Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə20/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

 
58 
etdikləri  hərəkatlardan  yaranmış  qorxu  hissi,  hakimiyyəti  qorumaq 
və  xarici  siyasət  onu  bac-xərac  üsulundan  istifadə  etməyə  vadar 
edirdi. Belə ki, qərb sərhədlərinin qorunması və Rum imperatorluğu 
tərəfindən təcavüzə məruz qalması üçün hər il onlara külli miqdarda 
bac-xərac vermiş və beləliklə, Peyğəmbərin (s)-ın tətbiq etdiyi siyasət 
və idarə etdiyi dölətçilik üsulundan uzaq düşmüş olur.  
Buraxılan  böyük  səhvlərdən  birini  də,  hicrətin  İİ  yüzilliyinə 
Harun  Әr-rəşidin  xilafət  dövründə  müşahidə  etmək  olar.  İslam 
ölkələrinin  sərhədləri  Avropada  Fransadakı  Luvr  çayından 
başlayaraq,  Asiyada  Hindistan  və  mərkəzi  Afrika  dövlətlərini  əhatə 
etdiyi bir halda, Peyğəmbər (s)-ın meyarları ilə beynəlmiləl siyasətin 
icra  olunması  üçün  bütün  lazımi  şəraitin  olmasına  baxmayaraq, 
madiyyat  və  şan-şöhrət  arzusu,  Abbasi  xəlifələrinə  ixtiyarlarında 
olan qüdrətdən  İslamın  genişlənməsi yolunda  istifadə etməyə  mane 
olurdu. 
(2-1-6) OSMANLİ İMPERATORLUĞU VӘ BEYNӘLMİLӘL 
ӘLAQӘLӘR 
Bu  dövrdəki  beynəlmiləl  əlaqələr  iki  nöqteyi-nəzərdən  böyük 
əhəmiyyət kəsb edir.  
1-Qüdrət  baxımından  Osmanlı  imperatorluğunun  son  həddə 
çatması  və  əraziləri  genişləndirmək  məqsədi  ilə  müxtəlif  ölkələrə 
qarşı olunan qeyri-məntiqi zorakılıq;  
2-İmperatorluğun  zəifləməsi  və  qərb  tərzi-təfəkkürünün  tətbiq 
etdiyi beynəlmiləl siyasət barədə yalnış təsəvvürün yaranması.  
Belə  bir  yalnış  tərzi-təfəkkür  onlarda  elə  təsəvvür  yaratmışdı  ki, 
Osmanlı imperatorluğu beynəlmiləl əlaqələrdə sülh və əmin-amanlıq 
tərəfdarı olmuş və daim həmrəylik siyasətini irəli sürmüşdür. Lakin 
bu  heç  də  belə  olmamışdır.  Çünki  nə  qədər  ki  osmanlılar 
hakimiyyətdə  idi,  bir  an  belə  silah  yerə  qoyulmamış  və  daim  cihad 
və  müharibə  əhval  ruhiyyəsi  hökm  sürmüşdür.  İxtiyarlarında  olan 
qüdrəti əldən verib zəiflədikdən sonra sülh və atəşkəs şüarı verməyə 
başlamışlar.  Digər  tərəfdən  də,  qərb  ölkələrini  istismar  edib  və 
onların  imkanlarından  istifadə  etmək  üçün  osmanlıların  verdikləri 
sülh  şüarlarından  bəhrələnərək,  öz  istismar  planlarını  daha  da 
genişləndirməyə 
başlamışdılar. 
Çünki 
onlar 
müsəlmanların 


 
59 
göstərdikləri bu zəifliyə hər şeydən daha çox diqqət yetirir və onların 
daha da zəifləməsinə şərait yaradırdılar.  
1535-ci  ildə  fransız  İ  Fransua  ilə  Osmanlı  əmiri  İ  Süleyman 
arasında  ilk  dəfə  olaraq  saziş  bağlanılır.  Osmanlı  xəlifəsi  sazişin 
birinci  bəndinə  əsasən,  iki  şeyə  razı  olur.  Bu  da,  İslamın  siyasi  və 
hüquqi strukturunda böyük bir inqilabın baş verməsinə səbəb olur: 
1-İslami  və  qeyri-islami  ölkələr  arasında  gedən  daimi 
müharibələrə  son  qoyub,  əvəzində  Fransa  və  Osmanlı  dövləti 
arasında daimi sülhün bərqərar olunma istəyi;  
2-Sazişin  müddətini  on  ildən  həmişəliyə  əvəz  edilib,  xarici 
mənafenin qeyri-cihad yolu ilə əldə olunma istəyi. 
Aydındır  ki,  beynəlmiləl  siyasətdə  aparılan  belə  bir  dəyişiklik 
İslamın  deyil,  Osmanlı  xəlifəsinin  siyasəti  olmuşdur.  Bütün  bunlara 
isə,  1529-cu  ildə  Osmanlı  imperatorluğunun  Vyenada  etdiyi  hücum 
və ağır məğlubiyyətə uğraması səbəb olmuşdur. Bunu nəzərə alaraq, 
Osmanlı  imperatorluğu  məcburiyyət  qarşısında  qalaraq,  Avropa  ilə 
sülh müqaviləsini bağlamağa razılıq verir.  
Osmanlıların  bağladıqları  sazişlər,  İslami  beynəlmiləl  hüquq  və 
qanunlardan  xəbər  verməzdən  əvvəl  sazişin  özünəməxsus  şəraitdə 
bağlandığına  dəlalət  edir.  Belə  ki,  Osmanlı  dövlətinin  Avropadakı 
nümayəndəsi  bu  mətləbə  işarə  edərək  deyir:  "Hər  bir  ölkənin  iki 
siyasəti olmalıdır. Biri ölkənin xarici rəftar və davranışlarının əsasını 
təşkil edən daimi, digəri isə zamanın tələblərinə uyğun olaraq tətbiq 
olunan müvvəqəti siyasət". 
Demək  osmanlıların  göstərdikləri  zəifliyi  ikinci,  yəni  müvəqqəti 
siyasətə aid edə bilərik. Bu səbəbdən osmanlıların həyata keçirdikləri 
siyasət, İslamın xarici siyasəti ilə tamamilə fərqli olmuşdur.  
Әlbətdə, cihad və mübarizə üçün kifayət qədər qüdrət olmadıqda 
sülh  siyasətini  həyata  keçirmək,  İslamın  beynəlmiləl  siyasəti  ilə  heç 
də  ziddiyyətlik  təşkil  etmir.  Lakin  bu  bütün  dövrlərə  şamil  deyil. 
Həyata keçirilən siyasətlər bəzən də beynəlmiləl qanunlar ilə müxalif 
olmuşdur.  
İslam  qanunlarından  xaric  olan  xarici  vətəndaşlara  qarşı 
bağlanılan sazişlərdə kapitulasiya sisteminin
1
 qəbul olunmasını buna 
                                                 
1
 Kapitulasiya sistemi - bir ölkənin digərinə məğlub olduğunu rəsmən etiraf edib
tanımasına deyilir.  


 
60 
misal  çəkmək  olar.  Bütün  bunlara  baxmayaraq,  həmin  dövürdə 
Konstantinopolun  müsəlmanlar  tərəfindən  fəth  olunması  mühüm 
tarixi  hadisələrdən  biri  hesab  olunur.  1452-ci  ildə  müsəlmanların 
əldə  etdikləri  bu  böyük  qələbə,  Avropanın  inkişaf  etmiş  müsəlman 
dünyasının  elmi  nailiyyətləri  ilə  tanış  olmalarına  və  eyni  zamanda, 
öz  geriliklərini  müşahidə  etmələrinə  səbəb  olur.  Bütün  bunlar  isə, 
kilsənin bütün Avropaya zülm etdiyi zorakılıq və yerli əhaliyə qarşı 
ağır  cinayətlər  törətdiyi  dövrə  təsadüf  edir.  Məhz  həmin  dövrdə 
siyasət  və  fəlsəfə  alimləri,  insanların  nəfs  və  cəmiyyətlərin  siyasətin 
üzərinə  qoyduğu  təsirlər  haqqında  yeni  nəzəriyyələr  irəli  sürməyə 
başlamışlar.  Bütün  bu  amillər  əl-ələ  verərək,  yaradılan  əlaqələrdə 
ciddi dəyişiklərə və "ronesans" adlı yeni dövrün meydana gəlməsinə 
səbəb oldu.  
Beləliklə,  "Siyasi”,  “hakimiyyət  cəmiyyəti"  kimi  məfhumlar  yeni 
tərzdə  açıqlanmağa  başlanmışdı.  "Milliyyəçilik"  tərzi-təfəkkürü 
tədriclə  meydana  gələrək,  keçmişdə  baş  verən  dini  və  əqidəvi 
müharibələr, ölkələr arasında milli döyüşlərə çevrilir. 
Müxtəlif  milliyyətlər  əsasında  milli  dövlətlər  və  yeni  dövlətçilik 
üsulu  meydana  gəlir  və  bütün  bunlar  başqa  bir  yeni  elmin,  yəni 
beynəlmiləl əlaqələrin meydana gəlməsinə münasib şərait yaradır.  
(2-1-7) MÜASİR DÖVR VӘ İSLAM DÜNYASİNDA 
BEYNӘLMİLӘL ӘLAQӘLӘR  
Osmanlı  imperatorluğu  süquta  uğradıqdan  sonra  dinin 
siyasətdən  ayrılması,  müsəlman  millətlərin  Qərbin  siyasi  və  hüquqi 
üsullarına  üz  tutması,  dövlət  və  qanunun  şəriətdən  ayrılması  və  bu 
kimi  sair  məsələlər  ortaya  çıxır  və  beləliklə,  qərb  həyatın  bütün 
sahələrində,  İslam  ölkələrində  hökmüranlıq  etməyə  başlayır. 
Müsəlmanların  zəiflik  göstərməsi  siyasi,  iqtisadi  və  mədəniyyət 
sahələrində  qərbə  olan  asılılığa  və  İslam  dünyasında  İsrail  adlı 
xərçəngin  meydana  gəlməsinə  səbəb  olur.  Qərb  tərzi-təfəkküründə 
artıq İslamın siyasi və hüquqi hakimiyyəti heç bir məna və məfhum 
kəsb etmirdi.  
İİ  Dünya  Müharibəsi  başa  çatdıqdan  sonra  Qərbin  İslam 
dünyasına  hakim  olması,  İslami  hakimiyyətin  yenidən  bərpa 
olunacağını  demək  olar  ki,  qeyri-mümkün  hala  çevirirdi.  Çünki, 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə