslər  əslində  din  rəhbərlərinin 
çıxardıqları hökmlərin icraçısı hesab olunurlar. 
* * * * 
b) Güc və zorakılıq nəzəriyyəsi 
Bu  nəzəriyyəyə  əsasən  dövlət  zorakı  güclülərin  gücsüzlərə 
göstərdikləri  təziqlər  nəticəsində  meydana  gəlmişdir.  Belə  ki,  onlar 
güc  və  qüdrətdən  məhrum  olan  şəxsləri  özlərindən  asılı  vəziyyətə 
salaraq, dövlət qurmuş və bunun, tamamilə qanuni olduğunu sübuta 
yetirməyə çalışmışlar. Qəbilə, dövlət və güclü ictimai təbəqələri buna 
misal çəkmək olar. 
v) İctimai müqavilələr nəzəriyyəsi 
Siyasi  təşkilatın  meydana  gəlməsi  üçün  ictimai  birlik  və 
həmrəyliklə birgə olan bu nəzəriyyə ictimaiyyətin təbii halda iğtişaş 
və hərci-mərcliyə düçar olduğu halda meydana gəlmişdir. Yaranmış 
belə bir şəraitdə cəmiyyət üzvləri bir yerə toplaşaraq, cəmiyyəti idarə 
etmək  üçün  vahid  siyasi  təşkilatin  yaradılmasının  zəruriliyini 
müzakirə  etmişlər  və  bu  siyasi  təşkilat  sonralar  dövlət  və  ya 
hökumət adlandırılmağa başlamışdır.  Bu nəzəriyyənin tarixi  kökləri 
olub qədim Rum və Yunanıstana qayıtsa da, son dövürlərdə Habez, 
Lak  və  Russo  kimi  mütəfəkkirlər  məhz  belə  bir  əqidəyə 
əsaslanmışlar.  O  şəxslər  ki,  irəli  sürdükləri  nəzəriyyələr  uzun 
müddət Avropaya hakim olmuşdur. 
Tarixi dövlət nəzəriyyələri isə bunlardan ibarətdir
a) Təbii dövlət nəzəriyyəsi; 
 Bu  nəzəriyyə  Aristotel  tərəfindən  irəli  sürülmüşdür.  Belə  bir 
tərzi-təfəkkürə  əsasən,  dövlətin  əsası  insanların  təbii  ehtiyacları  ilə 
əlaqəli olur. Çünki, dövlətin meydana gəlməsinin ən başlıca fəlsəfəsi, 
insan və insanın fizioloji ehtiyacları əsasında meydana gələn  ailənin 
ehtiyaclarını  aradan  qaldırmaqdan  ibarətdir.  O  da  cəmiyyətlərin 
bütün  ehtiyaclarını  aradan  qaldıra  bilmədiyi  üçün  dövlət  və 
hökumətin  mövcud  olması  zəruri  bir  hala  çevrilir,  belə  çıxır  ki, 
dövlət  cəmiyyətlərin  bütün  bu  ehtiyacları  ödəyə  bilmədiyi  üçün 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə