Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə21/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

 
61 
sonralar  İslami  ərazilərdə  və  beynəlmiləl  səhnədə  meydana  gəlmiş 
yeni  dövlətlər  Qərb  siyasəti,  hüquq  və  tərzi-təfəkkürü  əsasında 
formalaşırdı.  Lakin  panislamizm  hərəkatlarının  meydana  gəlməsi, 
İslam  konfranslarının  təşkil  olması  və  ən  başlıcası  son  əsrdə  İranda 
İslam  İnqilabının  baş  verməsi  və  onun  dünya  siyasətində  ifa  etdiyi 
rol,  müsəlman  ölkələrinə  və  beynəlmiləl  əlaqələrə  böyük  təsir 
qoymuşdur. Bu tarixi hadisə bir daha qəlblərdə ümumdünya  İslami 
birlik  çırağının  şölələnməsi  və  beynəlmiləl  İslami  qanunların 
yaşadılmasına  səbəb  olmuşdur.  Beləliklə,  elm  və  əməl  sahələrində 
edilən səylər nəticəsiz qalmır.  
Böyük  qüdrətlər  arasında  yaranmış  ixtilafları  və  onların  strateji 
baxımdan  bir-birlərinə  qarşı  durmalarını  nəzərə  alaraq,  dünya 
müsəlmanlarının birliyə can atıb, əvvəlki qüdrətini yenidən əldə edə 
biləcəyinə daha çox ümid bəsləmək olar.  
Hal-hazırki dövrdə baş verən hadisələr - istər İslam dövlətlərinin 
bir-birləri  ilə,  istərsə  də  qeyri-islam  dövlətlərlə  yaradılan  əlaqələr  - 
İslam  dünyasının  beynəlmiləl  əlaqələri  kimi  qələmə  verilməlidir. 
Çünki islami əlaqələrə hakim olan təvəlla və təbərra (Allahın dostları 
ilə  dostluq,  düşmənləri  ilə  düşmənçilik)  kimi  mühüm  bir  məsələ 
artıq unundulub xatirələrdən silinmişdir.  
Quran nöqteyi nəzərindən insanları üç qismə bölmək olar. 
1-Müsəlman;  
2-Qeyri-müsəlman; 
3-Dinsiz (kafir). 
Hal-hazırda  bu  üç  ünsürün  dünyada  mövcud  olduğunun 
şahidiyik 
Qurani-kərim  ayrı-ayrılıqda  onların  hər  birinə  müraciət  edərək, 
müəyyən  hüquq  və  ixtiyarlara  malik  olduqlarını  bildirir.  Ali-imran 
surəsinin 64-cü  ayəsində buyurulur:  “[Ya  Məhəmməd!] Söylə  ki:  Ey 
kitab  əhli,  sizinlə  bizim  aramızda  eyni  olan  [fərqi  olmayan]  bir 
kəlməyə tərəf gəlin! [O kələmə budur ki]: "Allahdan başqasına ibadət 
etməyək.  Ona  şərik  qoşmayaq  və  Allahı  qoyub  bir-birimizi 
[özümüzə] Rəbb qəbul etməyək!". 
Göründüyü  kimi,  birinci  hissəsi  ümumilikdə  müşrüklərə 
şamildir. Orada Allahdan başqa bir varlığa ibadət etməyib, ona şərik 
qoşulmamalı  olduğu  bildirilir.  Ayənin  ikinci  hissəsi  isə  bütün 


 
62 
insanlara, o cümlədən ümumilikdə dinsizlərə şamil olub, onlara bir-
birlərinə və ya digər Allah hesab etdikləri varlıqlara ibadət etməməli 
olduqları bildirilir.  
Quran  bu  üç  ünsürə  müraciət  etməklə  yanaşı,  müsəlmanlara 
onların  hüquqlarını  taptalamamağı,  hətta  onlarla  ədalətlə  rəftar 
etmələrini  belə  tövsiyə  edir.  Mumtəhinə  surəsinin  8-ci  ayəsində  bu 
haqda  buyurulur:  “Allah  din  yolunda  sizinlə  vuruşmayan  və  sizi 
yurdunuzdan  çıxartmayan  kimsələrə  yaxşılıq  etməyi  sizə  qadağan 
etməz. Allah ədalətli olanları sevər!”. 
Quranın müsəlmanlara verdiyi əsaslı hökmlərdən biri də bundan 
ibarətdir  ki,  bəşəriyyətə  hörmət  və  ehtiramla  yanaşmalı  və  yalnız  o 
kəslərə  üz  çevirməlidirlər  ki,  onları  ictimai  və  siyasi  təyziqlər  altına 
qoymuş  olsunlar.  Bununla  yanaşı,  onlara  qarşı  bağladıqları  əhd-
peymanı sındırmadıqlarınadək,  sadiq qalmaqlarını  əmr edir:  “Onlar 
sizinlə doğru-düzgün davrandıqca [əhdi pozmadıqca], siz də onlarla 
doğru-düzgün dolanın
1

Başqa  bir  ayədə  Quran  bizə  başqaları  ilə  gözəl  davranmağı  əmr 
edir: “İnsanlarla xoş danışın”
2
.  
Başqa bir ayədə isə bizlərə din və milliyyətindən asılı olmayaraq, 
kimsənin  haqqını  taptamamaq  əmr  olunur:  “İnsanların  haqqını 
azaltmayın”
3
.  
Bu ayə Qurani-kərimdə üç peyğəmbərin dilindən bəyan olunur.  
Demək, Quranın dəvəti hər üç ünsürə şamil olunur.  
Bilməliyik  ki,  Qurani-kərim  tək  məsum  imamların  dövründə 
yaşamış insanlara deyil, bəlkə bütün dövrlərdə yaşamış və müəyyən 
səhvlər  buraxmaqla  yanaşı,  həqiqəti  dərk  edib  dini  hökmləri  hər 
yerdə yaymağa qadir olan bütün insanlara şamil edilir. 
Belə bir  yüksək  hədəfə  çatmaq  üçün  Qurani-kərim  üzərimizə  iki 
mühüm  vəzifə  qoymuşdur.  Onlardan  biri  yaxşı  işlər  görüb  və 
başqalarını  buna  sövq  etmək,  digəri  isə,  pis  işlərdən  uzaq  olub, 
başqalarını  da  ondan  uzaq  olmağa  çağırmaqdan  ibarətdir.  Həcc 
surəsinin 41-ci ayəsində deyilir: “O kəslər ki əgər onları yer üzündə 
yerləşdirsək  [onlara  bir  yer  versək]  namaz  qılar,  zəkat  verər, 
                                                 
1
 Tövbə surəsi, ayə 7 
2
 Bəqərə surəsi, ayə 83 
3
 Әraf surəsi, ayə 85; Hud surəsi, ayə 85; Şüəra surəsi, ayə 83 


 
63 
[insanlara]  yaxşı  işlər  görməyi  əmr  edib,  pis  işlər  görməyi  qadağan 
edərlər”. 
Deyilənlərdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  müqəddəs  İslam 
dini bütün insanlara hörmət və ehtiram gözü ilə baxmaqla yanaşı, öz 
davamçılarına  bütün  bacarıqlarına  islah  olub  xoşbəxt  həyata  nail 
olmalarına doğru istiqamətləndirmələrini əmr edir. 
İSLAMİN BEYNӘLXALQ ӘLAQӘLӘRİNӘ HAKİM OLAN 
ÜMUMİ QANUNLAR  
Qədim  zamanlardan  bəri  müxtəlif  millətlər  öz  ehtiyaclarını 
aradan  qaldırmaq  üçün  qonşuluqlarında  yaşayan  digər  millətlərlə 
qarşılıqlı iqtisadi, ticari və mədəni əlaqələr yaratmış və bir-birlərinin 
hüquqlarına riayət edərək, keçirdikləri siyasəti səmimi münasibət və 
əlaqələr əsasında qurmuşlar. 
Dövlətlər  meydana  gəlib  onların  aralarında  sərhədlər  təyin 
olunduqdan  sonra  beynəlmiləl  əlaqələr  özünün  yeni  mərhləsinə 
qədəm qoyur. 1789-cu ildə Böyük Fransa İnqilabı baş verməklə, milli 
hakimiyyət nəzəriyyəsi və beynəlmiləl əlaqələr bir elm kimi daha da 
təkmilləşmişdir.  
Bu  fəsildə  riayət  olunduğu  təqdirdə,  dövlət  və  millətlərin 
hakimiyyət  və  müstəqilliklərinin  qorunmasına  səbəb  olan  və 
müqəddəs  İslam  dininin  beynəlmiləl  əlaqələrdə  qüvvədə  olan 
pozulmaz  qanunlarından  biri  hesab  olunan  prinsiplərə  işarə  etmək 
istəyirik.  Prinsip  isə,  hər  şeydən  əvvəl  əməli  olaraq  icra  olunan 
bünövrəli  qanuna  deyilir.  İslamın  hüquqi  prinsiplərinə  gəldikdə, 
onlar zamanın keçməsinə baxmayaraq, öz etibarını itirməyən ümumi 
və əbədi qanunlar məcmuəsidir.  
Onlar aşağıdakılardan ibarətdir: 
1-Sülh  və  əmin-amanlıq  şəraitində  müştərək  həyat  prinsipi 
(beynəlmiləl anlaşıqlıq); 
2-Ümumdünya çağırış prinsipi; 
3-Müdaxilə etməmək;  
4-Әhdə vəfa prinsipi (Beynəlmiləl sazişlərin zəruriliyi);  
5-Qarşılıqlı mübarizə; 
6-Dövlətlərin  tam  azadlıq  hüququna  dair  bərabərlik  prinsipi, 
müstəqillik və hakimiyyət


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə