317
Həzrət Əli (ə) ona buyurur: “O da xeyir və zərər verə bilir. Allah aləmi-
zərdə
1
(zər aləmi) onun vasitəsi ilə əhd almışdır və qiyamətdə əhdinə
vəfa edənlərin xeyrinə bu daş şəhadət verəcəkdir.””
Ömər bu sözləri
eşitdikdə, deyir: “Allah məni sən olmayan yerdə salamat qoymasın, ey
Əbülhəsən!”
2
8. İmam Əli (ə) və Peyğəmbərə (s) canişinlik
Keçmiş bəhslərdən möhtərəm oxucu öz-özlüyündə həzrət Əlinin
(ə) istər dostlar tərəfindən olsun, istərsə də düşmənlər, Peyğəmbərdən
(s) sonra bütün insanlardan elmli, fəzilətli və üstün olduğunun
etiraf edilməsi nəticəsinə gəlmişdir. Yəni,
digərləri deyil, o həzrət
Peyğəmbərdən (s) sonra canişin olmağa layiqdir. Bu cəhətdən, İslam
Peyğəmbəri (s) xilafət və müraciət mənbəyi olmaq kimi iki mətləbi
özünün əhatəli xütbəsi olan “Qədir” xütbəsində bir yerdə qeyd edərək
belə buyurmuşdur:
ﻰﺘَﻔﻴﻠَﺧَو ﻰﻤْﻠِﻋ ﻰﻋاوَو ﻰّﻴ ِﺻَوَو ﻰﺧَا اﺬﻫ ! ِسﺎّﻨﻟا َ ِﴍﺎﻌَﻣ
“Ey camaat! Bu, (Əli ibn Əbu Talib) qardaşım, vəsim, mənim bütün
elmimin qoruyucusu və canişinimdir.”
3
Yuxarıda qeyd edilən dörd xüsusiyyəti nəzərə aldıqda, bir sıra
mətləblərin həqiqəti aydınlaşır:
1.
ﻰﺧَﺍ
(Əxi)
– Əgər hansısa bir şəxs
özündən böyüyə ehtiram
etmək istəsə, ona “ata”, kiçiyə hörməti nişan vermək istəsə, “oğlum”
ifadələri ilə müraciət edər. Amma biri şəxsi özü ilə bərabər tutarsa,
ona “qardaşım” ifadəsi ilə müraciət edər. Mənəvi qardaşlıq iki şəxs
arasında bərabərliyə əsaslanan münasibətlərdən ibarətdir. Nəticədə,
“qardaşım” ifadəsi böyük bir həqiqətdən söhbət açır və o, budur ki,
həzrət Əli (ə) Peyğəmbərlə (s) bir çəkidədir
və ya onun şəxsiyyəti
Peyğəmbərin (s) şəxsiyyətinə daha yaxındır. “Qardaşım” ifadəsi
“Mübahilə” ayəsində işlənən “ənfusəna və ənfusəkum…” cümləsini
bəyan edir.
2.
ﻰّﻴ ِﺻَﻭ
(Vəsiyyi)
– Əhli-sünnənin etiqadına əsasən, Peyğəmbər (s)
özündən sonra heç bir irs qoymur. Bilirik ki, Əli (ə) Peyğəmbərin (ə)
vəsisi deyildi və o həzrətin yeganə övladı Fatimə (ə) idi. Həzrət Əli (ə)
Peyğəmbərin (s) mal və mülkü baxımından vəsisi deyildi. Həmçinin,
o həzrətin qızı Fatimeyi-Zəhra (ə) var idi və imam Əli (ə) Peyğəmbər
övladlarının vəsisi ola bilməzdi. Deməli, Əli (ə)
dini məsələlər barədə
1. Aləmi-zərlə bağlı geniş şərhi «Nümunə təfsiri», c.7, səh. 5-dən sonra mütaliə edə bilərsiniz.
2. «Əl-Camiul-üsul li əhadisir-rusul», c.2, səh. 149.
3. “Əl-Qədir”, c.3, səh. 117.
318
Əbülqasim Əlyan Nejadi
Peyğəmbərin (s) vəsisi idi. Bəli, Peyğəmbər (s) öz yolunun davam
etdirilməsi üçün həzrət Əlini (ə) özünə vəsi təyin etdi.
3.
ﻰﻤْﻠِﻋ ﻰﻋﺍﻭ
(Vaiyi elmi)
– “Vai” sözü ərəb dilində hansısa bir şeyi
qəlbdə saxlamağa, yəni bir mətləb barəsində düşünərək
ona qəlbdə
yer vermək və onu həyat amalına çevirməyə deyilir. Nəticədə, həzrət
Əli (ə) Peyğəmbərin (s) bütün elmini öyrənə və onu müsəlmanlara
təlim verə bildi.
Görəsən, belə bir şəxsin mövcud olması ilə yanaşı, ikinci bir şəxsin
xilafətindən söhbət açmaq olarmı?!
4.
ﻰﺑ ﻦﻣﺁ ﻦﻣ ﹼﻰﻠﻋ ﻰﺘﻔﻴﻠﺧ ﻭ (Və xəlifəti əla mən amənə bi) – Peyğəmbər
(s) bu cümlə ilə bütövlükdə bəhanə axtaranların bəhanəsinə son qoymuş
və açıq-aşkar şəkildə həzrət Əlinin (ə) canişinliyini bütün dünyaya
çatdırmışdır. İslam Peyğəmbəri (s)
ﻰﺘﻔﻴﻠﺧ (mənim xəlifəm) sözü ilə
kifayətlənməmiş və nəfslərinə tabe olan insanların “Peyğəmbərin (s)
məqsədi onun bütün müsəlmanlara rəhbərliyi deyil, əksinə ailəsi və
qadınlarına rəhbərlik və başçılıqdır.” deməsinin qarşısını alaraq həzrət
Əli (ə) və onun övladlarının imamət və xilafətini ən yaxşı və gözəl
ifadələrlə bəyan etmişdir. Əhli-beyt (ə) və onların başında həzrət Əlinin
(ə) elmi baxımdan müraciət mənbəyi olması barədə təkid edilməsinə
baxmayaraq, həmin məsələni imamət və xilafətdən ayırmaq böyük
səhvdir və öz ardınca elə pis nəticələr gətirər ki, onu bərpa (təlafi)
etməyə heç kəsin gücü çatmaz.
Sözümüzün sonunda Allaha həmd və səna edirik!
319
İstifadə edilən mənbələr
1. Quran
2. “Nəhcül-bəlağə”
3. Əhməd ibn Hənbəl, “Müsnəd”
4. Xətib Bağdadi, “Bağdad tarixi”
5. “Feyzul-Qədir”
6. “Əs-Səvaiqul-muhriqə”
7. Təbərsi, “Məcməul-bəyan”
8. “Qurtubi təfsiri”
9. “Sələbi təfsiri”
10. Şiblənci, “Nurul-əbsar”
11. “Təbəri təfsiri”
12. Əllamə Əmini, “Əl-Qədir”
13. “Əbsus-Səud” (Fəxri Razinin təfsirinə haşiyə)
14. “Əs-Siracul-munir”
15. Səd ibn Məhəmməd ibn Səd ibn Seyfi Təmimi, “Reyhanətul-
ədəb”
16. Fəxri Razi, “Ət-Təfsirul-kəbir”
17. Şeyx Kuleyni, “Üsuli-kafi” kitabının tərcüməsi
18. “Əl-Qədir fi kitab vəs-sünnəh vəl-ədəb”
19. Süyuti, “Durrul-mənsur”
20.
Hakim Həskani, “Şəvahidut-tənzil”
21. Ayətullah Məkarim Şirazi, “Təfsire-nümunə”
22. Alusi, “Ruhul-məani”
23. Zəməxşəri, “Əl-Kəşşaf” təfsiri
24. Əllamə Məclisi, “Biharul-ənvar”
25. Ayətullah Məkarim Şirazi, “Təfsir be rəy”
26. “Mizanul-hikmət”, Rey Şəhri
27. Şeyx Tusi, “Təhzibul-əxbar”
28. Şeyx Tusi, “Əl-İstibsar”
29. Şeyx Səduq, “Mən la yəhzurul-fəqih”
30. “Sünəne Tirmizi”
31. “Müstədrəkus-səhihəyn”
32. “Səhih Müslim”
33. Nəsai, “Xəsaisun-Nəsai”
34. İbn Həcər, “Əs-Səvaiqul-mühriqə”