İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


qadağan edərsə və ya insan sahibinin razı olmadığını bilərsə və yaxud həmin nəhrin sahibi



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə15/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   11   12   13   14   15   16   17   18   ...   168

qadağan edərsə və ya insan sahibinin razı olmadığını bilərsə və yaxud həmin nəhrin sahibi 
uşaq və ya dəli olarsa, onların suyundan istifadə etmək caizdir. 
 
Məsələ 271:
 Əgər insan suyun qəsb edilmiş olduğunu unudaraq onunla dəstəmaz alarsa, 
səhihdir. Amma suyu özü qəsb etmiş olan kimsə onun qəsb etmiş olduğunu unudub həmin 
su ilə dəstəmaz alarsa, dəstəmazın səhih olması məhəlli-işkaldır. 
 
Məsələ 272:
 Əgər dəstamazın suyu onun öz mülkü olsa, amma qəsbi qabda olsa, şəxsin 
ondan başqa bir qabı da olmazsa, suyu o qabdan şər`i bir yolla ayrı bir qaba boşalda 
bilərsə, bu halda onu boşaldaraq dəstəmaz alması lazımdır; bu da mümkün deyilsə
təyəmmüm etməlidir. Amma əgər ayrı bir suyu varsa, onunla dəstəmaz alması lazımdır. 
Hər iki təqdirdə əgər günah edib qəsbi qabda olan su ilə dəstəmaz alarsa, dəstəmazı 
səhihdir. 
 
Məsələ 273:
 Bir daşı və ya kərpici belə qəsbi olan hovuzdan su götürmək, ümumxalqın 
nəzərində o daşlardan və ya kərpicdən istifadə etmək sayılmasa, dəstəmaz almağın 
maneçiliyi yoxdur. İstifadə etmək sayıldığı təqdirdə isə ondan su götürmək haramdır, 
amma dəstəmazı səhihdir. 
 
Məsələ 274:
 İmamlardan (ə) və ya imam övladlarından birinə aid olan yer əvvəlcədən 
qəbiristanlıq olub, sonra orada hovuz düzəldilərsə və ya oradan çeşmə axıdılarsa, insan o 
səhnin (İmamlara aid olan yer) yerinin qəbiristanlıq üçün vəqf edilmiş olduğunu bilməzsə, 
onda həmin hovuz və ya arxda dəstəmaz almağın maneçiliyi yoxdur. 
 
4-cü şərt: Dəstəmaz üzvləri yuma və məsh etmə anında pak olmalıdır. Hərçənd dəstəmaz 
halında, onu yumazdan və ya məsh etməzdən əvvəl paklasa belə; Əgər kürr və bu kimi su 
ilə yuyursa, yumaqdan qabaq paklamaq lazım deyil. 
 
Məsələ 275:
 Dəstəmaz tamamlanmazdan əvvəl yumuş olduğu və ya məsh etdiyi bir yer 
nəcis olarsa, dəstəmaz səhihdir. 
 
Məsələ 276:
 Bədənin dəstəmaz üzvlərindən başqa bir yeri nəcis olsa, dəstəmaz səhihdir. 
Amma əgər bövl və ğait məhəllini yumamışsa, əvvəlcə onu paklaması və daha sonra 
dəstəmaz alması müstəhəbb ehtiyatdır. 
 
Məsələ 277:
 Dəstəmaz üzvlərindən biri nəcis olarsa və dəstəmaz aldıqdan sonra 
dəstəmazdan əvvəl oranı pak edib etmədiyində şəkk edərsə, dəstəmazı səhihdir. Amma 
nəcis olan yeri yuması gərəkdir. 
 
Məsələ 278:
 Üzündə və ya qollarında qanaxması dayanmayan, suyun zərər vermədiyi bir 
kəsik yer və ya yara olarsa, tərtib üzrə o üzvün sağlam yerlərini yuduqdan sonra kəsik və 
ya yara olan yeri kürr və ya axar suya salıb qanı kəsilincəyə qədər sıxmalı və onun 
üzərindən su axması üçün suyun altında yuxarıdan aşağıya doğru barmağı ilə yaranı və ya 
kəsiyi sıxmalıdır. Sonra aşağı hissələri yumalıdır. Belə alınan dəstəmaz səhihdir. 
 
5-ci şərt: Dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olmalıdır. 
 
Məsələ 279:
 Dəstəmaz alacağı təqdirdə namazın hamısı və ya bir miqdarı vaxtından 
sonraya (qəzaya) qalacaq qədər vaxt azdırsa, təyəmmüm etməlidir. Amma əgər həm 
dəstəmaz, həm də təyəmmüm üçün eyni qədər vaxt tələb olunursa, dəstəmaz almalıdır. 
 


Məsələ 280:
 Namazın vaxtının darlığı üzündən təyəmmüm etməli olan bir şəxs, əgər Allaha 
yaxınlıq niyyəti ilə və ya Qur`an oxumaq kimi müstəhəbb bir iş üçün dəstəmaz alarsa, 
dəstəmazı səhihdir. O namazı qılmaq üçün dəstəmaz alarsa da, hökm eynidir. Əgər bu 
zaman qürbət (Allaha yaxınlıq) qəsdi gerçəkləşməzsə, dəstəmaz batildir. 
 
6-cı şərt: Qürbət qəsdi ilə, yə`ni aləmlərin Rəbbi olan Həqq-təalanın əmrini yerinə 
yetirmək üçün dəstəmaz almalıdır. Əgər sərinləmək üçün və ya ayrı bir məqsədlə dəstəmaz 
alsa, batildir. 
 
Məsələ 281:
 Dəstəmazın niyyətini dili ilə söyləməsi və ya qəlbindən keçirməsi lazım (vacib) 
deyil. Dəstəmazın bütün əməllərini Allahın əmri üçün yerinə yetirərsə, kifayətdir. 
 
7-ci şərt: Dəstəmazı göstərilən tərtiblə almalıdır, yə`ni əvvəlcə üzü, sonra sağ qolu, daha 
sonra sol qolu yumalı və ondan sonra başa, nəhayət ayaqlara məsh çəkməlidir. Hər iki 
ayağı birlikdə məsh etməmək və hətta sol ayağa sağ ayaqdan sonra məsh etmək müstəhəbb 
ehtiyatdır. 
 
8-ci şərt: Dəstəmazın əməllərini ardıcıl və arada fasilə vermədən yerinə yetirmək lazımdır. 
 
Məsələ 282:
 Dəstəmazın əməlləri arasında camaatın nəzərində ardıcıl sayılmayacaq qədər 
fasilə versə, dəstəmaz batil olur. Amma insan üçün unutmaq və ya suyun qurtarması kimi 
bir üzrlü səbəb əmələ gəldiyi zaman bu məsələ şərt deyildir. Əgər yumaq və ya məsh etmək 
istədiyi bir yerdən əvvəl yuduğu və ya məsh etdiyi yerlərin hamısının nəmliyi qurumuş olsa 
dəstəmaz batildir. Amma əgər yumaq və ya məsh etmək istədiyi yerdən əvvəlki yerin 
nəmliyi qurusa, amma ondan da əvvəlki yerlər qurumamış olarsa, məsələn, sol qolunu 
yumaq istədiyi zaman sağ qolunun rütubəti qurusa və üzünün nəmliyi qalırsa, dəstəmaz 
səhihdir. 
 
Məsələ 283:
 Dəstəmazın əməllərini ardıcıl olaraq yerinə yetirdiyi halda havanın istiliyi, 
bədənin hərarətinin çox olması və buna bənzər səbəblər üzündən əvvəlki yerlərin nəmliyi 
quruyarsa, dəstəmaz səhihdir. 
 
Məsələ 284:
 Dəstəmaz əsnasında yeriməyin maneçiliyi yoxdur, belə ki, əgər üzünü və 
qollarını yuduqdan sonra bir neçə addım yeriyib sonra başına və ayağına məsh çəkərsə, 
dəstəmazı səhihdir. 
 
9-cu şərt: Üz və qollarının yuyulması, baş və ayaqlarının məshini insanın özü etməlidir. 
Əgər ayrısı ona dəstəmaz aldırsa və ya suyu üz və qollarına tökməkdə və ya başına və 
ayağına məsh çəkməkdə ona kömək edərsə, dəstəmazı batildir. 
 
Məsələ 285:
 Özü dəstəmaz ala bilməyən şəxs, hərçənd yuma və məsh etmə iki nəfərin 
iştirakı ilə olsa belə, başqasından yardım almalıdır. Belə ki, köməkçi ücrət (muzd) istəsə də 
imkanı olub və halına zərər verməzsə, gərək ödəsin. Amma niyyəti özü etməli və öz əli ilə 
məsh çəkməlidir. Əgər özünün də iştirak etməsi mümkün olmazsa, başqasından ona 
dəstəmaz aldırmasını xahiş etməlidir. Bu zaman vacib ehtiyat olaraq hər ikisi niyyət 
etməlidir. Əgər özünün məsh etməsi mümkün deyilsə, köməkçi onun əlindən tutub məsh 
ediləcək yerlərə çəkməlidir. Əgər bu da mümkün deyilsə, köməkçi onun əlindəki nəmliyi 
əlinə alaraq başına və ayaqlarına məsh çəkməlidir. 
 
Məsələ 286:
 Dəstəmazın əməllərində hansını özü təkbaşına edə bilirsə, onu özü etməli və 
başqasından kömək diləməməlidir. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə