Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə12/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

 
32 
 Qanunverici orqanlar icra olunacaq işlərin bir qisminə müdaxilə 
etmək hüququna malik olurlar. Ölkənin beynəlmiləl təşkilatlara üzv 
olması,  dövlətin  maliyyə  işlərinə  nəzarəti,  qəti  qərar  qəbul  edən 
orqan və təşkilatlarda iştirak etməyi buna misal çəkmək olar. 
6-Mühakimə 
Qanunverici  orqan  Amerika  və  Fransa  kimi  ölkələrdə  dövlətin 
yüksək  vəzifəli  icraçı  şəxslərini  mühakimə  etmək  hüququna 
malikdir. 
7-Təhqiq və araşdırma 
MM nazir və nazirliklərin göstərdikləri fəaliyyət və iş funksiyası, 
habelə  dövlətin  qarşılaşdığı  böhran  vəziyyətini  təhqiq  və  araşdırma 
hüququna malikdir. 
8-Məlumatlandırma 
Qanunvericiliyə  dair  baxış  və  məlumatların  genişləndirilməsi  ən 
ömdə və zəruri məsələlərdən biridir. Bu səbəbdən qanunverici orqan 
ona  lazım  olan  məlumatları  genişlərdirmək  məqsədilə,  bu 
istiqamətdə  addım  atır.  İran  İslam  Respublikasının  İslam  şurasını 
buna misal çəkmək olar. Qarşıya qoyulan bu məqsədə çatmaq üçün 
kompyüterləşdirilmiş  informasiya  və  MM-in  Təhqiqatlar  Mərkəzi 
dövlət  vəkillərinin  məlumatlarını  daha  da  genişləndirmək  üçün 
müxtəlif  mövzularda  məqalə  yazmağa  və  seminarlar  keçirməyə 
başlamışlar. 
(1-4-2) İCRAEDİCİ ORQAN 
İcraedici  orqan  dövlətin  ixtiyarında  olan  qüdrətin  böyük  bir 
hissəsini  təşkil  edir.  Tarix  boyu  aparıcı  rol  oynayan  və  tam  şəkildə 
dövlətin  qüdrət  və  gücünə  nəzarət  edən  bu  orqan,  demokratiya 
genişləndikdən  sonra  məhkəmə  və  qanunvericilik  orqanları  ondan 
ayrıldıqları  üçün  öz  funksiyasını  məhdudlaşdırmalı  olmuşdur. 
Maliyyə,  idari  məsələlər,  nizam-intizam,  təhlükəsizliyin  təmin 
olunması  və  məlumatların  əldə  olunmasına  nəzarət  edən  bu  dövlət 
orqanı, digər sahələrə də öz təsirini göstərə bilir. 
Halbuki,  icraedici  orqanda  hegemon  qurumların  işləri  qanuna 
salınmış  və  onlara  zəmanət  verilmişdir.  Lakin,  əmələ  gəldikdə 
hegemon qurumlar tərəfindən sui-istifadə olunmuşdur.  


 
33 
İcraedici  orqan  dövlət  strukturunun  bir  hissəsini  təşkil  edir  və  o 
iki  hissədən  yəni  dövlət  rəhbərindən  (prezident)  və  baş  nazirdən 
ibarətdir. İran və Amerika kimi ölkələrdə isə, hər iki vəzifəni dövlət 
rəhbəri  yəni  prezident  idarə  edir.  İran  İslam  Respublikasında 
prezident qanunverici, icraedici və məhkəmə orqanlarını bir-birlərini 
həmahəng  edən  rəhbərliyin  nəzarəti  altında  icraedici  orqana 
rəhbərlik  edir.  Dünyanın  bir  çox  ölkələri  respublika  və  demokratik 
üsulla idarə olunurlar. Ölkəyə rəhbərlik edən prezident üçlük təşkil 
edən  dövlət  orqanlarını  (yəni  qanunvericiliyi,  icraedici  və 
məhkəməni)  bir-birləri  ilə  həmahəng  etməklə  yanaşı,  icraedici 
orqanda  da  üzərinə  düşən  vəzifələri  yerinə  yetirir.  Prezident 
icraedici orqana daha çox meyl etdiyi üçün onun rəhbərlik etdiyi bu 
orqan digər sahələrə daha çox təsir göstərir. 
İcraedici orqanın özü isə bir neçə təşkilatlardan ibarət olur: 
1-Nazirlər kabineti 
Müxtəlif  nazirliklərdən  ibarət  olan  bu  orqan,  cəmiyyətin  idarə 
olunması,  ehtiyaclarının  aradan  qaldırılması  və  dövlətlər  arasında 
sıx  əlaqələrin  yaradılması  və  sö  məsələləri  öz  üzərinə  götürür  və 
bütün  bunlar  icraedici  orqanın  qanunları  çərçivəsində  həyata 
keçirilir.  Dövlət  üzərinə  düşən  vəzifələrin  öhdəsindən  gəlmək  üçün 
bütün  nazirlik  və  təşkilatlarda  idarəetmə  üsulunu  genişləndirməli 
olur.  Qəbul  olunmuş  qanunları  icra  etməklə  yanaşı,  özü  də 
qanunvericilik  prosesində  yaxından  iştirak  edir.  Onun  iştirakı  isə, 
aşağıdakı iki halda mümkün olur: 
1-Hər hansı bir layihəni təklif və təşkil etməklə nəzərdə tutulmuş 
qanun layihəsi parlamentə təklif olunur və onun əsasını qoyur. 
2-Qəbul  olunmuş  qanunlar  üçün  nizamnamə  hazırlayıb,  onu 
təsdiq  edir.  Bu  isə  tək  qanuni  və  siyasi  xarakter  daşımayıb,  bəzən 
hətta qəbul olunmuş qanunları açıqlayır. 
Әslində qanunvericiliyin mahiyyətini təşkil edən də məhz nizam-
intizamın bərqərar olunmasıdır. 
Nazirlər  kabineti  bir  çox  ixtiyarlara  malik  olsa  da,  qanunverici 
orqana tabe olur və bunun üçün də öz fəaliyyəti üçün parlamentdən 
etimad rəyi almalı olur. 
Özünün qanuni fəaliyyətinə isə, yalnız millət vəkillərinin müsbət 
rəylərini 
aldıqdan 
sonra 
başlayır. 
Parlamentin 
etimadını 


 
34 
qazanmadıqda,  onlar  üzərlərinə  düşən  məsuliyyətlərdən  dərhal 
kənarlaşdırılırlar. 
2-Ordu və müdafiə 
Böyük  qüdrətə  malik  olan  ordu,  ölkənin  təhlükəsizliyini  təmin 
etmək və  xarici təcavüzlərin  qarşısını  almaq məqsədilə  təsis  olunur. 
Orduya  rəhbərlik  və  ondan  istifadə  isə,  birbaşa  ölkə  başçısının 
öhdəsinə düşür. Çünki ordu icraedici orqanın bir hissəsini təşkil edir. 
Ordudan  istifadə  qanuni  olsa  da,  lakin  nizam-intizamı  bərqərar 
etmək  məqsədilə,  qiyam  və  çevrilişlərin  yatırılmasında  icraedici 
orqanın  ixtiyarında  olur.  Belə  bir  istifadə  qanuni  olsa  da,  yadelli 
təcavüzkarların  qarşısını  almaq  və  təhlükəsizliyi  təmin  etmək 
məqsədi ilə yaradılmış ordunun iş funksiyası bir qədər fərqlənməyə 
başlayır.  Bu  kimi  hallarda  ordu  özünün  müdafiəetmə  funksiyasını 
təhdükəsizliyi təmin etməklə, əvəz edərək tənəzzülə uğrayır. 
3-Kütləvi informasiya vasitələri (KİV) 
Cəmiyyətin dünya görüşü və tərzi-təfəkkürünün artmasına səbəb 
olan  ən  başlıca  amillərdən  biri  də,  kütləvi  informasiya  vasitələridir. 
Radio,  televiziya,  qəzet,  jurnal  və  müxtəlif  vasitələrlə  yayımlanan 
elmi,  iqtisadi,  ictimai,  siyasi  və  s.  məlumatlar,  ümumi  kütlənin 
dünya görüşünü daha da genişləndirir və onlara daha sağlam tərzi-
təfəkkürə yiyələnməyə köməklik edir. 
KİV-in  apardıqları  təbliğatlar  o  qədər  güclü  olur  ki,  bir  çox 
hallarda  dövlət  və  dövlət  orqanlarının  məkirli  niyyətlərini  araşdırıb 
üzə çıxarır. KİV istər dövlətin olsun, istərsə də ayrı-ayrı şəxslərin, bir 
çox hallarda icraedici orqanın sui-istifadəsinə səbəb olur.  
(1-4-3) Məhkəmə 
Məhkəmə orqanının üzərinə düşən ən başlıca vəzifəsi, fərdi və ya 
ictimai  hüquqları  qorumaq,  qanunsuzluğa  yol  verən  şəxsləri 
müvafiq  qanunlar  çərçivəsində  cəzalandırmaq  və  cəmiyyət 
üzvlərinin  bir-birlərinə  qarşı  yürütdükləri  ittihamların  qarşısını 
almaqdan ibarətdir. 
Məhz bu orqan sayəsində cəmiyyət üzvləri və cəmiyyətlə dövlət 
arasında  olan  münasibətlər  daha  da  yaxşılaşaraq,  öz  adi  axarına 
düşmüş olur.  Başqa  sözlə  desək,  qanun  icra  olunmaqla,  cəmiyyətdə 
ictimai  ədalət  bərqərar  olunmuş  olur.  İctimai  ədalətin  bərqərar 
olunması məhz məhkəmə orqanının üzərinə düşür. 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə