Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə10/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

 
26 
dövlət və  hökumətin  mövcud  olması  zəruri  bir  hala  çevrilir.  Dövlət 
mövcud  olduğu  bir  halda,  “dövlətin  mövcud  olması  zəruriliyi” 
uyğun  gəlmir.  Bu  fikir  bu  cür  ola  bilər  ki,  cəmiyyət  təkbaşına  öz 
ehtiyaclarını  ödəyəbilmə  qüdrətinə  malik  olmadığı  üçün  dövlət  və 
hökumətin mövcud olmasını zəruri bir hala çevrilir] 
b) Dövlətin varislik nəzəriyyəsi 
Bu  nəzəriyyəyə  əsasən,  dövlət  ailənin  genişlənməsi  nəticəsində 
meydana  gəlir.  Yəni  vahid  bir  ailə  bir  neçə  hissəyə  bölünərək, 
getdikcə  genişlənmişdir.  Belə  olduqda,  bu  böyük  ailəyə  daha  dəqiq 
desək  sülaləyə,  yaşlı  bir  şəxs  rəhbərlik  etməyə  başlayır.  İlkin  olaraq 
qəbilə  başçıları  qadınlar  olmuş  və  bu  səbəbdən  belə  bir  rəhbərlik 
matriarxat üsul adlandırılmışdır. Bir çox hallarda isə kişilər rəhbərlik 
etdikləri  üçün  belə  bir  rəhbərlik  patriarxat  üsul  adlandırılmışdır. 
Bəzən  də  bu  sülalələr  müəyyən  məntəqədə  məskunlaşmış  qəbilə  və 
tayfalara  çevrilmiş  və  beləlik  də,  dövlətin  meydana  gəlməsi  üçün 
münasib şərait yaranmışdır. 
v) Dövlətin tarixi təkamül nəzəriyyəsi 
Doktor  Karnerin  fikrincə,  dövlətlər  nə  Allah  tərəfindən,  nədə 
zorakılıq  və  ailələrin  genişlənməsi  nəticəsində  meydana  gəlmişdir. 
O,  dövlətlərin  meydana  gəlməsinin  ən  başlıca  səbəbini,  insanın 
ictimai  təkamülündə  görür.  İctimai  təkamüldə  payı  olan  ən  başlıca 
amillər isə bunlardan ibarətdir: 
1-Qohumluq əlaqələri; 
2-Din və məzhəb; 
3-Sehr və cadu; 
4-Malikiyyət və iqtisadi təbəqələrin meydana gəlməsi
5-Müharibə və zorakılıq; 
6-Zirəklik və siyasi bacarıq; 
Yeni  dövlətlərədək  bütün  ilkin  dövlətlər  qeyri-münəzzəm 
təkamül mərhlələrini ötüb keçmişlər. Dövlətlərin tədrici təkamülünü 
isə aşağıdakı hissələrə bölmək olar: 
1-"İlkin imperatorluqlar" 
Bu  imperatorluqlar  qəbilə  dövlətlərinin  patriarxat  və  ya 
matriarxat  formasında  yarandıqdan  sonra  meydana  gəlmişdir.  İlk 
dəfə  olaraq  belə  bir  imperatorluqlar  şərqdə  yaranmışdır.  Sumeriya, 


 
27 
Aşuri, İran, Misir və Çinlilərin imperatorluqlarını buna misal çəkmək 
olar. 
2-İlkin şəhərlər dövləti 
Bu  dövlətlər  ilk  dəfə  olaraq  Egey  dənizinin  sahilində  və  Balkan 
yarmadasının  müxtəlif  məntəqələrində  meydana  gəlmişdir.  Bu 
məntəqələrin  təbii  şəraiti  sükunət  yerlərinin  bir-birlərindən  ayrı 
düşmələrinə  səbəb  olmuş  və  nəticədə,  yarımadada  məskunlaşmış 
qəbilələr  dövlət  halına  çevrilmişlər.  Qədim  Afina  və  Spartada 
yaranmış dövlətləri buna misal çəkmək olar. Yunanlılar yaranmış bu 
kiçik dövlətləri “polis” adlandırardılar. Onlar adətən yüksəkliklərdə 
möhkəm  qalalar  qurar  və  təhlükə  ilə  üzləşdikdə  oraya  pənah 
aparardılar.  Bu  şəhər  və  ya  polislərin  hər  biri  təbii  şəraiti  (adanın 
coğrafi  mövqeiyyəti)  nəzərə  alaraq,  ümumi  sığınacaq  yerini 
möhkəmləndirmək 
üçün 
əhatə 
dairələrini 
genişləndirməyə 
çalışardılar. 
3-Rum imperatorluğu 
Rumlular  çox  gözəl  idarə  olunan  imperatorluq  təsis  etməyə  nail 
olurlar və bunun üçün bir sıra qanun və nizamnamələr yazıb, əməli 
olaraq  onları  icra  etməyə  başlayırlar.  Onlar  birlik  olmadan 
demokratiyanı  əldə  edən  yunanların  əksinə  olaraq,  siyasi  birliyə 
demokratiyanı qurban verməklə nail olurlar. 
4-Feodal hökuməti 
Feodal  hökumətin  dəqiq  tarixi  bizə  bir  o  qədər  də  bəlli  deyildir. 
Lakin bəlli olan budur ki, o Rum imperatorluğunun süqutundan və 
daxili  hərc-mərclik  yarandıqdan  sonra  meydana  gəlmişdir.  Rum 
imperatorluğuna  qarşı  çıxan  nisbi  azadlıq  və  muxtariyyata  malik 
olan  qəbilələr,  ixtiyarlarında  olan  əraziləri  ən  başlıca  gəlir  mənbəyi 
hesab  edirdilər.  Yaranmış  belə  bir  şəraitdə  böyük  mülkədarların 
rəhbərlik  etdikləri  qüdrətlər  meydana  gəlir.  Mülkədarların 
torpaqlarından  istifadə  edən  əkinçilər  isə  onların  tam  tabeçiliyində 
idilər.  Feodallara  gəldikdə  isə  onlar  dövlətin  meydana  gəlməsinə 
böyük maneə yaradırdılar. 
5-Yeni dövlət 
Feodalizm  genişləndikcə  və  latın  dili  öz  yerini  məhəlli  dillərə 
verdikcə,  müxtəlif  millətlərin  yaşadıqları  ərazilər  bir-birlərindən 
fərqlənməyə  və  milliyyətçilik  hissi  özünü  biruzə  verməyə  başlayır. 


 
28 
Eyni  zamanda,  şəhərlər  inkişaf  edərək  genişlənir  və  ticarət  daha 
geniş  vüsət  halı  tapmağa  başlayır.  Yeni-yeni  ixtiralar  olunur  və 
protestant  hərəkatının  köməyi  ilə  camaat  arasında  dini  inqilab  baş 
verir.  Fərdi  və  ümumi  tərzi-təfəkkür  getdikcə  güclənir  və  vətən 
sevgisi qəlblərdə özünə yer etməyə başlayır. 1648-ci ildə  İngiltərədə 
baş  verən  inqilab  İngiltərənin  özündə,  Fransa  və  İspaniyada  dövlət 
və  dövlətçiliyin  yeni  məfhumunun  meydana  gəlməsinə  səbəb  olur. 
Orta  təbəqənin  meydana  gəlməsi  və  ümumi  kütlənin  siyasi  azadlıq 
və  demokratiya  istəyi,  tədriclə  dövlətlərin  güclənməsinə  gətirib 
çıxarır.  İndinin  özündə  də  müstəqil  ölkələrin  bir  çoxunu  məhz  belə 
bir hakimiyyət üsulu idarə edir və hal-hazırda bu müstəqil ölkələrin 
sayı iki yüzə çatır. 
(1-4) DÖVLӘT QURULUŞU 
Dövlət,  qüdrətlərin  ayrılması  nəzəriyyəsinə  əsaslanan  üç 
hissədən  ibarətdir.  Aristotelin  zamanında  qədim  Yunanda  siyasi 
mütəfəkkirlər  hökumətin  ixtiyarında  olan  qüdrətləri  üç  hissəyə 
bölmüşlər; 
1-Qanunverici (və ya qanunları tənzimedici qüdrət); 
2-İcraedici (icraçı qüdrət); 
3-Məhkəmə. 
Onlardan hər biri isə özünə məxsus quruluşa malik olur. 
XVİİİ əsrin görkəmli fransız mütəfəkkiri Mentesyu, fərdi azadlıq 
və  hüquqları  müdafiə  etmək  məqsədilə,  qüdrətin  ayrılma 
nəzəriyyəsini  müdafiə  edən  ilk  şəxs  olmuşdur.  Onun  dövründə 
Fransaya  zalım  və  sitəmkar  padşahlar  hökmüranlıq  edirdi.  Lakin 
İngiltərə  heç  də  bu  vəziyyətdə  deyildi.  Monteskyu  İngiltərədə 
olduğu  müddətdə  orada  Fransadan  fərqli  olaraq  camaatın  fərdi 
azadlıqdan  bəhrələndiyini  və  onlara  dövlət  tərəfindən  heç  bir 
zorakılığın  tətbiq  olunmadığını  müşahidə  edir.  Gördüyü  şəraitdən 
mütəəssir  olaraq  o,  1748-ci  ildə  özünün  "Qanunular  ruhu"  adlı 
məşhur əsərində qüdrətlərin ayrılma nəzəriyyəsini geniş şəkildə şərh 
edir. O,  irəli  sürdüyü bu  nəzəriyyədə  hökumətin üç  əsas  qüdrətinə, 
yəni  qanunvericilik,  icraedici  və  məhkəmə  sisteminə  işarə  edərək, 
fərdi  azadlığa  nail  olmaq  üçün  bu  üç  qüdrətin  və  ya  onlardan 
ikisinin  fərd  və  ya  kütlənin  ixtiyarına  qoyulmamasına  təkid  edir. 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə