Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə30/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

 
88 
növ "veto" xarakterini daşıyır. Әgər kafirlərin hökmüranlığına səbəb 
olacaq  hər  hansı  bir  iqtisadi,  siyasi,  mədəni  saziş  bağlanılar,  hətta 
əgər bu və digər sahələrdə məqalə və çıxış dərc olunarsa, bu qanuna 
əsasən,  batil  və  əsassız  hesab  olunur.  Hətta  əgər  tərəflər  arasında 
saziş  rəsmi  olaraq  imzalansa  belə,  “əhdə  sadiq  qalma  prinsipi”  ilə 
ziddiyyətlik təşkil etdiyi və müsəlman cəmiyyətinin zərərinə olduğu 
üçün  öz  etibarını  itirib  ləğv  olunur.  Ayənin  əvvəlində  gələn  "lən" 
bütün  zamanlara  şamil  olan  qəti  inkaredici  şəkilçi  və  qeyri-
müəyyənlik  halında  gələn  "səbil"  kəlməsindən  belə  bir  qənaətə 
gəlmək  olur  ki,  Allah-təala  kafirlər  üçün  müsəlmanların  üzərinə 
hakim olacaq heç bir yol qoymamışdır.  
Munafiqun  surəsinin  8-ci  ayəsi  bu  həqiqəti  bir  daha  sübuta 
yetirir: “Şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha məxsusdur”.  
Demək,  belə  bir  qəti  höküm  verildiyi  bir  halda  Allahın 
müsəlmanların  xar  və  rüsvay  olmalarına  səbəb  olan  hər  hansı  bir 
şeyə yol verilməsi, muhal və qeyri-mümkün bir məsələdir. 
Peyğəmbər  (s)-dan  nəql  olmuş  “İslam  hər  şeydən  ucadır  və  heç 
bir  şey  ondan  uca  deyildir”
1
    hədisi  bir  daha  bu  mətləbi  sübuta 
yetirir.  Demək  ayə  və  nəql  olmuş  hədislərin  məzmunu  ümumi 
xarakter  daşıyıb,  müsəlmanların  kafirlərlə  bərqərar  etdikləri 
əlaqələrin bütün sahələrinə şamil olur. 
(2-3-5) QURANİN MÜXTӘLİF MİLLӘTLӘRİN 
TANİNİLMASİNA OLAN BAXİŞİ 
Hücərat  surəsinin  13-cü  ayəsində  bu  haqda  deyilir:  “Ey  iman 
gətirənlər!  Biz  sizi  kişi  və  bir  qadından  [Adəm  və  Həvvadan] 
yaratdıq.  Sonra  bir-birinizi  tanıyasınız  [kimliyinizi  biləsiniz]  deyə, 
sizi  xalqlara  və  qəbilələrə  ayırdıq.  Allah  yanında  ən  hörmətli 
olanınız,  Allahdan  ən  çox  qorxanınız  və  pis  əməllərdən  ən  çox 
çəkinəninizdir.  Həqiqətən,  Allah  [Hər  şeyi]  biləndir,  [hər  şeydən] 
xəbərdardır”. 
Ayədə bəşəriyyətin müxtəlif xalq və millətlərdən təşkil olduğuna 
işarə olunsa da, sonda hədəfin yalnız həyatın asanlaşması və onların 
bir-birlərini tanımalı  olduqları bildirilir.  Bütün bunlar  maddi  həyata 
                                                 
1
 Hürr Amuli "Vəsail uş-şiə” 17-ci cild, səh 367 


 
89 
aiddir.  Mənəvi  həyata  gəldikdə  isə,  təqva  və  imandan  savayı  başqa 
heç bir şey nəzərdə tutulmur. 
İslamın  xalq  və  millətləri  müxtəlif  qruplara  bölməsinə  səbəb, 
bəlkə də aşağıdakı iki amil olmuşdur:  
1-Bəşərin  hələ  də  bütün  ixtilafları  kənara  qoyub,  vahid  ümmət 
halında yaşamaq tərzi-təfəkkürünə yiyələnməməsi.  
2-Müxtəlif  millət  və  xalqlar  bir-birlərindən  fərqli  maddi  və 
mənəvi  ehtiyaclara  malik  olması  və  bu  sahədə  düzgün  siyasətin 
aparılmaması.  
Hərçənd  ki,  hal-hazırki  beynəlmiləl  hüquq  nizamnaməsində  bu 
məsələ  ilə  əlaqədar  XVİİ  əsrdə  tətbiq  olunmuş  qanundan  istifadə 
olunur.  
İslam,  müxtəlif  millət  və  xalqlarla  bərqərar  etdiyi  əlaqələrdə  bu 
həqiqəti  onlara  çatdırmışdır  ki,  tanışlıq  onun  nöqteyi-nəzərindən 
təbii  bir  hal  almaqla  yanaşı,  həm  də  olduqca  zəruri  bir  məsələdir. 
Mədinədə  Peyğəmbər  (s)  ilə  məsihi  və  yəhudi  qəbilələri  arasında 
yazılan  ilk  saziş,  bu  məsələ  ilə  əlaqəli  olan  heç  bir  şübhəyə  yer 
qoymur.  Hərçənd  İslam,  yer  üzündə  yaşayan  bütün  insanları  vahid 
“möminlər  ictimaiyyətinə”  çevirmək  istəyir.  Yəni  qarşıya  qoyulan 
məqsədə  -  təkamülə  çatmaq  üçün  bəşəriyyətin  bütün  fəaliyyətlərini 
bir  səmtə  istiqamətləndirib,  onları  ideal  cəmiyyətə  çevirmək  istəyir. 
Lakin eyni zamanda bəşəriyyət həyatına hasil olan inkarolunmaz acı 
həqiqətləri də beləcə bəyan edir: 
1-İnsanlar  ixtilafa  düçar  olmazdan  əvvəl  vahid  ümmət  halında 
olmuşlar; 
“İnsanlar  [əvvəlcə]  ancaq  tək  bir  ümmət  idilər  [eyni  bir  dində 
idilər]. Sonra [aralarına ixtilaf düşdüyü üçün] ayrıldılar”
1
.  
2-Yaranmış  bu  çatışmamazlığı  aradan  qaldırmaq  üçün  onlara 
peyğəmbərlər göndərilmişdir; 
 
“İnsanlar  tək  bir  ümmət  idi.  Allah  onlara  müjdə  verən  və 
xəbərdarlıq edən [əzabla qorxudan] peyğəmbərlər göndərdi”
2
.  
3-Sonra  bu  cəmiyyət  -  müsəlmanlar  başqalarına  örnək  olsun 
deyə, orta və ədalətli bir ümmət halına çevrilir. 
                                                 
1
 Yunus surəsi, ayə 19 
2
 Bəqərə surəsi, ayə 213 


 
90 
“[Ey müsəlmanlar!] Beləliklə də, sizi orta [ədalətli və seçilmiş] bir 
ümmət etdik”
1
 . Hər bir millət istədiyi halda onlara birləşib müştərək 
hədəfə yiyələnə bilər. 
“Allah  yanında  [məqbul  olan]  din,  əlbətdə,  İslamdır”
2
  həqiqətini 
bəyan etməklə, “Budur sizin ümmətiniz - vahid və yeganə ümmət və 
Mənəm  sizin  pərvərdigarınız.  Elə  isə  Mənə  ibadət  edin”
3
  meydana 
gələn ümmətin mahiyyət və üzərinə düşən vəzifəsini açıqlayır. 
(2-3-6) QURANİN BEYNӘLXALQ ӘLAQӘLӘRDӘ ӘLDӘ 
OLUNMALİ OLAN SÜLH VӘ BİRLİYӘ BAXİŞİ 
Sülh və birliyə dair iki ümumi baxış mövcuddur və bu iki baxışa 
Qurani-kərimdə işarə olunmuşdur: 
1-Sülh və birliyə müştərək əqidə əsasında çağırış;  
“[Ya Məhəmməd!] Söylə ki, ey kitab əhli, sizinlə bizim aramızda 
eyni olan [fərqi olmayan] bir kəlməyə tərəf gəlin! [O kəlmə budur ki] 
Allahdan  başqasına  ibadət  etməyək.  Ona  şərik  qoşmayaq  və  Allahı 
qoyub, bir-birimizi [özümüzə] Rəbb qəbul etməyək!”
4
.  
Ayədən belə bir nəticəyə gəlmək olar ki, təkallahlıq səmavi dinlər 
arasında  müştərək  bir  nöqtədir.  Bu  səbəbdən  bu  müştərək  qüdrətə 
arxalanıb,  sülh  və  birliyi  onun  əsasında  bərqərar  etmək  lazımdır. 
Peyğəmbər (s) Rum imperatoru Herakl və Misir padışahı Məquqəsə 
göndərdiyi  dəvət  məktubunda  da  məhz  bu  ayəyə  istinad  etmiş  və 
onları sülh və birliyə çağırmışdır.  
2-Sülh və birliyin tam əksini təşkil edən düşmənə qarşı mübarizə, 
yeri gəldikdə müharibənin elan olunması.  
“Kafir olanları, [insanları] Allah yolundan döndərənləri, sonrada 
kafir kimi ölənləri, şübhəsiz ki, Allah bağışlamayacaqdır! Buna görə 
də  [cihadda]  zəiflik  göstərməyin  və  [kafirlərə]  üstün  [qalib] 
gəldiyiniz zaman [onları] sülhə dəvət etməyin. Allah sizinlədir”
5
.  
Bu kimi hallarda düşmənlə sülh saziş bağlayıb onların qarşısında 
yumşaqlıq  göstərmək,  müsəlmanlar  üçün  haram  və  yolverilməz  bir 
                                                 
1
 Bəqərə surəsi, ayə 143 
2
 Ali-imran surəsi, ayə 19 
3
 Әnbiya surəsi, ayə 93 
4
 Ali-imran surəsi, ayə 64 
5
Surənin adı və ayənin nömrəsi verilməyib  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə